Məhkəmə qərarları › İş №2-1(102)-1497/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1497/2020

31.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1497/2020 31.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (iş № 2-1(102)-1497/2020) Açar sözlər: torpaq sahəsinin plan və ölçü sənədlərinin verilməsi. Bakı şəhəri 31 avqust 2020-ci il Giriş hissə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ə mlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə (bundan sonra DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi) qarşı torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-155/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İşin halları: Abşeron rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 2005-ci il tarixli 56 nömrəli qərarı ilə İddiaçı mülkiyyətinə Abşeron rayonun Hökməli qəsəbəsində 0,06 ha torpaq sahəsi verilmişdir v ə bu torpaq üzərində mülkiyyət hüquqları JN 891A Kod 30800036 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alanmaqla ona RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir. İddiaçı DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edərək, həmin torpaq sahəsinə dair plan və ölçü sənədinin verilməsini xahiş etmişdir. DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi iddiaçının xahişini təmin etməmiş və xx.xx.2016-cı il tarixli məktubla iddiaçıya cavab verərək bildirmişdir ki, onun ərizəsi əsasında araşdırma aparılarkən, torpaq sahəsinin yerləşdiyi yer ilə faktiki texniki pasport üçün müraciət edilən yer arasında uyğunsuzluq olduğu, JN-** İA ***00036 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə əldə edilmiş torpaq sahəsinin natura quruluşunun və yerinin dəyişdirildiyi müəyyən edilmişdir. Bundan sonra İddiaçı cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı hazırki iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, “DƏDRXnin 4 saylı Ərazi İdarəsinin xx xxxxxx 2015-ci il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı üzrə onun xüsusi mülkiyyətində olmaqla, Abşeron rayonun Hökməli qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsinə dair torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçını n əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, sözügedən torpaq sahəsindən 2005-ci ildən təyinatı üzrə istifadə edir və torpaq sahəsi ilə bağlı hər hansı formada mübahisə yoxdur. Hesab edir ki, cavabdeh inzibati orqanın bu torpaq sahəsinə plan və ölçü sənədini verməkdən imtina etməsi qanunsuz və əsassız olmaqla, onun mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneçilik törədir. Cavabdehin etiraz dəlilləri: Cavabdehin etiraz dəlilləri yuxarıda göstərilən xx.xx.2016-cı il tarixli imtina məktubunun məzmunu ilə eynidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-32/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı (hakim-İ.Quliyev) ilə iddia təmin edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ekspertiza t ədqiqatı nəticəsində müəyyən edilmişdir ki, iddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinə hər hansı fiziki və ya hüquqi şəxsə mülkiyyət hüququna dair hüquqi və texniki sənəd verilməmişdir. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, Sumqayıt İnzibatiİqtisadi Məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-155/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər H.Babayeva (sədrlik edən və məruzəçi) F.Zeynallı və Z.Məmmədov) apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibatiİqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-1(085)-32/2019 saylı qərarı d əyişdirilmədən saxlanılmışdır. Həmin qərardan cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilərək, yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində qeyd edilmişdir ki, apelyasiya instansiyası maddi hüquq normalarını səhv təfsir etməklə düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən daşınmaz əmlakın naturada quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün daşınmaz əmlaka yerində GPS aparatı ilə müayinə baxışı keçirilərkən, həm də mövcud elektron kadastr baza məlumatlarına əsasən iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatı aparılmış torpaq sahəsinin yerləşdiyi yer ilə faktiki texniki pasport üçün müraciət edi lən yer arasında uyğunsuzluq olduğu, JN-** İA ***00036 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə əldə edilmiş torpaq sahəsinin naturada quruluşunun və yerinin dəyişdirildiyi müəyyən edilmişdir. Tərəflərin izahatları: İddiaçı məhkəməyə vəkilsiz gəldiyi üçün onun izahatı dinlənilmədi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh tərəf məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Əsaslandırıcı hissə Kollegiya cavabdeh tərəfin iştirakı olmadan işə baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, tərəflərə məhkəmə iclasına gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Azərbaycan Respublikası İnzibati Pr osessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərari dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin halları kimi müəyyən olunmuşdur ki, sənədin elektron variantının bazada mövcud olmaması inzibati orqanın məsuliyyətinə aiddir və bu iddiaçının mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas təşkil edə bil məz. Bundan əlavə kollegiya qeyd edir ki, hətta iddiaçının mülkiyyətində olan torpaq sahəsinin yerləşdiyi yer ilə faktiki texniki pasport üçün müraciət edilən yer arasında uyğunsuzluq olduğu təsdiq olunmuş olsaydı belə, bu yenə də iddiaçının müraciətini təmin etməkdən imtinaya əsas ola bilməzdi. Apelyasiya instansiyası məhkəməsi iddianın hüquqi əsasları olaraq ona istinad etmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sə rəncam vermək hüquqlarından ibarətdir. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Mülki Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüqu qlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri (sututarlar) və torpaqla möhkəm bağlı olub təyinatına tənasübsüz (hədsiz) zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan bütün əşyalar, o cümlədən binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələrdir. Həmin qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. “Daşınmaz əmlakın dövlət r eyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafıq icra hakimiyyəti orqanları tərəfındən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Apelyasiya instansiyası məhkəməsi cavabdeh inzibati orqanın imtinasını əsassız saymış, eyni zamanda bildirmişdir ki,torpaq sahəsinə dair plan və ölçülərin hazırlanması, xüsusilə orada koordinatların qeyd olunması həmin dövrdə keçmiş DTXK tərəfindən, hazırda isə cavabdeh tərəfindən aparılır. Plan və ölçüdə koordinatların düzgün qeyd olunmaması vətəndaşın səlahiyyəti və ya vəzifələrinə aid deyildir. Hazırki halda da koordinatlardakı uyğunsuzluq vətəndaşın deyil, qeydiyyat orqa nlarının problemidir. Belə problemlərin yaranması vətəndaşın təqsirinin deyil, aidiyyəti qurumların, vəzifəli şəxslərin öz vəzifələrini layiqincə yerinə yetirməmələrinin, idarəçiliyin, uçot-nəzarət işinin düzgün təşkil edilməməsinin nəticəsidir. Belə olduğu halda iddiaçı bu hallara görə hər hansı məsuliyyət daşımamalıdır və yuxarıda qeyd olunan normalara əsasən iddiaçının mülkiyyətində olan torpaq sahəsinin faktiki istifadə vəziyyəti ilə hüquqlarını təsdiq edən sənədlərdə uyğunsuzluğu aradan qaldırmaq cavabdehin vəzifəsi olduğu halda sonuncu bunu etməmiş, bunun əksinə, bu əsasla iddiaçıya imtina cavabı vermişdir. İşə baxmış məhkəmə kollegiyası hesab etmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olm asa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Ekspert rəyində əlavə olaraq qeyd edilmişdir ki, İddiaçı adına olan JN-891A KOD 30800036 nömrəli şəhadətnamənin verilməsinə səbəb olmuş ilkin sənədlər mövcuddur. Lakin JN-891A (kod ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin elektron variantı bazada mövcud olmadığı üçün naturada müəyyən edilmiş koordinatlarla elektron bazada yerləşmə mövqeyi arasında uyğunsuzluğun olubolmamasını müəyyən etmək mümkün olmamışdır. Belə ki, Torpaq Məcəlləsinin 43-cü maddəsinin 1-ci bəndində deyilir ki, yerquruluşu torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə dövlətin müvafiq hüquqi, iqtisadi və texniki tədbirlər sistemidir. H əmin maddənin 3-cü bəndində qeyd olunub ki, yerquruluşu işləri dedikdə həmçinin torpaqların istifadəsində mövcud uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) ayrılması, qanunvericiliklə müəyyən edilmiş formada sənədlərin tərtibi nəzərdə tutulur. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2016-cı il tarixli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlər inin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin:... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülmə klə tərtib edilsin. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»nin 3.0.29-cu maddəsində isə təsbit edilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işlərini aparmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifəsidir. Həmin Əsasnamənin 3.0.11, 3.0.23, 3.0.24 və 3.0.31-ci bəndlərinə əsasən: hüquqların dövlət qeydiyy atını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək; daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək; inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahələrində mərzçəkmə işləri aparmaq Xidmətin vəzifələrinə aid edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyasının gəldiyi nəticə işin hallarına və tətbiq olunmuş maddi hüquq normalarına uyğundur. Kassasiya şikayətinin dəlilləri qərarın ləğv olunmasına əsas vermir. Azərbaycan Respublikası İPM-nin 96.9-cu maddəsinə görə Ali Məhkəmə apelyasiya instansiy ası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Nəticəvi hissə Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-155/2020 saylı 18 mart 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar