Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1499/2019 12.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya Şöbəsinəqarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-1499/2019) Bakı şəhəri xxxx 2019-cu il GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, İddiaçı, nümayəndəsi vəkili Vəkil iştirakları, İ.Muradovun katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya Şöbəsinə qarşı məhkəmə qətnaməsinin tam icrası üzrə qanunla nəzərdə tutulmuş bütün tədbirlərin görülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)380/2019 saylı qərardadından İddiaçı və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehin hərəkətsizliyinin qanunsuz hesab edilməsi, cavabdehin üzərinə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xxxx 2016-cı il tarixli qətnaməsinin, kompensasiyanın ödənilməsi hissəsində tam icrası üzrə qanunla nəzərdə tutulmuş bütün tədbirlərin görülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş dir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli, 2-1(81)-4802/18 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim – M.T.Hacıbəyova). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxxx 2019-cu il tarixli, 2-1(103)-380/2019 saylı qərardadı ilə (sədrlik edən K.N.Abiyeva, hakimlər M.N.Tağızadə və Ü.A.Mayılov) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxxx 2019-cu il tarixli qərardadından İddiaçı və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qərardadının ləğv edilməsi, iddianın mümkün hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayəti nin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərardad qəbul edilərkən prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xxxx 2016-cı il tarixli qətnaməsi ilə ərizəçinin Azərbaycan Universiteti MMC-yə dekan vəzifəsinə bərpa olunması və məcburi buraxılmış iş günlərinə görə kompensasiyanın ödənilməsi qət edilmiş, həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6372/2016 saylı, xxxx 2017-ci il tarixli icra sənədi ilə icraya yönəldilmiş, qətnamənin icraya yönəldilməsindən 1 il 10 ay keçməsinə baxmayaraq, indiyədək qətnamənin işə bərpa olunması ilə bağlı hissəsi icra olunmuş və qətnamə kompensasiyanın ödənilməsi hissəsində isə tam icra olunmamış, ərizəçiyə ödənilməli olan təxm inən yüz min manatdan indiyədək hissə-hissə cəmi iyirmi iki min manat ödənilmiş, halbuki qətnamədə kompensasiyanın hissə-hissə ödənilməsi haqqında heç bir qayda nəzərdə tutulmamış, borclu Azərbaycan Universiteti həmin kompensasiyanı birdəfəyə ödəmə imkanına malikdir, ərizəçi qətnamənin kompensasiyanın ödənilməsi hissəsində tam icra olunmasına dair qanunla nəzərdə tutulan bütün tədbirlərin görülməsi ilə bağlı dəfələrlə Cavabdehnə müraciətlər etmiş, lakin müraciətləri nəticəsiz qalmış, beləliklə, cavabdeh Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xxxx 2016-cı il tarixli qətnaməsinin, kompensasiyanın ödənilməsi hissəsində tam icrası üzrə qanunda nəzərdə tutulan zəruri tədbirlərin görülməsini qanunsuz olaraq həyata keçirməmiş, bununla da məhkəmə qərarının icrasının məcburiliyi ilə bağlı Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin, «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinin tələbləri və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsi ilə təsbit edilmiş mülkiyyət hüquqları pozulmuşdur. Tərəflərin izahatları İddiaçı və vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli qərardadının ləğv edilməsi, iddianın mümkün hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdeh Bakı şəhəri Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Azər baycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası cavabdeh Bakı şəhəri Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab e tmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, İddiaçı, nümayəndəsi və vəkili Vəkil izahatlarını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 21(103)-380/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, iddiaçının tələbi apellyasiya instansiyası məhkəməsinin 2(103)-6372/16 saylı, xxxx 2016-cı il tarixli qanuni qüvvədə olan məhkəmə qətnaməsinin kompensasiyanın ödənilməsinin tam icra olunmamasına əsaslanaraq, cavabdeh qurumun üzərinə həmin qətnamənin tam icrası üçün qanunda nəzərdə tutulan bütün tədbirlərin görülməsi vəzifəsinin qoyulmasından ibarətdir, iddiaçı ərizəsində Azərbaycan Respu blikası Konstitusiya Məhkəməsinin «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 7,10,24 və 26-cı maddələrinin Azərbaycan Respublikası MPM-nin bəzi müddəaları baxımından şərh edilməsinə dair» xxxx 2015-ci il tarixli qərarına görə məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq inzibati-iqtisadi məhkəmələrin baxdığını qeyd etsə də, iddiaçının tələbinə icra sənədini vermiş məhkəmədə baxılmalıdır. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən icra sənədində göstərilmiş tələblər ayd ın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqınd a, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, xxxx 2015-ci il tarixli qərarında göstərilmişdir ki, «Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmə aktlarının icrası ilə bağlı icra qurumuna qarşı qaldırılmış iddialarla bağlı Azərbaycan Respubli kası Konstitusiya Məhkəməsi Plenumunun «“İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” xxxx 2017-ci il tarixli Qərarında göstərilmişdir ki, ““İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun göstərilən qərarı icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarına aid olsa da, həmin qərara görə «Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqelərinə istinadən bir daha qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasın da xüsusi önəm daşıyır. Məhkəmələr iş materiallarına istinad etməklə iddianın mümkün sayılmaması barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hazırkı iddianın Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulan mümkünlük tələblərinə cavab vermədiyini, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «“İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” xxxx 2017-ci il tarixli Qərarına əsasən iddiaçının tələbinə icra sənədini vermiş məhkəmədə baxılmalı olduğunu, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xxxx 2015-ci il tarixli, 5 nömrəli qərarında vurğulanmış hü quqi mövqeyi nəzərə alaraq kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə prosessual hüquq normalarına uyğundur, işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərardadın ləğvi üçün əsas olan qanun pozuntusuna yol verilməmiş, kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan şikayət təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-380/2019 saylı qərardadı dəyişdirilmədən sax lanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin İPM-nin 91, 96.8 və 98ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-380/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-1499/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1499/2019
12.06.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver