Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-15/2020 18.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı XXX1nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-15/20 Bakı şəhəri xx xxxxxx 2020-ci il Açar sözlər: mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisinin hesablanması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, İddiaçı XXX1nin vəkili Vəkil1, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi Leyla Nəsirlinin və vəkili Abil Bayramovanın iştirakları ilə, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin rəis müavini Rasim Quliyev tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2-1(103)-1197/2019 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı XXX1 (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Departamentinə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx xxxxxxxx 2017-ci il tarixli, **********114870 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, XXX2 ünvanında yerləşən və özünə məxsus olan fərdi yaşayış evi sökülərək onun yerində yeni fərdi yaşayış binası tikilmiş və iddiaçı həmin binanı bağışlamışdır. Qanunvericiliyin tələblərinə əsasən, fiziki şəxs tərəfindən şəxsi istifadə məqsədilə tikilmiş və digər şəxslərə təqdim olunması nəzərdə tutulmayan tikintilərlə bağlı vergi bəyannaməsi təqdim etmək öhdəliyinin nəzərdə tutulmamasına və şəxsi istifadə məqsədilə tikilən binaların vergi ödəyicilərinin ailə üzvlərinə bağışlanmasının vergidən azad olunmasına baxmayaraq, cavabdeh iddiaçının adına verilmiş VÖEN-in ləğvinə dair qanuni qüvvəsini almış məhkəmə qərarına da məh əl qoymadan həmin VÖEN üzrə növbədənkənar səyyar vergi yoxlaması keçirmiş və iddiaçının şəxsi istifadə üçün tikmiş olduğu fərdi yaşayış evini mənzil tikintisi fəaliyyəti kimi qiymətləndirməklə vergi hesablaması aparmışdır. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, Bakı şəhər Xətai rayon İcra Hakimiyyəti başçısının xx xxxxxx 2015-ci il tarixli, 05 saylı sərəncamına əsasən, XXX2 ünvanda yerləşən iddiaçıya məxsus fərdi yaşayış evi sökülərək yerində yeni təqdim olunmuş layihəyə uyğun olaraq bina tikilmiş, lakin iddiaçı tərəfindən fərdi yaşayış məqsədilə istifadə olunmayaraq təqdim edilmişdir. İddiaçının mənzil tikintisi ilə məşğul olduğu 2015-ci ilin iyun ayından 2016-cı ilin oktyabr ayınadək olan fəaliyyət dövrü üzrə növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş, yoxlama nəticəsində iddiaçı tərəfindən mənzil tikintisi ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisinin azaldıldığı aşkar edilmişdir. Vergi qanunvericiliyinin həmin dövrdə qüvvədə olmuş tələbləri mənzil tikintisi fəaliyyətini həyata keçirən şəxslər üçün zirzəmilər, mərtəbələr və çardaqlar daxil olmaqla tikilən binanın ümumi sahəsinin vergitutma obyekti olduğunu müəyyən etmişdir. “Mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ödənilməli olan sadələşdirilmiş verginin hesablanması üçün ölkənin şəhər və rayonlarının ərazilərinin zonalar üzər əmsallarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2007-ci il tarixli, 140 saylı qərarı əsas götürülməklə iddiaçıya məxsus binanın yerləşdiyi üzrə ərazi əmsalına uyğun olaraq iddiaçıya sadə ləşdirilmiş vergi üzrə 205.863,84 manat hesablama aparılmış və 103.131,92 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Cavabdeh həmçinin qeyd etmişdir ki, qanuni qüvvəsini almış məhkəmə qərarı ilə onun vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin ləğv olunmasına dair iddia tələbi təmin edilməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2-1(81)237/2018 saylı qərarı ilə (hakim Şərafət Məmmədova) iddia təmin edilmişdir. Həmin məhkəmə hesab etmişdir ki, iddiaçının adına açılmış ********** saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsi məhkəmə qərarı ilə ləğv edildiyindən, iddiaçı vergi ödəyicisi olmadığından cavabdeh tərəfindən onun vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsinə dair qərarın qəbul edilməsi qanunvericiliyin tələblərinə zidd olmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli, 2-1(103)-1804/2018 saylı qərarı ilə (sədrlik edən Kəmalə Abiyeva, Mirzə Tağızadə və Ülvi Mayılov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan cavabdeh kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(102)-650/2019 saylı qərarı ilə (sədrlik edən Nigar Rəsulbəyova, hakimlər Zakir Quliyev və İlqar Hüseyn ov) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya məhkəməsinin qərarı ləğv olunmaqla iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya məhkəməsi iddiaçının adına verilmiş vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin cavabdeh tərəfindən ləğv edilibedilməməsi məsələsini aydınlaşdırdıqdan sonra hesablanmış vergi borcunun qanuniliyini yoxlamalı, habelə iddiaçının vergi ödəyicisi kimi qeydiyyata alınmasına dair əsaslarla hesablanmış vergi borcunun əsaslarının eynilik təşkil edib-etməməsi məsələsinə hüquqi qiymət verməlidir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2-1(103)-1197/2019 saylı qərarı ilə (sədrlik edən Səriyyə Seyidova, hakimlər Valeh Ağayev və Afaq Nuriyeva) apellyasiya ş ikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi hesab etrmişdir ki, iddiaçı vergi ödəyicisi kimi qeydiyyata alınması məsələsini və vergi ödəyicisinin eyniləşdirmə nömrəsini məhkəmə qaydasında mübahisələndirmiş və Ali Məhkəmənin xx xxxx 2017-ci il tarixli qərarı ilə iddia tələbi həmin hissədə təmin edilmişdir. Ali Məhkəmənin qərarı yekun olduğundan, iddiaçının VÖEN-i cavabdeh tərəfindən dərhal ləğv edilməli olduğu halda, cavabdeh əslində artıq vergi ödəyicisi olmayan iddiaçının barəsində qanunsuz olaraq yoxlama aparmış və xx xxxxxxxx 2017-ci il tarixli məsuliyyət qərarı qəbul etmişdir. Mübahisələndirilən inzibati akt formalhüquqi baxımdan qanunsuz olduğundan onun maddi-hüquqi baxımdan qanuniliyinin yoxlanılmasına zərurət qalmamışdır. Gəldiyi nəticəni apellyasiya məhkəməsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 48.1, 67.1, 67.2, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 36.1, 36.2, 36.3, 102.1, 102.1.3.2-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan cavabdeh kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. Cavabdeh kassasiya şikayətində etirazda göstərdiyi yoxlamaya dair halları sadalamış və əlavə olaraq bildirmişdir ki, ünvan 1 ünvanında yerləşən iddiaçıya məxsus fərdi yaşayış evi sökülərək onun yerində çoxmənzilli yaşayış binası tikilmişdir ki, iddiaçı həmin mənzillə ri ailə üzvlərinə bağışlamaqla həmin mənzillərin sonradan kənar şəxslərə təqdim edilməsini pərdələmiş və bununla da külli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməsindən yayınmışdır. Apellyasiya məhkəməsi mənzillərin təqdim olunması ilə bağlı dəlilləri nəzərə almamış, həqiqətin müəyyən edilməsi üçün mübahisəli binaya yerində baxış keçirməmiş və mənzillərin təqdim olunması vəziyyətinin müəyyən olunması üçün aidiyyəti orqanlara zəruri sorğular göndərməmişdir. Bundan başqa bildirilmişdir ki, apellyasiya məhkəməsi iddiaçının yoxlamanın keçirildiyi dövrdə vergi ödəyicisi olmaması əsası ilə yoxlamanın və mübahisələndirilən inzibati aktın qanunsuz olması nəticəsinə gəlmişdir. Halbuki, iddiaçıda keçirilmiş səyyar vergi yoxlaması onun vergi ödəyicisi kimi qeydiyyatda olduğu və həmin dövr ərzind ə sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu dövrü, yəni xx xxxx 2015-ci il tarixdən xx xxxxxxx 2016-cı il tarixədək olan dövrü əhatə etmiş, həmin dövr üzrə vergilərin ödənilməsindən yayındırılması aşkar edilmiş və vergi hesablanmışdır. Habelə, vergi qanunvericiliyi vergi orqanında uçotda olmayan şəxslərin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın qəbul olunmasını istisna etməmişdir. Belə bir norma mövcud olsaydı, məhkəmə qərarında həmin normaya istinad edərdi. Kassasiya şikayətində göstərilən dəlillərin hüquqi əsası kimi cavabdeh Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1, 33.4, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1, 58.7-ci maddələrinə istinad etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini xahiş etmişdirlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətini qəbul etməyərək, onun dəlillərinə etiraz etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiyası məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. Cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Departamentinin xx xxxxxxx 2016-cı il tarixli, **********051712 saylı qərarı ilə X3 (iddiaçı) üzrə Vergi Məcəlləsinin 38.3.8-ci maddəsinə əsasən vergilər v ə digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətin düzgünlüyünün yoxlanılması məqsədi ilə (vergilərin və digər ödənişlərin hesablanması, tutulması və ödənilməsi) iddiaçının 20152016-cı illər üzrə fəaliyyətini əhatə edən növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş, yoxlamanın nəticəsinə dair xx xxxxxx 2017-ci il tarixli **********51915 saylı səyyar vergi yoxlaması aktı tərtib edilmişdir. Aktda qeyd edilir ki, yoxlanılan dövrdə iddiaçı Bakı şəhəri, Xətai rayon İcra hakimiyyəti başçısının xx xxxxxx 2015-ci il tarixli sərəncamına əsasən XXX2ünvanında (yeni ünvan-ünvan 2 yerində yenidən təqdim edilmiş layihəyə uyğun olaraq, bir bloklu, 7 mərtəbəli (4.901,52 m2) yaşayış binası tikilmişdir. Tikinti başa çatdıqdan sonra iddiaçının binanı fərdi məqsədi üçün istifadə etməy ərək, təqdim etdiyi müəyyən edilmişdir. Yoxlama ilə əhatə olunan dövrdə tikintinin ümumi sahəsini, o cümlədən yaşayış və satışa yararlı sahələrini müəyyənləşdirmək məqsədi ilə Departamentin “Mütəxəssis dəvət edilməsi haqqında” **********061098 nömrəli xx xxxxxx 2016-cı il tarixli qərarına əsasən Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza" Birliyindən mütəxəssis dəvət edilmişdir. Mütəxəssis rəyinə əsasən vergi ödəyicisi tərəfindən inşa etdirilmiş binanın ümümi sahəsi 4.901,52 m2 təşkil etmişdir. Fövqaladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin və AZİMETİ-nin məlumatlarına əsasən yaşayış binasının tikintisi zamanı özül tavası, zirzəmi mərtəbəsi və 1-ci mərtəbənin tikinti quraşdırma işləri üçün betonun xx xxx 2015-ci il tarixdə verildi yini nəzərə alaraq, təməl qoyma işlərinin 2015-ci ilin may ayında həyata keçirildiyi müəyyən edilmişdir. Qeyd olunanlar nəzərə alınmaqla iddiaçıya mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi üzrə 2015-ci ilin 2-ci rübü üçün 205.863,84 manat (4.901,520 m2 x 10 x 4.2 (Bakı şəhəri 3-cü zona)) vergi məbləği hesablanmışdır. Cavabdeh inzibati orqan tərəfindən xx xxxxxx 2017-ci il tarixli, **********51915 saylı səyyar vergi yoxlaması aktı əsasında xx xxxxxxxx 2017-ci il tarixli, **********114870 saylı "Vergi ödəyicisininin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərar qəbul edilərək iddiaçıya 2015-ci il üçün mənzil tikintisi ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi üzrə 205.863,83 manat vergi borcu və 103.131,92 mana t məbləğində maliyyə sanksiyası hesablanmışdır. 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2016-cı il tarixli qərarı ilə Yusif-X2 digər tələblər ilə yanaşı xx xxxx 2015-ci il tarixdə ********** saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) ilə vergi uçotuna alınmasının qanunsuz hesab edilməsi, ********** saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), ƏDV uçotunun ləğvinə dair tələbi də təmin edilmişdir. Həmin tələb üzrə yekun məhkəmə aktı xx xxxx 2017-ci il tarixində Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyası tərəfindən 2-1(102)-805/17 saylı iş üzrə qəbul edilmişdir. Sonradan Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyası xx xxxxxx 2018-ci il tarixli qərardadla izah verərək göstərmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103 )-1985/16 saylı, xx xxxxxx 2016-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılması, Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında ləğv edilmiş Bakı Vergilər Departamenti tərəfindən X1 açılmış ********** saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin (VÖEN) ləğv edilməsi kimi başa düşülsün". Cavabdehin **********7258 saylı, xx xxxx 2018-ci tarixli “Vergi uçotunun ləğv edilməsi haqqında” bildirişindən görünür ki, iddiaçının vergi uçotu xx xxxx 2018-ci il tarixdə ləğv edilmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayı r. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normları yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. Maddi hüquq normaları yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etməmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı vergi ödəyicisi kimi qeydiyyata alınması məsələsini və vergi ödəyicisinin eyniləşdirmə nömrəsini məhkəmə qaydasında mübahisələndirmiş və iddia tələbi həmin hissədə təmin edilmişdir. İddiaçının VÖEN-i cavabdeh tərəfindən dərhal ləğv edilməli olduğu halda, cavabdeh əslində artıq vergi ödəyicisi olmayan iddiaçının barəsində qanunsuz olaraq yoxlama aparmışdır. Bu mövqeyi mübahisələndirən cavabdehin dəlillərinə görə, iddiaçıda keçirilmiş səyyar vergi yoxlaması onun vergi ödəyicisi kimi qeydiyyatda olduğu və həmin dövr ərzində sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu dövrü əhatə etmiş, həmin dövr üzrə vergilərin ödənilməsindən yayındırılması aşkar edilmiş və vergi hesablanmışdır. Habelə, vergi qanunvericiliyi vergi orqanında uçotda olmayan şəxslərin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın qəbul olunmasını istisna etməmişdir Məhkəmə kollegiyası dəlil üzrə aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bu ndan sonra – Vergi Məcəlləsi): - 32.1-cü maddəsinə əsasən, vergi orqanları vergilərin tam və vaxtında yığılmasını təmin etmək məqsədi ilə vergi nəzarətini həyata keçirirlər. Vergi nəzarəti vergi ödəyicilərinin və vergitutma obyektlərinin uçotuna, habelə vergi qanunvericiliyinə riayət olunmasına vahid nəzarət sistemidir; - 33.1-cü maddəsinə əsasən, vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə, (...) fərdi sahibkarlar və bu Məcəllənin müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxslər yaşadıqları, xüsusi notariuslar isə fəaliyyət göstərdiyi yer üzrə vergi orqanlarında uçota alınır; - 33.3-cü maddəsinə əsasən, hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə ver gi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır; - 33.5-ci maddəsinə əsasən, bu Məcəllənin 33.3-cü maddəsində nəzərdə tutulmuş halda vergi orqanı 5 gün müddətində fərdi sahibkara onun vergi uçotuna alınması barədə məlumat verir. Sadalanmış müddəaların mənasına görə, vergi nəzarətinin həyata keçirilməsi məqsədilə vergi orqanları vergi ödəyicilərini uçota almalıdırlar. Fiziki şəxslərə münasibətdə içota alınmanın şərtləri həmin şəxslərin fərdi sahibkar və gəlirin əldə edilməsi ilə bağlı bəyannamə verməli olan rezident olmasıdır. Sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər hər bir halda vergi uçotuna alınmalıdır və bu barədə onlara 5 gün müddətində məlumat verilməlidir. Bu qaydaya görə, sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər vergi orqanı tərəfindən vergi nəzarətini həyata keçirilməsi məqsədilə məcburi qaydada uçota alınırlar. Göstərilmiş qaydadan fərqli olaraq Vergi Məcəlləsinin aşağıdakı müddəalarında vergi ödəyicilərinin ərizəsi əsasında uçota alınması məsələləri tənzimlənmişdir: - 33.4-cü maddəsinə əsasən, vergi orqanlarında uçota alınmaq üçün vergi ödəyiciləri tərəfindən (...) onların olduğu və ya yaşadığı yer üzrə vergi orqanına ərizə verilir. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs ərizəni, sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına verməlidir; - 34.1-ci madəsinə əsasən, vergi orqanında uçota alınmaq üçün vergi ödəyicisi (...) tərəfindən ərizə verilir. (...) Vergi orqanları tərəfindən fiziki şəxslərin vergi uçot una alınması elektron və (və ya) kağız formatda aparılır. Onların uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; - 34.2-ci maddəsinə əsasən, vergi orqanı vergi ödəyicisinin uçota alınmasını vergi uçotuna alınması haqqında ərizə və bu maddədə göstərilən digər sənədlər daxil olduğu gündən sonrakı 2 gün müddətində (fiziki şəxslərin elektron formatda vergi uçotuna alınması istisna olmaqla) həyata keçirməli və həmin müddətdə də vergi ödəyicisinə müvafiq şəhadətnamə verməlidir. Fiziki şəxslərin elektron formatda vergi uçotuna alınması dərhal həyata keçirilir və müvafiq şəhadətnamə onlar üçün ayrıca yaradılmış elektron ünvana real vaxt rejimində göndərilir. Şəhadətnamə vergi ödəyicisinin uçotda olmasını təsdiq e dən əsas sənəd olmaqla, vergi ödəyicisinə bir dəfə verilir və onda saxlanılır. Sadalanmış müddəalardan isə göründüyü kimi, vergi ödəyicisinin ərizəsi əsasında vergi uçotuna alınma bir halda kağız formatda aparıldıqda vergi orqanı 2 gün müddətində vergi ödəyicisinə şəhadətnamə verməli, elektron formatda aparıldıqda isə - şəhadətnamə dərhal elektron ünvana göndərilməlidir. Qanunvericiliyin aparılmış təhlilindən göründüyü kimi, vergi ödəyicilərinin vergi uçotuna alınmasının iki qaydası nəzərdə tutulmuşdur və vergi ödəyicisinin yalnız ərizəsi əsasında vergi uçotuna alınması qanunun yuxarıda qeyd edilmiş tələblərinə uyğun deyildir. Göstərilmiş müddəaların mübahisəli məsələyə tətbiqi onunla bağldıır ki, hətta belə iddiaçı vergi ödəyicisi olmadığı halda, onun cavabdeh tərəfindən vergi nəzarətini həyata keçirilməsi məqsədilə məcburi qaydada uçota alınması vergi qanunvericiliyinin tələblərinə zidd deyidir. Bununla yanaşı, işin hallarından göründüyü kimi, iddiaçının vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin (VÖEN) ləğv edilməsi kimi hüquqi nəticə yalnız yekun məhkəmə qərarına izah verilmiş Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası xx xxxxxx 2018-ci il tarixli qərardadından sonra cavabdehə aydın olmuş və həmin ildə VÖEN ləğv olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərardadından da göründüyü kimi, izahın verilməsinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.3-cü maddəsinə istinad olunur ki, həmin maddəyə görə, qətnamə icra edilməmişsə, onun izah edilmə sinə yol verilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının vergi ödəyicisi kimi VÖENnin ləğv edilməsi əsası ilə cavabdeh tərəfindən səyyar vergi yoxlamasının keçirilməsi və onun nəticəsi olaraq qəbul edilmiş xx xxxxxxxx 2017-ci il tarixli qərarın qanunsuz hesab olunması barədə apellyasiya məhkəməsinin apardığı hüquqi qiymətləndirmə yuxarıda göstərilmiş vergi və prosessual qanunvericiliyinin tələblərinə uyğun deyidir. Apellyasiya məhkəməsi həmçinin hesab etmişdir ki, iddiaçı yenidən tikilmiş yaşayış binasını öz ailə üzvü olan bacısı və həyat yoldaşına tam həcmdə bağışlamışdır ki, fiziki şəxsin öz əmlakını yaxın qohumlarına bağışlaması vergi tutma obyekti olmadığından iddiaçı gəlir vergisi ödəməkdən azad olmuşdur. Bu mövqeyi mübahisələndirən cavabdehin dəlillərinə görə, iddia çı fərdi yaşayış evi deyil, çoxmənzilli yaşayış binasını tikmişdir və həmin mənzilləri ailə üzvlərinə bağışlamaqla həmin mənzillərin sonradan kənar şəxslərə təqdim edilməsini pərdələmiş və bununla da külli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməsindən yayınmışdır. Məhkəmə kollegiyası aşağıdakı qaydada dəlillə qismən razılaşdığını qeyd edir. Apellyasiya məhkəməsi bildirdiyi mövqeyini Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.3.2-ci maddəsi ilə əsaslandırmışdır. Həmin maddəyə görə, fiziki şəxslərin aşağıdakı gəlirləri gəlir vergisindən azaddır: hədiyyə, maddi yardım və miras vergi ödəyicisinin ailə üzvlərindən alındığı halda onun tam dəyəri. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, maddənin tələbləri mübahisələndirilən qərara münasibətdə tətbiqi o səbəbdən istisna edilməl idir ki, tənzimlənmə qaydası vergi ödəyicisi tərəfindən alınmış hədiyyəyə aiddir. Halbuki, apellyasiya məhkəməsi işin halları kimi müəyyən etmişdir ki, vergi ödəyicisi olan iddiaçı tərəfindən tikilmiş bina hədiyyə olunmuşdur. Mübahisələndirilən qərarla hesablanmış vergi borcuna münasibətdə tətbiq edilməli olan normalar aşağıdakılardan ibarətdir. İşin hallarına görə iddiaçıya 2015-ci il üzrə mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi hesablanmışdır. İşin hallarına uyğun olaraq zamana görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra – Vergi Məcəlləsi) qüvvədə olan: - 218.1.1.2-ci maddəsinə əsasən, mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər (mülkiyyətində və ya icarəsində olan, habelə məqsədli şəkildə ayrılan ərazidə (torpaq sahəsind ə) özünəməxsus və ya cəlb edilən vəsait hesabına əhalinin fərdi (şəxsi) ehtiyaclarını ödəmək və ya kommersiya məqsədləri üçün öz gücü ilə və yaxud müvafiq ixtisaslı peşəkar sifarişçi və ya podratçı cəlb etməklə bina tikdirən, habelə bu tikintinin və ya başa çatmış obyektin mülkiyyətçisi olan hüquqi və ya fiziki şəxslər) sadələşdirilmiş verginin ödəyiciləridirlər; - 219.3-cü maddəsinə əsasən, mənzil tikintisi fəaliyyətini həyata keçirən şəxslər üçün zirzəmilər, mərtəbələr və çardaqlar daxil olmaqla, tikilən binanın ümumi sahəsi (dövlətə ayrılan hissə, dövlət büdcəsi, büdcədənkənar fondlar, dövlət zəmanəti və dövlətə ayrılan yardımlar hesabına tikilən yaşayış sahəsi, başqa tikintilərlə təmasda olmayan ayrıca tikilən fərdi və ya şəxsi yaşayış və ya bağ evlərinin, yaxud tikililərinin sahəsi is tisna olmaqla) vergitutma obyektidir; - 220.8-ci maddəsinə əsasən, mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən sadələşdirilmiş vergi bu Məcəllənin 219.3-cü maddəsində müəyyən edilmiş vergitutma obyektinin hər kvadrat metri üçün 10 manat məbləğinə ölkənin şəhər və rayonlarının ərazilərinin zonalar üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əmsallar tətbiq edilməklə hesablanır. Habelə, tətbiq edilən zaman qüvvədə olmuş Azərbayjan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2007-ci il tarixli, 140 saylı qərarı ilə təsdiq edilmiş “Mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ödənilməli olan sadələşdirilmiş verginin hesablanması üçün ölkənin şəhər və ya onlarının ərazilərinin zonalar üzrə əmsalları”na və ona əlavə kimi Bakı şəhəri üzrə müəyyən edilən zonalar və onların sərhədlərinə görə, iddiaçının mənzil tikintisini həyata keçirdiyi ərazi zona 3 uyğun olaraq əmsal 4,2 kimi müəyyən edilmişdir. Sadalanmış müddəalardan göründüyü kimi, mənzil tikintisi fəaliyyətini bu və ya digər şəxs mülkiyyətində və yaxud icarəsində olan torpaq sahəsi üzərində apara bilər, lakin bu torpaq sahəsi bilavasitə mənzil tikintisi üçün ayrılmalıdır. Bu halda sadələşdirilmiş verginin ödəyicisi aşağıdakı şəxslər hesab olunur: (1) əhalinin fərdi (şəxsi) ehtiyaclarını ödəmək və ya kommersiya məqsədləri üçün bina tikdirən; (2) tikintinin və ya başa çatmış obyektin mülkiyyətçisi olan hüquqi və ya fiziki şəxslər. Bu qaydada müəyyən edilmiş vergi ödəyicilərinə münasibətdə vergitutma obyektini tikilən binanın ümumi sahəsi, o cümlədən zirzəmilər, mərtəbələr və çar daqlar təşkil edir. Vergitutma obyektinin hər kvadrat metri üçün 10 manat məbləğinə müvafiq əmsal tətbiq edilməklə sadələşdirilmiş vergi hesablanmalıdır. Apellyasiya məhkəməsinin qərarında verilmiş qiymətləndirmə iddiaçının vergi ödəyiciləri olan şəxslərə aid olmadığı kimi qəbul etmək olar. Məhkəmə hesab etmişdir ki, iddiaçının inşa edilmiş fərdi yaşayış evi əhalinin fərdi ehtiyaclarını ödəmək və ya kommersiya məqsədləri üçün tikilməmişdir. Məhkəmə kollegiyası bu hissədə cavabdehin bildirdiyi dəlilləri əsaslı hesab edir. Belə ki, işin hallarından göründüyü kimi, ünvan 3 ünvan-ünvan 4ahəsində ümumi sahəsi 4.901,52 kv.m olan bir bloklu, 7 mərtəbəli çoxmənzilli binanın iddiaçı tərəfindən tikintisi bilavasitə Vergi Məcəlləsinin 218.1.3-cü maddəsində nəzərdə tutulmuş dispozitiv şərtlərin yeri nə yetirildiyini anlamını yaradır. Yəni həmin binanın əhalinin fərdi ehtiyaclarını ödəmək və ya kommersiya məqsədləri üçün tikilməsi nəticəyə gəlmək üçün əsas yarada bilər ki, bu əsas üzrə iddiaçı ən azından mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxs kimi sadələşdirilmiş vergi ödəyicisi kimi qiymətləndirilə bilər. Kassasiya instansiyası məhkəməsi işin hallarını və iş üzrə sübutları müəyyən etmir, həmçinin apellyasiya instansiyası məhkəməsində sübut kimi qəbul edilməyən hər hansı sənədi yenidən sübut kimi qəbul edə və qiymətləndirə bilməz. Lakin apellyasiya məhkəməsinin tətbiq etdiyi və ya tətbiq edilməli olduğu maddi hüquq normasının yoxlanılması üçün müvafiq işin hallarının müəyyən edilməsi zəruri olduğundan, məhkəmə kollegiyası kassasiya şikayətində bildirilmiş dəlilə uyğun olaraq bu qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab etmişdir. Mübahisələndirilən qərarın vergitutma obyektinin müəyyən edilməsi və vergi məbləğinin hesablanmasına münasibətdə məhkəmə kollegiyası əlavə qiymətləndirmənin aparılmasını mümkün hesab etmir, çünki apellyasiya məhkəməsi tərəfindən iddiaçı vergi ödəyicisi kimi qəbul edilmədiyindən, bu məsələlərə qiymət verilməmişdir. Gəldiyi nəticəyə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İPM-nin 12 və 48-ci maddələrində müəyyən edilmiş “İşin hallarının araşdırılması prinsipi” və apellyasiya məhkəməsinin səlahiyyətləri ilə bağlı 82-ci maddəsinin tələbləri pozulmuşdur. Müddəaların tələblərinə görə, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında şikayətə tam həcmdə baxan apellyasiya məhkəməsi iş üzrə araşdırma apardıqda, işdə olan sənədlərlə məhdud olmamalı və iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Bu müddəalara əsaslanmaqla məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya instansiya məhkəməsi mübahisələndirilən qərarın qəbul edilməsinə əsas olmuş faktiki hallara dair cavabdehin təqdim etdiyi sübutlara düzgün qiymət verməmişdir. Azərbaycan Respublikası İPM-nin 96.5.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu, yəni apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qər arı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Həmin Məcəllənin 96.11-ci maddəsinə uyğun olaraq mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə tam uyğun qəbul edilməmişdir və kassasiya şikayətində göstərilmiş dəlil qərarın ləğv olunması üçün əsaslıdır. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin rəis müavini Rasim Quliyev tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2-1(103)-1197/2019 saylı qərarı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-1(102)-15/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-15/2020
18.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver