Məhkəmə qərarları › İş №2-1(102)-150/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-150/2024

28.02.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-150/2024 28.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: tütün məmulatının idxalı üçün aksiz markalarının verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin (VÖEN: **********) cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “tütün məmulatı idxalı üçün aksiz markalarının verilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 iyun 2023-cü il tarixli, 2-1(104)-93/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı MMC dəyəri 6250 manat olan 125000 ədəd aksiz markası ilə təmin edilmişdir.

2. İddiaçı MMC-nin tütün məmulatlarının idxalı üçün nəzərdə tutulan aksiz markalarının alınması barədə Azərbaycan Respublikası Maliyyə Nazirliyinə ünvanladığı xx.xx.2021-ci il tarixli müraciəti araşdırılması və münasibət bildirilməsi üçün müvafiq sənədlərlə birlikdə Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən xx.xx.2021-ci il tarixli məktubla İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidm ətinə göndərilmişdir.

3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı MMC-nin tütün məmulatlarının idxalı üçün nəzərdə tutulan aksiz markalarının alınması barədə Azərbaycan Respublikası Maliyyə Nazirliyinə ünvanladığı xx.xx.2021-ci il tarixli müraciətə Dövlət Vergi Xidmətində baxılmış, “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********4416 nömrəli qərara əsasən, Cəmiyyətin Gəncə şəhəri, Avt.İnşaat bağ sahəsi, Avtozavod yolu, sahə 31B ünvanında yerləşən “Anbar” adlı təsərrüfat subyektində malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə, əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməsinə nəzarət edilməsi və Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məqsədilə operativ vergi nəzarəti həyata keçirilmişdir. Keçirilmiş vergi nəzarəti zamanı Cəmiyyət tərəfindən 25840 qutu tütün məmulatının müxtəlif vergi ödəyicilərinə elektron-qaimə faktura təqdim edilmədən nağd qaydada satıldığı müəyyən olunmuşdur. Cəmiyyətin fəaliyyətində qanunvericiliyin tələblərinin pozulması, malların elektron qaimə-faktura təqdim edilmədən satılması və eyni zamanda qarşı tərəflər in də vergidən yayınmasına şərait yaradılması ilə nəticələnən halların baş verdiyi nəzərə alınaraq araşdırma aparıldığı və nəticəsi barədə məlumat veriləcəyi bildirilmişdir.

4. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “Təqib və İzləmə” (“Track and Trace”) sisteminin tətbiqinə qədər Cəmiyyətin 3,8 milyon ədəd idxal edilən tütün məmulatlarına tətbiq olunan aksiz markasının sifarişinə dair Razılaşma Protokolunun layihəsinin təqdim edilməsi üçün Dövlət Vergi Xidmətinə 2021-ci ilin 17 mart, 03/03-03-172-1835 nömrəli məktubla müraciət olunmuş, lakin bu günə qədər layihə təqdim edilməmişdir.

5. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Cəmiyyətin təkrar müraciətinə baxılmış, Dövl ət Vergi Xidmətinə 2021-ci il 17 mart tarixli məktubla olunan müraciət icrasız qalmışdır.

6. Azərbaycan Respublikası Maliyyə Nazirliyi ilə Vergilər Nazirliyi (hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti) arasında xx.xx.2019-cu il tarixdə, xx.xx.2019-cu il tarixdə, xx.xx.2020-ci il tarixdə, xx.xx.2020-ci il tarixdə, xx.xx.2021-ci il tarixdə, xx.xx.2021-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə bağlanmış Razılaşma Protokollarından görünür ki, müxtəlif vaxtlarda müxtəlif sayda Azərbaycan Respublikasında istehsal olunan və ya idxal olunan və ya müsadirə olunan tütün məmulatlarına aksiz markalarının hazırlanması Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən təmin edilmişdir.

7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi X idmətinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin xx.xx.2002-ci il tarixli, 009 nömrəli əmri ilə təsdiq olunmuş “Azərbaycan Respublikası ərazisində istehsal olunan və ölkə ərazisinə idxal edilən alkoqollu içkilərə, pivəyə, etil (yeyinti) spirtinə və tütün məmulatlarına tətbiq olunan dövlət aksiz markalarının sifarişi, satışı, uçotunun aparılması və onlardan istifadə olunması Qaydaları”nın 3.2-ci bəndinə əsasən, Azərbaycan Respublikası Maliyyə Nazirliyi növbəti ilin başlanmasına 3 ay qalmış markalanmalı məhsulları istehsal edən şəxslərdən növbəti ilə aksiz markalarına olan tələbatları haqqında məlumat almalıdır. NMR ərazisində bu məlumatı NMR Maliyyə Nazirliyi həmin şəxslərdən alaraq cəmləşdirib növbəti ilin b aşlanmasına 3 ay qalmış Azərbaycan Respublikası Maliyyə Nazirliyinə təqdim etməlidir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında “Azərbaycan Respublikasının 30 noyabr 2018-ci il tarixli, 1356-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 30 avqust 2000-ci il tarixli, 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında 414 nömrəli və “Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli, 454 nömrəli Fərm anı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə”də və xx.xx.2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə 415 nömrəli Fərmanlarının icrası məqsədi ilə Azərbaycan Respublikası Maliyyə və İqtisadiyyat Nazirlikləri arasında imzalanmış Razılaşma Protokollarında aksiz markalarının sayının əsası qismində sahibkarlıq subyektlərinin Azərbaycan Respublikası Maliyyə Nazirliyinə təqdim etdikləri proqnoz məlumatları çıxış edir və qeyd edilən proqnoz məlumatları üzrə rəsmi sənədlər Dövlət Vergi Xidmətinə təqdim edilməmişdir. Qeyd edilənlərlə yanaşı, İddiaçı MMC-nin xx.xx.2020-ci il tarixdə 125000 ədəd aksiz markası ilə təmin edilməsi Azərbaycan Respublikası M aliyyə Nazirliyi tərəfindən həyata keçirildiyindən müraciət üzrə inzibati icraat materiallarının Dövlət Vergi Xidmətində olmadığı bildirilmişdir.

8. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı MMC-yə xx.xx.2020-ci il tarixdə 125000 ədəd aksiz markası verilən zaman toplanmış sənədlər məhkəmə araşdırması zamanı təqdim olunmuş, eyni zamanda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli, 415 nömrəli Fərmanı ilə Maliyyə Nazirliyinin və Vergilər Nazirliyinin əsasnamələrinə edilmiş dəyişikliyə əsasən aksiz markalarının hazırlanmasını, onların satışını və uçotunu təşkil etmək, habelə, istehsalçıların və idxalçıların aksiz markaları ilə təchiz olunmasını təmin etmək Vergilər Nazirliyinə həvalə edilm işdir. Hazırda qeyd olunan Fərmanın 4-cü hissəsinə uyğun olaraq Maliyyə Nazirliyi idxalçıların və istehsalçıların təqdim etdiyi aksiz markalarına olan tələbatı barədə məlumatları İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə təqdim edir və sifariş olunacaq aksiz markalarının sayını, növünü, təyinatını Xidmətlə razılaşdırır. Bundan sonra Maliyyə Nazirliyi tərəfindən aksiz markalarının qanunvericilikdə nəzərdə tutulmuş prosedurlara uyğun çapı barədə Azərbaycan Respublikasının İqtisadiyyat və Maliyyə Nazirlikləri arasında Razılaşma Protokolu imzalanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

9. İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Maliy yə Nazirliyi) iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, tütün məmulatlarının idxalı üçün nəzərdə tutulan ******* ədəd aksiz markasının sifariş edilməsi üçün rəyin və aksiz markalarının sifarişi üçün Razılaşdırma Protokolunun üçüncü şəxslə birgə hazırlanaraq imzalanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

10. Bakı İnzibati Məhkəməsinin 30 mart 2022-ci il tarixli, e-2-1(112)-5325/2022 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Gəncə inzibati Məhkəməsinə göndərilmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Belarus Respublikası Qrodno Dövlət Tütün Fabriki "xxxx" ASC ilə bağladığı müqaviləyə əsasən, həmin fabrikin istehsalı olan tütün məmulatlarının (tütündən hazırlanan filtrli siqaretlərin) alınara q idxal edilməsi üçün lazım olan aksiz markalarının sifarişi ilə bağlı Azərbaycan Respublikası Maliyyə Nazirliyinə xx.xx.2020-ci il tarixli məktubla müraciət etmişdir. Həmin müraciət əsasında aksiz markalarının sifariş edilməsi ilə bağlı Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə ******* ədəd aksiz markasının iddiaçı tərəfindən alınması üçün müvafiq olaraq Razılaşma Protokolunun və rəyin verilməsi ilə bağlı məktub göndərilsə də, Dövlət Vergi Xidməti tərəfindən heç bir əsas olmadan müvafiq rəyin və Razılaşma Protokolunun verilməsi təmin edilməmişdir. Qeyd olunan rəy və Razılaşma Protokolunun Maliyyə Nazirliyinə verilməsi üçün dəfələrlə müraciət edilsə də, Dövlət Vergi Xidməti tərəfindən iddiaçının müraci ətləri ilə bağlı heç bir qanuni əsas göstərilməmiş və məktubların cavablandırılması təmin edilməmişdir. Hansı ki, cavabdehin qanunsuz hərəkətsizliyi nəticəsində iddiaçı əhəmiyyətli dərəcədə maddi zərərlə üzləşmişdir. Cavabdeh tərəfindən edilən müraciətlə bağlı iddiaçının saxlanc anbarına baxış keçirilməklə ardıcıl olaraq 2 dəfə vergi yoxlaması da aparılmış və yoxlama nəticəsində iddiaçıya münasibətdə heç bir qanunsuzluğun aşkar edilməməsi ilə bağlı aktlar tərtib edilmiş, cavabdeh tərəfindən iddiaçı barəsində heç bir maliyyə sanksiyası və ya tələb qoyulmamışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli, 415 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikası Vergilər Nazirliyi haqqında Əsasnamə”də və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 48 nömrəli F ərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Maliyyə Nazirliyi haqqında Əsasnamə”də edilmiş dəyişikliklərə əsasən, aksiz markalarının hazırlanması üçün sifarişlər vermək, onların satışını və uçotunu təşkil etmək, habelə istehsalçıların və idxalçıların aksiz markaları ilə təchiz olunmasını təmin etmək vergi orqanlarının səlahiyyətinə aid edilmişdir. Qeyd olunan Fərmanın qüvvəyə mindiyi sonrakı müddətdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi ilə razılaşdırmaqla aksiz markalarının sifarişi və hazırlanması Azərbaycan Respublikası Maliyyə və İqtisadiyyat Nazirlikləri arasında bağlanmış Razılaşma Protokoluna əsasən aparılır. Buna görə də iddiaçı hesab edir ki, cavabdehin hərəkətləri qanunsuz olmuşdur.

12. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə cavabd eh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti əsl cavabdeh Dövlət Vergi Xidmətinin Aksizli və Markalanmalı Malların Dövriyyəsinə Nəzarət Baş İdarəsi ilə əvəz edilmişdir.

13. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin üçüncü şəxs qismində prosessual statusuna xitam verilərək cavabdeh qismində məhkəmə icraatına cəlb edilmiş, Dövlət Vergi Xidmətinin Aksizli və Markalanmalı Malların Dövriyyəsinə Nəzarət Baş İdarəsinin isə cavabdeh qismində prosessual statusuna xitam verilərək iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur.

14. Eyni zamanda birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının “tütün məmulatı idxalı üçün aksiz markalarının ve rilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddianın dəyişdirilməsi barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir.

15. Gəncə İnzibati Məhkəməsinin (hakim Fikrət Hüseynov) 04 oktyabr 2022-ci il tarixli, e-2-1(114)-1608/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, tütün məmulatı idxalı üçün İddiaçı MMC-yə aksiz markalarının verilməsi öhdəliyi Azərbaycan Respublikası Maliyyə Nazirliyinə həvalə edilmişdir.

16. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutları, tərəflərin izahatlarını qiymətləndirib müəyyən etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli, 414 və 415 nömrəli Fərmanlarının icrası məqsədilə Azərbaycan Respublikasının Maliyyə və İqtisadiyyat Nazirlikləri arasında Razılaşma Protokolları imzalanmışdır. İş materia llarına əlavə edilmiş Razılaşma Protokollarının məzmunundan görünür ki, idxalçıların aksiz markalarına olan tələbatlarına uyğun ölkəyə idxal edilən malların aksiz markalarının Maliyyə Nazirliyi tərəfindən hazırlanması (sifarişi) nəzərdə tutulmuşdur. Tütün məmulatı idxalı üçün İddiaçı MMC-yə aksiz markalarının verilməsi öhdəliyi Azərbaycan Respublikası Maliyyə Nazirliyinə həvalə edilməlidir.

17. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

18. İş üzrə apellyasiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi izahat verərək bildirmişdir ki, iddiaçının müraciəti əsasında cavabdeh tərəfindən 2020-ci ildə 125000 ədəd aksiz markası verilmiş, sonradan 2021-ci ildə hazırkı tələb üzrə, yəni ******* ədəd aksiz markasının verilməsinə dair müraciət olunmuşdur. Lakin uzun müddət keçməsinə baxmayaraq tələbləri icra olunmamış və buna dair hər hansı bir rəsmi məlumat verilməmişdir. Bundan başqa, iddiaçının müraciətindən sonra bir neçə Razılaşma Protokolu imzalanmış, lakin iddiaçıya aksiz markası təqdim edilməmişdir.

19. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Aygül İsgəndərova /sədrlik edən və məruzəçi/, Rəşad Mamedov və Azər Bayramov) 22 iyun 2023-cü il tarixli, 2-1(104)-93/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, i ddiaçının müraciətindən sonra cavabdehlə Dövlət Vergi Xidməti arasında Razılaşma Protokolunun bağlanması, həmin protokolların iddiaçıya aid olmaması və ya bu istiqamətdə ləngimələr subyektin gözlənilən hüququnun birbaşa məhdudlaşmasına gətirib çıxarır. İstər iş materiallarına əlavə edilən Maliyyə Nazirliyi ilə Dövlət Vergi Xidməti arasında yazışmalar, istərsə də məhkəmə icraatı zamanı verilmiş izahatlar iddiaçının aksiz markası ilə təmin olunması öhdəliyinin icrasına maneənin olmasını əks etdirir. Məhkəmə kollegiyası tərəfindən iddiaçının 3,8 milyon ədəd aksiz markasının sifariş edilməsi ilə bağlı rəyin verilməsi və Razılaşma Protokolunun hazırlanaraq imzalanmasına dair 2020-2021-ci il üzrə müraciətləri əsasında toplanmış bütün inzibati iş materiallarının təsdiqlənmiş surətinin məhkəmə ara şdırmasına təqdim olunması tələb olunsa da, inzibati orqanlar tərəfindən tələb edilən sənədlər təqdim edilməmiş, eyni məzmunlu məktubla cavab verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən inzibati icraat materiallarının təqdim edilməməsi iddiaçı tərəfindən 125000 aksiz markasının alınmasına dair müraciət və bununla bağlı inzibati icraat ilə ******* aksiz markasının alınmasına dair inzibati icraatın eynilik təşkil etməsi kimi qiymətləndirilməlidir. Digər tərəfdən, məhkəməyə təqdim olunmuş Razılaşma Protokollarında da konkret müraciət edən idxalçıların adı və ya hər hansı rekvizitləri qeyd olunmamış, tələbə uyğun say müəyyən edilməklə protokol imzalanmışdır. İnzibati orqan da həmin protokollarda iddiaçının müraciətinin nəzərə alınmamasını sübut edəcək hər hansı bir sənədi məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh, inzibati orqan olaraq “İnzibati icraat haqqında” Qanunun 13.2-ci maddəsinin tələbinə görə mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Cavabdehin inzibati praktikası yoxlanarkən müəyyən edilmişdir ki, 125000 aksiz markasının verilməsi zamanı toplanan sənədlərdə hər hansı protokol və ya digər sənəd aşkarlanmamış, iddiaçı tərəfindən təqdim olunmuş sənədlərdən əlavə sənəd tələb edilməmişdir. Hazırkı iş üzrə iddiaçı tərəfin daha əvvəl də realizə olunan hüququnun – aksiz markası ilə təmin edilmənin həyata keçirilməsi üçün cavabdeh inzibati orqana eyni qaydada müraciəti inzibati orqanın hərəkətsizliyi səbəbindən mümkün olmamışdır. Belə olan halda, iddiaçının tələbi əsaslı qiymətləndirilir və cavabdeh inzibati orqanın üzərinə aksiz markası ilə iddiaçının təmin edilməsi öhdəliyinin qoyulmasına dair birinci instansiya məhkəməsinin qərarı əsaslı hesab edilir.

21. Apellyasiya instansiyası məhkəməsi cavabdeh inzibati orqanın apellyasiya şikayətində qeyd olunan yalnız Maliyyə Nazirliyinin cavabdeh kimi tanınması səbəbindən birinci instansiya məhkəməsinin qərarının icrasının mümkün olmaması ilə bağlı dəlilinə münasibət bildirərək hesab etmişdir ki, hazırkı halda istər müvafiq maddi hüquq normalarından irəli gələrək, istərsə də praktiki fəaliyyət nəticəsində qərarın icrasını qeyrimümkün edəcək hal mövcud deyildir. Belə ki, hazırkı tələb üzrə Razılaşma Protokolunun bir tərəfi – Maliyyə Nazirliyi cavabdeh qismində qeyd edilmiş və aksiz markalarının uçotu, sifarişi və təmini məhz həmin inzibati orqanın səlahiyyətində olmuşdur. Digər tərəfdən, 125000 aksiz markanın verilməsi də səlahiyyətin məhz Maliyyə Nazirliyinə aid olmasını təsdiq etmişdir. Həmçinin iş materiallarına əlavə edilən daha əvvəl bağlanmış Razılaşma Protokollarının 1.3-cü bəndlərində aksiz markaları ilə təmin etmə Maliyyə Nazirliyinin səlahiyyəti kimi qeyd olunmuşdur. Razılaşma Protokolunun digər tərəfi olaraq Vergilər Nazirliyi (hazırda Dövlət Vergi Xidməti) məlumat və razılıq yazışmalarını həyata keçirməyə səlahiyyətlidir. Hazırkı halda Dövlət Vergi Xidmətinin Aksizli və Markalanmalı Malların Dövriyyəsinə Nəzarət Baş İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə mövcud və ya gözlənilən maraqları məhkəmə qaydasında qorunmuşdur.

22. Apellyasiya şikayətinin digər dəlili olaraq iddia tələbinin dəqiqləşdirilməs inə dair ərizə barədə cavabdeh inzibati orqanın məlumatının olmaması hissəsinə qiymət verən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırkı halda məhkəmə qərarı ilə qiymət verilən tələb-aksiz markalarının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasıdır. İlkin iddia tələbi ilə müqayisədə son olaraq icraata qəbul edilən tələb daha konkret olmuş və bilavasitə özündən əvvəlki məhkəmə iclaslarında və məhkəmə araşdırmasında müəyyən edilən halları ehtiva etmişdir. Həmçinin poçt göndərişinin verilməsi haqqında xəbərnamədən məlum olur ki, xx.xx.2022-ci il tarixli məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə rəsmi məlumat verilmiş, sonuncu nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir.

23. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və id dianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

24. Cavabdehin kassasiya şikayətinin dəlilləri onun apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. Əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə işi davam edərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 14 fevral tarixli 48 nömrəli qərarı ilə “Azərbaycan Respublikasında istehsal edilən, yaxud ölkəyə idxal olunan aksiz markası ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi, aksiz markalarının və məcburi nişanlamanın hazırlanması üçün sifarişin verilməsi, onların tətbiqi, satışı və uçotunun aparılması Qaydaları” təsdiq edilmiş və qüvvəyə minmişdir. Həmin Qa ydaların 6-cı hissəsində aksiz markalarının hazırlanması ilə bağlı sifarişin verilməsi və onların satışının yeni mexanizmi müəyyən edilmişdir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 yanvar 2001-ci il tarixli, 10 nömrəli qərarı ilə təsdiq edilmiş və 14 fevral 2023-cü il tarixədək qüvvədə olmuş “Aksiz tutulan mallara, o cümlədən idxal mallarına aksiz markalarının tətbiqi Qaydaları” 2.1. Azərbaycan Respublikasının Vergi Məcəlləsində qeyd olunan aksizli mallardan aşağıda göstərilən mallar (qablaşdırılmamış halda istisna olmaqla) aksiz markaları ilə markalanmalıdır: 2.1.4. tütün məmulatları. 4.1. Azərbaycan Respublikasının ərazisində istehsal olunan və ölkə ərazisinə idxal edilən, həmçinin müvafiq dövlət orqanları tərəfindən müsadirə olunmuş bu Qaydaların 2-ci bəndində göstərilən markalanmalı olan mallara (bundan sonra - markalanmalı mallar) aksiz markaları bu Qaydalarda göstərildiyi kimi tətbiq olunmalıdır. 4.4. Azərbaycan Respublikasının ərazisinə idxal olunan markalanmalı mallara (pivə istisna olmaqla) tətbiq edilən aksiz markaları həmin malların istehsalçıları və ya Azərbaycan Respublikasının hüdudlarından kənar onların satışında vasitəçilik fəaliyyətini həyata keçirən subyekt tərəfindən yapışdırılır. 4.10. Tütün məmulatının qutusundan asılı olaraq aksiz markası aşağıda göstərilən şəklində yapışdırılmalıdır: 4.10.1. tütün məmulatının qutusu bərk olduqda, aksiz markası onun arxa tərəfinə yapışdırılmalı və qapağın bir hissəsini yan tərəfin dən əhatə etməlidir: 4.10.2. tütün məmulatının qutusu yumşaq olduqda, aksiz markası onun üst tərəfinin mərkəz hissəsinə və hər iki tərəfin hissələrinə yapışdırılmalıdır. 27. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır.

17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 22.1. İnzibati orqanlar öz səlahiyyətlərini qərəzsiz olaraq həyata keçirməyə borcludurlar. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hal ları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

28. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutul muş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qə rarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

29. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

30. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

31. Məhkəmə kollegiyas ı iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.

32. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkə məsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

33. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

34. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya tütün məmulatının idxalı məqsədilə aksiz markalarının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya ins tansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

35. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

36. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

37. İşin apellyasiya instansiyası məhkəməs i tərəfindən müəyyən olunmuş hallarına görə, tütün məmulatlarının idxalı ilə məşğul olan İddiaçı MMC tərəfindən əvvəl də Azərbaycan Respublikasına tütün məmulatları idxal edilmiş və qeyd edilən idxal malları cavabdeh Maliyyə Nazirliyi tərəfindən aksiz markaları ilə təmin olunmuşdur. Belə ki, aksiz markası ilə təmin olunmaq üçün müraciət edən iddiaçı eyni inzibati orqan, yəni cavabdeh Maliyyə Nazirliyi tərəfindən xx.xx.2020-ci il tarixli, 449 nömrəli arayışdan da göründüyü kimi, dəyəri 6250 manat olan 125000 ədəd aksiz markası ilə təmin edilmişdir. Bundan sonra, iddiaçı aksiz markası ilə yenidən təmin edilməsinə dair müvafiq Razılaşma Protokolunun bağlanması üçün cavabdeh Maliyyə Nazirliyinə müraciət etmiş, sonuncu isə Dövlət Vergi Xidmətinə xx.xx.2021-ci il tarixli məktubla müraciət olundu ğunu, lakin bugünə kimi layihənin təqdim edilmədiyinə istinadən iddiaçının tələbinin təmin olunmasından imtina etmişdir.

38. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi ona tütün məmulatının idxalı üçün aksiz markalarının verilməsinə nail olmaqdan ibarətdir. 39. “Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli, 454 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə”də və 2009-cu il 9 fevral tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 20 dekabr 2018-ci il tarixli, 415 nömrəli Fərmanı ilə Maliyyə Nazirliyinin fəaliyyət istiqamətlərinə uyğun olaraq həyata keçirdiyi vəzifələrin sırasında n “aksiz markalarının hazırlanması üçün sifarişlər vermək, onların satışını və uçotunu təşkil etmək, habelə istehsalçıların və idxalçıların aksiz markaları ilə təchiz olunmasını təmin etmək” vəzifəsi çıxarılmış və həmin Fərmanla qeyd edilən vəzifə Vergilər Nazirliyinə həvalə edilmişdir. Qeyd edilən Fərmanın 4-cü hissəsinə əsasən, aksiz markalarının hazırlanmasını, satışını və uçotunun aparılmasını Azərbaycan Respublikası Vergilər Nazirliyinin təşkil etməsinə dair tənzimləmə qüvvəyə minənədək həmin vəzifələrin bu Fərman qüvvəyə mindiyi günədək mövcud olan normativ hüquqi aktların tələblərinə uyğun olaraq həyata keçirilməsi hər iki quruma tapşırılmışdır.

40. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikasının İqtisadiyyat Nazir liyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsi” təsdiq edilmişdir. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli, 1356-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli, 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 dekabr 2018-ci il tarixli, 414 nömrəli və “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respu blikasının 2019-cu il 29 noyabr tarixli, 1704-VQD nömrəli Qanununun tətbiqi və həmin Qanunun tətbiqi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikasının Prezidentinin 2019-cu il 25 dekabr tarixli, 902 nömrəli Fərmanlarının icrası məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən “Azərbaycan Respublikasında istehsal edilən, yaxud ölkəyə idxal olunan aksiz markası ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların siyahısı”, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi, aksiz markalarının və məcburi nişanlamanın hazırlanması üçün sifarişin verilməsi, onların tətbiqi, satışı və uçotunun aparılması Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərar layihəsi hazırlanaraq Azərbaycan Respubli kasının Nazirlər Kabinetinə təqdim edilmişdir. Qeyd edilən normativ hüquqi akt üzrə tənzimləmə qəbul edilənədək Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli, 414 və 415 nömrəli Fərmanlarının icrası məqsədilə Azərbaycan Respublikasının Maliyyə və İqtisadiyyat Nazirlikləri arasında Razılaşma Protokolları imzalanmışdır.

41. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli, 414 nömrəli və 415 nömrəli Fərmanlarının icrası məqsədi ilə Azərbaycan Respublikası Maliyyə və İqtisadiyyat Nazirlikləri arasında imzalanmış Razılaşma Protokollarına əsasən, aksiz markalarının sayının əsası qismində sahibkarlıq subyektlərinin Azərbaycan Respublikası Maliyyə Nazirliyinə təqdim etdikləri proqnoz məlumatları çıxış edir.

42. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin xx.xx. 2023-cü il tarixli məktubunda da qeyd edilmişdir ki, hazırda Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli, 415 nömrəli Fərmanının 4-cü hissəsinə uyğun olaraq Maliyyə Nazirliyi idxalçıların və istehsalçıların aksiz markasına olan tələbatları barədə təqdim etdikləri məlumatları İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə təqdim edir və sifariş olunacaq aksiz markalarının sayını, növünü, təyinatını Xidmətlə razılaşdırır.

43. Beləliklə, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli, 414 və 415 nömrəli Fərmanlarının icrası məqsədilə Azərbaycan Respublikasının Maliyyə və İqtisadiyyat Nazirlikləri arasında imzalanmış və iş materiallarına əlavə edilmiş Razılaşma Protokollarının məzmunundan görünür ki, idxalçıların aksiz markalarına olan tələbatların a uyğun ölkəyə idxal edilən malların aksiz markalarının Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən hazırlanması (sifarişi) nəzərdə tutulmuşdur.

44. Belə olan halda, iddiaçı ona tütün məmulatının idxalı üçün aksiz markalarının verilməsi öhdəliyinin cavabdeh Maliyyə Nazirliyinin üzərinə qoyulması barədə iddia tələbində haqlıdır.

45. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, cavabdehin istinad etdiyi dəlillər, eləcə də hüquqi tənzimləmənin qeyri-stabilliyi, iki inzibati orqan arasında müvafiq razılaşmaların və Razılaşma Protokollarının tərtibinin uzun zaman kəsiyində davam etməsi iddiaçının tələbinin təmin olunmasından imtina üçün yetərli əsas sayıla bilməz. Nəzərə almaq lazımdır ki, iddiaçının tütün məmulatlarının idxalı üçün aksiz markaları ilə təmin olunması barədə xx.xx.20 21-ci il tarixli müraciəti üzrə uzun müddət ərzində konkret və müəyyən tədbirin görülməməsi həm səmərəli idarəçilik prinsipi, həm də şəxsin hüququnun ağlabatan zaman çərçivəsində təmin olunması baxımından yolverilməzdir. Prinsip etibarı ilə şəxs hüquq və maraqlarının təmin olunması üçün inzibati orqan üzərindən dövlətə müraciət edir və həmin müraciətə hansı orqan tərəfindən baxılmasının onun üçün əslində hər hansı əhəmiyyəti yoxdur, çünki həmin şəxs müraciətinə cavabı məhz dövlətdən gözləyir. Şəxsin müraciətinə baxılmasına məsul olan qurumun təyin olunması və bununla bağlı səlahiyyət bölgüsü dövlət idarəçiliyinin təşkili məsələsidir və tamamən dövlətin məsuliyyət sferasına aiddir. Bu baxımdan inzibati orqanların qeyd olunan davranışının son nəticədə şəxsin dövlətə qarşı münasibətinin xarak terinə neqativ təsir etdiyi də nəzərə alınmalıdır.

46. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

47. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 iyun 2023-cü il tarixli, 2-1(104)-93/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar