Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-15/2021 23.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: ailə başçısını itirməyə görə pensiyanın yenidən hesablanması, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair" xx xxx 2020-ci il tarixli qərarı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəy ova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, iddiaçının vəkili Vəkil1 və cavabdehin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı pensiyanın yenidən hesablanması tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-698/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:
1. İddiaçı xx.xx.1942-ci ildə anadan olmuşdur.
2. İddiaçı, X2 ilə xx.xx.1966-cı ildə nikaha daxil olmuşdur.
3. İddiaçının əri xx.xx.1961-ci ildən xx.xx.2001-ci ilə qədər prokurorluq orqanlarında müxtəlif vəzifələrdə işləmiş, xx.xx.2001-ci ildə pensiyaya çıxmış, xx.xx.2003-cü ildə vəfat etmişdir. (AZ-İ xxxx №-li Ölüm haqqında Şəhadətnamə).
4. İddiaçıya xx.xx.2009-cu il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir (DSMF-nin Yasamal rayon Şöbəsinin xxxx №-li xx.xx.2010-cu il tarixli qərarı).
5. İddiaçı ona vəfat etmiş ərinin dul arvadı kimi ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi zamanı «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» AR Qanununun 20.8, 20.9 və 21.4-cü maddələrinə əsasən, prokurorluq işçilərinə hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində verilən pul təminatının, müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində veri lən birdəfəlik pul müavinətinin və prokurorluq işçilərinə hər ilin mart, oktyabr və dekabr aylarında onların əmək haqqı həcmində verilən maddi yardımın nəzərə alınmaqla pensiyasının 2009-cu ilin noyabr ayından yenidən hesablanması və yaranmış fərqin ödənilməsi ilə bağlı cavabdehə müraciət etmişdir.
6. Cavabdeh xx xxxx 2019-cu il tarixli **********3 saylı məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, mükafat və maddi yardımların mərhum xxxx verilməsi haqqında İdarəyə Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən hər hansı sənəd təqdim olunmadığından ona ailə başçısını itirməyə görə təyin olunmuş əmək pensiyasının yenidən hesablanması mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı cavabdehə qarşı idd ia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona vəfat etmiş əri X1 dul arvadı kimi ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi zamanı «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» AR Qanununun 20.8, 20.9 və 21.4-cü maddələrinə əsasən prokurorluq işçilərinə hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində verilən pul təminatının, müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində verilən birdəfəlik pul müavinətinin və prokurorluq işçilərinə hər ilin mart, oktyabr və dekabr aylarında onların əmək haqqı həcmində verilən maddi yardımın nəzərə alınmaqla pensiyasının 2009-cu ilin noyabr ayından yenidən hesablanması və yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
8. İddiaçı ərizəsində göstərmişdir ki, əri X2 xx.xx.1963-cü ildən xx.xx.2001-ci ilə qədər prokurorluq orqanlarında xidmət etmiş, xx.xx.2001-ci ildə pensiyaya çıxmış, xx.xx.2003-cü ildə isə ölmüşdür. xx.xx.2003-cü ildən etibarən ona ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş, lakin pensiya təyin olunan zaman qüvvədə olan qanunvericilik normaları nəzərə alınmamışdır. Bununla bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən həmin müraciəti təmin olunmamışdır. 9. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)3479/2019 nömrəli qərarı ilə (hakim: T.Ə.Əsədova) iddia təmin edilmiş, iddiaçıya ölmüş əri X1 dul arvadı kimi ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi zama nı «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» AR Qanununun 20.8, 20.9 və 21.4-cü maddələrinə əsasən prokurorluq işçilərinə hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində verilən pul təminatının, müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində verilən birdəfəlik pul müavinətinin və prokurorluq işçilərinə hər ilin mart, oktyabr və dekabr aylarında onların əmək haqqı həcmində verilən maddi yardımın nəzərə alınmaqla pensiyasının 2009-cu ilin noyabr ayından yenidən hesablanması və yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hər il məzuniyyətə çıxarkən prokurorluq işçilərinə iki aylıq əmək haqqı məbləğində pul təminatı, prokurorluq işçilərinin müalicə olunmala rı ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti və prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən maddi yardım dövlət rəhbərinin mülahizəsindən asılı olmayaraq qanunun birbaşa göstərişinə əsasən ödənilən əlavələrdir. Belə olan halda, cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur.
11. Qərardan narazı qalan cavabdeh şikayət verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
12. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası 2-1(103)-698/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ilə (sədrlik edən: S.S.Seyidova, hakimlər: V.M.Ağayev və A.B.Nuriyeva) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Ba kı İnzibatiİqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-3479/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.
14. Cavabdeh apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayətində qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin mövqeyi qanunsuz və əsassızdır. Belə ki, iddiaçının mərhum əri xxxx 1995-2000-ci illərdə müvafiq mükafatları alması ilə bağlı hissədə tərəflər arasında mübahisə yoxdur. İddiaçı həmin hissədə hər han sı tələb irəli sürməsə də, "Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 20.8, 20.9 və 21.4-cü maddələri ilə nəzərdə tutulan əlavələrin pensiya təyini zamanı diqqətə alınmalı olmasını hesab edir. Lakin iddiaçının mərhum əri xxxx adı çəkilən maddələrdə nəzərdə tutulmuş əlavələri almadığı şübhəsizdir. Belə ki, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında" qanunun xx xxxx 2001-ci il tarixdə qəbul edilib, xx xxxx 2001-ci ildə dərc olunub. İddiaçı 2001-ci ilin dekabrında prokurorluq orqanlarından xaric edilmişdir. Göründüyü kimi, iddiaçının mərhum ərinin adı çəkilən Qanunun 20.8. 20.9 və 21.4-cü maddələrində nəzərdə tutulmuş əlavələri alması obyektiv baxımdan mümkünsüz idi.
16. Daha sonra qeyd edilir ki, sözügedən əlavələrin əmək haqqının sonrakı artımı kimi qiymətləndirilməsi əsa ssızdır. Belə ki, ƏPQ-nin 20.8-ci maddəsinə (hazırda qüvvədə olan mətninə) görə, bu Qanunun 20.1.5-ci və 20.1.5-1-ci maddələrində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, müəyyən edilir. Göründüyü kimi, ƏPQ- nin 20.8-ci maddəsi pensiyanın "əmək haqqının orta aylıq məbləğindən” hesablanmalı olmasını, bu zaman əmək haqqındakı sonrakı artımların da diqqətə alınacağını nəzərdə tutur. Yəni, ƏPQ, '‘orta aylıq məbləğ" və "sonrakı artım" anlayışlarını fərqləndirir. Əsas fərq ondan ibarətdir ki, “orta aylıq məbləğ” şəxsin pensiyaya çıxan andakı aylıq gəlirinin orta aylıq miqdarını, “sonrakı artım” isə, or ta aylıq məbləğin deyil, əmək haqqındakı artımı ifadə edir. Başqa sözlə, “orta aylıq əmək haqqı” anlayışı “əmək haqqının sonrakı artımı” anlayışından daha genişdir, çünki “orta aylıq əmək haqqı”na sonradan artması mümkün olmayan gəlirlər də daxildir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları:
18. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd olunması haqqında yeni qərar qəbul edilməsini xahiş etdi.
19. İddiaçının vəkili kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və apelyasiya instansiyası məhkəməsinin qərarının dəy işdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 20.8 Prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində pul təminatı verilir. Maddə 20.9 Prokurorluq işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla), o cümlədən onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti verilir. Maddə 20.14 Pensiyaya çıxmış prokurorluq işçilərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Maddə 21.1 Prokurorluq işçilərinin əmək haqqı vəzifə maaşından, rüt bələrə, xidmət illərinə görə əlavələrdən və qanunvericiliklə nəzərdə tutulan digər ödənişlərdən ibarətdir. Maddə 21.2 Prokurorluq işçisinin vəzifə maaşı onun tutduğu təsnifat vəzifəyə uyğun olaraq müəyyən edilir. Maddə 21.4 Prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilir. 21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1.0.1. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir.
22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikay ət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iddia rədd edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
26. Belə ki, iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ailə başçısını itirməyə görə ödənilən pensiyanın yenidən hesablanmasını xahiş etmiş və tələbini əsaslandırarkən «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» AR Qanununun 20.8, 20.9 və 21.4-cü maddələrinə istinad etmişdir.
27. Birinci instansiya məhkəməsi və onun mövqeyi ilə razılaşan apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəs ində təsbit olunmuş müddəalara əsaslanmaqla qeyd etmişdir ki, hər il məzuniyyətə çıxarkən prokurorluq işçilərinə iki aylıq əmək haqqı məbləğində pul təminatı, prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti və prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən maddi yardım dövlət rəhbərinin mülahizəsindən asılı olmayaraq qanunun birbaşa göstərişinə əsasən ödənilən əlavələrdir. Belə olan halda, cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur.
28. Apelyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmayan cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
29. Məhkəmə kollegiyası Azərba ycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” Qərarına əsaslanmaqla hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin mövqeyi səhvdir.
30. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin mənasına görə, əmək pensiyası ilə kompensasiya olunan məbləğ - şəxslərin aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığorta olunan şəxslərin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərə bərabərdir. Yəni, ailə başçısını itirdiyinə görə təyin olunan pensiya - qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensas iyası məqsədilə vətəndaşlara ödənilən aylıq pul ödənişidir. Başqa sözlə, ailə başçısının ölməsindən əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir.
31. Bu mənada, vəfat etmiş şəxsin almadığı əmək haqqı və digər ödənişlərin pensiya kimi hesablanması bu normanın tələblərinə ziddir
32. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14cü maddələrinin şərh edilməsinə dair" xx xxx 2020-ci il tarixli qərarında da göstərilmişdir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur.
33. Nəzərə alınmalıdır ki, pensiya təminatı sistemi sosial həmrəylik və sosial sığorta prinsipləri əsasında qurulmuşdur. Pensiya qanunvericiliyinin əsas məqsədi pensiya təminatı sisteminin fəaliyyətində bu prinsiplərin gücləndirilməsi və qazanılan pensiya hüquqları ilə toplanan sığorta vəsaitləri arasında tarazılığın təmin edilməsindən ibarətdir. “Sosial sığorta haqqında” Qanunun 3-cü maddəsinə əsasən, sosial sığorta subyektlərinin hüquq bərabərliyi və dövlət sosial sığortasının məcburiliyi sosial sığortanın əsas prinsipləri kimi müəyyən edilmişdir.
34. Pensiya təminatı sahəsində aparılan islahat tədbirləri də sığortaolunana münasibətdə ədalətliliyin gözlənilməsinə yönəlmişdir. Pensiya təminatı sis teminin hər bir iştirakçısının ödədiyi sosial sığorta haqlarının onun alacağı pensiya məbləğinə mütənasib olmasının təmin edilməsi qüvvədə olan pensiya qanunvericiliyinin əsas məqsədlərindən biridir. Buna görə də, qanunvericilik pensiya təyin olunarkən yalnız sosial sığorta haqlarının tutulduğu ödənişlərin pensiya hesablanarkən nəzərə alınmasını müəyyən edir.
35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair" xx xxx 2020-ci il tarixli qərarında eyni zamanda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonr a yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz.
36. Göründüyü kimi, məhkəmələr iddia tələbini təmin edərkən maddi hüquq normasını səhv təfsir etmiş, iddiaçıya mərhum ərinin prokurorluq orqanlarında işlədiyi dövrdə almadığı ödənişlərə əsasən pensiya hesablanmasını mümkün saymış, cavabdehin üzərinə pensiya qanunvericiliyinin müddəalarına zidd olan öhdəliyin icrası vəzifəsinin qoymuşdur. Halbuki, inzibati orqanın üzərinə öhdəliyin icrası barədə vəzifə, onun mövqeyinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda qoyula bilər.
37. Apelyasiya instansiyası məhkəməsinin qərarı yuxarıdakı əsaslara görə düzgün olmadığından, beləli klə də qərar maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən kassasiya şikayəti təmin edilməli və iddia rədd edilməlidir.
38. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 21(103)-698/2020 saylı qərarı ləğv edilsin. İddia rədd edilsin. Qərar qətidir.