Məhkəmə qərarları › İş №2-1(102)-1499/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1499/2021

06.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1499/2021 06.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: ( torpaq sahəsi üzərində icarə hüququnun qeydə alınması ) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi hakim, Zakir Quliyev, Rahib Nəbizadədən ibarət tərkibdə, məhkəmə iclas katibi Hüseynova Ülkər Hamlet qızının katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “plan və ölçünün verilməsi, torpaq sahəsin ə icarə hüququnun qeydə alınması” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06.04.2021-ci il tarixli, 21(103)-819/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Xəzər RİH-nin 11.11.2011-ci il tarixli, 552 saylı sərəncamına və həmin sərəncam əsasında bağlanılmış 11.11.2011-ci il tarixli icarə müqaviləsinə əsasən Zirə qəsəbəsində yerləşən, istifadəsiz 1.5 ha boş torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq və orada müvafiq tikililər inşa edərək həmin məqsədlə istifadə etmək üçün İddiaçı icarəyə verilmişdir.

2. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövl ət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək həmin torpaq sahəsinin plan və ölçüsünün tərtib edilməsini və icarə hüququnun qeydiyyata alınmasını xahiş etmişdir.

3. Cavabdeh 30.10.2019-cu il tarixli məktubla iddiaçının ərizəsinin təmin edilməsindən imtina olunduğunu bildirmişdir.

4. Cavabdeh imtinasını belə əsaslandırmışdır ki, həmin ünvanda yerləşən 1.5 ha torpaq sahəsinin 5508.0 kv.metr hissəsi naməlum şəxs tərəfindən mişar daşı ilə hasarlanmışdır və həmin torpaq sahəsi Xəzər dənizindən 50.0 metr məsafədə yerləşir. Odur ki, iddiaçının ərizəsinin icrasından imtina olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Bakı İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) iddia ərizəsi ilə müraciət ed ərək, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 1,5 ha torpaq sahəsinin plan və ölçünün tərtib edilməsi və icarə hüququnun qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyətinin “Vətəndaş İddiaçı torpaq sahəsinin icarəyə verilməsi və orada müvafiq tikililərin aparılmasına icazə verilməsi barədə” 552 saylı, 11.11.2011-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri, Zirə qəsəbəsi ərazisində yerləşən istifadəsiz, antisanitariya vəziyyətində olan 1.5 ha torpaq sahəsi, həmin ərazini təmiz sahəyə çevirərək sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq və orada müvafiq tikililər inşa etmək məqsədi ilə istifadə etmək üçün iddiaçıya icarəyə verilmişdir. Həmin torpaq s ahəsi ilə bağlı iddiaçı və Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti arasında 11 noyabr 2011-ci il tarixli icarə müqaviləsi imzalanmışdır. Hal-hazırda qeyd olunan torpaq sahəsi iddiaçının icarəsində və istifadəsindədir. İddiaçı, qanunvericiliyin və Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyətinin 552 saylı, 11.11.2011-ci il tarixli Sərəncamının tələblərinə uyğun olaraq istifadəsiz qalmış və antisanitariya vəziyyətində olan torpaq sahəsində təmizlik işlərinin görülməsi, qeyd olunan sahənin hasara alınması və sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün yardımçı tikililərin aparılması məqsədilə mal-material almış və həmin torpaq sahəsinə aparmışdır. Bunun üçün iddiaçı külli miqdarda vəsait xərcləmişdir. Qeyd olunan torpaq sahəsini hasara almaq istədikdə, Xəzər Rayon İcra Hakimiy yətinin əməkdaşları torpaq sahəsinə aid plan və ölçünün tərtib edilməsinin və icarə hüququnun qeydiyyata alınmasının şərt olduğunu bildirmişlər. Bundan sonra, iddiaçı cavabdehə müraciət edərək, həmin torpaq sahəsinə aid plan və ölçünün tərtib edilməsini və icarə hüququnun qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 30.10.2019-cu il tarixli, **********32 saylı məktubla torpaq sahəsinə aid plan və ölçünün tərtib edilməsindən və icarə hüququnun qeydiyyata alınmasından imtina olunduğu bildirilmişdir. İmtinanın əsası kimi həmin ünvanda yerləşən 1.5 ha torpaq sahəsinin 5508.0 kv.metr hissəsinin naməlum şəxs tərəfindən mişar daşı ilə hasarlanması və torpaq sahəsinin Xəzər dənizindən 50.0 metr məsafədə yerləşməsi qeyd olunmuşdur. Halbuki, üzərində icarə hüququ nun dövlət qeydiyyatına alınması tələb olunan həmin torpaq sahəsi Xəzər dənizindən 50 metr məsafədə yerləşir. Belə olan halda həmin onun dövlət qeydiyyatına alınması üçün qadağa mövcud deyildir.

7. Bakı İnzibati Məhkəməsinin 27.10.2020-ci il tarixli 2-1(112)-2049/2020 nömrəli (sədrlik edən hakim Fərid Mədətli) qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Xəzər rayon İcra Hakimiyyəti Başçısının 11.11.2011-ci il tarixli, 552 saylı sərəncamına və 11.11.2011-ci il tarixli icarə müqaviləsinə əsasən iddiaçının icarəsinə verilmiş, Xəzər rayonunun Zirə qəsəbəsində yerləşən 1,5 ha torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün verilməsi vəzifəsi cavabdehə həvalə olunmuşdur.

8. Məhkəmə hesab e tmişdir ki, qanunvericiliyin tələblərinə əsasən torpaq sahəsi üzərində müddəti on bir aydan çox olan icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmalı olduğundan, həmçinin iş materiallarında olan sənədlərlə iddiaçının torpaq sahəsi üzərində 11 noyabr 2011-ci il tarixdən 99 il müddətinə icarə hüququ mövcud olduğuna görə iddiaçı icarə hüququnun qeydiyyata alınması tələbində haqlıdır.

9. Cavabdeh apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat

10. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06.04.2021-ci il tarixli, 2-1(103)-819/2021 nömrəli (hakimlər Elmira Nağıyeva - sədrlik edən və məruzəçi, Namiq Cəfərov və Vidadi Məmmədov) qərardadı ilə cavabdehin apel yasiya şikayəti qismən təmin edilmiş və birinci instansiya məhkəməsinin qərarı ləğv olunmuşdur. Mübahisə ilə bağlı işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır.

11. Apelyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini belə əsaslandırmışdır ki, Xəzər RİH-nin 11.11.2011-ci il tarixli, 552 saylı sərəncamı ilə iddiaçıya icarəyə verilmiş torpaq sahəsinin iş materiallarında olan sxeminin və xəritədən çıxarışın kserosurətində əksini tapan koordinatlarla Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən 09.10.2020-ci il tarixdə təqdim edilmiş mütəxəssis rəyinə əlavə edilmiş torpaq sahəsinin faktiki yerləşmə sxemində göstərilmiş koordinatlar arasında fərqlər mövcuddur. Torpaqşünaslıq ekspertizasının keçirilməsi təmin olunmamış və obyektiv araş dırma prinsipinin tələbləri pozulmuşdur.

12. İddiaçı kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin həmin qərardadının ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayətinin dəlillərində qeyd olunmuşdur ki, cavabdeh mübahisəli torpaq sahəsi ilə bağlı icra hakimiyyətinin qərarını və digər hüquqi sənədləri nəzərə almadan əsassız olaraq iddiaçının müraciətinin müsbət həll olunmasından imtina etmişdir. Cavabdehin apelyasiya şikayətində müvafiq torpaq sahəsinin yerləşmə cizgisində düzəliş edilməsi qeyd edilsə də, şikayətə bununla bağlı tutarlı dəlillər əlavə edilməmişdir. Lakin apelyasiya məhkəməsi həmin dəlillə razılaşaraq öz qərarında qeyd etmişdir ki, torpaq sahəsinin cavabdehə təqdim edilmiş yerləşmə cizgisi birinci instansiya məhkəməsi tərəfindən tələb edilməli, həmin cizgidə düzəlişin olubolmadığı, həmçinin iş materiallarında olan yerləşmə sxemləri arasındakı ziddiyyətlər araşdırılmalı idi. Halbuki, apelyasiya instansiyası məhkəməsi, tamhüquqlu məhkəmə kimi, özü ekspertiza təyin edə və müvafiq ekspert rəyi ala bilərdi. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

15. İddiaçının vəkili kassasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin olunmasını və Bakı Apelyasiya Məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi.

16. İşə baxılmasının vaxtı və yeri haqqında lazımı qaydada məl umat verilməsinə baxmayaraq, cavabdeh tərəf şifahi məhkəmə iclasında təmsil olunmamışdır Onlara təqdim olunmuş məhkəmə bildirişində, məhkəmə iclasında iştirak etmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq edilmişdir (İPM-in 62.3-cü maddəsi). Məhkəmə kollegiyası işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

17. İnzibati Prosessual Məcəllə: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 1 2.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə

58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmd ə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə

87. Apelyasiya instansiyası məhkəməsində icraat 87.7. Apelyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apelyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat Maddə 96.9. Ali Məhkə mə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiya məhkəmələri üçün məcburidir. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

19. Apelyasiya instansiya məhkəməs inin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

21. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin, şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

22. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun gəldiyi nəticə ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

23. Konkret mübahisəyə münasibətdə iddiaçının tələbi öhdəliyin icrası haqqında iddia nö vünə aiddir. İş üzrə tətbiq edilən normalardan göründüyü kimi, iddianın bu növü üçün müddət məhdudiyyəti müəyyən olunmamışdır.

24. Obyektiv və hərtərəfli araşdırma prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Başqa sözlə, inzibati prosesdə düzgün məhkəmə qərarının qəbul edilməsi üçün əhəmiyyət kəsb edən faktiki halların müəyyən edilməsi vəzifəsi məhkəmənin üzərinə düşür.

25. Həmin prinsipin mahiyyətinə görə iş üzrə araşdırmanın üsulu və həcmi, konkret işin hallarından və xüsusiyyətlərindən asılı olaraq, hər bir halda məhkəmə tərəfin dən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən zəruri sübutları toplamağa borcludur. Bununla bağlı, məhkəmə kollegiyası həmçinin qeyd edir ki, məhkəmə araşdırması eyni zamanda ziddiyyətli halların aradan qaldırılmasını və şübhələrin istisna edilməsini və ya ən azından şübhələrin susmasını təmin edən həcmdə aparılmalıdır.

26. Məhkəmə öz qərarını ancaq məhkəmə icraatında tədqiq olunmuş və həqiqiliyinə əmin olduğu hallarla əsaslandırmalıdır. Hüquqi baxımdan düzgün qərarın qəbulu yalnız o zaman təmin olunur ki, həmin qərar həqiqi və düzgün faktiki əsaslara söykənmiş olsun.

27. Bu baxımdan, Məhkəmə kollegiyası a pelyasiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, hazırkı mübahisəyə münasibətdə birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən tələblərə və məqsədlərə cavab verən həcmdə araşdırılma aparılmamışdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin müvafiq tənzimləyici normanın dispozisiya şərtlərinə uyğun halları tam və hərtərəfli müəyyən edilməmiş, iş üzrə ziddiyyətli xüsusatlar və digər mübahisəli faktiki hallar yoxlanılmamış, həmin halların aydınlaşdırılması və aradan qaldırılması istiqamətində araşdırılma aparılmamışdır. Nəticədə işin müəyyən olunmuş halları baxımından, obyektiv və düzgün qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılması təmin edilməmişdir.

28. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə müvafiq ekspertizanın keçirilm ədiyini, torpaq sahəsinin sxemi və xəritədən çıxarışının kserosurətindəki koordinatlarla Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən 09.10.2020-ci il tarixdə təqdim edilmiş mütəxəssis rəyinə əlavə edilmiş torpaq sahəsinin faktiki yerləşmə sxemindəki koordinatlar arasında uyğunsuzluğun, həmin sahənin 5508 kv.m. hissəsinin hasarlanması ilə bağlı vəziyyətin, torpaq sahəsinin yerləşmə cizgisində düzəlişin edilməsi məsələsinin, iddiaçının mütəxəssisə naturada təqdim etdiyi torpaq sahəsinin həqiqətən ona ayrılmış torpaq sahəsi olduğunun, mütəxəssis rəyinin sərəncamla iddiaçıya ayrılmış torpaq sahəsi üzrə verildiyinin araşdırılmadığını və bunlarla bağlı ziddiyyətlərin aradan qaldırılmadığını nəzərə aldıqda, apelyasiya məhkəməsinin həmin işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərardadı əsaslı və qanuni hesab edilməlidir.

29. Bu baxımdan Ali Məhkəmənin İnzibati Kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, işin obyektiv və hərtərəfli araşdırılması üçün cavabdeh inzibati orqana təqdim edilmiş yerləşmə cizgisi tələb edilməli, həmin cizgidə düzəlişin edilib-edilməməsi, işdə yer almış yerləşmə sxemlər arasındakı ziddiyyətlərin olub-olmaması halları araşdırılmalı və həmin sübutlara hüquqi qiymət verilməlidir.

30. Məhkəmə kollegiyası qeyd olunanlar kontekstində kassasiya şikayətinin həmin məsələlərin apelyasiya məhkəməsi tərəfindən araşdırılmasının mümkünlüyü ilə bağlı dəlilini əsassız hesab edərək nəzərə çatdırır ki, yuxarıda istinad olunan normalara əsasən məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu və inzibati məhkəmə icraatı zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduğu hallarda, apelyasiya instansiyası məhkəməsi barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərməyə haqlıdır.

31. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası: QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06.04.2021-ci il tarixli, 21(103)-819/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar