Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1499/2023 05.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı işi üzrə QƏRARİ Açar sözlər: hüquqi yardım göstərilməsi üçün dövlət hesabına vəkil təyin edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı “mənzil kirayə haqqının ödənilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-70/2023 nömrəli 09 mart 2023-cü il tarixli qərardadından iddiaçı tə rəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ:
1. İddiaçı Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2018-ci il tarixdən yaşayış sahəsinin kirayəsi üçün kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
2. Sumqayıt İnzibati Məhkəməsinin 22 avqust 2022-ci il tarixli 2-1(118)-1336/2022 nömrəli qərarı ilə (hakim: V.E.Əzizova) iddia təmin edilməmişdir.
3. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qanunvericiliyin tələblərinə görə hərbi xidmət vəzifələrinin icrası dövründə əlil olmuş və bununla əlaq ədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi növbədənkənar verilir. Bununla bağlı qanunvericilikdə 5 il təqvim ilindən az xidmət etmiş olsa da, hərbi xidmət əlili olan hərbi qulluqçuya mənzil kirayə haqqının ödənilməsi nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmə araşdırması ilə cavabdeh inzibati orqanın hər hansı bir qanunsuz hərəkətə yol verdiyi müəyyən olunmur.
4. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv olunmasını və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
5. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-70/2023 nömrəli iş üzrə 27 yanvar 2023-cü il tarixli qərarı ilə (sədrlik edən: H.Ç.Bab ayeva, hakimlər: F.Ə.Məmmədov və Z.T.Məmmədov) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 22 avqust 2022-ci il tarixli 2-1(118)-1336/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçı 15 təqvim ilindən az xidmət etdiyindən və qanunvericilikdə nəzərə tutulan müddətlə bağlı şərt iddiaçıya münasibətdə mövcud olmadığından iddiaçının iddia tələbi əsaslı sayıla bilməz.
7. İddiaçı Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)70/2023 nömrəli iş üzrə 27 yanvar 2023-cü il tarixli qərarından kassasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkillə təmin edilmə barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.
8. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-70/2023 nömrəli iş üzrə 09 mart 2023-cü il tarixli qərardadı ilə (sədrlik edən: H.Ç.Babayeva, hakimlər: F.Ə.Məmmədov və Z.T.Məmmədov) iddiaçının ərizəsi rədd edilmişdir.
9. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı maddi imkanının aşağı olmasına dair heç bir sübut məhkəməyə təqdim etmədiyindən onun mövqeyi əsaslı sayıla bilməz.
10. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini, hüquqlarının səmərəli müdafiəsi məqsədilə ona dövlət büdcəsi vəsaiti hesabına vəkillə təmin olunmasını xahiş etmişdir. TƏRƏFLƏRİN DƏLİLLƏRİ, KASSASİYANİN MÜMKÜNLÜYÜ:
11. İddiaçı Mülki Prosessual Məcəllənin 66, 67.1, 67.2-ci maddələrinə istinad edərək qeyd etmişdir ki, onun vəkillə müqavilə bağlamaq üçün kifayət qədər maddi imkanı yoxdur. Keyfiyyətli hüquqi yardımla təmin edilməsi üçün məhkəməyə müraciət etsə də, məhkəmə əsassız olaraq həmin ərizəni təmin etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ:
12. Azərbaycan Respublikası Konstitusiyası: Maddə
61. Hüquqi yardım almaq hüququ İ. Hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. İİ. Qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım ödənişsiz, dövlət hesabına göstərilir.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.5 Bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onlar maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi üçün pulsu z (dövlət hesabına) peşəkar hüquqi yardım almaq hüququna malikdirlər. Maddə 67.1 Kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. Maddə 67.2 Bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, məhkəmə aktını qəbul etmiş məhkəmə işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında vəkilin prosesdə iştirakını təmin edir. Maddə 121.2 Bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş əsaslarla işdə iştirak edən vəkil maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmayan şəxslərə hüquqi yardımı məhkəmənin qərarı ilə pulsuz, Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına göstərir. Qanunvericiliklə müəyyən edilən məbləğdə ödənilmiş bu vəsait iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq əleyhinə məhkəmə qərarı çıxarılmış şəxsdən tutularaq dövlət büdcəsinə ödənilə bilər. Maddə 407.3 Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Maddə 407.4 Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. 14. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 20.1 İnzibati qaydada tutulmuş şəxslərə, cinayət işləri üzrə şübhəli və ya təqsirləndirilən şəxslərə və məhkəmədə vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə hər hansı bir məhdudiyyət qoyulmadan vəkil tərəfindən göstərilən hüquqi yardım dövlət hesabına həyata keçirilir.
15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 1.2 Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 90.3 Bu fəsildə baş qa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instans iyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. 16. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67 və 423-cü maddələrinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 11 iyun 2002-ci il tarixli Qərarı 17. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 8 may 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 30 yanvar 2014-cü il tarixli qərarı KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
19. Kassasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
20. Qeyd olunmalıdır ki, dövlət büdcəsinin vəsaiti hesabına hüquqi yardıma ehtiyacı olan şəxslərə dövlət hesabına vəkil təyin edilməsinin əsasları bu qərarın 13-cü bəndində istinad edilən MPM-in 14.5, 67.2 və 121.2-ci maddələrində nəzərdə tutulmuşdur. Həmin normaların dispozisiya şərtlərindən görünür ki, hüquqi yardıma ehtiyacı olan şəxs pulsuz dövlət hesabına vəkillə o zaman təmin edilə bilər ki, vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan aztəminatlı şəxs olması sübuta yetirilsin. 21. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67 və 423-cü maddəl ərinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 11 iyun 2002-ci il tarixli Qərarında göstərilir ki, “Mülki Prosessual Məcəllənin 67-ci maddəsi və 423-cü maddəsinin “Şikayəti işdə vəkillə iştirak edən şəxs verə bilər” müddəası tətbiq olunarkən Azərbaycan Respublikası Konstitusiyasının 25, 60 və 61-ci maddələrinin, habelə «Vəkillər və vəkillik fəaliyyəti haqqında» Qanunun 20-ci maddəsinin müddəaları nəzərə alınmaqla, maddi vəsaitlərinin olmamasına görə vəkilin təyin edilməsini xahiş edən işdə iştirak edən şəxslərin vəsatəti olduqda məhkəmə onların vəkillə təmin olunması məsələsini müzakirə etməlidir». 22. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 8 may 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxla nılmasına dair” 30 yanvar 2014-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab etmişdir ki, məhkəmələr işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında vəkilin prosesdə iştirakının təmin edilməsi məsələsinə baxarkən təqdim olunmuş müvafiq sənədlər əsasında belə şəxslərin aztəminatlı şəxsin statusuna aid olmasını və vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaitinin olub-olmamasını hərtərəfli aydınlaşdırmalıdırlar. Əks halda, şəxslərin Konstitusiyada təsbit olunmuş məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olan ədalətli məhkəmə araşdırılması hüququ məhdudlaşdırılmış olar.
23. Göründüyü kimi, qanunvericilik hüquqi yardıma ehtiyacı olan aztəminatlı şəxslərin vəkillə təmin edilməsi vəzifəsini məhkəmənin üzərinə qoymuşdur. Lakin, məhkəmə tərəfin dən dövlət hesabına vəkil təyin edilməsi barədə müraciətin təmin olunmasından ötrü hüquqi yardıma ehtiyacı olan şəxs öz hesabına vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər maddi imkanının olmamasını müvafiq sənədlərlə sübut etməlidir.
24. Hazırkı halda ərizəçi maddi cəhətdən imkansız olması, vəkilin xidmətini ödəmək üçün yetərli maddi imkana malik olmamasını təsdiq edən heç bir sübut təqdim etməmişdir. Qeyd olunmalıdır ki, hüquqi yardım göstərilməsi ilə bağlı vəkilin xidmət haqqının məbləği həmin vəkil və müraciət edən şəxsin qarşılıqlı razlaşması əsasında müəyyən edilir. İddiaçı hüquqi yardım göstərilməsi ilə bağlı hər hansı vəkilə və ya vəkil bürolarına müraciət etməsi barədə sübut təqdim etmədiyindən hüquqi yardıma görə ondan nə qədər məbləğ tələb oluna biləcəyi, onun qazancının vək ilin xidmət haqqını ödəməyə kifayət edib-etməyəcəyi barədə nəticəyə gəlmək mümkün deyil. Ona görə də, iddiaçının hazırkı qazancının vəkilin xidmətindən istifadə edilməsi üçün kifayət etməyəcəyi nəticəsinə gəlmək üçün əsas yoxdur.
25. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. 26.Yuxarıdakılara əsasən məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-70/2023 saylı iş üzrə 09 mart 2023-cü il tarixli qərardadı dəyişdirilmədə