Məhkəmə qərarları › İş №2-1(102)-1498/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1498/2019

08.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1498/2019 08.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə qarşı p ensiyanın yenidən hesablanması tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-463/2019 nömrəli 30 yanvar 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 08 may 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı (bundan sonra - iddiaçı) xx.xx.1958-ci ildə Ağdam şəhərində anadan olmuşdur, hal-hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. (AZE seriyalı, 0******* şəxsiyyət vəsiqəsi) İddiaçı 15.08.1992-ci ildən 14.08.2000-ci il tarixədək Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsində işləmişdir. (07 iyul 1975-ci il tarixli əmək kitabçası). İddiaçı pensiyasının yenidən hesablanması tələbi ilə Azərbaycan Respublika sı Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə (bundan sonra - cavabdeh) müraciət etmiş, cavabdeh 22 oktyabr 2018-ci il tarixli, **********4 nömrəli məktubla bildirmişdir ki, iddiaçıya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 3-cü bəndinə əsasən, hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən tərtib olunur və əmək pensiyasının təyin edilməsi üçün Fondun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsinə təqdim edilir. Sözügedən Qaydaların 4-cü bəndinə görə, əmək pensiyalarının yenidən hesablanması məqsədilə təminat xərcliyində baş verən artımlar barədə məlumatlar da həmin orqanlar tərəfindən idarəyə göndərilməlidir. Eyni zamanda, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinə əsasən, hakimlər və sabiq hakimlərin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun həyata keçirilir. İşlədiyi müddətdə ona ödənilmiş müavinət və məbləğlərin həmin Qanuna uyğun olaraq təminat xərcliyinin tərkibinə daxil edilmədiyinin də nəzərə alınması xahiş olunur. Həmin imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hazırda işləyən Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin hər il məzuniyyətə çıxarkən aldıqları 2 ayl ıq əmək haqqı məbləğində müavinət və ildə bir dəfə 2 aylıq əmək haqqı həcmində müalicə pulu nəzərə alınmaqla pensiya hüququnun yarandığı tarixdən, yəni 2000-ci ilin oktyabr ayından başlayaraq pensiyanın yenidən hesablanması və yaranmış fərqin aylıq pensiyasına əlavə edilməsi, fərqlə əlaqədar hal-hazıra kimi ödənilməmiş məbləğlərin birdəfəlik olaraq ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1992-ci ilin iyul ayından 2000-ci ilin avqust ayınadək Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının hakimi vəzifəsində işləmiş, ədliyyə polkovniki rütbəsinə malik olmuşdur və müharibə veteranıdır. 2000-ci ilin oktyabr ayından ona pensiya təyin olunmuşdur. Lakin ona pensiya təyin ol unarkən və eləcə də sonradan hesablanarkən bir sıra hallar nəzərə alınmamışdır. Belə ki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin 5-ci və 6-cı hissələrinə əsasən, azı 5 il hakim işləmiş və pensiya yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq hakimlərin və onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin 4-cü hissəsində deyilir ki, hakimlər dövlət tibb xidmətilə təmin olunurlar. Hakimlərə müalicə olunmaları üçün onlara iki aylıq əmək haqqı məbləğində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada pul təminatı verilir. Həmin Qanuna 08 oktyabr 201 0-cu il tarixli yeni düzəliş edildikdən sonra Qanunun 107-ci maddəsinin yeni redaksiyada verilmiş 2-ci hissəsində isə hakimlərə məzuniyyətə çıxdığı vaxt iki aylıq əmək haqqı məbləğində müavinət verilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, hakimlər hər il məzuniyyətə çıxarkən 2 aylıq əmək haqqı məbləğində müavinət və ildə bir dəfə 2 aylıq əmək haqqı həcmində müalicə pulu ilə təmin olunurlar ki, bunlar da pensiya təyini zamanı müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq nəzərə alınır. Lakin bunların heç biri ona pensiya təyin olunarkən və eləcə də pensiyası sonradan hesablanarkən nəzərə alınmamışdır. Ona görə də həmin halları nəzərə alaraq, pensiyanın yenidən hesablanması barədə müvafiq ərizə ilə cavabdehə müraciət etmiş, lakin müraciəti təmin edilməyərək, idarənin 22 oktyabr 2018-ci il tarixli **********4 nömrəli məktubu ilə ona rədd cavabı verilmişdir. İddiaçı hesab edir ki, ona verilən həmin cavabla Azərbaycan Respublikası Konstitusiyası və qanunvericiliyi ilə qorunan sosial müdafiə hüququ kobud şəkildə pozulmuşdur. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, iddia ərizəsinin təmin edilməsi üçün heç bir hüquqi əsas mövcud deyildir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4597/2018 nömrəli, 23 noyabr 2018-ci il tarixli qərarı ilə (hakim: E.Q.Məmmədov) iddia təmin edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri məzuniyyətə çıxdıqda onlara iki aylıq əmək haqqı məbləğində verilən müavinət, il ərzində müalicə üçün verilən iki aylıq əmək haqqı həcmində pul məbləği nəzərə alınmaqla, iddiaçının pensiya hüququnun yarandığı tarixdən, yəni 2000-ci ilin oktyabr ayından başlayaraq pensiyasının yenidən hesablanması və yaranmış məbləğ fərqinin birdəfəlik ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin imtinası əsassız olmuşdur. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-463/2019 nömrəli iş üzrə 30 yanvar 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: A.B.Nuriyeva, hakimlər: V.M.Ağayev və C.A.Yusifov) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4597/2018 nömrəli, 23 noyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Apelya siya instansiyası məhkəməsinin yuxarıda qeyd edilən qərarından cavabdeh kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-463/2019 nömrəli iş üzrə 30 yanvar 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddianın tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində qeyd edilir ki, apelyasiya instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, maddi hüquq normalarını düzgün tətbiq etməməklə yanaşı işin hallarını tam və hərtərəfli araşdırmamış və əsassız nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xid mət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalarına” əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən hazırlanır və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna göndərilir. Qeyd olunan Qaydaların 4-cü bəndinə əsasən, hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikasın ın Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur. Daha sonra qeyd edilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinə əsasən, hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Həmin qanunun 22.4-cü maddəsinə əsasən - hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Lakin iddiaçının adına “məlumat vərəqi”ndə iddia edildiyi məzuniyyət pulu, əmək haqqı, müalicə pulu ilə bağlı heç bir məlumat öz əksin tapmamışdır. Birinci və apelyasiya instansiya məhkəməsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmi ş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydasının” tələbləri qeyd edilsə də, məhkəmələrin mövqeyi birtərəfli olmuş və məhz həmin qərarla bağlı heç bir açıqlama edilməmiş, iddia tələbi məhkəmə instansiyaları tərəfindən təmin edilmişdir. Bundan əlavə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin pensiya təminatı məhz adı çəkilən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”na əsasən həyata keçirilir və pensiyaçılar haqqında müvafiq orqanlar tərəfindən “məlumat vərəqi” daxil olduqdan sonra qanuna müvafiq olaraq pensiyanın təyinatı və ya yenidən baxılmasına qərar verilir. Məhkəmə instansiyalarında qeyd edilənlər nəzərə alınmamış və beləliklə hüquq normaları pozulmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının vaxtı və y eri barədə lazımi qaydada məlumatlandırılmış inzibati məhkəmə icraatının iştirakçıları məhkəmə iclasında təmsil olunmamışlar. Buna baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişində iclasda iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlk öncə qeyd edilməlidir ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Qeyd olunmalıdr ki, hakimlərin sosial müdafiəsinə yönəldilən pensiya təminatı onların müstəqilliyini və qərəzsizliyini qorumaq üçün verilən Konstitusiya və beynəlxalq-hüquqi aktlarda nəzərdə tutulan təminatların zəruri tərkib hissəsidir. Hakimlərin layiqli sosial müdafiə təminatları onların yüksək konstitusiya-hüquqi statusundan irəli gəlir və xüsusi növ hakimiyyət fəaliyyətinin – ədalət mühakiməsinin daha səmərəli həyata keçirilməsi üçün hətta bir çox xüsusi statusa ma lik olan şəxslərlə müqayisədə hakimlər barəsində pensiya qanunvericiliyinin fərqli yanaşmasını tələb edir. Hakimlərə münasibətdə nəzərə alınmalıdır ki, məhkəmənin istənilən təsirə dayanıqlığı yalnız hakimlərin etikası, nüfuzu, ixtisası, ləyaqəti və məsuliyyətilə deyil, həmçinin onların müstəqilliyinin bir hissəsi kimi qəbul olunan yüksək maddi-sosial təminatları ilə də birbaşa bağlıdır. Konstitusiyanın 127-ci maddəsində göstərilmiş hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsip və şərtləri məhz hakimlərin real maddi və sosial təminatlarından asılıdır. Bu mənada, pensiya təminatı hakimlər üçün müəyyənləşdirilmiş maddi-sosial imtiyaz kimi deyil, əksinə hakimlərin müstəqilliyinin təminatının bir vasitəsi kimi dəyərləndirilməlidir. “Məhkəmələr və hakimlər haqq ında” Azərbaycan Respublikası 10.07.1997-ci il tarixli Qanununun 109-cu maddəsinin 5-ci və 6-cı hissələrinə əsasən, azı 5 il hakim işləmiş və pensiya yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq hakimlərin və onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Bu maddənin 5-ci hissəsinin müddəaları bu Qanuna uyğun keçirilmiş təyinatlardan əvvəl hakim işləmiş və pensiya yaşına çatmış sabiq hakimlərə də şamil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.4-cü bəndində əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq hakimlərin qulluq stajına görə əmək pensiyasına əlavələrin təyin edilməsi təsbit edilmişdir. Həmin Qanunun 20.7-ci maddəsinə əsasən, bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla: 20.7.1. 5 il hakim işləmiş sabiq hakimlərə — hakim vəzifəsində aldıqları 5 ilin orta aylıq əmək haqqının 45 faizi miqdarında; 20.7.2. 5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə — hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əmək haqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əmək haqqının 2 faizi miqdarında əlavə olunmaqla; 20.7.3. 10 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə — hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əmək haqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Həmin Qanunun 29.3-cü maddəsinə əsasən, bu Qanunun 20.1.1-20.1.21-ci maddələrində nəzərdə tutulmuş şəxslərin bu maddəyə uyğun olaraq əmək pensiyasının baza hissəsi artırıldıqda və ya sığorta hissəsi indeksləşdirildikdə, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əmək haqqı sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin 4-cü cümləsinə görə, hakimlər dövlət tibb xidmətilə təmin olunurlar. Hakimlərə müalicə olunmaları üçün iki aylıq əmək haqqı məbləğində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada pul təminatı verilir. Həmin Qanuna 08 oktyabr 2010-cu il tarixli düzəliş edildikdən sonra 107-ci maddə yeni redaksiyada verilmiş və onun 2-ci bəndi ilə hakimlərə məzuniyyətə çıxdığı vaxt iki aylıq əmək haqqı məbləğində məzuniyyət haqqı verilməsi nəzərdə tutulmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin İşlər müdiri tərəfindən verilmiş 14.06.2018-ci il tarixli, 97/18 saylı arayışda qeyd edilir ki, 01.05.2018-ci il tarixdən Ali Məhkəmənin hakiminin vəzifə maaşı 1824 manat müəyyən edilmişdir. Bundan əlavə onların hər birinə hər beş illik əmək stajına görə vəzifə maaşlarının 15%-i miqdar ında (vəzifə maaşının 45%-dən artıq olmamaqla) ayda əlavə haqq ödənilir. 01.10.2010-cu il tarixdən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25% həcmində aylıq pul təminatı ödənilir, 01.11.2010-cu il tarixdən yüksək hüquqi ixtisasa görə vəzifə maaşının 15% həcmində haqq ödənilir. Həmçinin, hakimlərə məzuniyyətə çıxdığı vaxt iki aylıq əmək haqqı məbləğində müavinət və müalicə olunmaları üçün pul təminatı ödənilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin şərh edilməsinə dair” 18 iyul 2008-ci il tari xli qərarında qeyd etmişdir ki, əvvəllər qəbul etdiyi “Məhkəmələr və hakimlər haqqında” Qanunun 106 və 109-cu maddələrinin müvafiq müddəalarının şərh edilməsinə dair 23 yanvar 2001-ci və 27 iyun 2001-ci il tarixli qərarlarında da hakimlərin maddi və sosial təminatlarını Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə hakimiyyəti müstəqilliyinin tərkib hissəsi kimi qiymətləndirməklə belə bir mövqe müəyyənləşdirmişdir ki, dövlət və cəmiyyət hakimlərə, xüsusilə onların ədalətliliyinə və peşəkarlığına son dərəcə ciddi tələblərlə yanaşmaqla bərabər, öz səylərini hakimlərin sosial və maddi təminatı məsələlərinin yüksək səviyyədə həll edilməsinə yönəltməlidir. Qanunvericilikdə digər şəxslərlə müqayisədə hakimə daha yüksək pensiya təminatı müəyyənləşdirməklə dövlət və cəmiyyət nəticə etibarilə hakimin əməyini xüsusi dəyərləndirməklə, məhkəmə hakimiyyətinin rolunu, müstəsna əhəmiyyətini və nüfuzunu etiraf edir. BMT Baş Assambleyası tərəfindən qəbul olunmuş “Məhkəmə hakimiyyətinin müstəqilliyinin əsas Prinsipləri”nin 7-ci maddəsində nəzərdə tutulmuşdur ki, hər bir dövlət məhkəmə hakimiyyətinin mütləq şəkildə öz funksiyalarını yerinə yetirə bilməsi üçün kifayət qədər vəsait ayırmağa borcludur. “Hakimlərin Statusuna dair Avropa Xartiyasının” 6.1-ci maddəsində göstərilir: «Hakimlər öz funksiyalarını həyata keçirərkən onların müstəqilliyinə və qərəzsizliyinə zərbə vura biləcək və öz səlahiyyətləri çərçivəsində onlar tərəfindən qəbul edilən bu və ya digər qərarlara və ya həyata keçirilən hərəkətlərə təsir göstərilməsi məqsədinə yönələn müdaxilələrdən qaçınmalarına şəra it yaradacaq miqdarda maddi mükafatlandırma hüququna malikdirlər». Həmin Xartiyanın 6.4-cü maddəsinə əsasən müəyyən olunmuş müddət çərçivəsində öz hakimlik vəzifəsini yerinə yetirib, pensiya yaşına çatmış hakimlərə onların axırıncı iş yerlərində hakim kimi aldıqları vəzifə maaşlarına mümkün olduğu miqdarda yaxın olan məbləğdə pensiya verilməsinə təminat verilməlidir. “Hakimlərin müstəqilliyi, səmərəliliyi və rolu haqqında” Avropa Şurası Nazirlər Komitəsinin Tövsiyyəsinə görə isə hakimləri peşə nüfuzuna və məsuliyyət dərəcəsinə uyğun statusla təmin etmək və həvəsləndirməklə onların fəaliyyəti üçün lazımi şərait yaradılmalıdır. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafıəsi haqqında" Avropa Konve nsiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fıziki və hüquqi şəxs əmlakından maneəsiz istifadə hüququna malikdir. Qeyd olunan mülkiyyət və əmlak anlayışı iqtisadi maraqların geniş spektirini özündə ehtiva edir. Təşəkkül tapmış presedent hüququna əsasən pensiya hüququ da 1-ci maddanin təsir dairəsinə daxildir. 1 saylı Protokolun 1-ci maddəsinin tətbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafıq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından "mülkiyyət" anlayışı müstəqil məna daşıyır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kondraşina Rusiya Federasiyasına qarşı” işində məhkəmə qeyd edir ki, ərizəçinin yaşa görə artırılmış məbləğdə pensiya almaq hüququ əmlak xarakteri daşıyır və Konven siyanın 6-cı maddəsinin 1-ci bəndinin mənasına görə mülki hüquqların müəyyən edilməsi ilə bağlıdır. "Andreyeva Latviyaya qarşı" məhkəmə işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi 18.02.2009-cu il tarixli Qərarında bildirmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı 1992-ci ilin iyul ayından 2000-ci ilin avqust ayınadək Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının hakimi vəzifəsində çalışmışdır və 2000-ci ilin oktyabr ayından ona Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının hakimi kimi əmək pensiyası təyin olunmuşdur. İddiaçı pensiyasının yenidən hesablanması barədə cavabdehə ərizə ilə müraciət etsə də, pensiyasının yenidən hesablanmasından cavabdeh tərəfindən edilmiş imtina əsassız olmaqla iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. Azərbaycan Respublikası İPM-nin 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir; qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməsi barədə məhkəmələr in gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalı, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-463/2019 iş üzrə 30 yanvar 2019-cu il tarixli qərarı dəyişdirilmədən sa

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar