Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1497/2019 29.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, X1 ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, cavabdehin vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı 27.12.2017-ci il tarixdən təyin edilmiş (səbəb Azərbaycan Respublikasının müdafiəsi zamanı) əlilliyə görə pensiyanın son üç ili tətbiq edilməklə yenidən hesablanması və yaranacaq pensiya fərqinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)221/2019 nömrəli, 23 yanvar 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 15 may 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən 27.12.2017-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 3-cü də rəcəli əlillik təyin edilmişdir. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli şəxslərlə iş idarəsinə (bundan sonra - cavabdeh) ərizə ilə müraciət edərək pensiyasının yenidən hesablanmasını xahiş etmiş, cavabdeh orqan iddiaçının müraciətini cavablandırmamışdır. Bundan sonra, iddiaçı 27.12.2017-ci il tarixdən təyin edilmiş (səbəb Azərbaycan Respublikasının müdafiəsi zamanı) əlilliyə görə pensiyanın son üç ili tətbiq edilməklə yenidən hesablanması və yaranacaq pensiya fərqinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı bildirmişdir ki, o, 1993-ci ildə döyüş bölgəsində döyüş əməliyyatlarında aktiv iştirak edən Ağdam rayon Polis İdarə sində polis nəfəri kimi xidmət etmişdir. Polis İdarəsinin tərkibində Ağdam rayonu istiqamətində gedən döyüşlərdə fəal iştirak etmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xəsarət almışdır. Yaralandıqdan sonra Ağdam Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirərək orada stasionar şəraitdə müalicə almışdır. Müalicəsi bitdikdən sonra səhhəti ilə əlaqədar birbaşa evə buraxılmışdır. Döyüşlərdə aldığı xəstəliklərin fəsadlaşması nəticəsində Tibbi Sosial Ekspert Komissiyasının müvafiq qərarına əsasən ona İİ qrup ümumi səbəbdən əlillik təyin olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xüsusi Həkim Komissiyasının 06.01.2017-ci il tarixli, 04 saylı qərarına əsasən şəhadətləndirilərək “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmı şdır" qərarı verilmişdir. Bundan sonra isə Tibbi Sosial Ekspert Komissiyasının 27.12.2017-ci il tarixli qərarına əsasən əlilliyinin səbəb əlaqəsi dəyişdirilərək İİ qrup “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır” qərarı verilmişdir. Müdafiə Nazirliyinin hərbi qulluqçusu olduğu üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət edərək barəsində məlumat vərəqi doldurularaq cavabdeh orqana təqdim olunmuşdur. Bundan sonra isə cavabdeh tərəf üzərinə düşən öhdəliyi təmin etməli idi. Lakin onu bu günə kimi etmir və etmək də istəmir. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, iddiaçıya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən 27.12.2017-ci il tarix dən İİİ qrup (əlilliyin səbəbi “Azərbaycan Respublikasının müdafiəsi zamanı" əlillik təyin edilmişdir. Həmin İİİ qrup əlilliyə əsasən qulluq etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən əlilliklə pensiya təyin edilməsi üçün “məlumat vərəqi” tərtib edilərək 09.03.2018-ci il tarixdə pensiya təyin edilməsinə baxılması üçün İdarəyə təqdim edilmişdir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təminatı ilə bağlı funksiyaların həyata keçirilməsi Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 495 və 499 nömrəli Fərmanlarının 2.2-ci və 4.-cü bəndlərinə əsasən 2007-ci il 01 yanvar tarixdən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna həvalə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalarına” əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən hazırlanır və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna göndərilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasi yasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. İddiaçının pensiya hüququ əlilliyi təyin edildiyi vaxtdan, yəni 27,12.2017-ci il tarixdə yaranmışdır. Ona görə də iddia əsassızdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30 oktyabr 2018-ci il tarixli, 2-1(81)3920/2018 nömrəli qərarı ilə (hakim: Ş.A.Məmmədova) iddia təmin edilmiş, iddiaçıya 27.12.2017-ci il tarixdən təyin edilmiş (səbəb Azərbaycan Respublikasının müdafiəsi zamanı) əlilliyə görə pensiyanın son üç ili tətbiq edilməklə yenidən hesablanması və yaranacaq pensiya fərqinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının mövqeyi əsaslıdır. Məhkəmənin həmin qərarından cavabdeh tərəfindən apelyasiya şikayət i verilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(104)-221/2019 nömrəli iş üzrə 23 yanvar 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: A.B.Nuriyeva, hakimlər: V.M.Ağayev və C.A.Yusifov) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30 oktyabr 2018-ci il tarixli, 2-1(81)-3920/2018 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(104)-221/2019 nömrəli iş üzrə 23 yanvar 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddia tələbin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Əm ək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Departamenti Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin **********5 nömrəli, 06 fevral 2019-cu il tarixli əmrinin 1.3.-cü bəndinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi adlandırılmışdır. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində qeyd edilir ki, apelyasiya instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozaraq qanunsuz və əsassız qərar qəbul etmişdir. Belə ki, əlilliyi təyin edən orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin ərazi üzrə Tibbi Sosial Ekspert Komissiyasıdır. Vətə ndaşa əlilliyin neçənci qrup olduğu, nə vaxtdan təyin edildiyi və əlilliyinin səbəbi “Tibbi Sosial Ekspert Komissiyasının Müayinə aktından çıxarış”ında qeyd edilir. Və həmçinin həmin çıxarışda “ilkin (təkrar) müayinədən keçən əlillər üçün” pensiya təyinatı aparan orqana göndərilir. Məhkəmə instansiyalarının qərarlarına görə, iddia tələbi təmin edilməli və iddiaçıya ödənilməmiş pensiya məbləğinin son 3 il müddətinə ödənilməsi təmin edilməlidir. Lakin məhkəmələr iddiaçının ilkin olaraq nə vaxtdan İİ qrup əlil olduğunu araşdırmamış və buna baxmayaraq iddia tələbini təmin etmişlər. İddiaçıya ilkin olaraq 27.12.2017-ci il tarixdən İİ qrup əlilliyin səbəbi: Azərbaycan Respublikası müdafiəsi zamanı verilmiş və həmin tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Qeyd olunanlara baxmaya raq apelyasiya instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, maddi hüquq normalarını düzgün tətbiq etməməklə yanaşı işin hallarını tam və hərtərəfli araşdırmamış və əsassız nəticəyə gəlmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(104)-221/2019 nömrəli iş üzrə 23 yanvar 2019-cu il tarixli qərarının ləğv edilməsini və tələbin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamışdır. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üz rə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, cavabdehə təqdim edilmiş məhkəmə bildirişində onun nümayəndəsinin iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılm ış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 82-ci maddəsində isə təsbit edilmişdir ki, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Kollegiya hesab edir ki, hazırkı mübahisəyə baxılarkən apelyasiya instansiyası məhkəməsi tərəfindən qeyd olunan prosessual hüquq normalarının tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamış, müvafiq olaraq mübahisəyə maddi hüquq normaları da düzgün tətbiq edilməmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Eksp ert Komissiyası tərəfindən iddiaçıya 27.12.2017-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 3-cü dərəcəli əlillik təyin edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının 27.12.2017-ci il tarixdən əvvəlki dövrdə ümumiyyətlə əlilliyi (səbəb əlaqəsi) işdə olan sənədlərdən görünmür. Apelyasiya instansiyası məhkəməsi iddiaçının tələb etdiyi dövr üzrə, yəni 27.12.2017-ci il tarixdən əvvəlki illər üzrə əlil olması və bu əlilliyi Azərbaycan Respublikasının müdafiəsi zamanı almasını araşdırmamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 11.2-ci maddəsinə görə, hərbi qulluqçular (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) sırasından olan əlillər aşağıdakı kateqoriyalara bölünürlər: 11.2.1. müharibə əlilləri—əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı xəstəlik nəticəsində üz verərsə; 11.2.2. hərbi qulluqçular sırasından digər əlillər—əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə bağlı olmayan bədbəxt hadisə nəticəsində alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində üz verərsə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 19 avqust tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin 1.4-cü bəndinə görə, tibbi-sosial ekspert komissiyaları iki pilləli şəkildə təşkil olunur: ilkin pilləzona tibbi-sosial ekspert komissiyaları; ali pillə - Respublika Tibbi-Sosial Ekspertiza Mərkəzi və Naxçıvan Muxtar Respublikası Tibbi-Sosial Ekspert Komissiyası. Əsasnamənin 5.5-ci bəndinə görə, ali pillə ekspert komissiyasının qərarlarından Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və məhkəməyə şikayət verilə bilər. Əsasnamənin 5.6-cı bəndinə görə, ilkin tibbi-sosial ekspert komissiyasının qərarlarından məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli qərarı ilə “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazi rlər Kabinetinin 1997-ci il 19 avqust tarixli 93 nömrəli qərarı ləğv edilmiş və “Tibbi-sosial ekspert komissiyaları haqqında” yeni Əsasnamə təsdiq edilmişdir. Həmin Əsasnamənin 5.4-cü bəndində qeyd edilmişdir ki, TSEK-in (tibbi-sosial ekspert komissiyaları) qərarından narazı qalan vətəndaşların müraciəti əsasında onların əlilliyinin təkrar qiymətləndirilməsi Xidmət (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti) tərəfindən aparılır. Əsasnamənin 5.5-ci bəndinə görə, TSEK-in qərarlarından “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və məhkəməyə şikayət verilə bilər. Əlilliklə bağlı təyin edilən aktlar “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinin məzmununa uyğun olaraq inzibati akt hesab edilir. Əlillik təyin edilən vaxtlarda əlilliklə bağlı müayinə aktlarında TSEK-in diaqnozu qeyd edilir. “Əmək pensiyaları haqqında” Qanunun 11-ci maddəsinə görə, əlillik hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmış xəsarət nəticəsində üz verərsə, şəxs müharibə əlili sayılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin 1.4-ci bəndində qeyd edilir ki, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiy alarını həyata keçirən Xidmət müəyyən edir. TSEK tərəfindən ümumi xəstəlik, əmək zədəsi, peşə xəstəliyi, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar, 1990-cı ilin yanvar hadisələri ilə əlaqədar, hərbi xidmət dövrü ilə əlaqədar, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, keçmiş SSRİ-nin müdafiəsi ilə əlaqədar, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbləri müəyyən edilir (1.4-cü bənd). Əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır (4.26cı bənd). İddiaçıya hazırkı məzmunda - “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliy”in təyin edildiyi 27.12.2017-ci il 3 avq ust tarixdə qüvvədə olan “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Qanunun (2018-ci il 31 may tarixli, 1153-VQ №-li Qanunla ləğv edilmişdir) 2-ci maddəsinə əsasən, əlil – anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxsdir. Həmin Qanunun 3-cü maddəsinə əsasən, tibbi-sosial ekspertiza orqanizmin funksiyalarının davamlı pozulmaları nəticəsində həyat fəaliyyətinin məhdudlaşdırılmasının qiymətləndirilməsi əsasında vətəndaşın sosial müdafiə tədbirlərinə olan ehtiyaclarının müəyyən edilməsidir. Tibbi-sosial ekspertiza müayinə olunan şəxsin klinik, funk sional, sosial, məişət, peşə, əmək, psixoloji imkanlarının kompleks qiymətləndirilməsi yolu ilə əlillik, uşaqların sağlamlıq imkanlarının məhdudluğu meyarlarına uyğun olaraq həyata keçirilir. Tibbi-sosial ekspertiza tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Tibbi-sosial ekspert komissiyaları haqqında və əlilliyin, uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair əsasnamələr müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Qanunun 4-1-ci maddəsinə əsasən, şəxs tibbi-sosial ekspert komissiyası tərəfindən ekspert müayinəsindən keçirildikdən sonra müvafiq rəy çıxarılması yolu ilə əlil və 18 yaşınadək sağlamlıq imkanları məhdud olan sayılır. Tibbi-sosial ekspert komissiyasının rəyi uşağın sağlamlıq imkanları məhdudluğunu, əlillik qrupunu və səbəbini, habelə fərdi reabilitasiya proqramını təsdiq edən rəsmi sənəddir. Əlilə və ya sağlamlıq imkanları məhdud uşağa nümunəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən vəsiqə verilir. Əlilliyin səbəbini TSEK müəyyən etdiyindən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbləri TSEK tərəfindən müəyyən edildiyindən əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. Lakin məhkəmə kollegiyasının mövqeyinə görə, əlilliyin səbəb-əlaqəsi əvvəllər iddiaçı tərəfindən mübahisələndirildiyi və iddiaçının hüquqi marağı təmin edildiyi halda, əlilliklə bağlı ödənclər iddiaçının bu barədə hüquqi mübahisə açdığı vaxtdan ödənilə bilər. Xüsusi həkim komissiyasının qəbul etdiyi 06.01. 2017-ci il tarixli qərara görə, iddiaçı hərbi travmanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar almışdır. Xüsusi həkim komissiyasının qərarında 23.11.2016-ci il tarixli qiyabi məhkəmə qətnaməsinə istinad edilmişdir. Lakin iş materiallarında iddiaçıya bununla əlaqədar, ümumiyyətlə isə 27.12.2017-ci il tarixdən əvvəl əlillik təyin edilməsi barədə heç bir sübut yoxdur. Apelyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının hansı vaxtdan əlil olması, əlilliyin səbəbi və (əlilliyin səbəbi) əlilliyin səbəb-əlaqəsi ilə bağlı əvvəllər inzibati və ya məhkəmə qaydasında mübahisə açması araşdırılmadığı halda, hazırkı iddianın təmin edilməsi əsassız olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi nin 13-cü maddəsinin şərh edilməsinə dair” 17 sentyabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, İPM-in inzibati apelyasiya icraatının hədlərini nəzərdə tutan 82-ci maddəsi apelyasiya instansiyası məhkəməsinin mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxmasını nəzərdə tutsa da, eyni zamanda həmin Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutların (sübutetmə vasitələrinin) və faktların (faktiki halların) da nəzərə alınmasını göstərir. İPM-in 12-ci maddəsi apelyasiya məhkəməsinin üzərinə mübahisənin düzgün həlli üçün nəinki proses iştirakçılarının təqdim etdikləri izahatları, ərizə və təklifləri, sübutları araşdırıb qiymətləndirmək, eyni zamanda onun üzərinə öz təşəbbüsü ilə digər zəruri sübutları toplamaq vəzifəsini qoymuşdur. (İPM-in 12.1 və 12.2-ci maddələri). İPM-nin 82-ci maddəsinin təhlilindən göründüyü kimi, bu maddədə işə yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələri) və faktlar (faktiki hallar) əsasında mahiyyət üzrə tam həcmdə baxılması göstərilmiş, eyni zamanda Məcəllənin işin hallarının araşdırılması prinsipini nəzərdə tutan 12-ci maddəsinə istinad edilmişdir. İPM-in 12 və 48 və 57-ci maddələrinin tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmadığından apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması və istinad edilən prosessual normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir. Cavabdeh kassasiya şikayətində iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını x ahiş etmişdir. Yuxarıda qeyd edilən hallar araşdırılmadan iddianın rədd edilməsi istisna olunduğuna görə şikayətin bu dəlili əsaslı sayıla bilməz. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin olunsun. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-221/2019 nömrəli iş üzrə 23 yanvar 2019-cu il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-1497/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1497/2019
29.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver