Məhkəmə qərarları › İş №2-1(102)-1497/2024

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1497/2024

04.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1497/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: qanunsuz əlverişli inzibati aktın ləğvi, kassasiyanın qeyri-mümkünlüyü, vahid məhkəmə təcrübəsi) 04.09.2024 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə (üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi) qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 yanvar 2024-cü il ta rixli, 2-1(103)607/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə (üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Cavabdeh başçısının xx.xx.2019-cu il tarixli, 124 nömrəli sərəncamının ləğv edilməsinə dair Cavabdeh başçısının xx.xx.2020-ci il tarixli, 224 nömrəli sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İşin faktiki hallarına əsasən, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2019-cu il tarixli məktubuna əsasən Bakı qarnizonu rəisinin xx.xx.2017-ci il tarixli icazəsi ilə Müdafiə Nazirliyinin “Bakı-52” hərbi şəhərciyi ndə yerləşən üç mərtəbəli kazarma binasının təyinatı dəyişdirilərək xüsusi təyinatlı yaşayış binası kimi Müdafiə Nazirliyinin mənzil fonduna keçirilmişdir. Müdafiə Nazirliyinin Bakı qarnizonu üzrə mənzil komissiyasının xx.xx.2019-cu il tarixli, 18 nömrəli protokolu ilə yaşayış sahəsi almaq üçün təminata qoyulmuş, mənzilsiz, kirayədə yaşayan və yaşayış sahələrinin yaxşılaşdırılmasına ehtiyacı olan hərbi qulluqçuların siyahısının təsdiq edilməsi, həmin hərbi qulluqçulara yaşayış sahələrinin verilməsi və əvvəlki kirayə müqavilələrinin ləğv edilməsi qərara alınmışdır. İddiaçının adı həmin siyahıda 13-cü sırada qeyd edilmişdir. Müdafiə Nazirliyinin Hüquq İdarəsinin xx.xx.2019-cu il tarixli məktubunda Müdafiə Nazirliyinin mənzil fonduna aid olan “ünvan 1 ünvanında yerləşən 20 mənzilin gələcəkdə özəlləşdirilməsının həyata keçirilməsi məqsədi ilə xüsusi təyinatlı (xidməti) mənzil fondundan çıxarılmasının qanunazidd hesab edilmədiyi qeyd edilmişdir. Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin Bakı şəhəri Cavabdehnə ünvanladığı xx.xx.2019-cu il tarixli məktubunda yaşayış sahəsinin gələcəkdə özəlləşdirilməsinin həyata keçirilməsi məqsədi ilə xüsusi təyinatlı mənzil fondundan çıxarılması və daimi icarə müqaviləsi bağlanmasına icazənin verilməsi xahiş olunmuşdur. Bakı şəhəri Cavabdeh başçısının xx.xx.2019-cu il tarixli, 124 nömrəli sərəncamına əsasən ünvan 3 ünvanında yerləşən mənzilin xidməti mənzillər siyahısından çıxarılması və həmin mənzilə dair iddiaçı ilə daimi icarə müqaviləsi bağlanılması qərara alınmışdır. Sözügedən mənzil üzərində iddiaçının daimi istifadə hüququ xx.xx.201 9-cu il tarixdə, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarış verilmişdir.

3. Müdafiə Nazirliyinin Bakı şəhəri Cavabdehnə ünvanladığı xx.xx.2020-ci il tarixli məktubda göstərilmişdir ki, Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə başlanmış cinayət işi üzrə Baş Prokurorluqdan daxil olmuş arayışda qeyd olunan təkliflərin icrası ilə əlaqədar Seyfəddin Dağlı küçəsi 14 ünvanında yerləşən mənzillərə dair xx.xx.2019-cu il tarixli sərəncamların ləğv edilməsi və bu mənzillərin xüsusi təyinatlı yaşayış sahələrinin siyahısına daxil edilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edilməsi xahiş olunur. Bakı şəhəri Cavabdeh başçısının xx.xx.2020-ci il tarixli, 224 nömrəli sərəncam ına əsasən Cavabdeh xx.xx.2019-cu il tarixli (121-140 nömrəli olmaqla 20 ədəd) sərəncamları ləğv olunmuşdur.

4. Bakı İnzibati Məhkəməsinin 28 avqust 2023-cü il tarixli, 2-1(112)-1950/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 yanvar 2024-cü il tarixli, 2-1(103)-607/2024 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

6. Məhkəmələr iddianı rədd edərkən qeyd etmişdirlər ki, işdə olan Azərbaycan Respublikası Baş Prokurorluğunun xx.xx.2020-ci il tarixli “Cinayət işinin başlanması haqqında” qərarından görünür ki, Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə X3 və X1 müraciətləri əsasında Azərbaycan Respublikası Cina yət Məcəlləsinin 308.2-ci maddəsi ilə fakta görə cinayət işi başlanmış, cinayət işi üzrə ibtidai istintaqın aparılması Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinə tapşırılmışdır. Həmin qərarda qeyd edilmişdir ki, ünvan 4 ünvanında yerləşən 3 mərtəbəli əsgər kazarması məqsədli şəkildə dövlət büdcəsinin ******* manat məbləğində vəsaiti əsasında əsaslı təmir edilərək xidməti yaşayış sahəsinə aid edilməklə, istismara verilmədən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 118 nömrəli qərarı ilə təsdiq olunmuş “Yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi Qaydası”nın və “Azərbaycan Respublikası Silahlı Qüvvələrində xüsusi təyinatlı yaşayış s ahəsi ilə təmin olunma qaydaları haqqında Əsasnamə”nin tələbləri pozularaq Bakı qarnizonu üzrə mənzil komissiyasının xx.xx.2019-cu il tarixli, 18 nömrəli protokolu ilə mülkiyyətlərində daşınmaz əmlak olduğu halda mənzilsiz, kirayədə yaşayan, yaşayış şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hərbi qulluqçu kimi, növbəlilik prinsipi pozulmaqla 20 ədəd mənzil Nazirliyin yüksək rütbəli və digər vəzifəli şəxslərinə verilmiş, Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 118 nömrəli qərarının tələbləri pozulmaqla Əmlak Məsələləri Dövlət Komitəsinin razılığı alınmadan Müdafiə Nazirliyinin Mənzil İstismar idarəsinin xx.xx.2019-cu il tarixli müraciəti əsasında Cavabdeh başçısının xx.xx.2019-cu il tarixli, 121-140 nömrəli sərəncamları ilə qeyd olunan 20 mənzil gələcəkdə özəlləşdirilməsi məqsədil ə xidməti mənzillər siyahısından çıxarılaraq sosial təyinatlı mənzil fonduna keçirilməklə Nazirliyin 6 nömrəli Mənzil İstismar sahəsi tərəfindən hərbi qulluqçular mülki şəxs statusunda göstərilərək həmin mənzillərə dair daimi (müddətsiz) sosial kirayə müqavilələri bağlanılmışdır. Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin xx.xx.2023-cü il tarixli “Cinayət işinin aidiyyəti üzrə göndərilməsi haqqında” qərarından görünür ki, ********* nömrəli cinayət işinin ibtidai istintaqın davam etdirilməsi üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsinə göndərilməsi qərara alınmışdır.

7. İddiaçı barəsində qəbul edilmiş cavabdehin xx.xx.2019-cu il tarixli, 124 nömrəli sərəncamı iddiaçı b arəsində əlverişli inzibati akt olsa da, bu akt qanunsuz olmuş və həmin aktın ləğv edilməsi zamanı “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsində göstərilən hallar mövcud olmamışdır. İşin istinad olunan hallarına əsasən “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində göstərilən halların mövcudluğu və qəbul edilmiş inzibati akt nəticəsində əsgər kazarmasının məqsədli şəkildə dövlət büdcəsinin vəsaiti hesabına təmir edilərək xidməti yaşayış sahəsindən çıxarılmaqla ayrı-ayrı vətəndaşlara verilməsi, bununla da dövlət marağına ziyan vurulması nəzərə alınaraq hazırkı halda iddiaçının etimadı qanunla qorunmur. İddiaçının daimi istifadəsinə verilmiş mənzilə dair əmlak hüquqlarına müdaxilə olunması ilə bağlı dəlillərinə münasibətdə qeyd edilməlidir ki, iddiaçı hazırkı iş üzrə mübahisəl i mənzildə yaşayır, həmin mənzildən çıxarılmamışdır. Odur ki, mübahisələndirilən Bakı şəhər Cavabdeh başçısının xx.xx.2020-ci il tarixli, 224 nömrəli sərəncamı ilə Bakı şəhəri Cavabdeh başçısının xx.xx.2019-cu il tarixli, 124 nömrəli sərəncamının ləğv edilməsi nəticəsində iddiaçının mənzil hüququ pozulmamışdır.

8. İddiaçı mahiyyətcə iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

9. Məhkəmə kollegiyası hesab edir ki, İnzibati Prosessual Məcəllənin 94.2, 96.296.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyün ə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.

10. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübə sinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.

2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.

3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.

4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.

5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.

11. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.

12. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli, 2-1(102)-395/2024 nömrəli qərarında mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh başçısının xx.xx.2019-cu il tarixli 121 nömrə li sərəncamı qanunsuz əlverişli inzibati aktdır. Belə ki, həmin sərəncam qəbul edilərkən Əmlak Məsələləri Dövlət Xidməti ilə aparılmış razılaşma, balans saxlayıcı kimi Müdafiə Nazirliyinin qərarı olmamışdır. Başqa sözlə, sərəncamın qəbul edilməsi üçün hüquqi əsas olmamış, sərəncam qanuni məqsəd daşımamış, yəni ictimai mənafenin təmin edilməsinə yönəlməmişdir. Odur ki, qeyd edilən tələblərə əməl edilməməklə qəbul olunduğu üçün həmin sərəncam “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsi anlamında qanunsuz inzibati akt sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan tərəfindən ləğv oluna bilər. Göründüyü kimi, cavabdeh öz qanunsuz sərəncamını ləğv etməkdə səlahiyyətlidir. Odur ki, cavabdehin öz inzibati aktını ləğv etmək səl ahiyyətinin olmaması barədə iddiaçının dəlili əsassızdır. “İnzibati icraat haqqında” Qanunun 67.4-cü maddəsi qanunsuz əlverişli inzibati aktın yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv olunmasının mümkünlüyünü, 67.5-ci maddəsi maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda... qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmədiyini təsbit etmişdir. Hazırkı işdə qanunsuz əlverişli inzibati aktın ləğvini məhdudlaşdıran hallar müəyyən edilməmişdir. Həmçinin, “İnzibati icraat haqqında” Qanunun 67.8-ci maddəsinə əsasən, başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət mara qlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Bakı şəhəri Cavabdeh başçısının xx.xx.2019-cu il tarixli, 121 nömrəli sərəncamı iddiaçıya münasibətdə əlverişli inzibati akt olsa da, qanunsuz olduğundan və “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsində qanunsuz əlverişli inzibati aktın ləğv edilməsi üçün nəzərdə tutulmuş məhdudiyyətlər hazırkı işdə olmadığından, həmin sərəncamın ləğvi barədə Bakı şəhəri Cavabdeh başçısının xx.xx.2020-ci il tarixli 224 nömrəli sərəncamı qanuni və əsaslıdır (Bununla bağlı həmçinin bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-1579/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)1943/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-1514/2024 nömrəli qər ardadları).

13. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, eləcə də iddiaçı kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə tərəflər üçün əlçatan və bəlli olmuşdur.

14. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə İnzibati Prosessual Məcəllənin 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.

15. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 yanvar 2024-cü il tarixli, 2-1(103)-607/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassas iya şikayəti mümkün sayılmır. Şikayətin qəbulundan imtina edilir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar