Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1496/2025 14.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiyanın mümkünlüyü, şikayət verilməsi müddətinin ötürülməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agen tliyinə qarşı “hərbi xidmət ilə əlaqədar əlilliyin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 noyabr 2024-cü il tarixli, 2-1(103)2276/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları
1. İddiаçı İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə və Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək hərbi xidmət ilə əlaqədar əlilliyin təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Eksper tiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki birinci icraat
2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5479/2021 nömrəli, 27 iyul 2021-ci il tarixli qərardadı (hakim X2) ilə iddia mümkün sayılmamışdır.
3. Məhkəmə qeyd etmişdir ki, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi hazırkı iddiaya cavab verən inzibati orqan deyildir və ona qarşı hansı tələbin irəli sürülməsi də iddia ərizəsində göstərilməmişdir.
4. İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 oktyabr 2021-ci il tarixli, 21(1 03)-2579/2021 nömrəli qərardadı (hakimlər X10 /məruzəçi/, X6 və X7) ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5479/2021 nömrəli, 27 iyul 2021-ci il tarixli qərardadı ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.
6. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işin birinci instansiya icraatı zamanı məhkəmə tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli məhkəmə bildirişində məhkəmənin İPM-nin 13-cü maddəsini (Məhkəmənin yardım etmək vəzifəsi) rəhbər tutaraq, iddia ərizəsində iddia tələbinin və cavabdehin dəqiqləşdirilməsi üçün 20 gün müddət təyin edilmişdir. Lakin həmin bildirişin iddiaçıya təqdim olunması, çatdırılması, iddiaçının həmin bildirişi almasını və onun bu bildiriş barədə məlumatlı olmasını təsdiq edən hər hansı sənəd-sübut iş materiallarında mövcud deyildir. Həmçinin, iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı iddiaçıya İPM-in 13-cü maddəsinə əsasən yardım göstərilməsi onun iştirakı ilə keçirilmiş məhkəmə iclas protokollarında da öz əksini tapmamışdır. c) birinci instansiya məhkəməsindəki ikinci icraat
7. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək ona əllik təyin edilməsi və 2016-cı il tarixdən 2021-ci il tarixə qədər ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmasını xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.
8. Bakı İnzibati Məhkəməsinin 2-1 (112)-813/2022 nömrəli, 14 sentyabr 2022-ci il tarixli qərardadı (hakim X2) ilə iddia mümkün sayılmamışdır.
9. Məhkəmə qeyd etmişdir ki, iddiaçı cavabdehi dəqiqləşdirməmiş, eyni zamanda pensiya məbləğinin ödənilməsini xahiş etmiş, bu zaman iddia düzgün cavabdehə qarşı qaldırılmamış, pensiyanın ödənilməsi tələbi isə göstərilən cavabdehlərin səlahiyyətlərinə aid deyildir. Beləliklə Azərbaycan Respublikası Müdafiə Nazirliyi iddiaçının əlilliyin müəyyən edilməsi tələbinə cavab verən inzibati orqan olmadığından, bu tələb üzrə cavabdeh ola bilməz, ona münasibətdə iddia mümkün deyil. İş materiallarından göründüyü kimi, Sumqayıt 2 nömrəli şəhər poliklinikasının İddiaçı barəsində olan 0530003AAE0N nömrəli xx.xx.2019-cu il tarixli göndərişinin natamam doldurulması səbəbindən yəni, göndərişdə xəstəni n boy-çəki əmsalı göstərilmədiyindən, laborator müayinələr əsas diaqnozun ağırlaşmalarını əks etdirmədiyindən əlillik vəziyyətini xx.xx.2019-cu il tarixdə qiymətləndirmək mümkün olmamış, göndəriş altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla geri qaytarılmışdır. İddiaçı Sumqayıt 2 nömrəli şəhər poliklinikasının onun barəsində olan 0530003AAE0N nömrəli xx.xx.2019-cu il tarixli göndərişinin xx.xx.2019-cu il tarixdə qaytarılması ilə ifadə olunmuş cavabdehin hərəkətlərini mübahisələndirməmiş, 1 il 8 ay sonra əlilliyin müəyyən edilməsi barədə məhkəmədə iddia qaldırmışdır. Belə olan halda iddiaçı tərəfindən “göndərişin qaytarılması” barədə cavabdehin xx.xx.2019-cu il tarixli inzibati aktın mübahisələndirilməsi və yeni arzuladığı inzibati aktın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş i ddia müddəti buraxılmışdır.
10. İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın mümkün sayılmasını xahiş etmişdir. ç) apellyasiya instansiyası məhkəməsində ikinci icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 yanvar 2023-cü il tarixli, 21(103)-853/2023 nömrəli qərardadı (hakimlər Hüseyn Aida Əli qızı /məruzəçi/, X3 və X4) ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)813/2022 nömrəli, 14 sentyabr 2022-ci il tarixli qərardadı ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.
12. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının tələbi hərbi xidmət ilə əlaqəli olmaqla əlilliyin təyin edilməsindən ibarət olmuşdur ki, həmin tələbə ba xılması qanunvericiliyin tələbinə uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin səlahiyyətinə aiddir. Hazırkı iş materialları ilə müəyyən olunur ki, iddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə birbaşa müraciətləri olmuş, eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciəti aidyyəti üzrə baxılması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilmişdir. Bundan başqa, birinci instansiya məhkəməsi bildirmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi iddiaçının əlilliyin müəyyən edilməsi tələbinə cavab verən inzibati orqan olmadığından, bu tələb üzrə cavabdeh ola bilməz, ona münasibətdə iddia mümkün deyil. Bu halda birinci instansiya məhkəməsi iddiaçıya hüquqi marağına uyğun iddia qaldırmaqda yardım etməklə yanaşı, iddianın cavab verməli inzibati orqana qarşı qaldırılmasını, lazım gəldikdə cavabdehin əsl cavabdehlə əvəz edilməsi, iddiaya cavab verməyən orqanın cavabdehlər sırasından çıxarılmasını təmin etməlidir. d) birinci instansiya məhkəməsindəki üçüncü icraat
13. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-74/2024 nömrəli, 14 fevral 2024-cü il tarixli qərarı (hakim X13) ilə iddia təmin edilmiş, İddiaçı xx.xx.2019-cu il tarixli 0530003AAE0N saylı tibbi göndəriş əsasında hərbi xidmət dövrü ilə əlaqədar əlilliyin təyin edilməsi vəzifəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitas iya Agentliyinə həvalə edilmişdir.
14. Məhkəmə qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır.
15. Cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)74/2024 nömrəli, 14 fevral 2024-cü il tarixli qə rarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. e) apellyasiya instansiyası məhkəməsində üçüncü icraat
16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 noyabr 2024-cü il tarixli, 21(103)-2276/2024 nömrəli qərarı (hakimlər X5 /məruzəçi/, X8 və X9) ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-74/2024 nömrəli, 14 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
18. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin dəlilləri, kassasiyanın mümkünlüyü:
19. İş kassasiya instansiyasına daxil olduqdan sonra ca vabdehin şikayəti üzrə kassasiyanın mümkünlüyü yoxlanılmış və məlum olmuşdur ki, şikayət müddət ötürülməklə verilmişdir. Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
1. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tətbiqi dairəsi 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə
20. Təqdimetmə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə aktları, eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sən ədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. 20.2. Azərbaycan Respublikasının ərazisində yaşayış yeri və ya olduğu yer olmayan proses iştirakçısı, məhkəmənin tələbinə əsasən ona ünvanlanmış məhkəmə aktlarını və digər məhkəmə sənədlərini almaq üçün Azərbaycan Respublikasının ərazisində daimi yaşayış yeri olan tam fəaliyyət qabiliyyətli şəxsi müvəkkil təyin etməyə borcludur. Müvəkkilin təyin edilmədiyi hallarda, məhkəmə həmin proses iştirakçısı qarşısında təqdimetmə vəzifəsi daşımır və təqdim edilməli sənədləri məhkəmə binasının elanlar lövhəsində asmaqla kifayətlənə bilər. 20.3. Məhkəmə aktları və digər məhkəmə sənədləri bu Məcəllənin 20.1-ci və 20.2 -ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir. Maddə
22. Müddətlər 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. 22.2. Müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Maddə
24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Bur axılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə
96. Ali Məhkəmədə icraat 96.1. Ali Məhkəmə daxil olmuş şikayətin surətini inzibati məhkəmə icraatının digər iştirakçılarına göndərir, inzibati məhkəmə icraatının iştirakçıların a şikayətin mahiyyəti ilə bağlı öz mülahizələrini bildirmək üçün imkan yaradır. 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının şikayəti üzrə kassasiya mümkün sayılmamalı və şikayətin qəbulundan imtina edilməlidir.
22. İş materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsinin qərarı elektron imza ilə təsdiq edilməklə 02 dekabr 2024-cü il tarixdə AZEMİS-də cavabdehə məxsus şəxsi elektron kabinetə yerləşdirilməklə ona rəsmi qaydada təqdim olunmuşdur (cild 2, iş vər 127).
23. Həmin qərardan cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti 07 fevral 2025ci il tarixdə apellyasiya instansiyası məhkəməsində qeydiyyata alınmışdır. Kassasiya şikayətinə əlavə edilmiş poçt qəbzi ilə bağlı qeyd edilməlidir ki, təqdim edilmiş qəbzin “kuryer.net” tərəfindən tərtib edildiyi görünür. Lakin qəbzin üzərində həmin müəssisənin rekvizitləri (məsələn, VÖEN-i, hüquqi şəxs kimi adı və forması) göstərilməmiş, qəbzə müvafiq möhür vurulmamışdır.
24. Bundan əlavə qəbzin üzərində 198653 nömrə qeyd edilmişdir. Bu nömrə kuryer.net saytında “Göndərişin izlənməsi” bölməsində yoxla nılarkən məlum olmuşdur ki, bu nömrə ilə əlaqədar hər hansı məlumat mövcud deyildir.
25. Bu baxımdan məhkəmə kollegiyası təqdim edilmiş poçt qəbzini mötəbər və etibarlı sənəd hesab etmir.
26. Yuxarıda sadalananlara əsasən məhkəmə kollegiyası bu qənaətdədir ki, cavabdeh tərəfindən kassasiya şikayəti məhkəmə qərarının təqdim olunduğu gündən qanunla müəyyən olunmuş 1 aylıq müddət ötürülməklə verilmişdir. Kassasiya şikayətinin bundan əvvəlki tarixlərdə təqdim edilməsi barədə iş üzrə materiallarda hər hansı sübut yoxdur.
27. Bu baxımdan kassasiya şikayəti qanunvericiliklə müəyyən edilmiş müddət ötürülməklə verildiyindən, şikayət üzrə kassasiya mümkün sayılmamalıdır.
28. Eyni zamanda qeyd edilməlidir ki, cavabdeh tərəfindən kassasiya şikayətinə əlavə edilmiş order çəhrayı rəngdədir.
29. Azərba ycan Respublikası Vəkillər X1 xx.xx.2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Vəkil orderi və ondan istifadə qaydası haqqında” Əsasnaməyə görə dövlət hesabına göstərilən hüquqi yardım üzrə verilən order çəhrayı rəngə olur.
30. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında cavabdehin dövlət vəsaiti hesabına vəkillə təmin edilməsi ilə bağlı apellyasiya instansiya məhkəməsinə müraciəti və müraciətin təmin edilməsi barədə qərardad mövcud deyildir. Başqa sözlə, dövlət vəsaiti hesabına vəkil təyin edilmədiyi təqdirdə çəhrayı rəngdə tərtib edilmiş order mötəbər hesab edilə bilməz.
31. Yuxarıdakılara əsasən, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəf indən Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 noyabr 2024-cü il tarixli, 2-1(103)2276/2024 saylı qərarından verilmiş kassasiya şikayəti mümkün sayılmasın. Şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.