Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1496/2019 04.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xəzər rayon şöbəsinə qarşı iş üzrə QƏRAR giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, Sarıyev Rauf Həsən oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xəzər rayon şöbəsinin vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərb aycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xəzər rayon şöbəsinə (bundan sonra cavabdeh) qarşı “23.09.1992-ci il tarixdən 22.12.2004-cü il tarixədək çalışdığı müddətin sosial sığorta stajına daxil edilərək iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-211/2019 saylı, 23 yanvar 2019-cu il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 4 iyun 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı xx.xx.1954-cü il tarixdə anadan olmuşdur, əmək kitabçasına əsasən o, 01.11.1974-cü il tarixdən 27.11.1974-cü il tarixədək, 27.11.1974-cü iltarixdən 20.01.1975-ci iltarixədək, 20.01.1975-ci iltarixdən 27.02.1986-cı iltarixədək, 17.03.1986-cı iltarixdən 01.07.1991-ci iltarixədək, 01.07.1991-ci il tarixdən 29.11.1991-ci iltarixədək, 02.12.1991-ci iltarixdən 22.09.1992-ci iltarixədək, 23.09.1992-ci iltarixdən 28.12.1999-cu iltarixədək, 30.12.1999-cu iltarixdən 22.12.2004-cü iltarixədək müxtəlif vəzifələrdə işləmişdir. İddiaçı işlədiyi iş stajının sosial sığorta stajı kimi nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdehin iddiaçıya ünvanladığı 31.01.2018-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanuna əsasən, “Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 4.2.7-ci bəndində zəruri hesab olunan hallarda sənədlərin yerində qarşılıqlı yoxlanılması göstərilmişdir. Əmək kitabçasında qeyd edilmiş 23.09.1992-ci il tarixdən 22.12.2004-cü il tarixədək iş stajını araşdırmaq mümkün olmadığı üçün “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində tələb olunan 25 il sığorta stajını və fərdi hesabının sığorta hissəsində qeyd olunan pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi üçün yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliklə mümkün deyildir. İddiaçı cavabdehə qarşı 18 iyul 2018-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 23.09.1992-ci il tarixdən 22.12.2004-cü il tarixədək çalışdığı müddətin əmək ki tabçasında qeyd olunmasını bildirib həmin dövrün nəzərə alınaraq yaşa görə əmək pensiyasına çıxması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 1974-cü ildən 2004-cü ilə kimi müxtəlif müəssisələrdə təxmini 30 il əmək fəaliyyəti ilə məşğul olub. Sonradan o qanunvericiliyə əsasən pensiyaya çıxmaq üçün cavabdehə müraciət edərkən ona qanunsuz və əsassız olaraq 31 yanvar 2018-ci il tarixli məktubla bildirilmişdir ki, 23.09.1992-ci il tarixdən 22.12.2004-cü il tarixədək iş stajının araşdırılması mümkün olmadığı üçün “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində tələb olunan 25 il sığorta stajının və fərdi hesabının sığorta hissəsində qeyd olunan pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi üç ün ona yaşa görə əmək pensiyasının təyin olunması qeyri-mümkündür. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X1, 2-1(82)-3477/2018 saylı iş)17 sentyabr 2018-ci il tarixli qərarı ilə iddia təmin edilərək, iddiaçının 23.09.1992-ci il tarixdən 22.12.2004-cü il tarixədək işlədiyi illərin sosial sığorta stajına daxil edilərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. İş apellyasiya instansiyası məhkəməsində olarkən “Azərkəndtikinti” SC-nin Sənaye Kombinatının “Kəndtikinti” 2 nömrəli trestinin və “Bakıbaştikinti” İdarəsinin “Karvan” kiçik dövlət müəssisəsi dövlət mülkiyyətində olduğundan dövlət registrində qeydiyyata alınıbalınmamaları barədə məlumatın əldə edilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə sorğu göndəril miş, Əmlak Məsələləri Dövlət Komitəsinin məhkəməyə ünvanladığı 14.01.2019-cu il tarixli məktubda bildirilmişdir ki, “xxxx” ASC-nin Abşeron rayonu, Xırdalan şəhəri, 31-ci məhəllə ünvanında yerləşən 2 nömrəli “Kəndtikinti” tresti dövlət əmlakının Registrində qeydiyyata alınmışdır. Həmin müəssisənin təsis sənədləri Əmlak Məsələləri Dövlət Komitəsində mövcud olmadığından, müvafiq sənədlərin verilməsi üçün “xxxx” ASC-yə müraciət etməyiniz məqsədəuyğundur. Müraciətdə qeyd olunan “Bakıbaştikinti” İdarəsinin “Karvan” kiçik dövlət müəssisəsi adında dövlət təşkilatına dair isə Əmlak Məsələləri Dövlət Komitəsində hər hansı məlumat aşkar edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X4məruzəçi, X5 və X2, 2-1(103)-211/2019 saylı iş) 23 yanvar 2019-cu il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17 sentyabr 2018-ci il tarixli qərarı qismən - iddiaçının 30.12.1999-cu ildən – 22.12.2004-cü ilədək işlədiyiillərin sosial sığorta stajına daxil edilməsi hissəsindələğv edilmiş, iddia qismən təmin edilərək iddiaçının 23.09.1992-ci il tarixdən 28.12.1999-cu il tarixədək işlədiyi illərin sosial sığorta stajına daxil edilərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilmiş, iddia tələbi iddiaçının 30.12.1999-cu ildən – 22.12.2004-cü ilədək işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi hissəsində rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki,xx.xx.1954-cü il təvəllüdlü iddiaçının əmək kitabçasında əmək fəaliyyəti barədə qeyd edilən illəri, habelə 23.09.1992ci ildən 28.12.1999-cu ilədək Azərkəndtikinti SC-nin Sənaye Kombinatının “Kənd tikinti” 2 nömrəli trestində işlədiyi illəri sosial sığorta stajına daxil edilərək ona “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində tələb olunan 25 il sığorta stajını nəzərə alaraq yaşa görə əmək pensiyası təyin edilməlidir. Cavabdeh 4 mart 2019-cu il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılm ası Qaydalarının 3.1.1-ci bəndinə uyğun olaraq Qanunun qüvvəyə mindiyi 1 yanvar 2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. 1 yanvar 2006-cı il tarixdən “Vətəndaşların pensiya təminatı haqqında” Qanun və həmrəylik prinsipinə əsaslanan əvvəlki pensiya sisteminin bütün normaları qüvvədən düşmüşdür. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyasının 3 növü – yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya növləri müəyyən edilmişdir. tərəflərin izahatı: Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir. əsaslandırma hissəsi: İddiaçı məhkəmə kollegiyasının iclasında iştirak etməməsinə baxmayara q, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). Cavabdehin kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı i ddia növü inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) aiddir. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia tələbi əmək kitabçasında qeyd edilən 1992-2004-cü illərin iş stajı nəzərə alınmaqla iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi barədədir. Cavabdeh imtinasında bildirmişdir ki, 1992-2004-cü illərin iş stajının qarşılıqlı yoxlanılması mümkün olmadığından qanunvericiliyin tələbinə görə həmin dövr sığorta stajına daxil edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi tərəfindən 1992-1999-cu illər iddiaçının sos ial sığorta stajına daxil edilməklə iddiaçının işlədiyi digər illər (1999-2004-cü illər istisna olmaqla) nəzərə alınaraq onun yaşa görə əmək pensiyası hüququ olması qənaətinə gəlmişdir. İddiaçı iddianın rədd edilməsi hissəsindən kassasiya şikayəti vermədiyindən həmin hissə kassasiya icraatının predmetini təşkil etmir. Mübahisə olunan 1992-1999-cü illərin iş stajı əmək kitabçası ilə təsdiq edilir. Əmək kitabçasından görünür ki, həmin dövrdə o, 2 saylı Sənaye Kombinatında işləmişdir. 1992-1999-cü illərdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri...nəzərə alınır. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri t ərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır, iş yerindən verilən arayışlardır. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İPM-in 14.3-cü maddəsində qeyd edilir ki, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İddiaçının iş stajını təsdiq edən əmək kitabçası mövcuddur, əmək kitabçası yuxarıda qeyd edilən normativ sənədlərə uyğun tərtib edilmişdir, Cavabdeh iddiaçıya məxsus əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmamasına dair mötəbər sübut təqdim edə bilməmişdir. Cavabdeh etirazının dəlili ilə bağlı məhkəmələrə hər hansı sübut təqdim etməmişdir. Mübahisə olunan dövr iddiaçının əmək kitabçasında qeyd edildiyindən, həmin qeydlərin cavabdehdə şübhə doğurması barədə cavabdeh hər hansı mötəbər sübut təqdim etmədiyindən, bəhs edilən dövrün iddiaçının sosial sığort a stajına aid etməklə məhkəmə düzgün nəticəyə gəlmişdir. İddiaçının 30 ilə yaxın ümumi iş stajı mövcuddur. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027- ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunun müddəalarına görə iddiaçının 25 il sığorta stajı və 63 yaş 6 ayı olduğu təqdirdə pensiya hüququ yaranacaqdır. İddiaçı xx xxxx 1954-cü ildə doğulmuşdur. Onun 63 yaşı 20 iyul 2017-ci il tarixdə tamam olmuşdur. Qanunun 7-ci maddəsinin Qeyd hissəsi nəzərə alınarsa, iddiaçının 2017-ci ilin iyulun 1-dən 2018-ci ilin iyulun 1-dək olan dövr (bu dövr daxilində iddiaçının 63 yaşı tamam olduğuna görə) üzrə 6 aylıq yaş 63 yaşa əlavə edilməklə, 63 yaş 6 aydan, yəni 20 yanvar 2018-ci ildən iddiaçının pensiya hüququ yaranmışdır. Odur ki, apellyasiya instansiyası məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İşə baxılarkən sübutlar məhkəmə tərə findən tam və hərtərəfli araşdırılmış, sübutlara hüquqi qiymət verilmişdir. İddiaçının tələbi ilə bağlı cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququ pozulmuşdur. Bəhs olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Cava bdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xəzər rayon şöbəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-211/2019 saylı, 23 yanvar 2019-cu il tarixli qərarı iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-1496/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1496/2019
04.06.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver