Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1495/2023 26.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: arayışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publ ik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-805/2023 nömrəli, 9 mart 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan SSR Məişət Xidməti Nazirliyi Respublika X1 idarəsi tərəfindən həmin İdarənin Bakı şəhəri 4 №li müəssisəsində radio quraşdırıcı vəzifəsində işləyən X6 386–s №li 23 dekabr 1969-cu il tarixli arayış Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Trestinə təqdim etmək üçün verilmişdir. X7 xx.xx.1966-cı il tarixli ərizə ilə Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Trestinə müraciət edərək, ona Ləhiş bağlar sahəsində bağ torpaq sahəsinin ayrılması nı xahiş etmişdir. 2. 1967-ci il tarixli 18-46 №li protokol əsasında xx.xx.1969-cu il tarixdə Trestin yer quruluşçuları Rafiq Əliyev və Cəmil Cəlilov və Trestin aqronomu Ələsgər Quliyev tərəfindən 1848 №-li bağın icarədarı Nəriman Ağayevin iştirakı ilə tərtib olunmuş aktda qeyd olunmuşdur ki, Ləhiş sahəsində Nəriman Ağayevə 1848 №-li bağ verilmişdir. Lakin səhv olaraq B.Ş.S qərarında sənədlər verilərkən başqa nömrə yazılmışdır. İcarədar 1848 №-li bağı abad etmiş və aqrotexniki qaydalarla bağı becərmişdir. 1848 №-li bağın düzgünlüyünün və icarədarın müqavilə almasına etiraz etmirlər.
3. Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Tresti ilə X7 arasında bağlanmış “Bağ və binaların uzunmüddətli icarəyə verilməsi”nə dair xx.xx.1969- cu il tarixli 16904 №-li müqavilənin surətindən görünür ki, Bakı ş əhər zəhmətkeş deputatları Sovetinin İcraiyyə Komitəsinin bağ bölgüsü üzrə Komissiyasının qərarına müvafiq olaraq (20 oktyabr 1967-ci il; protokol №18; sıra № 46) Ləhiş baş massivində 0,25 ha bağ torpaq sahəsindən ibarət 1848 №-li bağ sahəsi X5 istifadəsinə ayrılmışdır.
4. Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı Trestinin 25 dekabr 1969-cu il tarixli aktı ilə 16904 №-li müqaviləyə əsasən Ləhiş baş massivində 0,25 ha bağ torpaq sahəsindən ibarət 1848 №-li bağ sahəsi icarədar X6 təhvil verilmişdir. 5. 13.09.1972-ci ildə Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı Trestinin mühəndisləri və texniki tərəfindən Ləhiş baş massivində yerləşən 1848/1686 saylı bağ torpaq sahəsinin cizgisi hazırlanmışdır.
6. X7 xx.xx.1981-ci il tarixli ərizə ilə Bakı şəhər XDS İcraiyyə Komitəsinin B ağlar Təsərrüfatı İdarəsinə müraciət edərək, icarəyə götürdüyü bağ sahəsinin müqaviləsini itirdiyini bildirmiş və həmin bağın müqaviləsinin surətinin verilməsini və müqavilənin vaxtının uzadılmasını xahiş etmişdir. Ərizənin üzərinə “Yoxlanılsın və müqavilə hazırlansın” qeydi ilə xx.xx.1981-ci il tarixli dərkənar qoyulmuşdur. 7. ünvan ünvanlanmış 31 may 2021-ci il tarixli 494 №-li məktubundan görünür ki, xx.xx.1992-ci il tarixdə vəfat etmiş X5 miras qalmış əmlakına dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri 19 saylı notariat ofisinə qızı İddiaçı tərəfindən müraciət daxil olmuşdur. X5 vəfat etməsi ilə əlaqədar vərəsənin ərizəsi əsasında xx.xx.2012-ci il tarixdə tərəflərindən vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən olunmuşdur. Qanunvericiliyin t ələblərinə uyğun olaraq müvafiq sənədləşdirmə aparılması üçün mərhum X5 adına Bakı şəhəri Xəzər rayonu Ləhiş bağ massivində yerləşən 16904 nömrəli müqavilədə göstərilən sahəsi 0.25 ha olan 1848\1686 saylı bağ sahəsinə dair çıxarışın və texniki pasportun verilməsi xahiş olunmuşdur.
8. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* №-li çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 186 saylı BTK-nın 1843 saylı bağ sahəsi (0.1117 ha) Daşınmaz əmlakın dövlət reyestrində 206 nömrəli reyestr kitabının 19114 nömrəli vərəqində xx.xx.2009-cu ildə ********** qeydiyyat nömrəsi ilə X3 adına xüsusi mülkiyyət hüququ ilə qeydə alınmışdır.
9. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* №-li çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 2126 saylı bağ sahəsi (0,25 ha) xx.xx.2015-ci il tarixdə Daşınmaz əmlakın dövlət reyestrində 555 nömrəli reyestr kitabının 52567 nömrəli vərəqində xüsusi mülkiyyət hüququ ilə Əlixan Əmircan oğlunun adına qeydiyyata alınmışdır.
10. İddiaçının hazırkı tələblə bağlı müraciətinə cavab olaraq cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi haqqında bildirişdən görünür ki, müraciətçiyə b ildirilmişdir ki, mərhum X4 miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən “1848/1686” saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli ərizəyə baxılmışdır. Təqdim edilən bağ sahəsinə dair müqavilədə bağ nömrəsində düzəliş edilmişdir, lakin səlahiyyətli şəxsin imzası və möhürü ilə təsdiq edilməmişdir. Bundan əlavə, tərəfindən göstərilən bağ sahəsinin ərazisi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən uyğunsuzluq təşkil edir, yerləşməsi digər bağ nömrəsinin ərazisinə uyğun gəlir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
11. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, atası mərhum X4 vərəsəli k qaydasında ona miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 1848 (düzəliş olunduqdan sonra 1843) saylı bağ sahəsinin tam sənədləşdirilməsi yəni, ona miras qalmış bağ sahəsinin sxematik xəritəsinə və müqavilədə qeyd olunmuş bağ nömrəsinə düzəliş olunaraq, texniki pasportun və çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
12. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsinə (tələbin dəqiqləşdirilməsi) dair ərizə təqdim edərək, atası mərhum X5 Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 1848 (düzəliş olunduqdan sonra 1843) saylı bağ sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınmaqla arayışın verilməsi məqsədi ilə cavabdehin üzərinə öhdəliyin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
13. Daha sonra iddiaçı yenidən məhkəməyə İPM 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsinə (tələbin dəqiqləşdirilməsi) dair ərizə təqdim edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 1848/1686 saylı bağ sahəsinin mərhum atası X6 məxsus olması barədə arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir
14. İddia tələbi onunla əsaslandırılmışdır ki, atası mərhum X4 vərəsəlik qaydasında ona miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 1848 (düzəliş olunduqdan sonra 1843) saylı bağ sahəsinin tam sənədləşdirilməsi yəni, ona miras qalmış bağ sahəsinə texniki pasportun və çıxarışın verilməsi məqsədi ilə Bakı şəhəri, 1 9 saylı notariusu tərəfindən 31 may 2021-ci il tarixdə 494 nömrəli məktubu ilə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə sorğu göndərilmişdir. Həmin sorğuya xx.xx.2021-ci il tarixdə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən cavab verilərək bildirilmişdir ki, təqdim edilən bağ sahəsinə dair müqavilədə bağ nömrəsinə düzəliş edilmişdir (1848 düzəliş olunduqdan sonra 1843 saylı), düzəliş olunan hissəyə isə səlahiyyətli şəxsin imzası və möhürü vurulmamış, həmçinin göstərilən bağ sahəsinin ərazisi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən uyğunsuzluq təşkil edir, yəni digər bağ nömrəsinin ərazisinə uyğun gəlir. Atası mərhum X6 məxsus bağ sahəsi həmin vaxt sənədləşdirilərkən əsas müqavilədə səhvən bağın nömrəsi 1848 qeyd olunmuşdur. Bundan sonra atasına məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ləh iş bağ massivində yerləşən bağ sahəsinin əsas müqaviləsinə düzəliş olunaraq 1843 edilmişdir, lakin həmin düzəliş olunarkən həmin düzəlişin üzərinə möhür vurulmamışdır. Hal-hazırda bu xırda səhvlərin nəticəsində atasından ona miras qalmış bağ sahəsini öz adına sənədləşdirə bilmir.
15. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək qeyd etmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, təqdim edilən bağ sahəsinə dair müqavilədə bağ nömrəsində düzəliş edilmişdir, lakin səlahiyyətli şəxsin imzası və möhürü ilə təsdiq edilməmişdir. Bundan əlavə, iddiaçı tərəfindən göstərilən bağ sahəsinin ərazisi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən uyğunsuzluq təşkil edir, yerləşməsi digər bağ nömrələrinin (1680, 1681, 1682, 1684) ərazisinə uyğun gəlir. “D aşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onlar ın yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”na 2 nömrəli Əlavə olan “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilmə si haqqında” Təlimatın 7.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. Həmin Təlimatın 7.2-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə e tmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, onlara bu Təlimatın 7.1- ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. Həmin Təlimatın 7.3-cü bəndinə əsasən bu Təlimatın 7.1-ci və 7.2-ci bəndlərində göstərilən qaydada elektron çıxarış verildikdə, notariat ofisində vərəsəliyin rəsmiləşdirilməsi üçün bu Təlimatın 1-3 nömrəli əlavələrinə uyğun olaraq tərtib edilmiş arayış tələb olunmur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğu nu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 11.2. Təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir. İdarə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsin ə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.
16. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1849/2022 nömrəli, 13 sentyabr 2022-ci il tarixli qərarı ilə (sədrlik edən hakim N.İ.Abıyev) iddianın təmin edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən ümumi sahəsi 0,25 ha olan 1848/1686 saylı bağ sahəsinə dair İddiaçı atası mərhum X5 adına xüsusi mülkiyyət hüququ üzrə qeydiyyatın aparılması və Daşınmaz Əmlakın Dövlət reyestrindən arayışın (çıxarış) verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır.
17. Məhkəmə qeyd etmiş dir ki, cavabdehin daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinasında göstərilən əsasların heç biri “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsində göstərilməmişdir. Cavabdehin daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişində göstərdiyi-torpaq sahəsinin bağların bölgüsünə dair sxematik xəritəsi ilə uyğunsuzluq təşkil edilməsi barədə bildirdiklərinə gəldikdə isə bu iddiaçıların iradəsindən irəli gələn hal deyil və bunun aradan qaldırılması cavabdehin özünün səlahiyyətləri daxilindədir. Belə hallar hüquqların qeydiyyata alınmasından imtina üçün əsas ola bilməz.
18. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
19. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-805/2023 nömrəli, 9 mart 2023-cü il tarixli qərarı ilə (hakimlər: A.Ə.Hüseyn /sədrlik edən və məruzəçi/, V.Ə.Baxışova və R.Ə.Qurbanov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
21. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
22. Cavabdehin kassasi ya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı müvafiq tələb ilə bağlı xx.xx.2021-ci il tarixdə İdarəyə müraciət etmişdir.
23. Aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, təqdim edilən bağ sahəsinə dair müqavilədə bağ nömrəsində düzəliş edilmişdir, lakin səlahiyyətli şəxsin imzası və möhürü ilə təsdiq edilməmişdir. Bundan əlavə, iddiaçı tərəfindən göstərilən bağ sahəsinin ərazisi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən uyğunsuzluq təşkil edir, yerləşməsi digər bağ nömrələrinin (1680,1681, 1682, 1684) ərazisinə uyğun gəlir.
24. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən müvafiq iş dəqiq və düzgün araşdırılmamış, qeyd olunan hallar və qanunvericiliyin tələbləri qanunsuz və əsassız olaraq məhkəmə tərəfindən nəzərə alınmamış və nəticədə qanunsuz olaraq iddiaç ının iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
26. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər... 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvaf iq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: Maddə 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı... 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmiş dir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNDƏ İCRAAT
29. Məlum olduğu kimi, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, atası mərhum X4 vərəsəlik qaydasında ona miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 1848 (düzəliş olunduqdan sonra 1843) saylı bağ sahəsinin tam sənədləşdirilməsi yəni, ona miras qalmış bağ sahəsinin sxematik xəritəsinə və müqavilədə qeyd olunmuş bağ nömrəsinə düzəliş olunaraq, texniki pasportun və çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
30. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsinə (tələbin dəqiqləşdirilməsi) dair ərizə təqdim edərək, atası mərhum X5 Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 1848 (düzəliş olunduqdan sonra 1843) saylı bağ sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınmaqla arayışın verilməsi məqsədi ilə cavabdehin üzərinə öhdəliyin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
31. Daha sonra iddiaçı yenidən məhkəməyə İPM 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsinə (tələbin dəqiqləşdirilməsi) dair ərizə təqdim edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 1848/1686 saylı bağ sahəsinin mərhum atası X6 məxsus olması barədə arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
32. Bakı İnzibati Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli, 2-1(112)-1849/2022 saylı qərarı ilə iddianın təmin edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən ümumi sahəsi 0,25 ha olan 1848/1686 saylı bağ sahəsinə dair İddiaçı atası mərhum X5 adına xüsusi mülkiyyət hüququ üzrə qeydiyyatın aparılması və Daşınmaz Əmlakın Dövlət reyestrindən arayışın (çıxarış) verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır.
33. Qərardan narazı qalan cavabdeh iddia ərizəsinə etirazla eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
34. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-805/2023 nömrəli, 9 mart 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
35. Apellyasiya məhkəməsi həmin qənaətə gələrkən qərarında qeyd etmişdir ki, “apellyasiya baxışı zamanı təqdim olunmuş fotoşəkillərdən və kommunal xərclərin ödənilməsi barədə qəbzlərdən də müəyyən olunur ki, qeyd olunan bağ sahəsi uzun illərdir ki, iddiaçı və onun ailə üzvlərinin faktiki istifadəsindədir. İddiaçının atası vəfat edənə qədər qanuni əsaslarla mübahisəli bağın torpaq sahəsi üzərində mülkiyyət hüququnu əldə etdiyi, lakin həmin hüququ təsdiq edən çıxarış almadan öldüyü üçün yuxarıda qeyd edilən normalara əsasən qanun üzrə vərəsə olan iddiaçının qanunvericiliyə əsasən qeyd edilən bağ sahəsinin üzərində mərhum atası X5 adına çıxarış tərtib edilərək verilməsini cavabdehdən tələb etmək hüququ mövcuddur.”
36. Buna görə də apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı hazırkı iddiası ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş, cavabdehin Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən ümumi sahəsi 0,25 ha olan 1848/1686 saylı bağ sahəsinə hüququn iddiaçının mərhum atası X6 məxsus olması haqqında arayışın verilməsindən imtinası qanuna zidd olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Odur ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir.
37. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, cavabdehin kassasiya şikayətində 2 (iki) dəlil irəli sürülmüşdür.
38. Birinci dəlil ondan ibarətdir ki, təqdim edilən bağ sahəsinə dair müqavilədə bağ nömrəsində düzəliş edilmişdir, lakin səlahiyyətli şəxsin imzası və möhürü ilə təsdiq edilməmişdir.
39. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin sözügedən birinci dəlili əsassızdır, belə ki, cavabdeh tərəf birinci instansiya məhkəməsinə 5 yanvar 2022-ci il tarixli müşayiətedici məktubla 12 ədəd sənəd göndərilmişdir (iş səh 38-51).
40. Həmin sənədlərin arasında sözügedən torpaq s ahəsinin əl ilə çəkilmiş planı mövcuddur ki, (iş səh. 39) adıçəkilən sənədin yuxarı sağ küncündə bağ sahəsinin nömrəsi 1848/1686 kimi göstərilmiş və idarənin ştampı ilə təsdiq edilmişdir.
41. Eyni zamanda işin 41-ci səhifəsində olan inventarizasiya aktında bağın nömrəsi yenə də 1848/H1686 kimi qeyd edilmişdir.
42. Cavabdehin ikinci dəlili isə ondan ibarətdir ki, iddiaçı tərəfindən bağ sahəsinin ərazisi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən uyğunsuzluq təşkil edir, yerləşməsi digər bağ nömrələrinin (1680, 1681, 1682, 1684) ərazisinə uyğun gəlir.
43. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin ikinci dəlili apellyasiya məhkəməsi tərəfindən hərtərəfli araşdırılmamışdır.
44. Belə ki, yuxarıda göstərilmiş bağ sahələrinin sənədləri və sxemləri tələb edilməmişdir.
45. Digər tərəfdən məhkəmə göstərilən bağ nömrələrindən yalnız 1681-lə bağlı cavabdehə sorğu edilmiş, cavabdeh də həmin nömrəli bağa aid cavab vermişdir, 1680, 1682, 1684 bağları barədə məhkəmə sorğu verməmiş, cavabdeh də məlumat verməmişdir.
46. Məhkəmə cavabdehdən həm onlarda olan ərazinin sxematik xəritəsini, həm də faktiki vəziyyət (yerləşmə) barədə müayinə aktı, (hazırkı yerləşmə barədə) cizgi olmamışdır.
47. Beləliklə apellyasiya məhkəməsi bağın başqalarının mülkiyyətində, istifadəsində olmasını, cavabdehin dəlilini yoxlamayıb, üst-üstə düşmə varsa, 3-cü şəxs kimi cəlb edilməni müzakirə etməyib.
48. Bununla yanaşı xüsusi olaraq qeyd edilməlidir ki, hazırkı inzibati mübahisəyə baxıldığı zaman prosessual pozuntuya da yol verilmişdir.
49. Belə ki, işin 52-ci səhifəsində olan iddiaçının ərizəsindən göründü yü kimi, iddiaçı İPM-in 54-cü maddəsinə əsaslanaraq, tələbini dəqiqləşdirmiş və onu Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 1848/1686 saylı bağ sahəsinin mərhum atası X6 məxsus olması barədə arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə kimi göstərmişdir.
50. Lakin birinci instansiya məhkəməsi bunu nəzərə almamış və qəbul etdiyi 13 sentyabr 2022-ci il tarixli qərarının nəticə hissəsində belə yazmışdır: “İddia təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən ümumi sahəsi 0,25 ha olan 1848/1686 saylı bağ sahəsinə dair İddiaçı atası mərhum X5 adına xüsusi mülkiyyət hüququ üzrə qeydiyyatın aparılması və Daşınmaz Əmlakın Dövlət reyestrindən arayışın (çıxarış) verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyy at Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin.”
51. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-805/2023 nömrəli, 9 mart 2023-cü il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, kassasiya şikayəti qalan hissədə təmin edilməməlidir.
52. Şərh edilənlərə və Azərbaycan Respublikası İPM-in 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-805/2023 nömrəli, 9 ma rt 2023-cü il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilsin. kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.