Məhkəmə qərarları › İş №2-1(102)-1495/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1495/2021

13.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1495/2021 13.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi hakim, Zakir Quliyev, Rahib Nəbizadədən ibarət tərkibdə, məhkəmə iclas katibi Hüseynova Ülkər Hamlet qızının katibliyi, İddiaçı, cavabdehin vəkili X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı ona güzəştli şərtlərlə pensiyanın təyin edilməsi tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06.04.2021-ci il tarixli, 2-1(103)-412/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1961-ci il tarixdə anadan olmuşdur. Əmək fəaliyyətinə 02.03.1979-cu il tarixində başlamışdır. 01.03.1979-cu il tarixdən 27.04.1979-cu il tarixədək Azərnəqliyyattikinti trestində 1 dərəcəli fəhlə, 02.08.1981-ci il tarixdən 01.04.1983-cü il tarixədək TPB obyektində fəhlə, 3-cü dərəcəli betonçu, 01.04.1983-cü il tarixdən 27.10.1983-cü il tarixə kimi Azərnəqliy yattikinti trestində 3-cü dərəcəli betonçu, 09.11.1983-cü il tarixdən 10.12.1985-ci il tarixə kimi 3-cü dərəcəli, 4-cü dərəcəli avtoçilingər, 5-ci dərəcəli motorçu çilingər, 5-cü dərəcəli qreyder maşinisti, 5-ci dərəcəli qaya kəsici, 10.12.1985-ci il tarixdən 01.03.1990-cı il tarixədək kran maşinist köməkçisi, 01.03.1990-cı il tarixdən 01.09.1991-ci il tarixədək kran maşinisti, 01.09.1991- ci il tarixdən 08.11.1997-ci il tarixədək Üzən Tikinti Montaj Dəstəsində kran maşinisti, 08.11.1997-ci il tarixdən 01.01.1998-ci il tarixədək “DRAVO” gəmisində krançı, 01.01.1998-ci il tarixdən 18.02.2002-ci il tarixədək və 30.12.2002-ci il tarixdən 22.06.2004-cü il tarixədək “ÜK-315” gəmisində krançı, 26.06.2004-cü il tarixdən 01.10.2007-ci il tarixədək “X5” İB-də Üzən kapyor-315 gəmisində kranmeyster, 11.07. 2008-ci ildən 31.07.2015-ci ilədək Üzən kapyor-315 gəmisində krançı, 24.09.2018-ci il tarixdən X5 İdarəsində kranmeyster qismində işləmişdir. 06.05.1979-18.05.1981-ci illərdə hərbi xidmətdə olmuşdur.

2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

3. Cavabdeh 20.06.2019-cu il tarixli **********4 nömrəli və 10.09.2019-cu il tarixli **********3 nömrəli məktublarla iddiaçının müraciətlərinin təmin edilməsindən imtina olunduğunu bildirmişdir. İmtina belə əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahı sı”nda kranmeyester peşəsi nəzərdə tutulmadığından və iddiaçının xüsusi iş stajının 12 il 6 aydan az olduğunu nəzərə alaraq onun tələbinin təmin edilməsi mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı 25 oktyabr 2019-cu il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək ona hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməyən pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 02.03.1979-cu il tarixindən əmək fəaliyyətinə başlamış, həmin tarixdən müxtəlif peş ələrdə çalışmış,1979-1981-ci illərdə ordu sıralarında olmuşdur. 24.09.2018-ci il tarixdən X5 İdarəsində kranmeyster vəzifəsində çalışır. Əmək fəaliyyəti əmək kitabçası əsasında təsdiq olunur.

6. Cavabdehin etiraz dəlilləri iddiaçıya pensiya təyin edilməsindən imtinanın əsasları ilə eynidir.

7. Bakı İnzibati Məhkəməsinin 20.10.2020-ci il tarixli, 2-1(112)-432/2020 nömrəli qərarı ilə (hakim E.Əliyev) iddia təmin edilmiş, iddiaçının hüququnun yarandığı tarixdən (57 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməyən pensiya məbləğinin hesablanaraq ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.

8. Məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 26 və 38-ci maddələri, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müd afiəsi Nazirliyi Kollegiyasının 11.12.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” nəzərə alınmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na uyğun olaraq iddiaçı 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik olduğundan, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci, 9.8-ci maddələrinə müvafiq olaraq ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli və hesablanmalıdır.

9. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apelyasiya şikayəti verilmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat 10.Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06.04.2021-ci il tarixli, 21(103)-412/2021 nömrəli (hakimlər Elmira Nağıyeva - sədrlik edən və məruzəçi, Vidadi Məmmədov və Namiq Cəfərov) qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin 20.10.2020-ci il tarixli, 2-1(112)-432/2020 nömrəli qərarı ləğv edilmiş, hazırkı iş üzrə yeni qərar qəbul edilmiş və iddiaçının iddia tələbi rədd edilmişdir.

11. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının işlədiyi 10.12.1985-ci il tarixdən 01.03.1990-cı il tarixədək, 08.11.1997-ci il tarixdən 01.01.1998-ci il tarixədək, 01.01.1998-ci il tarixdən 18.02.2002-ci il tarixədək və 30.12.2002-ci il tarixdən 22.06.2004-cü il tarixədək, 26.06.2004-cü il tarixdən 01.10.2007-ci il tarixədək kran maşinisti köməkçisi, krançı və kranmeyster peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 saylı Siyahısında və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiqlənmiş Siyahıda nəzərdə tutulmamışdır. 12.İddiaçı, kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərarın qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Kassasiya şikayətinin dəlilləri 13.İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiya məhkəməsi iş üzrə qərar qəbul edərkən “Əmək pensiyaları haqqında” Qanunun 9.1 və 9.8-ci maddələrini və Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21.2-ci maddəsinin “b” bəndində nəzərdə tutulmuş bütün növ maşinistlər peşəsini iddiaçının işlədiyi peşələrlə qarşılıqlı şəkildə düzgün təfsir etməmişdir. Beləliklə, sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən işə mahiyyəti üzrə apelyasiya icraatı q aydasında baxılarkən maddi hüquq normaları düzgün tətbiq edilməmiş və nəticədə qanunsuz və əsassız qərar qəbul edilmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 14.Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları 15.İddiaçı məhkəmə iclasında vəkillə təmsil olunmadığına görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir. 16.Cavabdehin vəkili kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ 17.Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi 1.1. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİY ANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ 18.Kassasiya şikayət mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. 19.Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ 20.Məhkəmə kollegiyası işin materiallarının və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamışdır. Bu baxımdan kassasiya şikayəti qismən t əmin edilməli, apelyasiya instansiya məhkəməsinin qərarı ləğv olunmalıdır. Məhkəmə kollegiyası apelyasiya məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir. 21.İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir. 22.Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə iddiaçıya aid sənədlərin, faktların və digər mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərarın qəbuluna imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Bu prosessual məhkəmə qənaəti prinsipinin tələblərindən və məhkəmə mübahisəsinin uzanmasının qarşısının alınması məqsədlərindən də irəli gəlir. Lakin apelyasiya məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən həcmdə araşdırılma aparılmamışdır. 23.İş üzrə materiallardan görünür ki, iddiaçının tələbi və hüquqi marağı ona güzəştli şərtl ərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə yönəlmişdir. Məhkəmə araşdırması bu çərçivədə aparılmalı, iddiaçıya tələb etdiyi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş dispozisiya şərtlərinin, yəni 01.01.2006cı ilədək qazanılmış ümumi və xüsusi stajın və tələb olunan yaş həddinin ona münasibətdə mövcudluğu yoxlanılmalı, eyni zamanda məhkəmənin yardım etmək vəzifəsi çərçivəsində iddiaçının tələbi tam dəqiqləşdirilməli idi. Lakin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ilə bağlı dispozisiya şərtlərinin mövcudluğu barədə tam və dəqiq məlumatlar iş materiallarında öz əksini tapmamışdır. 24.Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaş a görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 saylı Siyahısına istinadən iddiaçının iş yeri olan "xxxx" ASC 3 saylı Üzən Tikinti Quraşdırma Dəstəsi tərəfindən verilmiş 28.02.2019-cu il tarixli 02 saylı arayışda qeyd edilən hansı peşələrin güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşə olduğu, hər peşə üzrə hansı dövrlərin ümumi və ya xüsusi staj sayıldığı da məhkəmə tərəfindən müəyyənləşdirilməmişdir. Bu baxımdan, qeyd edilən hər peşə üzrə aidiyyəti dövrlərin güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən xüsusi (güzəştli) staj sayılıb-sayılmaması da araşdırmalıdır. 25.Bundan əlavə, iddiaçının hansı konkret tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması, hansı konkret tarixdən həmin pensiyanın təyin edilməsi və hesablanması ilə bağlı hallar da məhkəmə tərəfindən tam və dəqiq müəyyən olunmamışdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, “Əmək Pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün şəxs əvvəllər qüvvədə olmuş qanuna əsasən tələb olunan ümumi və xüsusi sığorta stajını 01.01.2006-cı ilədək qazanmış olmalıdır. Lakin konkret mübahisəyə münasibətdə iddiaçının həmin tarixədək malik olduğu ümumi və xüsusi (güzəştli peşə) stajı dəqiq müəyyən edilməmiş, bu barədə məlumatlar tam araşdırılmamış, 01.01.2006-cı il tarixədək olan hansı dövrün hansı peşələr üzrə xüsusi staja aid olduğu araşdırılmamışdır. Qeyd edilməlidir ki, bu zaman Azərbaycan Dövlət X5 tərəfindən verilmiş 23.04.2019-cu il tarixli, AM03102-432 sayl ı arayışda qeyd edilən dövrlər 01.01.2006-cı il tarixdən sonrakı tarixə aid olduğu üçün nəzərə alınmamalıdır. 26.İş materiallarında olan 3 saylı Üzən Tikinti Quraşdırma Dəstəsinin 28.02.2019-cu il tarixli, 02 nömrəli arayışında iddiaçının işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21.2-ci bəndinin “b” yarımbəndinə aid olduğu, “Azərbaycan X5” QSC-nin X2 23 aprel 2019-cu il tarixli, AM03102-432 seriya nömrəli arayışında isə iddiaçının işlədiyi peşələrin həmin siyahının 29-cu bəndinin “a” yarımbəndinə, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahının XXVİİ hissəsinin “a” bəndinə (kod 2290000a-13121) uyğun olduğu qeyd edilmişdir.

27. Birinci instansiya məhkəməsinin qərarında isə iddiaçının işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahısının “XXVİİİ. Nəqliyyat bölməsi 3. “Dəniz və çay donanması üzən heyət-Dəniz, çay donanmasının və balıqçılıq sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olunmaqla) (kod ********)” ilə bağlı hissəsində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş siyahının “21. Nəqliyy at bölməsi. 21.2. “Dəniz və çay donanması. b) üzən heyət: dəniz, çay donanmasının və balıqçılar sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olmaqla) ilə bağlı hissəsində nəzərdə tutulduğu qeyd edilmişdir. 28.Göründüyü kimi, iş materiallarına əlavə olunmuş arayışlarda və birinci instansiya məhkəməsinin iş üzrə qərarında iddiaçının işlədiyi peşələrlə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq siyahılarında müxtəlif kodlara istinad edilmiş, lakin bununla bağlı ziddiyyətli məqamlar apelyasiya məhkəməsi tərəfindən aradan qaldırılmamış, ziddiyətlərin aradan qaldırılması məqsədilə müvafiq qurumlara sorğularla müraciət edilməmişdir. 29.Bundan başqa, Azərbayc an Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 saylı qərarında işçilərin güzəştli şərtlərlə pensiya hüququ verən iş yerlərinə təyin edilməsi zamanı onların əmək kitabçalarında müvafiq qeydlərin aparılması nəzərdə tutulsa da, iddiaçıya məxsus əmək kitabçasında bununla bağlı hər hansı qeydə və ya məlumata rast gəlinməmişdir. 30.Bununla bağlı qeyd edilməlidir ki, iş materiallarına əlavə edilmiş arayışlarda iddiaçının müxtəlif vaxtlarda krançı, kran maşinisti və kranmeyester vəzifələrində çalışdığı qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21-ci bölməsinin 21.2-ci b əndinin “b” yarımbəndində qeyd edilən siyahıda yalnız bütün adlarda maşinistlər ifadə olunmuşdur. O cümlədən həmin siyahının gəmiçilik və dəniz donanmasına aid olmayan digər bəndlərində də kran maşinisti (krançı) ifadəsinin dəfələrlə təkrarlandığını, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının 09.08.2006-ci il tarixli,10-2 nömrəli qərarı ilə təsdiq edilmiş “Fəhlə peşələri və işlərin Vahid X1”nda yalnız 2-6 dərəcəli kran maşinisti peşəsinin həmin peşə ixtisasları siyahısında qeyd edildiyini nəzərə alaraq, kranmeyester və krançı peşələrinin vəzifə və funksiyalarının xarakter və məzmun baxımından siyahıda olan peşələrə uyğunluğu yoxlanılmalı, bu məqsədlə məhkəmə tərəfindən iddiaçının işlədiyi müəssisələrdən müvafiq məlumatlar tələb edilməlidir. 31.Məhkə mə kollegiyası oxşar mübahisələrlə bağlı Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyinə əsaslanaraq bildirir ki, əgər iddiaçı inzibati orqanın imtinası ilə razılaşmayaraq işlədiyi hər hansı işin, peşənin və ya vəzifənin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə əsas verdiyini iddia edirsə, bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqamətləri və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, peşələrin və vəzifələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə gö rə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir.

32. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 159-cu maddəsinə əsasən əmək şəraiti ağır və zərərli olan işlərdə çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımlar (əmsallar) müəyyən edilir. İş materiallarında olan 3 saylı Üzən Tikinti Quraşdırma Dəstəsinin 28.02.2019cu il tarixli, 02 nömrəli və “Azərbaycan X5” QSC-nin X2 23 aprel 2019-cu il tarixli, AM03102432 nömrəli arayışlarında iddiaçıya əmək şəraiti zərərli və ağır işlərdə çalışması ilə əlaqədar əlavə ödəmələrin verilməsi barədə hər hansı qeyd və ya məlumat göstərilməmişdir. O cümlədən iddiaçıya məxsus əmək kitabçasında da onun əmək şəraiti zərərli və ağır olan işlərdə ç alışması ilə əlaqədar əlavə artım (əmsal) barədə qeyd və ya məlumat yoxdur. Bu xüsusat da məhkəmə tərəfindən araşdırılmamışdır. 33.Qeyd edilənlərdən göründüyü kimi, apelyasiya məhkəməsi tərəfindən mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən faktiki hallar yuxarıda istinad olunan normalara uyğun olaraq tam və hərtərəfli araşdırmamışdır. Nəzərə almaq lazımdır ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin, o cümlədən ona münasibətdə “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci yaxud 9.8-ci maddəsinin tətbiqi mümkünlüyünün yoxlanılması baxımından qeyd olunan halların müəyyən edilməsi həlledici əhəmiyyət daşıyır. 34.Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qərarın ləğvinin tələb edildiyi hissədə təmin edilməli və iş təkrar baxılması üçün həmin m əhkəməyə göndərilməlidir. İşə təkrar baxılması zamanı apelyasiya məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan hallar, obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq araşdırılmalı və müəyyən edilməlidir. 35.Yuxarıda şərh edilənlərə və İPM-in 96 və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 aprel 2021-ci il tarixli, 21(103)-412/2021 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar