Məhkəmə qərarları › İş №2-1(102)-1497/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1497/2023

05.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1497/2023 05.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 52 yaşına çatmış qadına güzəştli şərtlərlə pensiyanın təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1965-ci il təvəllüdlü; FİN xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə pensiyanın təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-735/2023 nömrəli, 9 mart 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya məxsus ******* nömrəli əmək kitabçasının məlumatlarına əsasən, o, xx.xx.1983-xx.xx.1988-ci illərdə Ermənistanın Quqark rayonunda Təmir-tikinti idarəsində 3cü dərəcəli rəngsaz-suvaqçı, xx.xx.1990-xx.xx.2004-cü illərdə “Azmetaltəmirtikinti” İstehsalat Birliyində hazır məhsulun qablaşdırıcısı vəzifələrində çalışmış, xx.xx.2007-ci ildə "xxxx" MTK-da xadimə işinə qəbul olunmuş və xx.xx.2021-ci ilədək həmin idarədə işləmişdir.

2. B № 507327 saylı, 1990-cı il 28 iyun tarixli diploma əsasən, iddiaçı xx.x x.1989xx.xx.1990-cı illərdə texniki peşə təhsili almışdır. 3. ”Metallurgiya” Dövlət Şirkətinin İstehsalat-Texnoloji Komplektləşdirmə İdarəsinin arayışından görünür ki, iddiaçı “Azərmetaltəmirtikinti” İstehsalat Birliyinin “X1” idarəsində xx.xx.1990-cı ildən xx.xx.2004-cü ilədək qablaşdırıcı vəzifəsində işləmişdir. İşlədiyi şərait qapalı olduğundan insan orqanizmi üçün zərərli hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na aiddir və pensiyaya çıxmaq hüququna malikdir. 4. “X3” tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, X-Y-2377 nömrəli məktubda qeyd edilmişdir ki, iddiaçı xx.xx.1990-c ı il tarixdən xx.xx.2004-cü il tarixədək "Azərmetaltəmirtikinti" İstehsalat Birliyinin X1 İdarəsində anbar yerində qablaşdırıcı vəzifəsində işləmişdir. Anbar yerində qablaşdırıcı vəzifəsi "X3" QSC-də hazır məhsullar anbarında dəstələyici vəzifəsi ilə eynilik təşkil edir. Qeyd edilən peşə "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarının "Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli siyahısı"nın 3-cü Metallurgiya istehsalatı bölməsinin

3. Yayma, çarxy ayma, bandajyayma, yabayayma, tənəkəyayma, qalayçı, sinkləmə, qurğuşunlama istehsalatları. Rels bəndlərinin istehsalı. İsti metalın termik emalı, kəsilməsi və təmizlənməsi. Kalibrlənmiş metal istehsalı. Fəhlələr bəndinin (a) (2040300a—1753b) "metal və hazır məhsulun qəbulu, təhvil verilməsi, paketləşdirilməsi və qablaşdırılması ilə məşğul olan fəhlələr və briqadirlər" peşələri ilə uyğunluq təşkil edir. Eyni zamanda, həmin peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 3-cü Metallurgiya İstehsalatı bölməsinin 3.7. Yayma, çarxyayma, bandajyayma, yabayayma, tənəkəyayma, qalayçı, sinkləmə, qurğuşunlama istehsalatı. Rels bəndlərinin istehsalı. İsti metalın termik emalı, kəsilməsi və təmizlənməsi. Kalibrlənmiş metal istehsalı. Fəhlələr bəndinin (a) "metal və hazır məhsulun qəbulu, təhvil verilməsi, paketləşdirilməsi və qablaşdırılması ilə məşğul olan fəhlələr və briqadirləri" peşələri ilə uyğunluq təşkil edir.

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 52 yaşının tamam olduğu 24 iyul 2017-ci ildən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-919/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçının iddia ərizəsində göstərilən tələblə bağlı lazımi qaydada məhkəməyə qədər cavabdehə müraciət etməməsi əsası ilə iddia mümkün sayılmamışdır.

7. İddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1472/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilmiş, qərardad ləğv edilmiş, iş Bakı İnzibati Məhkəməsinə qaytarılmışdır.

9. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti vermişdir.

10. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)2034/2020 saylı, 25 sentyabr 2020-ci il tarixli qərardadı ilə cavabdehin kasasiya şikayəti mümkün sayılmamış və onun icraata qəbulundan imtina edilmişdir.

11. İş baxılması üçün Bakı İnzibati Məhkəməsinə qaytarılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instan siya məhkəməsində icraat İddiaçının əsaslandırması:

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1965-ci ildə Ermənistanın Quqark rayonunda anadan olmuşdur, əmək fəaliyyətinə xx.xx.1983-cü ildə Quqark rayonunda Təmir-tikinti idarəsində 3-cü dərəcəli rəngsaz-suvaqçı kimi başlamış, xx.xx.1988ci ilədək həmin təşkilatda işləmişdir. 1988-ci ildə məlum hadisələrlə əlaqədar, ailəsi ilə birlikdə, Bakı şəhərində məskunlaşmış, xx.xx.1990-cu ildən xx.xx.2004-cü ilədək “Azmetaltəmirtikinti” İstehsalat Birliyində hazır məhsulun qablaşdırıcısı kimi əmək fəaliyyətini davam etdirmişdir. xx.xx.2007-ci ildə "xxxx" MTK-da xadimə işinə qəbul olunmuş və hazırda da həmin kooperativdə işləyir. 52 yaşı tamam olduğu xx.xx.2017-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi v ə həmin vaxtdan pensiya fərqinin hesablanaraq ödənilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdeh cavabında bildirmişdir ki, bütün sənədlər təqdim edildikdən sonra pensiya məsələsinə yenidən baxıla bilər. xx.xx.2006-cı ilədək 20 ildən artıq ümumi, 10 ildən artıq isə xüsusi iş stajı olduğu üçün iddiaçı hesab edir ki, onun 52 yaşının tamam olduğu xx.xx.2017-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin etirazları:

13. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya yazılı etiraz onunla əsaslandırılmışdır ki, əmək pensiyası hüququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini təsdiq edən sənəd, ümumi iş stajını təsdiq edən sənədlər, həmçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı əsasında həyata keçirilir. Göstərilən sənədlərin əsilləri təqdim edildikdən sonra güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məsələsinə yenidən baxıla bilər. Qeyd edilən məktub iddiaçının müraciətinə rədd cavabı kimi qəbul edilə bilməz. İddiaçı tərəfindən məcburetmə haqqında iddia barədə məhkəməyə müraciət edilməsi üçün iki hal nəzərdə tutulmuşdur: cavabdeh tərəfindən yalnız arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edilməsi; cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktların qəbul edilmədiyi halda. Lakin cavabdeh iddiaçının tələbindən imtina etməmiş, sadəcə qanunvericiliklə müəyyən edilmiş sənədlərin veriləcəyi təqdirdə onun müraciətinə baxılacağı bildirilmişdir. Cavabdeh göstərilənlərə əsasən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

14. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-161/2022 saylı 19 iyul 2022-ci il tarixli qərarı ilə (hakim M.Hacıbəyova) iddia təmin edilməmişdir.

15. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçının təqdim etdiyi əmək kitabçasına, habelə arayışlara əsasən onun ümumi əmək stajı xx.xx.2006-cı ilə qədər cəmi 19 il 5 ay 11 gün, xx.xx.2021-ci il tarixə (əmək fəaliyyətinin sonuncu gününə) qədər isə iddiaçının ümumi stajı 20 ildən çox olsa da onun güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı yoxdur.

16. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddia tələbinin təmin edi lməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-735/2023 nömrəli, 9 mart 2023-cü il tarixli qərarı ilə (hakimlər: A.P.Oruczadə / sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və R.Ə.Səmədov) apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-161/2022 saylı, 19 iyul 2022-ci il tarixli qərarı ləğv edilərək, iddia təmin edilmiş, iddiaçıya 52 yaşdan, yəni xx.xx.2017-ci tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.

18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının xx.xx.1990-cı il tarixdən xx.xx.2004-cü il tarixədək "Azərmetaltəmirtikinti" İstehsalat Birliyinin X1 İdarəsində çalışdığı peşə Azərbaycan Respublikası Nazirlər Kab inetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarının "Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli siyahısı"da 2040300a—1753b kod altında (metal və hazır məhsulun qəbulu, təhvil verilməsi, paketləşdirilməsi və qablaşdırılması ilə məşğul olan fəhlələr və briqadirlər) nəzərdə tutulmuş peşələrə uyğundur.

19. İddiaçının əmək kitabçasındakı qeydlər, güzəştli arayışları və təhsil aldığı dövrü də nəzərə alınmaqla, onun xx.xx.2006-cı il tarixədək 20 ildən artıq ümumi iş stajı, həmçinin 10 ildən çox xüsusi iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapır.

20. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv olunması və iddianın tə min edilməməsi qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

21. Kassasiya şikayətində işin halları sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 21-ci maddəsinə əsasən, təhsil illərinin sosial sığorta stajına daxil edilməsi nəzərdə tutulmadığından, apellyasiya instansiyası məhkəməsinin belə nəticəyə gəlməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 23. “Əmək pensiyaları haqqında” Qanun: (xx.xx.2017-ci il tarixdə qüvvədə olan redaksiyada) Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin ə mək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.... 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensi ya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı: 2040300a—1753b - metal və hazır məhsulun qəbulu, təhvil verilməsi, paketləşdirilməsi və qablaşdırılması ilə məşğul olan fəhlələr və briqadirlər.

25. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməs i tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyiş dirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

27. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Şika yət aşağıdakı səbəblərə görə təmin oluna bilməz. 29. 1956-cı il 14 iyul tarixdə qəbul edilmiş, 1956-cı il 1 oktyabr tarixdən qüvvəyə minmiş və iddiaçının təhsil aldığı vaxtda qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun tətbiqi ilə bağlı SSRİ Nazirlər Sovetinin 1956-cı il 4 avqust tarixli, 1044 №-li Qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi qaydaları haqqında” Əsasnamənin 109-cu bəndinin (i) yarımbəndinə əsasən, ali təhsil müəssisələrində, orta ixtisas təhsili müəssisələrində (texnikumlarda, pedaqoji və tibb məktəblərində və s.), partiya məktəblərində, peşəyönümlü məktəblərdə, fəhlə fakültələrində təhsil; aspiranturada, doktoranturada və kliniki ordinaturada olma ümumi staja daxil edilir. 30. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqın da” 1990-cı il 15 may tarixli SSRİ Qanununun 67-ci maddəsinin (d) bəndinə əsasən, ali və orta ixtisas təhsil müəssisələrində, kadrların hazırlanması, ixtisaslarının artırılması və yenidən ixtisaslaşdırılması üzrə məktəblərdə və kurslarda, aspiranturada, doktoranturada və kliniki ordinaturada təhsil müddəti iş stajına daxil edilir. 31. 1992-ci il sentyabrın 23-də qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu ilə də qanunverici ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddətini, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddətini onların iş stajının tərkibi kimi tanımış və təsdiq etmişdir (Qanunun 67-ci maddəsi).

32. Be ləliklə, iddiaçı həmin qanunvericilik aktlarının tələblərinə əsasən orta ixtisas təhsil müəssisəsindəki təhsil müddəti də daxil olmaqla bu stajdan irəli gələn hüquqların (hazırkı halda, sosial təminat hüququnun) tanınmasını tələb etmək haqqına sahibdir. Həmin münasibətləri tənzimləyən sonrakı qanunvericilik aktlarında (hazırkı halda, 2006-cı il yanvarın 1-dən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunda) iddiaçının hüquqlarını aradan qaldıran və ya bu hüquqları məhdudlaşdıran müddəalar ona münasibətdə tətbiq oluna, orta ixtisas təhsil müəssisəsindəki əyani təhsil müddətinin yeni qanunla iş stajına aid edilən müddətlər sırasında göstərilməməsi isə, iddiaçının artıq bunadək qazanmış olduğu hüququn (sosial təminat tədbirinin tətbiqinin müqəddəm şərti kimi çıxış edən iş stajına malik olm a hüququnun) aradan qalxmasına səbəb ola bilməz.

33. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının əmək kitabçasındakı qeydlər, güzəştli arayışları və təhsil aldığı dövrü də nəzərə alınmaqla, onun xx.xx.2006-cı il tarixədək 20 ildən artıq ümumi iş stajı, həmçinin 10 ildən çox xüsusi iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapır.

34. İddiaçının xx.xx.1990-cı il tarixdən xx.xx.2004-cü il tarixədək "Azərmetaltəmirtikinti" İstehsalat Birliyinin X1 İdarəsində çalışdığı peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarının "Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələ rin, vəzifələrin və göstəricilərin 2 nömrəli siyahısı"da 2040300a—1753b kod altında (metal və hazır məhsulun qəbulu, təhvil verilməsi, paketləşdirilməsi və qablaşdırılması ilə məşğul olan fəhlələr və briqadirlər) nəzərdə tutulmuş peşələrə uyğundur.

35. Beləliklə, iddiaçının yuxarıda qeyd olunan normalardan irəli gələn hazırkı məzmunda tələb hüququ vardır.

36. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

37. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-735/2023 nömrəli, 9 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar