Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-150/2023 09.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: X14 və X13) “bağ sahəsini bağların bölgüsünə dair sxematik xəritəyə uyğunlaşdıraraq, mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, çıxarış və plan-ölçünün verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-826/2022 nömrəli, 11 avqust 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhər X11 İcraiyyə Komitəsinin 21 iyul 1989-cu il tarixli, 6/255 saylı qərarı ilə Nardaran-Ləhiş kəndində “Azərelektromaş” bağçılıq yoldaşlığının 102 nəfər üzvünə 5,96 ha torpaq sahəsi ayrılmışdır. “Azərelektromaş” EİB-nin Bağçılıq Yoldaşl ığının iclas protokolundan 02 saylı, 16 avqust 1990-cı il tarixli çıxarışa əsasən, həmin 5,96 ha torpaq sahəsindən 0,05 ha ölçüdə 9 saylı bağ sahəsi iddiaçıya ayrılmışdır. 2. “Azərelektromaş” EİB-nin X3 üzvlük biletindən görünür ki, iddiaçı X3 üzvü olmuş və Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 9 saylı 0,05 ha ölçüdə bağ sahəsi ona ayrılmışdır. Göstərilən ərazidə X3 üzvlərinə bağ sahələrinin ayrılması barədə bölgü sxemi tərtib olunaraq təsdiq edilmişdir.
3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina barədə 01 dekabr 2016-cı il tarixli, **********06 saylı bildirişdə qeyd edilmişdir ki, iddiaçının Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 9 saylı bağ sahəsi üzərində hüquqlar ın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizəsinə baxılmışdır və bağ sahəsində mərzçəkmə işləri tam aparılmadığı, torpaq sahəsinin yerləşməsi ilə sxematik xəritə arasında uyğunsuzluğun olduğu müəyyən edilmişdir. Belə ki, göstərilən sahə digər bağ sahəsinin ərazisinə aiddir.
4. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 29 dekabr 2019-cu il tarixli məktubda qeyd edilmişdir ki, elektron kadastr məlumatlarına əsasən göstərilən bağ sahəsinin yerləşməsi ilə bağların bölgüsünə dair sxematik xəritəsi arasında uyğunsuzluq vardır. Belə ki, göstərilən sahə digər bağ sahəsinin ərazisinə uyğun gəlir və həmin sahə digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir.
5. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh tərəfindən verilmiş 28 fevral 2020-ci il tarixli, **********78 saylı məktubdan görünür ki, iddiaçıya Sabunçu rayonu, Ləhiş qəsəbəsində bağ sahəsinin ayrılmasına dair sənəd İdarənin arxivində aşkar olunmamışdır. Aparılan araşdırmalar zamanı müəyyən edilmişdir ki, vətəndaş tərəfindən göstərilən sahə digər bağ sahəsinə aiddir.
6. Həmin məktuba əlavə edilmiş RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən “Azərelektromaş” b/y-nın 15 saylı 0,05 ha ölçüdə bağ sahəsi ********** qeydiyyat və **********59 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 733 nömrəli reyestr kitabının 69467 nömrəli vərəqində xx.xx.2017-ci il tarixdə X5 adına qeydiyyata alınmışdır.
7. Həmin məktuba əlavə edilmiş RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən “Azərelektromaş” b/y-nın 15 saylı 0,05 ha ölçüdə bağ sahəsi ********** qeydiyyat və **********59 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 733 nömrəli reyestr kitabının 69467 nömrəli vərəqində xx.xx.2017-ci il tarixdə X7 adına qeydiyyata alınmışdır.
8. Həmin məktuba əlavə edilmiş AN-İ 06322124 saylı, 22 iyun 2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X13 Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, “Azərelektromaş” b/y-nın 15 saylı bağ sahəsini X1.
9. Həmin məktuba əlavə edilmiş “Azərelektromaş” EİB-nin X3 üzvlük biletindən görünür ki, X2 Yoldaşlığı Birliyinin üz vü olmuş və Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 15 saylı 0,05 ha bağ sahəsi ona ayrılmışdır.
10. Məhkəmənin sorğusuna cavab olaraq 29 dekabr 2020-ci il tarixli, **********38 saylı məktubla “Azərelektromaş” X6 aid arxiv qovluğunda olan sənədlərin (üzvlərin siyahısının) təsdiq edilmiş surəti cavabdeh tərəfindən məhkəməyə təqdim edilmişdir. Həmin siyahıya baxış keçirilərkən sözügedən siyahının 6-cı bəndində iddiaçının adının qeyd olunduğu və adın qarşısında qələm ilə 9 rəqəmi yazıldığı müəyyən olunmuşdur.
11. Birinci instansiya məhkəməsində işə baxılan zaman iddiaçıya sxematik xəritəyə uyğun verilən bağın yerinin və həmin sahənin koordinatlarının, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 9 saylı bağ sahəsinin hər hansı digər şəxsə verilən sahə il ə üst-üstə düşüb-düşməməsini, düşdüyü təqdirdə kimin adına qeydiyyatdan keçməsi barədə mütəxəssis rəyinin məhkəməyə təqdim olunması cavabdehdən tələb edilmişdir.Bununla bağlı cavabdeh tərəfindən göndərilmiş 08 fevral 2021-ci il tarixli, **********36 saylı məktubdan görünür ki, tədqiqat obyektinə mütəxəssislər tərəfindən texniki baxış keçirilmişdir. İdarənin elektron kadastr məlumatlarına əsasən göstərilən sahə digər bağ sahənin ərazisinə uyğun gəlir və həmin sahə 15 saylı bağ sahəsi kimi **********59 reyestr nömrəsi ilə X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Hal-hazırda X8 mülkiyyətindədir.
12. Cavabdeh tərəfindən verilmiş 19 avqust 2021-ci il tarixli, **********62 saylı məktuba əsasən iddiaçının iştirakı ilə texniki baxış keçirilən zaman göstərilən bağ sahəsi nin bölgü sxeminə uyğun gəlmədiyi, iddia edilərək göstərilən bağ sahəsinin bölgü sxeminə uyğun olaraq **********59 reyestr nömrəsi ilə X5 adına qeydiyyatdan keçmiş 15 saylı bağın ərazisi olduğu bildirilmişdir.
13. Apellyasiya baxışı zamanı məhkəmə sorğusuna cavab olaraq cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli məktubla Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, “Azərelektromaş” b/y-nın 15 və 16 saylı bağ sahəsinin X8 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına əsas olmuş sənədlər, eləcə də **********, ********** və ********** qeydiyyat nömrəli çıxarışlar təqdim olunmuşdur.
14. İddiaçı ona ayrılmış bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışın verilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən elektron kadastr məlumatlarına əsasən göstərilən bağ sahəsinin yerləşməsi ilə bağların bölgüsünə dair sxematik xəritə arasında uyğunsuzluq olduğu, göstərilən sahənin digər bağ sahəsinin ərazisinə uyğun gəldiyi, həmin sahənin digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçdiyi əsas gətirilərək müraciətin təmin olunmasından imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
15. İddiaçı 31 yanvar 2020-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin imtinasının qanunsuz hesab edilməsi, Bakı şəhəri, Ləhiş bağ massivində yerləşən 9 nömrəli, 5.96 ha sahədə yerləşən bağa dair onun adına texniki pasportun tərtib edilməsi və dövlət reyestrindən çıxarışın ve rilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
16. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2929/2020 nömrəli, 21 sentyabr 2020-ci il tarixli qərardadı ilə X14 və X13 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər.
17. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Ləhiş bağ massivində yerləşən 0,05 ha bağ sahəsini bağların bölgüsünə dair sxematik xəritəyə uyğunlaşdıraraq, mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin 4 oktyabr 2021-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir.
18. İddia tələbi onunla əsasland ırılmışdır ki, “Azərelektromaş ElB-nın X12 tərəfindən iddiaçıya Ləhış bağ massivində bağ sahəsi verilmişdir. Bununla bağlı “Azərelektromaş” EİB-nin X4 iclasının 16 avqust 1990-cı il tarixli protokolundan çıxarışa əsasən, Ləhiş bağ massivində 5.96 ha sahənin ərazisində yerləşən 9 saylı bağ sahəsi onun adına ayrılmışdır. Eyni zamanda “Azərelektromaş” EİB-nin X6 üzv olmasına dair üzvlük kitabçası da var. Həmin bağ sahəsi alınan gündən onun istifadəsində olmuş, orada hasar çəkdirmiş, yay tətillərində oraya getmişdir. Son 3 ildir ki, xəstələnməsi səbəbindən oraya gedə bilməmişdir. Sonradan ona məxsus olan bağ sahəsindəki hasar və s. tikililərin ona məlum olmayan şəxslər tərəfindən sökülməsindən məlumatı olmuşdur. Bundan sonra bağa dair çıxarışın verilməsi üçün cavabdeh inzibatı orqana müraciət etmişdir. Ona imtina məktubu ilə bağ sahəsinin yerləşməsi ilə bağların bölgüsünə dair sxematik xəritə arasında uyğunsuzluq olduğu, göstərilən sahənin digər bağ sahəsinin ərazisinə uyğun gəldiyi bildirilmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuzdur.
19. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-602/2021 nömrəli, 4 oktyabr 2021-ci il tarixli qərarı ilə (hakim F.İ.Mədətli) iddia təmin edilmiş, Bakı şəhəri X15 İcraiyyə Komitəsinin 21 iyul 1989-cu il tarixli, 6/255 saylı qərarı ilə Nardaran-Ləhiş kəndində “Azərelektromaş” bağçılıq yoldaşlığının 102 üzvünə ayrılmış 5,96 ha torpaq sahəsindən iddiaçıya verilmiş bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritəyə uyğunlaşdırılaraq, 0,05 ha bağ sahəsi üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, buna d air daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.
20. Məhkəmə qeyd etmişdir ki, işdə olan sənədlərdən göründüyü kimi, üçüncü şəxs X13 da iddiaçı kimi “Azərelektromaş” EİB-nin Bağçılıq yoldaşlığının üzvü olmuş və sözügedən 15 saylı bağ sahəsi onun adına Bakı şəhəri X15 İcraiyyə Komitəsinin 21 iyul 1989-cu il tarixli, 6/255 saylı qərarı əsasında ayrılmışdır. Cavabdeh inzibati orqan tərəfindən eyni hüquqmüəyyənedici sənədlər əsasında “Azərelektromaş” EİB-nin Bağçılıq yoldaşlığının üzvü olmuş X5 bağ sahəsi üzərində mülkiyyət hüququ qeydə alındığı halda, belə qeydiyyata alınmanın iddiaçıya münasibətdə tətbiq edilməməsi əsassız olmuşdur.
21. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarı n ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul eolunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
22. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-826/2022 nömrəli, 11 avqust 2022-ci il tarixli qərarı ilə (hakimlər A.Ə.Hüseyn /sədrlik edən və məruzəçi/, A.S.Hüseynov və S.İ.Bəktaşi) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-602/2021 nömrəli, 4 oktyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
24. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİK AYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
25. Kassasiya şikayətinin dəlilləri mahiyyətcə imtinanın və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
27. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu... -2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam ve rilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.... -8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; Maddə
15. Hüquqların dövlət qeydiyyatından imtina -15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: -15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; -15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; -15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; -15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; -15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şə xs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; -15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. -15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir... 28. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunu “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən “Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyani sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əv əzsiz olaraq onların mülkiyyətinə verilir”. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 4-cü abzasına əsasən “Fərdi yaşayış evlərinin, həyətyani sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir”. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununa və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə 01 fevral 2008-ci il tarixli Qanununa əsasən “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə aşağıdakı məzmunda dördüncü hissə əlavə edilmişdir: “Bu Qanunun 9-cu maddəsini n müddəalarına əsasən 2007-ci ilin may ayının 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağtəsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir».
29. İnzibati Prosessual Məcəllə Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
30. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin t ələbləri göstərilmişdir.
31. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası m əhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
34. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə imtina məktubunun və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
35. Həmçinin qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından Bakı şəhəri, Ləhiş b ağ massivində yerləşən 0,05 ha bağ sahəsi üzərində hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
36. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
37. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə əlavə olaraq qe yd edir ki, iddiaçının sözügedən bağ sahəsi üzərində hüququ bu qərarın 27-ci bəndində istinad olunan normada təsbit olunmuş hüquqmüəyyənedici sənədə“Azərelektromaş” EİB-nin X4 üzvlərinin iclas protokolundan 02 saylı, 16 avqust 1990-cı il tarixli çıxarışa əsaslanır. Belə ki, həmin normaya görə 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qey diyyatı üçün əsas hesab olunur. Bu zaman nəzərə almaq lazımdır ki, hüquqmüəyyənedici sənəd iddiaçının həmin bağ sahəsinin reyestrdə qeydiyyata alınmasına münasibətdə tələb hüququnun, cavabdehin isə iddiaçı qarşısında həmin bağ sahəsini qeydiyyata alma öhdəliyinin mövcudluğunu şərtləndirir.
38. Nəzərə almaq lazımdır ki, həm iddiaçıya ayrılmış 9 saylı bağ sahəsi, həm də cavabdehin kassasiya şikayətində istinad etdiyi üçüncü şəxsə ayrılmış 15 saylı bağ sahəsi “Azərelektromaş” EİB-nin X4 üzvlərinə bağ sahələrinin ayrılması barədə bölgü sxemində nəzərdə tutulmuş, eləcə də “Azərelektromaş” EİB-nin X6 aid arxiv qovluğunda olan siyahının 6-cı bəndində iddiaçının adı və adın qarşısında 9 rəqəmi qeyd olunmuşdur. İddiaçı da məhz ona ayrılmış 9 saylı bağ sahəsi üzərində hüquqmüəyyənedici sənəd əsasınd a hüququnun qeydiyyata alınmasını tələb edir.
39. Bundan əlavə, cavabdehin kassasiya şikayətində istinad etdiyi şəxslərin üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmalarına rəğmən, onlardan yalnız birinin bir dəfə məhkəmə iclasında iştirak etdiyi, lakin iddiaçının bağ sahəsi üzərində hüququnun qeydiyyata alınmasının onun hüquqlarına toxunacağına və ümumiyyətlə mübahisəyə dair hər hansı münasibət bildirmədiyi, eləcə də nə birinci instnasiya məhkəməsinin, nə də apelyasiya məhkəməsinin qərarlarından onların şikayət vermədiyi də həmçinin nəzərə alınmalıdır.
40. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq olunmuş “Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqınd a” Əsasnamənin 3.0.29-cu maddəsində bağların yerləşdiyi torpaqların istifadəçilərin mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək cavabdehin xidməti vəzifəsi kimi təsbit olunmuşdur.
41. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən cavabdeh kassasiya şikayətində istinad olunan dəlillər üzərindən iddiaçının tələbinin təmin olunmasından imtina etməkdə haqlı sayıla bilməz.
42. Odur ki, məhkəmə kollegiyasının qənaətinə görə, apelyasiya məhkəməsinin mübahisəyə dair iş üzrə gəldiyi nəticə əsaslı və düzgün hesab edilməli, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin olunmadan, apelyasiya məhkəməsinin saxlanılmalıdır.
43. Yu xarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası qərarı dəyişdirilmədən QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-826/2022 nömrəli, 11 avqust 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.