Məhkəmə qərarları › İş №2-1(102)-1499/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1499/2020

06.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1499/2020 06.08.2020 ALİ MƏHKƏMƏ İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə Açar söz: torpaq sahəsinə çıxarışın verilməsi GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçının nümayəndəsi X3, iddiaçının vəkili Vəkil oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi və üzərində yerləşən qeyri-yaşayış binalarının vahid daşınmaz əmlak kimi mülkiyyə t hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata alınması” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-261/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx.xx.2020-ci il tarixində açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin faktiki halları: Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının 638 saylı, xx.xx.2008-ci il tarixli sərəncamına əsasən Ünvan1-də yerləşən torpaq sahəsində vətəndaş İddiaçı tərəfindən tikilmiş «A» tikilisi: ikimərtəbəli, dörd yaşayış otağından sahəsi 74,9 kv.m, köməkçi sahəsi 97,2 kv.m, açıq eyvan sahəsi 4,2 kv.m, «B» tikilisi: ikimərtəbəli-avtoxidmət məntəqəsi sahəsi 390,5 kv.m, həyətdə boks lar sahəsi-97,5 kv.m, üç köməkçi otaq sahəsi 26,4 kv.m, sanitar qovşağı sahəsi 6,0 kv.m, torpaq sahəsi 1000 kv.m olan fərdi yaşayış evinin və avtoxidmət məntəqəsinin hüquqi qeydiyyata alınmasına icazə verilmişdir. ünvan 1 ünvanında yerləşən, torpaq sahəsi 0,1 ha, ümumi sahəsi 172,5 kv.m olan fərdi yaşayış evi, eləcə də tikintialtı sahəsi 122,4 kv.m olan avtoxidmət binası, 12 kv.m, 8,6 kv.m köməkçi tikililər, 16,8 kv.m hasar, 6 kv.m sanitar qovşaq, 220,5 kv.m olan avtoxidmət binası fərdi yaşayış evinin tərkibi (həyətyanı tikili və qurğular) mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş, bu barədə iddiaçıya Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən RX seriyalı, ******* s aylı, xx.xx.2013-cü il tarixli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən» Çıxarış verilmişdir. Daha sonra iddiaçı, X1 adlı şəxslə alqı-satqı müqaviləsi bağlamış, həmin müqaviləyə əsasən İddiaçı, ünvan 2 ünvanında yerləşən 172,5 kv.m-dən, 4 otaqdan ibarət fərdi yaşayış evini və 0,0234 ha torpaq sahəsini alıcının mülkiyyətinə vermiş, qalan 0,0766 ha torpq sahəsi və üzərində yerləşən B, C, D, İ, Q, V tikililər iddiaçının mülkiyyətində qalmışdır. Həmin alqı-satqı müqaviləsinin bağlanmasından sonra cavabdeh tərəfindən iddiaçı R.Babayevanın adına Ünvan3 saylı evin torpaq sahəsinin bir hissəsinə dair (sahəsi 0,0766 ha olmaqla) ******* saylı, xx.xx.2015-ci il tarixli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən» Çıxarış verilmişdir. İddiaçı ünvan 3 ünvanda yerləşən tikililərin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu tərəfindən iddiaçıya xx.xx.2019-cu il tarixli, **********85 saylı məktub ünvanlanaraq, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 8.0.9.2, 8.0.10.1, 11.1-ci maddələrinə, Torpaq Məcəlləsinin 9.3, 22.1-ci maddələrinə istinadla qeyd olunmuşdur ki, ərizədə qeyd edilən xx.xx.2013-cü il tarixli, RX-0184528 nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda fərdi yaşayış evinin təkib hissəsi olan həyətyanı tikili və qurğular həmin dövrün qanunvericiliyinə uyğun olaraq göstərilirdi. Həmin həyətyanı tikili və qurğular yaşayış evinin tərkib hissəsi olduğundan daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçməmişdir və qeydiyyata alınması üçün qanunvericiliyə uyğun sənədlər təqdim edilməmişdir. Bu səbəbdən iddiaçıya verilmiş 0xx.xx.2015-ci il tarixli,- RX-063167 nömrəli reyestrdən çıxarışda həmin tikililər öz əksini tapmamaşdır. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək cavabdehin imtinasının qanunsuz hesab edilməsi və ünvan 4 ünvanında yerləşən və mülkiyyətində olan 0,0766 ha torpaq sahəsi və üzərində yerləşən qeyri-yaşayış binalarının (avtoxidmət məntəqəsi) vahid daşınmaz əmlak kimi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata alınmaqla, bu barədə adına daşınmaz əmlakın dö vlət reyestrindən çıxarışın və texniki pasportun hazırlanaraq verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Məhkəmələrin mövqeyi: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2972/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə iddia təmin edilərək, ünvan 4 ünvanında yerləşən mülkiyyətində olan 0,0766 ha torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış binalarının (avtoxidmət məntəqəsi) vahid daşınmaz əmlak kimi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınmaqla, bu barədə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun tərtib edilərək verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Məhkəmə hesab etmişdir ki, ünvan 4 ünvanında yerləşən və mülkiyyətində olan 0,0766 ha torpaq sahəsi və üzər ində olan qeyri-yaşayış binası olan "B" (avtoxidmət binası) və "V" (avtoxidmət binası) tikililəri və "C" tikilisi (köməkçi tikili), "D" tikilisi (köməkçi tikili), "Q" tikilisi (sanitar qovşağı) və "İ" tikilisi (hasar) tikilisi 0,10 ha torpaq sahəsinin bölgüsxeminə əsasən iddiaçının mülkiyyətində qalan 0,0766 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir və buna dair iddiaçının qanunla müəyyən edilmiş zəruri sənədləri mövcuddur Həmin qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-261/2020 nömrəli qərarına əsasən, cavabdehin apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2972/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ləğv edilmiş, yeni qərar qəbul edilərək iddia rədd edilmişdir. Məhkəmə hesab etmişdir ki, sözügedən tikililər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2004-cü il tarixli, 174 saylı qərarı ilə təsdiq edilmiş və 2013-cü ildə qüvvədə olmuş “Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın forması və tərtibi Qaydası”nın tələblərinə uyğun olaraq fərdi yaşayış evinin tərkib hissəsi kimi iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığından və müvafiq statusa dair qeyd qüvvədə olduğundan, həmin tikililərin qeyri yaşayış binası kimi qeydiyyatının aparılması üçün hüquqi əsaslar mövcud deyildir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-261/2020 nömrəli qərarından iddiaçı kassasiya şik ayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə cavabdehin və məhkəmə kollegiyasının istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli, 174 saylı qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın forması və tərtibi Qaydası” xx.xx.2015-ci ilədək qüvvədə olmuş və cavabdehin də etiraf etdiyi kimi hazırda daşınmaz əmlakın dövlət reyestrindən müvafiq Çıxarışın verilməsi tələb edilən qeyri-yaşayış binaları əvvəlki Çıxarışa həmin qərar əsasında daxil edilmişdir. X1 ilə fərdi yaşayış evinin və torpağın 0,0234 ha. hissəsinin satılmasına dair aralarında daşınmaz əmlakın alqı-satqı müqaviləsi isə xx.xx.2015-ci ildə bağlanılmışdır. Yəni, alqı-satqı müqaviləsi bağlanılarkən həmin qaydalar qüvvədə olmuşdu r. Cavabdehin təsdiq edilmiş bölgü razılaşması əsasında müvafiq Çıxarış verilərkən artıq qeyd edilən Qaydaların dəyişməsinə istinad etməsi əsassız olmaqla yanaşı Konstitusiyanın tələblərinə ziddir. Bundan başqa, kassator “tikililər yerləşən torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aiddir və qeyri-yaşayış binasının tikintisi üçün nəzərdə tutulmamışdır” dəlili ilə razılaşmayaraq bildirmişdir ki, əgər həqiqətən də iddiaçı tərəfindən qeyri-yaşayış binasının qeydiyyata alınması üçün qanunvericiliyə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdirsə, belə olan halda qeydiyyat orqanı qeyri-yaşayış binalarını yaşayış evinin tırkib hissəsi kimi çıxarışa daxil edə bilməzdi. Kassator, “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Qanunun 11.1, 23.1-ci, İnzibati Prosessual Mə cəllənin 13, 96.5, 96.9-cu maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-261/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 və iddiaçının vəkili Vəkil oğlu kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişdir. Ali Məhkəmə Kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün he sab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır (maddə 96.2), kassasiya mümkün sayıldıqda, şikayətlə bağlı qərar Ali Məhkəmə tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir (maddə 96.4). Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ali Məhkəmənin İnzibati Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-261/2020 nömrəli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən hallarından görünür ki, hazırda iddiaçının qeyri yaşayış sahəsi kimi qeydiyyatı üçün iddia qaldırdığı sahələr 2013-cü ildə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı tikilisi və qurğusu kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş və bu barədə cavabdeh tərəfindən iddiaçının adına ******* saylı, xx xxx 2013-cü il tarixli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən» Çıxarış verilmişdir. İddiaçı iddia edir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair 2013-cü ildə onun adına «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən» Çıxarış verilərkən, sözügedən tikilərin qeyri yaşayış sahəsi kimi qeydiyyatı üçün zəruri olan sənədlərin təqdim olunmasına baxmayaraq, qeydiyyat qanunvericiliyin tələblərinə uyğun aparılmamış, həm yaşayış, həm də qeyri-yaşayış sahələri bir çı xarışda göstərilmişdir. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı, xx xxx 2013-cü il tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən” Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən, torpaq sahəsi 0,1 ha, ümumi sahəsi 172,5 kv.m olan fərdi yaşayış evi, eləcə də tikintialtı sahəsi 122,4 kv.m olan avtoxidmət binası, 12 kv.m, 8,6 kv.m köməkçi tikililər, 16,8 kv.m hasar, 6 kv.m olan sanitar qovşaq, 220,5 kv.m olan avtoxidmət binası fərdi yaşayış evinin tərkibi (həyətyanı tikili və qurğular) mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Bundan sonra iddiaçı mülkiyyətində olan sahələrin bir hissə sini sataraq, qalan hissəyə yeni çıxarışın verilməsini cavabdehdən tələb etmiş, cavabdeh isə müraciətin təmin edilməsindən əsassız olaraq imtina etmişdir. İddiaçının göstərilən mövqeyini əsaslı hesab edən məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən qeydiyyatı tələb olunan tikililər onun adına ilkin olaraq 2013-cü ildə qeydə alınmışdır. Həmin çıxarışda iddiaçının adına həm yaşayış sahələri, həm də qeyri-yaşayış sahələri, o cümlədən avtoxidmət binaları və onun köməkçi sahələri qeydə alınmışdır. Həmin çıxarışda qeyd olunan sahələrdən yaşayış sahələri və onun altında olan 0,24 ha. torpaq sahəsi iddiaçı tərəfindən satılmış və iddiaçının mülkiyyətində 0,76 ha. torpaq sahəsi, qalan qeyri-yaşayış və köməkçi sahələri qalmış və onlara dair yeni çıxarışın verilməsini tə ləb etmişdir. Cavabdehin əsas dəlili isə ondan ibarətdir ki, iddiaçının 0,76 ha. torpaq sahəsində qalan tikililər yaşayış evinin tərkib hissəsidir və həmin sahələrin qeyri-yaşayış sahələri kimi qeydə alınması qanuna-uyğun deyil. Cavabdehin həmin dəlili ilə razılaşan apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, mübahisələndirilən sahələr artıq 2013-cü ildə iddiaçının adına avtomobil xidməti binaları olaraq qeyri-yaşayış sahələri kimi qeydə alınmışdır. İddiaçının tələbi isə onun alqı-satqı müqaviləsinə daxil edilməyən qalan torpaq sahəsi və tikililərə dair vahid çıxarışın verilməsidir. İşin hallarından da göründüyü kimi ünvan 4 ünvanında yerləşən və mülkiyyətində olan 0,0766 ha. torpaq sahəsi və üzərində olan qeyri-yaşayış binası olan “B” (avtoxidmət binası) və “V” (avtoxidmət bi nası) tikililəri və “C” tikilisi (köməkçi tikili), “D” tikilisi (köməkçi tikili), “Q” tikilisi (sanitar qovşağı) və “İ” tikilisi “hasar) tikilisi 0,10 ha. torpaq sahəsinin bölgü-sxeminə əsasən onun mülkiyyətində qalan 0,0766 ha. torpaq sahəsinin hüdudları daxilində yerləşir və buna dair iddiaçının qanunla müəyyən edilmiş zəruri sənədləri mövcud olmuş və ilkin qeydiyyat zamanı cavabdehə təqdim olunması ehtimal olunur. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasın a keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. İddiaçı, göstərilən qanunvericilik normalarının tələbləri baxımından hazırkı tələblə müraciət etmiş, cavabdeh orqan isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində müəyyən olunmuş əsaslar mövcud olmadan iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Belə ki, həmin Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət ol unan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “İnzibati icraat haqqında” Qanunun 61.1-ci maddəsinə əsasən, yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Məcəllənin 61.2-ci maddəsinə əsasən, əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli daşınmaz əmlaklar 2013-cü ildə ilkin olaraq qediyyatdan keçmiş, bununla da həmin əmlaklar üzərində iddiaçının mülkiyyət hüququ qeydə alınmışdır. Apellyasiya instansiyası məhkəməsi isə göstərilən halları nəzərə almamışdır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Göstərilən normaların tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmamışdır. Apellyasiya instansiyası məhkəməsinin qərarı yuxarıda qeyd edilən normaların tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv ediməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir. İşə yenidən baxan apellyasiya instansiya məhkəməsi iddiaçının daşınmaz əmlak üzərində hüquqlarının qeydə alınmasından cavabdehin imtina etməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun və “İnzibati İcraat haqqında” Qanunun tələblərinə uyğunluğunu araşdırmalıdır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və i ş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməli olduğundan, kassasiya şikayəti birinci instansiya məhkəməsini qərarının qüvvədə saxlanılması tələbinə aid hissədə təmin oluna bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-261/2020 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. İddiaçının kassasiya şikayəti qalan hissədə təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar