Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1495/2024 23.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: keçmiş dövr üzrə təqaüdün ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “keçmiş dövr üzrə təqaüdün ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 fevral 2024-cü il tarixli, 2-1(103)427/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:
1. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 1598 saylı, 2 noyabr 2018-ci il tarixli qərarından görünür ki, iddiaçının aldığı travmalar hərbi travmadır və Azərbaycan Respublikasının müdafiəsi zamanı almışdır.
2. Tibbi Sosial-Ekspert Komissiyasının 2019-cu il tarixli sonuncu müayinəyə dair məlumatın verilməsi üzrə arayışına əsasən iddiaçıya xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün mü dafiəsi ilə bağlı ikinci dərəcəli əlillik təyin edilmişdir.
3. Cavabdeh inzibati orqanın xx.xx.2022-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, X1 Sisteminin Əlillik altsistemi əsasən, iddiaçının xx.xx.2019-cu il tarixindən müddətsiz olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ dərəcə əlilliyi müəyyən edilmiş və müvafiq olaraq İddiaçı həmin tarixdən hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmişdir. Hazırda 350 manat məbləğində olmaqla ödənişi davam etdirilir. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İddiaçı İİ dərəcə əlilliyi xx.xx.2019-cu il tarixindən müəyyən edildiyi üçün ərizədə qeyd edilmiş dövrlər üzrə müharibə ilə əlaqədar əlil liyi olan şəxslərə verilən Prezident təqaüdünün təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “1 sentyabr 2008-ci il tarixdən 15 may 2019-cu il tarixədək fərq məbləğinin tam şəkildə birdəfəlik qanunla ödənilməsi” öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 11 noyabr 1993-cü il tarixdən 24 sentyabr 1995-ci il tarixədək Müdafiə Nazirliy inin N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət keçmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Hal-hazırda 2-ci qrup Azərbaycan Respublikasının ərazi bütövlüyü müdafiəsi ilə əlaqədar müddətsiz əlildir. İddiaçı 15 may 2019-cu il tarixdə Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə müraciət etmiş, ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin edilmişdir. İddiaçı hazırda DSMF Sosial Ödənişlərin Təyinatı üzrə X2 təqaüdü alır, lakin qanunla müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməyən, yəni 1 sentyabr 2008-ci il tarixdən Prezident təqaüdü almaq hüququ yarandığı gündən (1993-cü ildə yaralandığı, 1997-cı ildən əlil olduğu üçün onun hüququ 1 sentyabr 2008-cı il tarixdə yaranmışdır) ödənilməklə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməyən 1 sentyabr 2008-ci il tarixdən 15 may 2019-cu il tarixədək fərq məbləğinin tam şəkildə birdəfəlik qanunla ödənilməsi xahiş edir. Belə ki, bir çox onun kimi olan hərbçi yoldaşlarına həmin fərq məbləğinin məhkəmə qaydasında ödənilməsi təmin edilmişdir. İddiaçıya 15 may 2019-cu il tarixdə verilmiş müayinə aktına əsasən təqaüd alır və bu hal mübahisələndirilmir. Yəni, hazırkı iş üzrə mübahisə predmeti onun hansı orqan tərəfindən yenidən müayinə edilməyi və təqaüdün təyin edilməsi üçün əsas olan sənədin hansı orqan tərəfindən verilməsi yox, iddiaçının əlilliklə bağlı hüququnun nə vaxtdan yaranmasıdır. Cavabdeh tərəfindən 15 may 2019-cu il tarixdən iddiaçıya təqaüd verilməsi, cavabdeh tərə findən təqaüd almaq üçün əsas olan əlilliyin vəziyyətinin müəyyən edən arayışın qəbul edilməsinə dəlalət edir. Lakin bu arayış iddiaçının 2019-cu ilin may ayından əlil olmağını təsdiq etmir, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olduğunu müəyyən edir ki, onun hərbi xidmət vəzifələrinə 1993-cü ildə son qoymuş, 1997ci ildən 2007-ci ilədək müddətli, 2007-ci ildən müddətsiz əlil olmuşdur. Belə olan halda, cavabdehin 2008-ci ilin sentyabr ayından etibarən iddiaçıya təqaüd verilməsindən imtina edilməsini əsassız hesab edir. İddiaçı, bu barədə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh 31 avqust 2022-ci il tarixdə müraciətə əsassız olaraq etiraz etmiş, bu səbəbdən də məhkəməyə müraciət etmişdir. İddiaçı hesab edir ki, cavabdehin etirazı əsassız və qanunsuzd ur. Belə ki, onun iddia tələbi analoji hal olaraq Ali Məhkəmənin 2-1(102)1517/2021 nömrəli 4 avqust 2021-ci il tarixli qərarında öz əsaslı təsdiqini tapmışdır. Belə ki, Azərbaycan Respublikası Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında Azərbaycan Respublikasi Prezidentinin 9 sentyabr 2008-ci il tarixli 823 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə, cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı, həmçinin hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən sağlamlıqlarını itirərək əlil olan şəxslərin mərdlik və şücaətlərini qeyd edərək onların sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqs ədi ilə 1 sentyabr 2008-ci il tarixdən 15 may 2019-cu il tarixədək fərq məbləğinin tam şəkildə birdəfəlik qanunla ödənilməlidir.
6. Cavabdeh iddiaya yazılı etirazını təqdim etmiş və etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İddiaçı DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət edərək, ona 15 may 2019-cu il tarixdə müddətsiz İİ qrup əlillik təyin edilmiş hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar Azərbaycan Respublikası Prezident təqaüdünün 2008 – 2019-cu illəri əhatə edən dövr üzrə hesablanaraq ödənilməsini tələb etmişdir. 14 oktyabr 2022-ci il tarixli imtina məktubu ilə ərizədə qeyd edilən dövrlər üzrə sözügedən təqaüdün keçmiş dövlər üzrə ödənilməsinin qanunvericiliyin tələbləri baxımından mümkün hesab e dilmədiyi bildirilmişdir. 9 sentyabr 2008-ci il tarixli 823 nömrəli “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə, cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı, həmçinin hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə 1990cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar sağlamlıqlarını itirərək əlilliyi müəyyən edilmiş şəxslərin mərdlik və şücaətlərini qeyd edərək onların sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmiş və onun aylıq məbləği aşağıdakı kimi müəyyən edilmişdir: orqanizmin funksiyalarının 81 – 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 400 manat; orqanizmin funksiyalarının 61 – 80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 350 manat; orqanizmin funksiyalarının 31 – 60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 300 manat. X1 Sisteminin Əlillik altsisteminə əsasən İddiaçı 15 may 2019-ci il tarixdən müddətsiz olaraq hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar İİ dərəcə əlilliyi müəyyən edilmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq 1 yanvar 2021-ci il tarixdən 350 manat məbləğində müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmişdir. Müharibədə iştirakla əlaqədar əlilliyi olan şəxslərin təqaüd almaq hüququnu onların əlillik statusu almaq hüququndan fərqləndirməyə ehtiyac vardır. Əlillik statusunu almaq hüququ o statusu almamışdan daha əvvəl yarana bilər, ancaq təqaüdü almaq hüququ birbaşa statusun alınması ilə yaranır. Ona görə də, belə mübahisələrin həlli zamanı müvafiq maddi hüquq normasının düzgün tətbiqi üçün ilk növbədə bəhs edilən təqaüdü almaq hüququnun nə vaxtdan etibarən yarandığını müəyyən etmək lazımdır. İddiaçı 15 may 2019-cu il tarixdən müddətsiz olaraq hərbi xidmət vəzifələrini (xidmət vəzifələri) yerinə yetirməklə əlaqədar İİ dərəcə əlilliyi müəyyən olunmuş və ona müvafiq olaraq qanunvericiliyin tələ blərinə uyğun olaraq 1 yanvar 2021-ci il tarixdən 350 manat məbləğində müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə verilən Azərbaycan Respublikası Prezident təqaüdü təyin edilmişdir. Həmçinin, İddiaçı 26 iyul 2022-ci il tarixdə “1997-ci il avqustun 2-dək olan xidmət dövründə əlilliyi müəyyən edilmiş hərbi qulluqçular, daxili işlər orqanlarının əməkdaşları və vərəsələrinə birdəfəlik ödəmə (qətnamə əsasında)” birdəfəlik müavinəti təyin edilmişdir.
7. Bakı İnzibati Məhkəməsinin (hakim R.T.Kərimli) xx.xx.2023-cü il tarixli, 2-1(112)2455/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı işin hallarına görə iddiaçıya onun hərbi xidmət vəzifələrinin yerinə yetirilməklə əlaqədar əlilliyin müəyyən olunduğu tarixdən (15 may 2019-cu il) Prezi dent təqaüdü təyin olunub ödənilsə də, o, təqaüdün məhz əlilliyin ona təyin olunduğu vaxtdan ödənilməsini tələb edir. Halbuki, həmin dövrdə ona ikinci dərəcəli əlillik dərəcəsi ümumi əsaslar ilə təyin olunmuşdur. Göstərilən bu hal ona dəlalət edir ki, iddiaçıya təyin olunmuş ikinci dərəcəli əlilliyin səbəbli əlaqəsi 15 may 2019-cu il tarixdə müəyyən olunduğundan, o, məhz həmin tarixdən müharibədə iştirakla əlaqədar əlilliyi olan şəxslərin əhatə dairəsinə düşmüş və onun həmin tarixdən etibarən Prezident təqaüdü almaq hüququ yaranmış olmur.
9. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-2455/2023 nömrəli qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 fevral 2024-cü il tarixli, 2-1(103)-427/2024 nömrəli qərarı ilə (sədrlik edən: K.H.Əkbərov, hakimlər: İ.S.Şirinov və R.Ə.Səmədov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-2455/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
13. İddiaçının kassasiya şikayəti iddia ərizəsi və apelly asiya şikayətinin dəlillərinə uyğun əsaslanmışdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Cavabdeh kassasiya şikayətinə yazılı etiraz təqdim edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 fevral 2024-cü il tarixli, 2-1(103)-427/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kassasiya şikayətinə etiraz iddiaya dair yazılı etiraza uyğun əsaslanmışı. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Əmək pensiyaları haqqında” Qanun: Maddə
11. Əlilliyə görə əmək pensiyası. 11.2. hərbi qulluqçular (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) sırasından olan əlilliyi olan şəxslər aşağıdakı kateqoriyalara bölünürlər: 11.2.1. müharibə ilə əlaqədar əlilliyi olan şəxslər—əlillik hərbi xidmət vəzif ələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı xəstəlik nəticəsində üz verərsə; 11.2.2. hərbi qulluqçular sırasından digər əlilliyi olan şəxslər—əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə bağlı olmayan bədbəxt hadisə nəticəsində alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində üz verərsə. 12.2. Hərbi qulluqçulara, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından müharibə ilə əlaqədar İ dərəcə əlilliyi olan şəxslərə (hərbi rütbələrdən məhrum edilmiş hərbi qul luqçular və digər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) əlilliyə görə əmək pensiyaları xidmət müddətindən asılı olmayaraq, əlillik hərbi qulluqçuların xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra, lakin xidmət dövründə alınmış xəstəlik və yaxud xəsarət (yaralanma, travma, kontuziya) nəticəsində üz verdikdə təyin edilir
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”: Əsasnamənin 4.1-ci bəndinə əsasən, şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. Əsasnamənin 4.16-cı bəndinə əsasən TSEK 2 iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələri ni 1 iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə “Əlilliyin qiymətləndirilməsi Qaydası” təsdiq edilmiş və “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 36 nömrəli Qərarının 1 – 4-cü hissələri ləğv edilmişdir. 17. “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 9 sentyabr 2008-ci il tarixli Fərmanı: Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə, cəbhədə olmaqla və ya döyüş əməliy yatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı, həmçinin hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar sağlamlıqlarını itirərək əlilliyi müəyyən edilmiş şəxslərin mərdlik və şücaətlərini qeyd edərək onların sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə qərara alıram: 1. “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilsin və onun aylıq məbləği aşağıdakı kimi müəyyən edilsin.
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pros essual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə koll egiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.
22. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmə ləri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
23. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə lazımi qaydada araşdırma aparmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
24. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
25. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi ona Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməyən 1 sentyabr 2008-ci il tarixdən 15 may 2019-cu il tarixədək fərq məbləğinin tam şəkildə birdəfəlik ödənilməsinə nail olmaqdan ibarətdir.
26. Göründüyü kimi iddiaçıya onun hərbi xidmət vəzifələrinin yerinə yetirilməklə əlaqədar əlilliyin müəyyən olunduğu tarixdən (15 may 2019-cu il) Prezident təqaüdü təyin olunub ödənilsə də, o bununla razılaşmır və təqaüdün məhz əlilliyin ona təyin olunduğu vaxtdan ödənilməsini tələb edir. Halbuki, həmin dövrdə ona ikinci dərəcəli əlillik dərəcəsi ümumi əsaslar ilə təyin olunmuşdur.
27. Göstərilən bu hal ona dəlalət edir ki, iddiaçıya təyin olunmuş ikinci dərəcəli əlilliyin səbəbli əlaqəsinin Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə bağlı olması 15 may 2019-cu il tarixdə müəyyən olunduğundan, o, məhz həmin tarixdən müharibədə iştirakla əlaqədar əlilliyi olan şəxslərin əhatə dairəsinə düşmüş və onun həmin tarixdə n etibarən Prezident təqaüdü almaq hüququ yaranmışdır.
28. Bundan başqa, nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən 15 may 2019-cu il tarixdən əvvəl, yəni əlilliyin səbəb əlaqəsinə dair mübahisə açması ilə bağlı aidiyyəti inzibati orqana, onun hərəkətindən (hərəkətsizliyindən) isə məhkəməyə müraciət etməsinə dair mötəbər sübutlar da təqdim edilməmişdir.
29. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
30. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyas ı QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 fevral 2024-cü il tarixli, 21(103)-427/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.