Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1496/2024 25.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzilin sökülməsi ilə bağlı vurulmuş ziyana görə kompensasiya ödənilməsi). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı “Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi (əvvəlki 19-cü Dağüstü küçəsi) 23 saylı evin 5 saylı mənzilinin sökülməsi ilə bağlı ona vurulmuş ziyana g örə həmin mənzilin real bazar qiymətinə uyğun olaraq, 150000 manat və onun 20 faizi miqdarında satınalma qiyməti də əlavə edilməklə, kompensasiyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 yanvar 2024-cü il tarixli, 2-1(103)-391/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi (köhnə 19-cü Dağüstü küçəsi) 23 saylı evin 5 saylı mənzilinə iddiaçının adına xx.xx.1993-cü il tarixli 011870 nömrəli order verilmişdir.
2. Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.20 19-cu il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 113 nömrəli qərarı ilə təsdiq edilmiş siyahı üzrə Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2001-ci il tarixli, 709 nömrəli sərəncamına əsasən, əvvəllər "xxxx" Dövlət Şirkətinə məxsus olmuş ünvan 2 ünvanda yerləşən yataqxana binası balansa götürülmüşdür. Bina balansa qəbul edilərkən aparılan təhvil-təslim zamanı qeyd edilən binada yerləşən yaşayış sahələrində faktiki olaraq məcburi köçkün ailələri məskunlaşmışdır. Daha sonra binanın mövcud texniki vəziyyəti qəzalı hesab edilmişdir. Bununla əlaqədar orada məskunlaşmış 91 məcburi köçkün ailəsinin 2018-ci ilin sonunda yeni mənzillərə köçürülməsi təmin edilmişdir, 16 ailənin və mülkiyyətdə olan 9 qeyri-yaşayış sahəsinin köçürülməsi üçün təd birlər görülür. Qəzalı vəziyyətdə olan yaşayış binası, eləcə də, 1992-1993-cü illərdə verilmiş order əsasında yaşayış sahəsinə köçürülməsi nəzərdə tutulmuş "xxxx" Dövlət Şirkətinin işçilərinin ailələri ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qərar qəbul ediləcəyi təqdirdə zəruri tədbirlər görülə bilər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində birinci icraat
3. İddiaçı cavabdehlər Maliyyə Nazirliyi və Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi (əvvəlki 19-cü Dağüstü küçəsi) 23 saylı evin 5 saylı mənzilinin sökülməsi ilə əlaqədar ona vurulmuş ziyana görə həmin mənzilin real bazar qiymətinə uyğun olaraq, 150000 manat və onun 20 faizi miqdarında satınalma qiyməti də əlavə edilməklə, kompensasiyanın ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1979-ci ildən "xxxx" İstehsalat Birliyinin 4 nömrəli tikinti trestinin 42 nömrəli tikinti idarəsində işləmiş, 1982-ci ildən mənzil növbəsində durmuşdur. xx.xx.1993-cü ildə Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi (köhnə 19-cü Dağüstü küçəsi) 23 saylı evin 5 saylı mənzilinə dair iddiaçıya 011870 nömrəli order verilmişdir. Onunla yanaşı digər iş yoldaşlarına da həmin binadan mənzillər verilmişdir. Həmin mənzillərdə Füzuli rayonundan olan məcburi köçkünlər məskunlaşdığından, onlar mənzillərində yerləşə bilməmişlər. İllərlə tərəfindən müxtəlif orqanlara çoxsaylı müraciətlər olunsa da, məcburi köçkün lərin vəziyyəti ilə əlaqədar müraciətlərin təmin edilməsi təxirə salınmışdır. Cavabdehin xx.xx.2018-ci il tarixli, 2/12-11-32/512 nömrəli məktubuna əsasən, FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azkommunlayihə” institutunun mütəxəssisləri tərəfindən həmin binaya texniki baxışın nəticələri haqqında tərtib edilmiş xx.xx.2018-ci il tarixli akta əsasən, binanın mövcud texniki vəziyyəti qəzalı hesab edilmiş, buna görə həmin binada müvəqqəti məskunlaşmış məcburi köçkünlərin binadan köçürülməsi təmin edilmiş və bina tam yararsız olduğundan sökülməsi nəzərdə tutulmuşdur. İddiaçı və digər order verilmiş ailələrə kompensasiya ödənilməsi məsələsinə baxılması barədə isə cavabdeh Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2021-ci il tarixli, 04/09-11-32/461 nömrəli məktubla Azə rbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət edilmişdir.
5. Cavabdeh iddia tələbinə qarşı yazılı etirazını onunla əsaslandırmışdır ki, vaxtı ilə 42 saylı Tİ-də işləmiş və mənzil növbəsinə götürülmüş bir sıra ailələrə Binəqədi rayonu, S.Bəhlulzadə küçəsi, 23 saylı yataqxanada yerləşmək üçün 1993-1994-cü illər ərzində Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən sərəncam əsasında orderlər verilmişdir. Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən 1993-1994-cü illərdə orderlər verilməsinə baxmayaraq, əldə edilmiş məlumata görə, qaçqınlar və məcburi köçkünlər həmin yataqxanada 1992-1993-cü illər ərzində məskunlaşmışlar. İddiaçı həmin otağa yerləşə bilməmiş və köçkün ailəsinin həmin otaqdan çıxarılması tələbi ilə məhkəmədə iddia qaldırmamışdır. Belə ki, Binəqədi rayonu, S.Bəhlu lzadə küçəsi 23 saylı yataqxana binası xx.xx.2018-ci ildə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin araşdırması nəticəsində qəzalı elan edilmişdir. “Texniki vəziyyəti haqqında” xx.xx.2018-ci il tarixli Akta əsasən, binanın istismarının dayandırılması, sakinlərin köçürülməsi, kommunikasiya xətlərinin kəsilməsi, binanın ətrafının çəpərlənməsi və giriş-çıxışın məhdudlaşdırılması qərara alınmışdır. Akta əsasən, 3 saylı yataqxana binasında məskunlaşmış 86 (287 şəxs) qaçqın və məcburi köçkün ailəsinin xx.xx.2018-ci ildə Qaçqınların və X1 üzrə Dövlət Komitəsi tərəfindən Qobustan rayonunda yerləşən “Qobu Park”a köçürülməsi həyata keçirilmişdir. Yataqxananın kəskin qəzalı vəziyyətdə olması barədə qərar qəbul olunmasaydı, qaçqın və məcburi köşkün ailələri hal-hazırda orada yaşamalarına d avam edəcəkdilər. Qəzalı vəziyyətdə olan yataqxanada məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin 2018-2021-ci illər ərzində köçürülməsi təmin edilmiş və yataqxana istismara tam yararsız olduğundan sökülmüşdür. İddiaçının yataqxanaya sənədlərinin olması yataqxana söküləndən sonra müəyyən edilmişdir. Hətta, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1999-cu il tarixli xx.xx.2000-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Məcburi köçkünlərin yaşayış üçün yaralı olan və yararlı hala salınması mümkün olan yaşayış, inzibati və digər binalarda məskunlaşdırılması Qaydası”nın 4-cü bəndinə əsasən, “Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 17 sentyabr tarixli 895 saylı Sərəncamın a uyğun olaraq məcburi köçkünlərin məskunlaşdıqları yaşayış, inzibati və digər binaların özəlləşdirilməsi, 1992-1994-cü illərdə məcburi köçkünlərin yaşadıqları mənzillərdən çıxarılmasının qarşısını almaq məqsədi ilə həmin evlərə dair aidiyyəti təşkilatlar tərəfindən ayrı-ayrı vətəndaşlara verilən orderlərin hüquqi qüvvəsi müvəqqəti dayandırılmışdır. Bundan əlavə, Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən verilmiş sərəncamlarda bir çoxlarının yaşaması üçün evlərinin olması və həmin yaşayış evlərini təhvil verməli olduqları qeyd olunsa da, həmin evlər təhvil verilməmiş və bu şəxslər 29 il ərzində həmin ünvanlarda yaşamağa davam etmiş və ya əlavə evlər tikmişlər. Bir çox şəxslərə təkrar olaraq başqa yataqxanalarda otaqlar verilmişdir. Yataqxananın istismar müddətinin başa çatmasını və ərazi nin ümumi memarlıq görüntüsünə xələl gətirdiyini nəzərə alaraq, sökülmüş tikilinin yerində “Ümid-VQM" MMC tərəfindən müasir üslubda yeni yaşayış binasının tikinti işlərinin aparılması Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən məqsədəuyğun hesab edilmişdir. Həmçinin, sözügedən yataqxananın müəyyən mənzillərinə dair adlarına order yazılmış bir neçə şəxs məhkəmədə iddia qaldıraraq, sökülmüş mənzillərə görə kompensasiyanın ödənilməsi öhdəliyinin qoyulmasını xahiş etmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-5850/2022 nömrəli qərarı ilə iddia tələbi qismən təmin olunaraq, ünvan 3 ünvanında yerləşən yataqxana binasındakı mənzillərin sökülməsinə görə, yaşayış sahələrinin hər kv.m üzrə 460 manat məbləğində kompensasiyanın Binəqədi rayo n İcra Hakimiyyətindən tutularaq iddiaçılara ödənilməsi qərara alınmışdır. Göründüyü kimi, sökülmüş mənzillərə görə kompensasiya məbləği məhkəmə qərarında öz əksini tapmışdır. Əlavə olaraq, həmin yataqxananın digər mənzillərinə orderləri olan şəxslər yaşayış sahəsinin hər kv.m görə 460 manat yardımı almışlar. Həmçinin qeyd edilməlidir ki, iddiaçının iddia etdiyi mənzil üzərində hüququ dövlət qeydiyyatına alınmamışdır və həmin mənzil dövlət mənzil fonduna aiddir. Bu səbəbdən də, iddiaçı tərəfindən cavabdehin üzərinə 150000 min manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyi qoyula bilməz.
6. İşin məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 11 saylı Notariat Ofisinin notariusunun xx.xx.2023-cü il tarixli məktubunda bildirilir ki, Bakı şəhəri 11 saylı notariat ofisində ünvan 4 ünvanında yerləşən binanın sökülməsi ilə əlaqədar bina sakinlərinə kompensasiya məbləğinin ödənilməsi ilə bağlı rəsmiləşdirilmiş notariat hərəkətlərinə əsasən ödənilən kompensasiya məbləğinin 20000 manat olduğu müəyyən edilmişdir.
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10/3892-9/4109 nömrəli xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, müqayisə metodu ilə aparılmış tədqiqat nəticəsində, internet saytı məlumatlarına əsasən Bakı şəhəri üzrə köhnə yataqxana binalarında analoji mənzillərin 1 kv.metrinin orta bazar qiyməti təqribən 460 manat məbləğində müəyyən edilmişdir. Ekspert rəyinin “tədqiqatın nəticəsi” hissəsində qeyd edilmişdir ki, ünvan 5 ünvanında yerləşən, iş üzrə iddiaçının istifadəsində olmuş, yataqxana binasında yerləşən 5 saylı mənzilin orta bazar qiyməti təqribən 33000 manat dəyərində müəyyən edilmişdir.
8. Bakı İnzibati Məhkəməsinin (hakim: E.Ə.Əliyev) 14 iyul 2023-cü il tarixli, 21(112)-1761/2023 nömrəli qərardadı ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin cavabdeh qismində prosessual iştirakına xitam verilmişdir.
9. Bakı İnzibati Məhkəməsinin (hakim: E.Ə.Əliyev) 14 iyul 2023-cü il tarixli, 21(112)-1761/2023 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, Bakı şəhəri, Binəqədi rayonu, S.Bəhlulzadə küçəsi (əvvəlki 19-cü Dağüstü küçəsi) 23 saylı evin 5 saylı mənzilinin sökülməsi ilə bağlı 33000 manat məbləğində kompensasiyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir.
10. Birinci instansi ya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı digər sübutların tədqiqi nəticəsində Binəqədi rayon İcra Hakimiyyətinin və Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyinin əməkdaşları tərəfindən tərtib edilmiş 17 avqust 2018-ci il tarixli Akta əsasən, iddiaçının mənzilinin yerləşdiyi binanın yataqxana binası və qəzalı vəziyyətdə olması müəyyən edilmişdir. Eyni zamanda, mübahisəli mənzilin yerləşdiyi binanın faktiki olaraq söküldüyü aşkar edilmişdir. 011870 saylı orderdə tədqiq olunan mənzilin ümumi sahəsinin 72.0 kv.m olduğu göstərilmişdir. Lakin cavabdeh tərəfindən iddiaçıya məxsus yaşayış sahənin sökülməsi ilə bağlı hal-hazıradək ədalətli kompensasiya ödənilməmişdir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qoru nur. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Hazırkı iş üzrə daşınmaz əmlaka görə kompensasiyanın məbləği müəyyən edilərkən, qeyd edilən əmlak üzərində mövcud olan hüquqlar da nəzərə alınmalıdır. Göründüyü kimi, iddiaçının kompensasiya tələbinin əsası olan daşınmaz əmlak üzərində mülkiyyət hüquqları qeydə alınmamış, müvafiq order əsasında həmin mənzilə köçmə baş tutmamışdır. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, üzərində mülkiyyət hüquqları qeyd alınmış daşınmaz əmlaka görə ödənilməli olan kompensasiya məbləği ilə istifadə hüquqlarına görə ödənilən kompensasiya məbləği arasında fərq nəzərə alınmalıdır. İddiaçıya mənzil (order) verilərkən qüvvədə olan Mənzil Məcəlləsinin Maddə 48-ci maddəsinə əs asən, yaşayış sahəsi orderi - dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Məhkəmə hesab etmişdir ki, iddiaçıya ödənilməli olan kompensasiya hesablanan zaman ekspert rəyini əsas götürərək iddiaçıya məxsus olan, Bakı şəhəri Binəqədi rayonu S.Bəhlulzadə küçəsi ev 23 yataqxana binasında yerləşən 5 saylı mənzilin bazar dəyəri 33000 manat təşkil edir.
11. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi, iddianın tam təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kol legiyasının (hakimlər: A.P.Oruczadə /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və R.Ə.Səmədov) 18 yanvar 2024-cü il tarixli, 21(103)-391/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.
14. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddianın tam təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
15. İddiaçının kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, ona məxsus mənzil yataqxana olmamış, orderdən də göründüyü kimi, təkcə yaşayış otaqlarının ölçüsü 72 kv.m, ümumi sahəsi isə 1 16 kv.m olmuşdur. Məlum olduğu kimi, heç bir yataqxana bu ölçüdə olmur. Mübahisəli mənzil ona ömürlük verilmişdir. Çıxarış olmasa da, adına verilmiş order onun mülkiyyət hüququnu təsdiq edir. Kompensasiyanın məbləğinə münasibətdə isə, qeyd olunan ölçüdə hər hansı mənzilin qiyməti heç bir halda 33000 manat ola bilməz. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
16. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikasının Konstitusiyası Maddə
13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.... Maddə
29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə
21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə
152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.... Maddə
153. Mülkiyyət hüququnun subyektləri... 153.3. Əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Maddə
157. Mülkiyyətin müdafiəsi... 157.9 Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı m ühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Maddə
158. Mülkiyyətçi olmayan şəxslərin hüquqları 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.3. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edili r. Maddə
210. Mülkiyyət hüququna qanun üzrə xitam verilməsinin nəticələri Mülkiyyət hüququna xitam verən Azərbaycan Respublikası qanunu qəbul edildikdə bu qanunun qəbulu nəticəsində mülkiyyətçiyə dəyən zərərin əvəzi, o cümlədən əmlakın dəyəri dövlət tərəfindən ödənilir. Zərərin əvəzinin ödənilməsinə dair mübahisələri məhkəmə həll edir. Maddə
211. Mülkiyyət hüququna xitam verildikdə əmlakın qiymətləndirilməsi Mülkiyyət hüququna xitam verildikdə əmlak onun bazar qiymətinə əsasən qiymətləndirilir. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.... 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu or qanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
19. Qiymətləndirmə haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə
7. Qiymətləndirmə nəticələri haqqında hesa batların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. Maddə
8. Qiymətləndiricinin hesabatında obyektin qiymətləndirilməsi haqqında məlumatın barəsində mübahisələr Qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müd dəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır.
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
68. Məhkəmə qərarının əsası... 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçü n əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin qərarı iddianın rədd edilmiş hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı iddianın rədd edilmiş hissəsində yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Şikayətdə fundamental vacib hüq uqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
25. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı ona məxsus mənzilin sökülməsi ilə bağlı kompensasiya ödənilməsindən ibarətdir.
26. Əvvəla, məhkəmə kollegiyası qeyd edir ki, Binəqədi rayon İcra Hakimiyyətinin və Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyinin əməkdaşları tərə findən tərtib edilmiş 17 avqust 2018-ci il tarixli Akta əsasən, iddiaçının mənzilinin yerləşdiyi binanın yataqxana binası və qəzalı vəziyyətdə olması öz təsdiqini tapır. Eyni zamanda, mübahisəli mənzilin yerləşdiyi binanın qəzalı vəziyyətdə olduğu üçün sökülməsi işin mübahisələndirilməyən halıdır.
27. Bundan əlavə, 011870 nömrəli orderdə mənzilin ümumi sahəsinin 72.0 kv.m olması göstərilmişdir. Hazırda order əsasında iddiaçının istifadəsinə verilmiş mənzilin aid olduğu yataqxana binasının sökülməsi ilə bağlı cavabdeh tərəfindən iddiaçıya kompensasiyanın ödənilməli olması da işin mübahisələndirilməyən halıdır.
28. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, daşınmaz əmlakın dövlət ehtiyacları üçün geri alınması ilə əlaqədar olaraq alınmanın təsirinə məruz qalan şəxslərə uğradıqları re al itki və məhrumiyyətlər nəzərə alınmaqla, qanunvericiliklə müəyyən olunmuş qaydada ədalətli kompensasiya ödənilməlidir. Kompensasiyanın məbləğinin müəyyənləşdirilməsi üçün isə şəxslərin alınma nəticəsində məruz qaldıqları itki və məhrumiyyətlərin real vəziyyətinin nədən ibarət olduğu aydınlaşdırılmalıdır. Geri alınma bir qayda olaraq şəxsə məxsus olan daşınmaz əmlakın tamamının və ya onun bir hissəsinin faktiki olaraq itirilməsi ilə nəticələnir. Bununla yanaşı, faktiki olaraq daşınmaz əmlakın itirilməsi ilə nəticələnməsə də, onun dəyərinin və ya faydalılığının azalmasına gətirib çıxaran hərəkətlər də dövlət ehtiyacları üçün geri alınma proseduru çərçivəsində qiymətləndirilməklə müvafiq kompensasiya ödənilməsinə əsas verə bilər.
29. Bu mənada, hazırkı mübahisə üzrə aydınlaşdırılmalı məsəl ə sökülmə nəticəsində iddiaçının mülkiyyətində olan mənzilin tamamilə itirilmiş olması və tələb edilən kompensasiya məbləğinin məhz bu itkinin əvəzi olub-olmaması araşdırılmalıdır.
30. İddiaçıya məxsus əmlakın real bazar dəyərinin müəyyən edilməsi, həm də ona ədalətli kompensasiya ödənilməsinin təmin edilməsi məqsədi ilə aşağı instansiya məhkəmələri tərəfindən müvafiq araşdırma aparılmış və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/3892-9/4109 nömrəli xx.xx.2023-cü il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, müvafiq müqayisə metodu ilə aparılmış tədqiqat nəticəsində, internet saytı məlumatlarına əsasən, Bakı şəhəri üzrə köhnə yataqxana binalarında analoji mənzillərin 1 kv.metrinin orta bazar qiyməti təqribən 460 manat məbləğində müəyyən edilir. Qey d olunur ki, yataqxana binaları yaşayış binası olmadığı, hər rayon üzrə çoxluq təşkil etmədiyindən, araşdırma Bakı şəhəri üzrə aparılmışdır. Tədqiq olunan mənzilin ümumi sahəsinin 72.0 kv.m təşkil etdiyini nəzərə alaraq, orta bazar qiymətlərinə uyğun ümumi dəyərinin təqribən 33000 manat (460 x 72.0) məbləğində olması müəyyən olunur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının order əsasında istifadəsinə verilmiş mənzil yataqxanada yerləşməklə, tam yararsız, qəzalı vəziyyətdə olmuşdur. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/3892-9/4109 nömrəli xx.xx.2023-cü il tarixli ekspert rəyi ilə razılaşaraq hesab edir ki, iddiaçıya məxsus mənzilin sökülməsi ilə bağlı 33000 manat məbləğində kompensasiyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə aşağı instansiya məhkəmələrinin gəldiyi nəticə əsaslı olmuşdur.
31. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 yanvar 2024-cü il tarixli, 2-1(103)-391/2024 nömrəli qərarı (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.