Məhkəmə qərarları › İş №2-1(102)-1499/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1499/2022

21.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1499/2022 21.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı, yeni açılmış hallarla bağlı ərizə) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1956-cı il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət So sial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə ilə bağlı Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 9 iyun 2022-ci il tarixli, 2-1(105)-425/2022 nömrəli qərardadından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı 1 dekabr 2017-ci il tarixdə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 1 sentyabr 1977-ci ildən 17 fevral 1978-ci ilədək Bakı şəhəri 88 nömrəli Texniki Peşə Məktəbində aldığı təhsil müddətinin və "xxxx" MMC-də 1 aprel 2015-ci il tarixdən 5 avqust 2016-cı il tarixədək işlədiyi müddətin sosial sığorta stajına daxil edilərək pensiya hüququnun yarandığı vaxtdan başlayaraq ona yaşa görə güzəştli şərtlə pensiya təyin edilməsini xahiş etmişdir.

2. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək onun xx.xx.1977-ci ildən xx.xx.1978-ci il tarixədək Bakı şəhər 88 nömrəli Texniki Məktəbdə təhsil aldığı və xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı ilədək "xxxx" MMC-də işlədiyi müddətin onun iş stajına daxil edilməsi və ona xx.xx.2013-cü il tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 9 fevral 2018-ci il tarixli, 2-1(85)404/2018 nömrəli qərarı ilə iddia təmin edilmiş, tələb edilən dövrün iddiaçının iş stajına daxil edilməsi və 3 noyabr 2013-cü il tarixdən yaşa görə ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

4. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir.

5. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 7 may 2018-ci il tarixli, 2-1(105)-277 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 9 fevral 2018-ci il tarixli, 2-1(85)404/2018 nömrəli qərarı dəyi şdirilmədən saxlanılmışdır.

6. Qərardan narazı qalan cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir.

7. Eyni zamanda, cavabdeh vəsatətlə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına 16 avqust 2018-ci il tarixdə yazılı vəsatətlə müraciət edərək Sumqayıt Apellyasiya Məhkəməsinin 7 may 2018-ci il tarixli qərarından kassasiya şikayəti verilməsi müddətin ötürülməsinin üzrlü səbəblər ilə əlaqədar olaraq baş verməsini nəzərə alaraq müddətin bərpası barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 23 oktyabr 2018-ci il tarixli, 2-1(102)-2039/2018 nömrəli qərardadı ilə vəsatət təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 7 may 2018-ci il tarixli, 2-1(105)-277 nömrəli qərarından verilən şikayət üzrə kassasiya mümkün sayılmamış, kassasiya şikayətinin qəbulundan imtina edilmişdir. 9. 6 avqust 2019-cu il tarixdə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)404/2018 nömrəli, 9 fevral 2018-ci il tarixli qərarına əsasən verilmiş icra vərəqəsi icra olunması üçün Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir.

10. İddiaçı 6 fevral 2019-cu il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən məhkəmə qərarının icra olunmadığını bildirib məcburi qaydada icra olunması üçün tədbir görülməsini xahiş etmişdir.

11. Cavabdehin 12 fevral 2019-cu il tarixli məktubuna əsasən Sumqayıt İnzibatiİqtisadi Məhkəməsinin 2-1(85)-404/2018 nömrəli, 9 fevral 2018-ci il tarixli qərarı icra edilmişdir.

12. İddiaçı 28 mart 2019-cu i l tarixdə yenidən ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən məhkəmə qərarı icra edilərkən pensiyanın qərarda göstərildiyi kimi 2013-cü ildən deyil, 2017-ci ildən ödənildiyini bildirmiş və icra vərəqəsi yazılaraq qərarın məcburi qaydada icraya yönəldilməsini xahiş etmişdir.

13. Birinci instansiya məhkəməsinin 6 avqust 2019-cu il tarixdə verdiyi icra vərəqəsi əsasında Sumqayıt şəhəri üzrə İcra İdarəsinin 23 avqust 2019-cu il tarixli “İcraata başlamaq haqqında” qərarı qəbul edilmişdir.

14. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin “İcra sənədi üzrə icraata xitam verilməsi haqqında” 4 oktyabr 2021-ci il tarixli qərarı ilə iddiaçının 17 sentyabr 2019-cu il tarixli icra sənədinin tam icra olunması barədə ərizəsinə əsasən Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)- 404/2018 nömrəli, 9 fevral 2018-ci il tarixli qərarı icra sənədi üzrə icraata xitam verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

15. Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı 3 may 2021-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə ilə müraciət edərək Sumqayıt İnzibatiİqtisadi Məhkəməsinin 9 fevral 2018-ci il tarixli, 2-1(85)-404/2018 nömrəli qərarının ləğv edilməsini və məhkəmə icraatının təzələnməsini xahiş etmişdir.

16. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı 3 noyabr 1956-cı ildə Sumqayıt şəhərində doğulmuşdur. İş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasından görünür ki, xx. xx.1980-ci ildən xx.xx.1993-cü ilədək, xx.xx.1993-cü ildən xx.xx.1995-ci ilədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçının əmək kitabçasından məlum olur ki, iddiaçının ümumi stajına aid edilən dövrlər cəmi 20 il 7 ay 4 gün təşkil edir. Halbuki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə kişilər (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahı üzrə) 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını, həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapita lı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Lakin məhkəmə tərəfindən işə baxılarkən iddiaçının ümumi iş stajının düzgün riyazi hesablanması aparılmamış və bu səbəbdən də əslində pensiya hüququ olmayan şəxsə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qəbul edilmişdir. Bununla da maddi və prosessual hüquq norması pozulmuşdur. Şöbə tərəfindən Sumqayıt İnzibatiİqtisadi Məhkəməsinin 2-1(85)-404/2018 nömrəli, 09 fevral 2018-ci il tarixli qərarına qarşı apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 21(105)-277/2018 nömrəli qərarı ilə şikayət təmin edilməmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessua l Məcəlləsinin 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər.

17. Sumqayıt İnzibati Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli, 2-1(85)-404/2018 nömrəli qərardadı (hakim V.E.Əzizova) ilə ərizə rədd edilmişdir.

18. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ərizəçinin iddiaçıya hansı əsaslarla və nə vaxtdan əmək pensiyasının təyin edilməsindən məlumatsız olması və ya gec xəbər tutması barədə dəlilləri ağlabatan hesab edilə bilməz. Ərizəçi ərizəsində iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin dispozisiya şərtlərindən biri olan 25 il ümumi iş stajına malik olmadığına istinad etsə də, işə baxan apellyasiya instansiya məhkəməsi öz qərarında mübahisənin “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tələbinə uyğun həll olunmalı olduğunu vurğulamış və iddiaçının tələb olunan sığorta stajına malik olduğu qənaətinə gəlmişdir.

19. Cavabdeh həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi və iş üzrə icraatın təzələnməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

20. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 iyun 2022-ci il tarixli, 2-1(105)-425/2022 nömrəli qərardadı (hakimlər: Z.T.Məmmədov /sədrlik edən və məruzəçi/, H.Ç.Ba bayeva və F.Ə.Məmmədov) ilə ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli, 2-1(85)-404/2018 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

21. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, yeni açılmış hallarla bağlı ərizədə qeyd edilən hallar ilkin məhkəmə araşdırmalarının predmeti olmuş və onlara məhkəmə tərəfindən hüquqi qiymət verilmişdir. Bu baxımdan həmin hallar (iddiaçının ümumi stajına aid edilən dövrlər cəmi 20 il 7 ay 4 gün olması) qanuni qüvvəyə minmiş məhkəmə q ərarının qəbul edilməsi ilə başa çatmış məhkəmə icraatının təzələnməsi üçün sonradan aşkar olunmuş yeni sübutlar və ya hallar kimi təfsir oluna və qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən icraatın təzələnməsi üçün qanunun müddəalarından irəli gələn hallar ilə əlaqədar hər hansı bir əsas gətirilməmişdir.

22. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

23. Ərizəçinin kassasiya şikayətinin dəlilləri yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizənin dəlilləri ilə eynilik təşkil edir. Ərizəçi kassasiya şikayətində Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə, “Əmək pensiyaları haqqında” Qanunun 9.1 və 9.8-ci maddələrinə, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə istinad edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

24. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Madd ə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Maddə

100. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Maddə 103.1. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Maddə 103.2. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdik dən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. Maddə 104.2. Ərizəyə yeni sübutlar və hallar barədə sənədlərin, habelə başqa müvafiq sənədlərin əsli və ya surəti əlavə olunur. Maddə 106.1. Məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır. Maddə 106.2. İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. Maddə 106.3. İcraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hal larda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

27. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olu nmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 100-cü maddəsinə görə qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər.

30. Yeni sübutlar və hallar dedikdə, başa çatmış icraat zamanı təqdim edilməmiş və araşdırılmamış sübut və hallar nəzərdə tutulur. Qeyd etmək lazımdır ki, istinad edilən sübut və hallar inzibati məhkəmə icraatının aparıldığı dövrdə möv cud olmalı və obyektiv maneələr səbəbindən məhkəməyə təqdim olunmamalıdır.

31. Ərizəçinin ərizədə göstərdiyi halların iş üzrə icraat başa çatdıqdan sonra aşkar edilən yeni hal kimi qəbul edilməsi mümkünsüzdür.

32. Göründüyü kimi, ərizədə mübahisə ilə bağlı məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra yeni sübutların və ya halların aşkar olunmasına istinad edilməmiş və hər hansı sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı bildirilməmişdir. Ərizədə əvvəllər işdə olmuş sübutlara istinad olunaraq iddiaçının güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun olmadığı bildirilmişdir.

33. Ərizəçinin istinad etdiyi – iddiaçının ümumi stajına aid edilən dövrlərin cəmi 20 il 7 ay 4 gün təşkil etməsi və məhkəmə tərəfindən işə baxılarkən iddiaçının ümumi iş stajının düzgün riyazi hesablanmasının aparılmaması halı birbaşa olaraq əvvəlki inzibati məhkəmə icraatının predmetinə aid olduğundan yeni açılmış hal kimi qəbul edilməsi mümkünsüzdür.

34. Göründüyü kimi, ərizəçinin istinad etdiyi hallar məhkəmə tədqiqatının obyektlərini təşkil edən hallar olmuşdur ki, bütün bunlara da Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 9 fevral 2018-ci il tarixli, 2-1(85)-404/2018 nömrəli və Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 7 may 2018-ci il tarixli, 2-1(105)-277 nömrəli qərarlarında qiymət verilmişdir.

35. Həmin qərarların qüvvəyə mindiyi və icraya yönəldiyi vaxtdan (6 avqust 2019-cu il) cavabdehin yeni açılmış hallara dair ərizə ilə məhkəməyə müraciət edən tarixə (3 may 2021-ci il) qədər isə 3 ilə yaxın müddət keçmişdir. 3

6. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 103.1-ci maddəsinin tələbindən göründüyü kimi, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər.

37. Göründüyü kimi, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 100 və 103.1-ci maddəsinin tələbləri baxımından, cavabdehin yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəsinin məhkəmə icraatının mümkün sayılması üçün əsaslar müəyyən edilmir.

38. Cavabdeh yeni açılmış halla bağlı ərizəsində qeyd etdiyi məlumatın sonradan aşkar olunması və həmin məlumatın ondan asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmaması ilə bağlı hər hansı əsaslan dırma verməmişdir.

39. Cavabdehin ərizəsində istinad etdiyi hallar əvvəllər də işə baxan məhkəməyə məlum olmuşdur.

40. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, icraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir.

41. Cavabdeh mübahisə ilə bağlı iş üzrə icraatın təzələnməsi üçün prosessual qanunvericilikdə nəzərdə tutulmuş hər hansı sübut təqdim etməmişdir. Cavabdeh icraatın təzələnməsi üçün prosessual qanunvericilikdə nəzərdə tutulmuş əsasların mövcudluğunu sübut edə bilmədiyindən ərizə təmin edilə bilməz.

42. İcraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan h ər hansı biri mövcud olmadığından şikayətin dəlilləri əsaslı olmamışdır.

43. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Ona görə də, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

44. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 9 iyun 2022-ci il tarixli, 2-1(105)-425/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar