Məhkəmə qərarları › İş №2-1(102)-1496/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1496/2023

05.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1496/2023 05.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlillik dərəcəsinin təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (üçüncü şəxs: Bakı 36 nömrəli Şəhər Poliklinikası) qarşı “əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 mart 2023-cü il tarixli, 2-1(103)-1324/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçının əlillik vəziyyətinə Abşeron Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M95-M99 - Sümükəzələ sisteminin və birləşdirici toxumanın digər pozğunluqları => M96 - Sümük-əzələ sisteminin tibbi pros..; Diaqnozun mətni: Sağ diz oynağının ön xaçvari bağın tam qopması sağ diz oyna ğının artrozu; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: sümük” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir.

2. Yenidən iddiaçının əlillik vəziyyətinə Abşeron Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli 2796003AABHM saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S70-S79 - Bud-çanaq oynağı və bud nahiyəsinin travmaları => S77 Bud- çanaq oynağı və bud nahiyəsinin bər...; Diaqnozun mətni: Oynaqların digər spesifik zədələnmələri bağların zədələnməsi Oynaqların kontrakturası; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => 2.3.3. Bazu və ya dirsək oynağının laxlaması” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir.

3. Təkrarən iddiaçının əlillik vəziyyətinə ele ktron təyinatla xx.xx.2016-cı ildə baxılmış və “Səbəbi: Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S70-S79 Bud-çanaq oynağı və bud nahiyəsinin travmaları => S77 - Bud-çanaq oynağı və bud nahiyəsinin bər...; Diaqnozun mətni: Oynaqların digər spesifik zədələnmələri bağların zədələnməsi Oynaqların kontrakturası; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => 2.3.3. Bazu və ya dirsək oynağının laxlaması” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir.

4. Sonuncu dəfə iddiaçının əlillik vəziyyətinə Bakı 36 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli 3875003AAB0Q saylı göndərişi əsasında baxılmış və “X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bezi digər nəticələri => S80-S89 - Diz və baldırın travmaları => S83 - Diz oynağının kapsul-bağ aparatının çıxığı, gərilmə və hədd...; Diaqnozun mətni: Diz oynağının xaçabənzər bağının (ön) (arxa) gərilməsi və cırılması, Sağ diz oynağının travma (2012 ci il Hərbi Xidmət vəzifəsini yerinə yetirərkən) nəticəsində ön çarpaz bağının tam qopmasından və çarpaz bağın bərpası əməliyyatından sonrakı vəziyyət. Oynaqların kontrakturası, Sağ diz oynağının kontrakturası; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir” səbəbi ilə imtina verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə mür aciət edərək, 3-cü dərəcəli əlilliyinin bərpa olunması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2012-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən hərbi xidmətə göndərilmişdir. xx.xx.2012-ci il tarixində hərbi təlimlər zamanı dizindən ağır zədə almış, onu hərbi hospitala yerləşdirmişlər. Lakin orada həkimlərin səhlənkarlığına görə düzgün müayinə və müalicə olunmamışdır. xx.xx.2012-ci il tarixində onu vaxtından əvvəl hərbi xidmətdən tərxis etmişlər. Həkimlər onun vəziyyətinin daha da pisləşdiyini gördükdən sonra öz hesabına onu “Oksigen” klinikasına müayinəyə göndərmişlər. “Oksigen” klinikasında onu müayinə etmiş və təcili əməliyyat edilməli olduğunu bildirmişlər. Orada hərbi hospitalın həkimlərinin hesabına onun üzərində “Sağ diz oynağının qeyri-sabitliyinə, Ön çarpaz bağın köhnə tam qopmasına və lateral menskin ön buynuzunun 3-cü B dərəcəli cırılmasına görə artotomiya medial meniskektomiya və ön çarpaz bağın autoplastikası” əməliyyatı aparılmışdır. Bundan sonra ona guya ki, xəstəliyin hərbi xidmətlə heç bir əlaqəsi olmaması barədə rəy verilmişdir. Lakin o, həmin rəylə razı olmadığından Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. xx.xx.2013-cü il tarixində Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi tərəfindən xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsinin “Hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” kimi təyin edilməsi qərarı verilmişdir. Bundan sonra o, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmiş v ə ona 3-cü dərəcəli əlillik təyin edilmişdir. 2016-cı ilə kimi hər il tibbi müayinədən keçmiş, sonuncu dəfə 2016-cı ildə tibbi müayinədən keçdikdə onun 3-cü qrup əlilliyi təsdiqlənmişdir. 2016-cı ildə keçdiyi müayinənin müddəti 5 illik olduğundan o, 2021-ci ildə də tibbi müayinədən keçmişdir. Lakin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatında onun əlilliyi təyin olunmamışdır. Halbuki, onun vəziyyəti əvvəlkindən pisdir. Özünü sərbəst idarə edə bilmir. Başqalarının köməyi ilə hərəkət edir.

7. Cavabdeh tərəfindən iddia tələbinə verilən yazılı etirazda hazırkı qərarın 1-4-cü bəndlərində sadalanan işin halları qeyd edilmişdir.

8. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçı barəsində mə hkəmə-tibbi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 Publik Hüquqi şəxsi tərəfindən verilmiş T 54/2022 saylı (ekspertizanın başlanma tarixi 31 yanvar 2022-ci il, başa çatma tarixi 10 fevral 2022-ci il) rəyində qeyd edilmişdir ki, iddiaçının iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün Bakı 36 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli 3875003AAB0Q saylı göndərişilə rəsmiləşdirilmiş Forma № 88 arayışında qeyd edilmiş diaqnozlar “Diz oynağının xaçabənzər bağının (ön, arxa) gərilməsi və cırılması, sağ diz oynağının travma (2012-ci il hərbi xidmət vəzifəsini yerinə yetirərkən) nəticəsində ön çarpaz bağının tam qopmasından və çarpaz bağın bərpası əmə liyyatından sonrakı vəziyyət, oynaqların kontrakturası, sağ diz oynağının kontrakturası” aparılmış kliniki və instrumental müayinələrin əsasında müəyyən olunmuşdur. Həmin diaqnozlar şəxsin əyani müayinəsində əlillik dərəcəsinin təyin edilməsinə əsas vermədiyi üçün ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.3.12.3.9-cu bəndlərində nəzərdə tutulmuş hallardan hər hansı birinə aid etmək mümkün deyildir.

9. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının əyani müayinə olunması üçün cavabdeh quruma 30 gün müddət təyin edilmişdir. Qərardadın icrasının nəticəsi olaraq cavabdeh tərəfindən xx.xx.2022- ci il tarixli məktubla bildirilmişdir ki, iddiaçı xx.xx.2022-ci ildə Agentliyin müvafiq Tibbi-Sosial Ekspert Komissiyasında nəzarət qaydasında əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq barəsində “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. Belə ki, şəxsin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Sağ diz oynağının travma nəticəsində ön çarpaz bağının tam qopmasından və çarpaz bağın bərpası əməliyyatından sonrakı vəziyyət. Sağ diz oynağının kontrakturası” diaqnozu – anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmamışdır. Bundan irəli gələrək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdi q edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı verilmişdir.

10. Bakı İnzibati Məhkəməsinin (hakim H.A.Ağalarov) 19 oktyabr 2022-ci il tarixli, 21(112)-1913/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya Bakı 36 nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 3875003AAB0Q saylı göndəriş əsasında üçüncü dərəcə əlilliyin təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəfindən şəxsin obyektiv vəziyyətinin müayinəsi nəticəsində göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş diaqnozun anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmaması qeyd edilsə də, i ş üzrə keçirilmiş ekspert rəyində göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş diaqnozun aparılmış kliniki və instrumental müayinələrin əsasında müəyyən olunması qeyd edilmişdir. Ekspert rəyinin bu hissədə əsassızlığı ilə bağlı cavabdeh tərəfindən hər hansı bir dəlil irəli sürülməmişdir. Məhkəmə hesab etmişdir ki, ekspert rəyinin bu hissədə qəbul edilməməsi üçün hər hansı bir əsas yoxdur. Lakin həmin diaqnozun şəxsin əyani müayinəsində əlillik dərəcəsinin təyin edilməsinə əsas verməməsi ilə bağlı ekspert rəyi əsassızdır. Belə ki, iddiaçı barəsində sonuncu dəfə verilən xx.xx.2021-ci il tarixli 3875003AAB0Q saylı tibbi göndərişdə qeyd olunan əsas diaqnozun ağırlaşması (“M24.5 Oynaqların kontrakturası, Sağ diz oynağının kontrakturası”) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.3.2-ci bəndinə əsasən ona üçüncü dərəcə əlillik təyinatına əsas verir.

12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: R.Ə.Səmədov /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və A.P.Oruczadə) 7 mart 2023-cü il tarixli, 21(103)-1324/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 2-1(112)-1913/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellya siya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

16. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddia tələbinə etirazın dəlilləri ilə eynilik təşkil edir. Cavabdeh əlavə olaraq qeyd edir ki, iddiaçı əyani müayinədə olmuş və cavabdeh tərəfindən 13 iyul 2022-ci il tarixli, **********4 nömrəli qərar qəbul edilmişdir. Həmin qərara əsasən, iddiaçının əllik vəziyyəti qiymətləndirilmiş və ona diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar verilmişdir. Eyni zamanda, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə tibbi ekspertiza sı təyin edilmişdir. Həmin ekspertizanın T54/ 2022 saylı rəyinə əsasən də şəxs barəsində əlillik təyin edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də nəzərdə tutulmuş hallardan hər hansı birinin olmadığı üçün əlillik təyin edilməsi mümkün olmamışdır. Qeyd edilən səbəblərə görə iddiaçıya əlillik dərəcəsi verilməsindən haqlı olaraq imtina edilmişdir. İddiaçıya əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına ba xmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

17. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs,... Maddə

3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakim iyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 19. “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

1. Əsas anlayışlar Bu Qanunda aşağıdakı anlayışlardan istifadə olunur:... məhkəmə eksperti (ekspert) - məhkəmə ek spertizasının aparılması həvalə olunmuş, məhkəmə ekspertizasının predmetinə aid olan xüsusi məsələlərə dair zəruri biliyə malik olan və işin nəticəsində marağı olmayan, məhkəmə eksperti şəhadətnaməsi almış şəxsdir;... Maddə

6. Ekspertin müstəqilliyi Məhkəmə ekspertizası aparılarkən ekspert müstəqildir, onun məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqandan və ya şəxsdən, tərəflərdən və işin nəticəsində marağı olan digər şəxslərdən hər hansı asılılığı ola bilməz. Ekspert özünün xüsusi biliyinə və daxili inamına əsaslanaraq aparılmış tədqiqatın nəticələrinə uyğun olaraq rəy verir. [5] Məhkəmələr (hakimlər), təhqiqat aparan şəxs, müstəntiq, prokuror, habelə digər dövlət orqanları, təşkilatlar və ya ayrı-ayrı şəxslər tərəfindən proses iştirakçılarından hər hansı birinin maraqlarına cava b verən və ya digər şəxslərin xeyrinə olaraq rəy əldə etmək məqsədi ilə ekspertə hər hansı formada təsir göstərilməsi qadağandır. Ekspertə təsir göstərilməsində təqsirkar olan şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. Maddə

9. Məhkəmə ekspertizası idarəsi rəhbərinin hüquqları... Məhkəmə ekspertizası idarəsi rəhbərinin aşağıdakı hüquqları vardır:... rəy verilməsi üçün bu idarənin əməkdaşı olmayan şəxslərin zəruri biliyinə ehtiyac yarandıqda, onların ekspert qismində iştirakı barədə məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqan və ya şəxs qarşısında vəsatət qaldırmaq; məhkəmə ekspertizasının təyin olunması haqqında qərarda (qərardadda) və ya məhkəmə ekspertizasının sifariş edilməsi barədə müqavilədə göstərilmiş digər idarələrin işt irakı ilə məhkəmə ekspertizası aparılmasını təşkil etmək. Məhkəmə ekspertizası idarəsinin rəhbərinə aşağıdakıları etmək qadağandır:... məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqanla və ya şəxslə razılaşdırmadan, müstəqil olaraq, bu idarənin əməkdaşı olmayan şəxsləri ekspert qismində məhkəmə ekspertizasının aparılmasına cəlb etmək;... Maddə

25. Proses iştirakçılarının məhkəmə ekspertizasının aparılmasında iştirak etməsi Yalnız Azərbaycan Respublikasının prosessual qanunvericiliyi ilə belə hüquqları nəzərdə tutulmuş proses iştirakçıları məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqanın və ya şəxsin icazəsi ilə məhkəmə ekspertizasının aparılmasında iştirak edə bilərlər. Məhkəmə ekspertizasının aparılmasında iştirak edən proses iştirakçıları tədqiqatın gedişatına müdaxilə edə bilməz lər, lakin məhkəmə ekspertizasının predmetinə dair ekspertə suallar və izahatlar verə bilərlər. Ekspert rəyini tərtib etdiyi zaman, həmçinin məhkəmə ekspertizası ekspertlər tərəfindən aparıldıqda ekspertlərin müqaviləsi və əldə edilmiş nəticələrin yekunlaşdırılması mərhələsində proses iştirakçılarının iştirakına yol verilmir. Proses iştirakçısı məhkəmə ekspertizası aparıldığı zaman ekspertə mane olduqda, ekspert tədqiqatı dayandıra bilər və həmin şəxsə verilmiş icazənin ləğv edilməsi barədə məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqan və ya şəxs qarşısında vəsatət qaldıra bilər. Maddə

37. Proses iştirakçılarının canlı şəxslər barəsində məhkəmə ekspertizasının aparılmasında iştirakı Canlı şəxslər barəsində aparılan məhkəmə ekspertizasında yalnız Azərbaycan Respublikasının prosessual q anunvericiliyi ilə belə hüququ olan proses iştirakçıları iştirak edə bilərlər. Digər şəxslərin iştirakına məhkəmə ekspertizasını təyin etmiş orqanın və ya şəxsin, yaxud haqqında məhkəmə ekspertizası aparılan şəxsin və ya onun qanuni nümayəndəsinin razılığı ilə yol verilir. Haqqında məhkəmə ekspertizası aparılan şəxsin soyunması ilə müşayiət olunan tədqiqatlar həyata keçirilərkən yalnız eyni cinsdən olan şəxslər iştirak edə bilərlər. Bu məhdudiyyət həmin tədqiqatların aparılmasında iştirak edən həkimlərə və tibb işçilərinə aid edilmir.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”:

1. Ümumi müddəalar... 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.3. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir....

2. TSEK-də əlilliyin qiymətləndirilməsi qaydaları 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiya ları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrl ənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır.... 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir....

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə

13. Məhkəmənin yardım etmək vəzifəsi Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya inst ansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkə mə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda;... 96.9. Ali Məhkəmə apellyasiy a instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat ç ərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə tam və hərtərəfli araşdırma aparmadan, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları müəyyənləşdirmədən və qiymətləndirmədən yekun nəticəyə gəlmişdir.

25. İşin hallarına, iddiaçının tələbinə, məhkəmələr tərəfindən mübahisə üzrə qəbul edilmiş aktlara və kassasiya şikayətinin dəlillərinə münasibətdə məhk əmə kollegiyası aşağıdakıları qeyd edir.

26. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı Bakı 36 nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 3875003AAB0Q saylı göndəriş əsasında ona üçüncü dərəcə əlilliyin təyin edilməsindən ibarətdir.

27. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçı barəsində məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 Publik Hüquqi şəxsi tərəfindən verilmiş T 54/2022 saylı (ekspertizanın başlanma tarixi 31 yanvar 2022-ci il, başa çatma tarixi 10 fevral 2022-ci il) rəyinə əsasən, iddiaçı barəsində mübahisələndirilən göndərişlə rəsmiləşdirilmiş Forma № 88 arayışda qeyd edilmiş diaqnozlar “Diz oynağının xaçabənzər bağının (ön, arxa) gərilməsi v ə cırılması, sağ diz oynağının travma (2012-ci il hərbi xidmət vəzifəsini yerinə yetirərkən) nəticəsində ön çarpaz bağının tam qopmasından və çarpaz bağın bərpası əməliyyatından sonrakı vəziyyət, oynaqların kontrakturası, sağ diz oynağının kontrakturası” aparılmış kliniki və instrumental müayinələrin əsasında müəyyən olunmuşdur. Həmin diaqnozlar şəxsin əyani müayinəsində əlillik dərəcəsinin təyin edilməsinə əsas vermədiyi üçün ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.3.12.3.9-cu bəndlərində nəzərdə tutulmuş hallardan hər hansı birini aid etmək mümkün deyildir.

28. Habelə, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il ta rixli qərardadı ilə iddiaçının əyani müayinə olunması üçün cavabdeh quruma bir ay müddət təyin edilmişdir. Qərardadın icrasının nəticəsi olaraq cavabdeh tərəfindən bildirilmişdir ki, təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq iddiaçının barəsində “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir.

29. Bakı İnzibati Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 2-1(112)-1913/2022 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Cavabdeh qeyd edilən qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.

30. İşə baxan və birinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən saxlayan apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinin dəlillərini araşdırmamış, İnzibati Prosessual Məcəllənin 87.8-ci maddəsinin tələblərinə əməl etməmişdir.

31. Belə ki, həm apellyasiya şikayətinin, həm də kassasiya şikayətinin əsas dəlili göndərişdə qeyd edilən diaqnoz və ağırlaşmaların əlillik dərəcəsi təyin etməməsi barədədir.

32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və qeyd etmişdir ki, cavabdeh tərəfindən şəxsin obyektiv vəziyyətinin müayinəsi nəticəsində göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş diaqnozun anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmaması qeyd edilsə də, iş üzrə keçirilmiş ekspertiza ilə göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş diaqnozun aparılmış kliniki və instrumental müayinələrin əsasında müəyyən olunması qeyd edilmişdir. Ekspert rəyinin bu hissədə əsassızlığı ilə bağlı cavabdeh tərəfindən hər hansı bir dəlil irəli sürülməmişdir. Məhkəmə hesab etmişdir ki, ekspert rəyinin bu hissədə qəbul edilməməsi üçün hər hansı bir əsas yoxdur. Lakin həmin diaqnozun şəxsin əyani müayinəsində əlillik dərəcəsinin təyin edilməsinə əsas verməməsi ilə bağlı ekspert rəyi əsassızdır.

33. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin iddianın təmin edilməsi üçün əsaslandığı həlledici və faktiki olaraq yeganə olan sübut – Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PAB PHŞ-nın T 54/2022 nömrəli ekspertiza rəyinin diaqnozla bağlı hissəsi olmuşdur.

34. Ekspert rəyindən də görünür ki, məhkəmə-tibb ekspertizasının aparılmasında cavabdeh Agentliyin tibbi sosial eksperti ki mi əməkdaşı iştirak etmiş və ekspert rəyini o, da imzalamışdır. 35. “Məhkəmə ekspertizasının fəaliyyəti haqqında” Qanunun müddəalarına görə, məhkəmə eksperti işin nəticəsində marağı olmayan, məhkəmə eksperti şəhadətnaməsi almış şəxs ola bilər ekspertiza məhkəmə ekspertizası idarələrinin ekspertləri tərəfindən həyata keçirilir, məhkəmə ekspertizası ekspertlər tərəfindən aparıldıqda ekspertlərin müqaviləsi və əldə edilmiş nəticələrin yekunlaşdırılması mərhələsində proses iştirakçılarının iştirakına yol verilmir. Yalnız Azərbaycan Respublikasının prosessual qanunvericiliyi ilə belə hüquqları nəzərdə tutulmuş proses iştirakçıları məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqanın və ya şəxsin icazəsi ilə məhkəmə ekspertizasının aparılmasında iştirak edə bilərlər.

36. Belə ki, “Məhkəmə eksper tizası fəaliyyəti haqqında” Qanunun 9-cu maddəsinə əsasən, rəy verilməsi üçün bu idarənin əməkdaşı olmayan şəxslərin zəruri biliyinə ehtiyac yarandıqda, məhkəmə ekspertizası idarəsi rəhbəri onların ekspert qismində iştirakı barədə məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqan və ya şəxs qarşısında vəsatət qaldırmaq hüququna malikdir. Məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqanla və ya şəxslə razılaşdırmadan, müstəqil olaraq, bu idarənin əməkdaşı olmayan şəxsləri ekspert qismində məhkəmə ekspertizasının aparılmasına cəlb etmək Məhkəmə ekspertizası idarəsinin rəhbərinə qadağandır.

37. Həmin Qanunun 6-ci maddəsinə əsasən, məhkəmə ekspertizası aparılarkən ekspert müstəqildir, onun məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqandan və ya şəxsdən, tərəflərdən və işin nəticəsində m arağı olan digər şəxslərdən hər hansı asılılığı ola bilməz. Ekspert özünün xüsusi biliyinə və daxili inamına əsaslanaraq aparılmış tədqiqatın nəticələrinə uyğun olaraq rəy verir. Məhkəmələr (hakimlər), təhqiqat aparan şəxs, müstəntiq, prokuror, habelə digər dövlət orqanları, təşkilatlar və ya ayrı-ayrı şəxslər tərəfindən proses iştirakçılarından hər hansı birinin maraqlarına cavab verən və ya digər şəxslərin xeyrinə olaraq rəy əldə etmək məqsədi ilə ekspertə hər hansı formada təsir göstərilməsi qadağandır. Ekspertə təsir göstərilməsində təqsirkar olan şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.

38. Cavabdeh Agentliyin əməkdaşı məhkəmə ekspertizası idarəsinin eksperti deyil, cavabdeh Agentliyin tibbi sosial eksperti vəzifəsində işləməklə e kspertizanın nəticəsində maraqlı şəxs olduğundan, ekspertizanın təyin olunması haqqında qərardadda onun iştirakı nəzərdə tutulmadığından, məhkəmə ekspertizası idarəsinin rəhbəri cavabdehin nümayəndəsinin ekspert qismində iştirakı barədə məhkəmə ekspertizasını təyin etmiş məhkəmə qarşısında vəsatət qaldırmadığından, cavabdehin əməkdaşının imzaladığı ekspert rəyi “Məhkəmə ekspertizasının fəaliyyəti haqqında” Qanunun bəhs edilən müddəalarının pozulması ilə tərtib edilmişdir.

39. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya xx.xx.2016-cı ildə beş il müddətinə üçüncü dərəcə əlillik təyin edilərkən diaqnoz aşağıdakı kimi göstərilmişdir: - Oynaqların digər spesifik zədələnmələri bağların zədələnməsi. Oynaqların kontrakturası.

40. Əlillik müddətinin bitməsi ilə əlaqədar iddiaçının əlillik vəziyyətinə xx.xx.2021-ci il tarixli 3875003AAB0Q saylı göndəriş əsasında baxılmış və “Diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir” səbəbi ilə imtina verilmişdir. Bu zaman iddiaçının xəstəliyi ilə bağlı diaqnoz aşağıdakı kimi göstərilmişdir: - Diz oynağının xaçabənzər bağının (ön) (arxa) gərilməsi və cırılması, Sağ diz oynağının travma (2012 ci il Hərbi Xidmət vəzifəsini yerinə yetirərkən) nəticəsində ön çarpaz bağının tam qopmasından və çarpaz bağın bərpası əməliyyatından sonrakı vəziyyət. Oynaqların kontrakturası. Sağ diz oynağının kontrakturası.

41. Göründüyü kimi, iddiaçıya xx.xx.2016-cı ildə əlillik təyin edilən zaman onda müəyyən edilən diaqnozla hazırkı iş üzrə əlilliyin təyinindən imtina verilməsinə əsas olmuş diaqnozda uyğunsuzluq vardır. Həmin diaqnozlar eyni ol sa belə, bu hələ əlilliyin müəyyən edilməsi üçün yetərli əsas ola bilməz. Belə ki, əlilliyin müəyyən edilməsi üçün əsas olan hal, göndərişdə qeyd edilən diaqnozun əlilliyin təyin edilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də, yaxud Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda mövcud olmalıdır. Cavabdehin əsas dəlili diaqnozun əlillik dərəcəsinin təyininə imkan verməməsi olsa da, apellyasiya instansiyası məhkəməsi işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmadan, cavabdehin apellyasiya şikayətinin dəlilinə mü nasibət bildirmədən birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamışdır.

42. Bundan başqa, iddiaçı barəsində xx.xx.2021-ci il tarixli 3875003AAB0Q saylı göndəriş (Forma 88) tərtib olunarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” qüvvədə olmuşdur.

43. Hal-hazırda isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” qüvvədədir (1 iyul 2022-ci ildən etibarən).

44. Əlilliyin müəyyən olunması üçün Əsasnamədə olan meyarlardan hər hansı biri mövcud olmadıqda, lakin yeni meyarlarda olan hal mövcud olduqda, apellyasiya instansi yası məhkəməsi tərəfindən işə baxılarkən əlilliyin müəyyən olunması ilə bağlı hazırda qüvvədə olan meyarların tətbiq edilməsinin mümkülüyü yoxlanılmalıdır.

45. İşin təkrar apellyasiya baxışı zamanı yeni meyarlarda olan hallardan hər hansı birinin iddiaçıya qoyulmuş diaqnoza görə əlilliyin təyin edilməsinə əsas olub-olmaması araşdırılmalı, diaqnoz hazırda qüvvədə olan meyarlarda olduğu halda, İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım edilməli, dəqiqləşdirilmiş iddia tələbi olduğu halda isə həmin iddia tələbi ilə bağlı cavabdehin mövqeyi öyrənilməli, bundan sonra işin hallarından asılı olaraq qərar qəbul edilməlidir.

46. Qeyd olunanların müəyyən edilməsi iş üzrə düzgün qərarın qəbul olunması üçün əhəmiyyət daşıyır.

47. Apellyasiya məhkəməsi tərəfindən İP M-in 12, 13, 48 və 58-ci maddələrinin tələblərinə əməl olunmadığından cavabdehin kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı, iş baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, iş üzrə əlavə araşdırmaya zərurət yarandığından iddianın rədd edilməsi hissəsində şikayət təmin edilməməlidir.

48. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 mart 2023-cü il tarixli, 21(103)-1324/2023 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar