Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1498/2020 22.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçılar X3, X6, İddiaçı3, İddiaçı4 və X7 cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə(üçüncü şəxs Maliyyə Nazirliyinin iştirakı ilə)qarşı iş üzrə QƏRAR (Açar sözlər: kompensasiyanın ödənilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın, İddiaçı2 və vəkili Ülvi Məmmədovun, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçılar X3, X6, İddiaçı3, İddiaçı4 və X7 cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (üçüncü şəxs Maliyyə Nazirliyinin iştirakı ilə) qar şı kompensasiyanın ödənilməsi tələbinə dair iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-13/20 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar X3, X6, İddiaçı3, İddiaçı4 və X11 cavabdeh Azərbaycan X1rşı JN-02xx xxx 30800086 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə iddiaçılara məxsus olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.69 ha torpaq sahəsinin “BilgəhSumqayıt avtomobil yolunun (km 14+000m – 42+000m) tikintisi” layihəsi çərçivəsində yolun tikintisi altına düşmüş 730.27 kv.m hissəsinin hər 100 kv.metrinə görə 6000 manat olmaqla, cəmi 43.80 0 manat pulun kompensasiya şəklində cavabdehdən tutularaq iddiaçılara ödənilməsi barədə iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçıların iddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli, 51 saylı qərarı ilə Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.69 ha torpaq sahəsi iddiaçıların mülkiyyətinə verilmişdir. Onların mülkiyyət hüquqları JN-02xx xxx 30800086 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə rəsmiləşdirilmişdir. 2013-cü ili yay aylarında onlara məlum olmuşdur ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.69 ha torpaq sahəsinin 730.27 kv.m hissəsi “Bilgəh-Sumqayıt avtomobil yolunun (km 14+000m – 42+000m) tikintisi” l ayihəsi çərçivəsində yolun tikintisi altına düşmüş və faktiki olaraq həmin hissədə tikinti işləri aparılmışdır. Bununla bağlı müvafiq orqanlara – cavabdehə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət edilmiş və cavabdehin xx.xx.2015-ci il tarixli, İ-4/16-6839 saylı məktubu ilə həmin fakt təsdiqlənmiş, əlavə olaraq o da bildirilmişdir ki, guya ki, onlara məxsus torpaq sahəsinin siyahıya alınması zamanı heç bir hüquqmüəyyənedici sənədlər təqdim edilməmiş, bu səbəbdən də torpaq sahəsi X13 Komitəsi tərəfindən hazırlanmış kadastr planında naməlum (83 sayı altında) qeyd edilmişdir. Halbuki, iddiaçılara məxsus torpaq sahəsinin hüquqmüəyyənedici sənədi vardır, həmin sənəddə bütün koordinatlar qeyd edilmişdir və X13 Komitəsinin baza məlumatlarında da bu olmalıdır. İddiaçılar bundan sonr a təxminən 5 il ərzində cavabdehə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə dəfələrlə yazılı və şifahi qaydada müraciət edərək, onların mülkiyyətinə edilmiş maneə ilə bağlı “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq kompensasiya verilməsini tələb etsə də, bu illər ərzində heç bir nəticəsi olmamış, cavabdeh tərəfindən rəsmi qaydada bir neçə dəfə iddiaçılara, “Bilgəh-Sumqayıt avtomobil yolunun (km 14+000m – 42+000m) tikintisi” layihəsi çərçivəsində yolun tikintisi altına düşən torpaq sahəsinə görə kompensasiyanın ödənilməsinin gələcəkdə vəsait ayrılacağı təqdirdə öz həllini tapacağı bildirilmişdir. Sonradan iddiaçılar iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, JN-02xx xxx 30800086 sayl ı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə iddiaçılara məxsus olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.69 ha torpaq sahəsinin “Bilgəh-Sumqayıt avtomobil yolunun (km 14+000m – 42+000m) tikintisi” layihəsi çərçivəsində yolun tikintisi altına düşmüş 730.27 kv.m hissəsinə görə 55.000 (əlli beş min) manat pulun kompensasiya şəklində cavabdehdən tutularaq iddiaçılara ödənilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdirlər. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)77/2019 nömrəli (sədrlik edən hakim Zaur Pirverdiyev) qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(085)77/2019 nömrəli (sədrlik edən hakim Zaur Pirverdiy ev) qərarı ilə iddianın təmin edilməsi, iddiaçılar X2, X5, İddiaçı3, İddiaçı4 və X8, onların mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.69 ha torpaq sahəsinin “Bilgəh-Sumqayıt avtomobil yolunun (km 14+000m – 42+000m) tikintisi” layihəsi çərçivəsində yolun tikintisi altına düşmüş 730.27 kv.m hissəsinə görə 66000 manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixliqərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmənin qeyd olunan qərarından narazı qalan üçüncü şəxs apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(105)-13/20 nömrəli (hakimlər Zaur Məmmədov - sədrlik edən və məruzəçi, Telman Quliyev və Fuad Məmmədov) qərarı ilə cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və üçüncü şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən verilmiş apelyasiya şikayətlərinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin xx xxxx 2019cu il tarixli, 2-1(85)-77/2019 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayət i onunla əsaslandırılmışdır ki,məhkəmə işin faktiki hallarını tam araşdırmamış, onlara düzgün qiymət verməyərək apelyasiya şikayətini təmin etməmişdir. Belə ki, «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun 35.3-cü maddəsinə görə torpağın satın alınması mülkiyyətçi tərəfindən torpağın satın alınması təklifinin bu Qanuna uyğun olaraq qəbul olunması şərti ilə, dövlətin adından alan orqanla alınmanın təsirinə məruz qalan şəxs arasında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bağlanan alqı-satqı müqaviləsi ilə rəsmiləşdirilir. Həmin Qanununun 36.1-ci maddəsinə əsasən bu Qanunun 35.3-cü maddəsinə uyğun olaraq torpağın alqı-satqı müqaviləsi bağlandıqdan sonra alan orqan 90 təqvim günü ərzində aşağıdakıları həyata keçirir: 36.1.1. mülki yyətçiyə torpağın dəyərini tam ödəyir; 36.1.2. torpaqla bağlı hüquqların dövlətə verilməsi (keçməsi) üçün öz xərcləri hesabına lazımi tədbirləri görür; 36.1.3. satılan torpaq mülkiyyətçinin, onun ailəsinin yaşayış yeri olduğu halda torpağın dəyəri mülkiyyətçiyə tam ödənildikdən sonra bu Qanunun V fəslinə uyğun olaraq mülkiyyətçiyə torpağı boşaltmaqda və yeni yaşayış yerinə köçməkdə köməklik göstərir. Hazırkı iş üzrə iddiaçıların mülkiyyətində olan torpaq sahəsinin yolun tikinti altına düşməsi işin mübahisəsiz halıdır və bununla bağlı cavabdehə ünvanlanmış məktubdan görünür ki, Bilgəh–Sumqayıt avtomobil yolunun tikintisi layihəsi çərçivəsində işlər dayandırılmış, layihə tikinti işlərinin başlanması zamanı kompensasiya məsələsinə baxılacaqdır. Lakin alan orqan tərəfindən alınmanın təsirinə m əruz qalan şəxslə torpağın alınması rəsmiləşdirilməmiş və alqı-satqı müqaviləsi bağlanmamışdır. Bu isə o deməkdir ki, torpaq iddiaçıların tam istifadəsində olmaqla mülkiyyətindədir. Hazırda isə nə birinci instansiya məhkəməsi, nə də apelyasiya instansiyası məhkəməsi iddiaçilara məxsus torpaq sahəsinin yerdə – naturada təyinatı üzrə istifadə olunmasını araşdırmamışdır. Bu cür analoji işlərdə məhkəmələrin belə yanaşması dövlət büdcə qarşısında əsassız öhdəliklər yaradır. Məhkəmə mübahisə olunan ərazinin situasiya planının tərtib edilməsinə cəhd göstərməmiş, mübahisəyə aydınlıq gətirilməsi və düzgün həli edilməsi üçün əraziyə yerdə – naturada tərəflərin, o cümlədən mütəxəssis və ekspertlərin iştirakı ilə baxış keçirilməsinin zəruriliyini müzakirə etməmiş, kompensasiya tələb olunan torpaq sa həsinin həqiqətən iddiaçi tərəfindən istifadə olunmasının qeyri-mümkünlüyünün müəyyən edilməsi kifayət qədər ətraflı hüquqi həllini tapmamışdır. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2-1(105)13/2020 nömrəli qərarının ləğv edilməsi, işin təkrar baxılması və istinad etdiyi prosessual normaların tələblərinin təmin olunması üçün həmin məhkəmə göndərilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsind ə qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(105)-13/2020 nömrəli qərarının ləğv edilməsi, işin təkrar baxılması və istinad etdiyi prosessual normaların tələblərinin təmin olunması üçün həmin məhkəmə göndərilməsi barədə qərarın qəbul edilməsiniAli Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılar İsmicahan İskəndərovanın və İddiaçı2 vəkiliÜ.Məmmədov kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(105)13/2020 nömrəli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apel yasiya instansiyası məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 da vəkili Ü.Məmmədovun çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx xxxx 2020-ci il tarixliqərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər iddiaçılar və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlmədikləri üçün işə onların iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının və vəkilinin, cavabdehin vəkilinin izahat və çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı qismən, yəni, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarının 11000 manat (20% əlavənin) ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsinin dəyişdirilmədən saxlanılması hissəsində ləğv edilməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllə sinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdi yi xx xxxx 2020-ci il tarixli, 2-1(105)-13/2020 saylı qərarla, cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və üçüncü şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən verilmiş apelyasiya şikayətlərinin təmin edilməməsi, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(85)-77/2019 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qənaətinə gələrkən Azərbaycan Respublikası Konstitusiyasının 12, 13, 29, 71-ci maddələrinə, Azərbaycan Respublikasının tərəfdaş çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Qanunun 3.1, 3.1.1, 4.1, 7.1, 7.2, 19.3, 20.1.6, 23, 54.1, 54.2, 56.1, 74-cü maddələrinə, İnzibati Prosessual M əcəllənin 58.7-ci maddəsinə əsaslanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kasasiya şikayətində göstərdiyi dəlillər formal xarakter daşımaqla əsassızdır. Belə ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, JN02xx xxx 30800086 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət Aktından görünür ki, Abşeron rayon Aqrar İslahat Komissiyasının xx xxxx 2004-cü il tarixli, 51 saylı qərarı ilə Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,69 hektar torpaq sahəsi iddiaçıların mülkiyyətinə verilmiş və bu barədə Dövlət Aktı qeydiyyat kitabında 946 nömrə ilə qeydiyyata alınmışdır. Həmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, «xxxx» MMC-nin xx xxxxxx 2013-cü il tarixli A-04-172 saylı daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatına əsasən, X2 məxsus olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,69 hektar torpaq sahəsinin «Bilgəh–Sumqayıt avtomobil yolunun tikintisi» layihəsi çərçivəsində yolun tikintisi altına düşmüş 730.27 kvadrat metr hissəsinin bazar qiyməti 55000 manat müəyyən edilmişdir. Eyni zamanda apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, cavabdehin xx xxxxxx 2015-ci tarixli, İ-4/16-6839 nömrəli məktubunda iddiaçıya bildirilmişdir ki, onun ərizəsi ilə əlaqədar X13 Komitəsinə müraciət olunmuş və alınmış cavabda bildirilmişdir ki, «Bilgəh–Sumqayıt avtomobil yolunun (km 14 + 000 m – km 42 + 000 m) tikintisi» layihəsi çərçivəsində vətəndaş X4 tərəfindən təqdim olunmuş JN-230 nömrəli Dövlət Aktında göstərilən koordinatlara əsasən vətəndaşa məxsus 1642,00 kvadrat metr torpaq sahəsinin 730,27 kvadrat metr hissəsi yolun tikintisi altına düşür. Siyahıyaalma zamanı vətəndaş tərəfindən heç bir hüquqmüəyyənədici sənədlər təqdim edilmədiyinə görə bu torpaq sahəsi X13 Komitəsi tərəfindən hazırlanmış kadastr planında naməlum kimi (83 №-li) göstərilmişdir. Eyni zamanda qeyd edilmişdir ki, «Bilgəh–Novxanı– Sumqayıt avtomobil yolu»nun km 28 + 000 m – km 36 + 600 m-lik hissəsində aparılmış dəyişikliklə bağlı sözügedən torpaq sahələrinin kadastr planı tərtib edilərək ümumi planların tərkibində təqdim edildikdən sonra «Azəravtoyol» açıq səhmdar cəmiyyəti tərəfindən dəymiş ziyan ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanlarına müraciət olunacaqdır. Bununla yanaşı müəyyən edilmişdir ki, Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0,69 hektar torpaq sahəsi Abşeron rayon Aqrar İslahat Ko missiyasının xx xxxx 2004-cü il tarixli, 51 saylı qərarı ilə iddiaçıların mülkiyyətinə verilmiş və bu barədə Dövlət Aktı qeydiyyat kitabında 946 nömrə ilə qeydiyyata alınmışdır. İddiaçılara məxsus torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2008-ci il tarixli, 2930 saylı Sərəncamı ilə təsdiq edilmiş «Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008–2013-cü illər üçün əlavə Tədbirlər Planı»nın müvafiq bəndinə əsasən həyata keçirilən «Bilgəh–Sumqayıt avtomobil yolunun tikintisi» layihəsi çərçivəsində tikinti altına düşmüşdür. İddiaçılar, torpaq sahəsinin yolun tikinti altına düşməsi nəticəsində onlara dəymiş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı cavabdehə bir neçə dəfə müraciət etmiş, lakin cavabdeh iddiaçıların müraciətlərinin təmin edilməsindən im tina etmişdir. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi düzgün olaraq vurğulamışdır ki, iddiaçılarının mülkiyyətində olan torpaq sahəsi dövlət ehtiyacları üçün geri alınsa da, onlara müvafiq kompensasiya ödənilməmiş, onların torpaqdan istifadə imkanı itirilmiş və beləliklə də, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin tələbləri də pozulmuşdur. Belə ki, apelyasiya instansiyası məhkəməsi doğru olaraq qeyd etmişdir ki, torpaq sahəsi dövlət ehtiyacı üçün alınarkən həmin torpağın alınması üçün sifarişçi qismində müvafiq dövlət orqanı çıxış edir, yəni, iddiaçılar özləri cavabdehi məcbur edə bilməzdilər ki, torpaq sahəsinin alınması ilə bağlı onlarla müqavilə bağlasın. Mübahisənin mahiyyəti də ondan ibarətdir ki, iddiaçılar iddia edirlər ki, mülkiyyətdə olan torpaq sahəs inin faktiki olaraq dövlət ehtiyacı üçün alınmasına baxmayaraq, bununla bağlı hər hansı bir kompensasiya ödənilməmişdir. Bununla bağlı apelyasiya instansiyası məhkəməsi xx xxxx 2020-ci il tarixli qərarında haqlı olaraq xüsusi şəkildə yazmışdır ki, Abşeron rayon, Saray qəsəbəsində yerləşən iddiaçıların xüsusi mülkiyyətində olan torpaq sahəsinin tikinti altına düşüb-düşməməsi tərəflər arasında mübahisə predmeti deyil. Belə ki, bu hal Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin iddiaçılara ünvanlanmış çoxsaylı məktubları ilə təsdiqlənmiş, hətta iddiaçıya kompensasiyasının ödənilməsi üçün torpaq sahəsinin bazar dəyəri cavabdehin sifarişi əsasında «xxxx» MMC tərəfindən qiymətləndirilmişdir. Həmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, «X15» MMC-nin xx xxxxxx 2020-ci il tarixli, CEG-20\018 saylı mütəxəssis rəyi ilə Abşeron rayonu, Saray qəsəbəsində yerləşən «Bilgəh–Sumqayıt avtomobil yolunun tikintisi layihəsi» çərçivəsində yolun tikintisi altına düşmüş 730,27 kvadrat metr hissəsinin bazar dəyəri 2018-ci ilin oktyabr ayına 55000 manat, 2020-ci ilin fevral ayına 56500 manat təşkil etmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı mübahisəni həll edərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq etmişdir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlə dən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə müvafiq olaraq hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun 3.1 və 3.1.1-ci maddəsinə əsasən dövlət əhəmiyyətli yolların və digər kommunikasiya x ətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması həmin Qanuna əsasən torpağın alına biləcəyi dövlət ehtiyaclarına daxildir. «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən həmin Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbayca n Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. Həmin Qanunun 7.2-ci maddəsinə görə alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya al maq hüququna malikdir. Həmin Qanunun 19.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının torpağın alınması haqqında qərarı ilə alınan torpağın, həmçinin həmin torpağın hər bir mülkiyyətçisinə məxsus hissələrinin və onlarla birlikdə alınacaq digər əmlakın qiymətləndirilməsi üçün qiymətləndirmə komissiyası yaradılır. Həmin Qanunun 20.1.6-cı maddəsinə müvafiq olaraq alan orqan alınmanın təsirinə məruz qalan şəxslərə kompensasiya ödəmək öhdəliyini daşıyır. Həmin Qanunun 23-cü maddəsinə əsasən həmin Qanunun 19-cu maddəsinə uyğun olaraq qəbul edilən torpağın alınması haqqında qərarla yaradılan qiymətləndirmə komissiyası alan orqan və torpağın alınması qrupu (qrupları) ilə qarşılıqlı əlaqədə həmin qərarla müəyyən edilmiş müddətdə alınan hər bir torpaq və digər əmlakın qiymətləndirilməsi m əqsədləri üçün qanunvericiliyə uyğun olaraq keçirilən müsabiqə yolu ilə müstəqil qiymətləndirici cəlb edir, müstəqil qiymətləndiricinin hər bir alınan torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təklifləri, köçürülmə ilə bağlı planlaşdırıcının təklifləri, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyini təhlil edir, hər bir torpaq və digər əmlakın bazar qiyməti ayrıca göstərilməklə, hər bir alınmanın təsirin alınmanın təsirinə məruz qalan şəxsə ödənilən kompensasiyanın məbləği barədə qərar qəbul edir. Həmin Qanunun 54.1-ci maddəsinə görə təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. Həmin Qanunun 54.2-ci maddəsinə əsasən kompensiyası alınm anın təsirinə məruz qalan şəxslərə torpağın alınmasını zəruri edən layihənin hesabına ödənilir. Həmin Qanunun 56.1-ci maddəsinə görə bu Qanuna əsasən alınacaq hər hansı torpaqla bağlı kompensasiyanın məbləği müəyyən edilərkən iddiaçılara ödəniləcək kompensasiya elə prinsipə əsaslanmalıdır ki, torpaqlarını tərk etmələrinin və başqa yerə köçürülmələrinin tələb olunması ilə bağlı və onun nəticəsində zərər və narahatlıq çəkən bütün şəxslərin əmlakları, dolanışıq üçün vasitələri, gəlirləri, yaşayış standartları onların məruz qaldıqları zərər və narahatlığın baş verdiyindən sonra ağlabatan müddətdə, köçürülənədək malik olduqları şəraitdən əlverişsiz şəraitə düşməmələri baxımından bərpa edilsin, ödəniləcək kompensasiya qiymətləndirilərkən mövcud inflyasiya, torpağın bu Qanunun 58-ci maddəsinə əsa sən müəyyən edilmiş bazar qiyməti, alınmanın təsirinə məruz qalan şəxsdən torpağın müəyyən hissəsinin alındığı hallarda alınan torpağın həmin şəxsin saxlanılan (alınmayan) torpağından ayrılması nəticəsində şəxsə dəyə biləcək zərər, alınmanın təsirinə məruz qalan şəxsdən torpağa sahibliyin əldə edilməsi nəticəsində həmin şəxsin digər daşınar və ya daşınmaz əmlakına, yaxud həqiqi gəlirinə dəyən və ya dəyə biləcək zərər, alınma nəticəsində şəxs yaşayış, həyata keçirdiyi sahibkarlıq fəaliyyətinin həyata keçirdiyi və ya iş yerini dəyişməyə məcbur edilmişdirsə, belə yerdəyişmədən irəli gələn bütün xərclər və itkilər nəzərə alınır. Həmin Qanunun 74-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq kompensasiyanın ödənişində hər hansı yubadılma ilə hüquqları pozulan şəxs belə kompensasiyanın dərhal ödə nilməsinə nail olmaq məqsədi ilə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə müvafiq olaraq sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, həm birinci instansiya və həm də apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının xx xxxxxx 2007-ci il tarixli, 506-İİİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında xx xxxxxx 2007-ci il tarixli, 689 saylı Fərmanının 2.3-cü bəndinə görə dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymət inin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir, müddəasına istinad edib, 20% miqdarında satınalma qiymətinə əlavə haqqın ödənilməsi Qanundan irəli gələn imperativ öhdəlikdir, yəni, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilməlidir, qənaətə gəlmələri yanlış olmuş, belə ki, İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə müvafiq olaraq məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İddiaçıların iddia ərizəsində sözügedən iddia tələbi irəli sürülməmişdir. Belə olan halda kasasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiy asının xx xxxx 2020-ci il tarixli qərarı qismən, yəni, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarının 11000 manat 20% əlavənin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsinin dəyişdirilmədən saxlanılması hissəsində ləğv edilməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti qalan hissədə təmin edilməməlidir. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kasasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apelyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 21(105)-13/2020 nömrəli qərarı qismən, yəni, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi nin xx xxxx 2019-cu il tarixli, 2-1(085)-77/2019 saylı qərarının 11000 manat (20% əlavənin) ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsinin dəyişdirilmədən saxlanılması hissəsində ləğv edilsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2-1(105)-13/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin.
Məhkəmə qərarları › İş №2-1(102)-1498/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1498/2020
22.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver