Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-150/2025 30.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kameral vergi qərarının ləğvi, xx.xx.2022-ci il tarixədək dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrini icarə əsasında istifadə edən şəxslərə torpaq vergisinin hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 iyul 2024-cü il tarixli, 2-1(105)475/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********276000 nömrəli qərarına əsasən, kameral yoxlama nəticəsində iddiaçıya 2020-ci il üzrə 6300 manat əlavə torpaq vergisi hesablanmışdır.
2. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********275300 nömrəli qərarına əsasən, kameral yoxlama nəticəsində iddiaçıya 2021-ci il üzrə 6300 manat əlavə t orpaq vergisi hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********275300 nömrəli və xx.xx.2023-cü il tarixli, **********276000 nömrəli qərarların ləğv olunmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı dövlət qeydiyyatına alınmış “Namin” müəssisəsinin hüquq varisidir və hazırkı adını təsisçinin xx.xx.2011-ci il tarixli qərarına və xx.xx.2011-ci il tarixli dövlət qeydiyyatına əsasən almışdır. İddiaçının əsas fəaliyyət istiqaməti mişar daşı istehsalı və satışından ibarətdir, fəaliyy ət göstərdiyi ərazi Qaradağ rayonu “Sahil” əhəng daşı yatağında yerləşir. İddiaçı təsis edildiyi tarixdən etibarən “Sahil” əhəng daşı yatağında qanunvericiliklə tələb olunan müvafiq sənəd əsasında iki ayrı sahədə fəaliyyət göstərməklə istismar prosesi həyata keçirmişdir. Belə ki, Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli sərəncamı və aralarında bağlanmış xx.xx.1998-ci il tarixli müqavilə ilə iddiaçıya 10 il müddətinə 5 ha sahə ayrılmış, icarə müddəti 2008-ci ildə bitmiş, lakin müddət uzadılmamışdır. Həmçinin Abşeron rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 246 nömrəli qərarı ilə “Azad” kiçik müəssisəsinə ayrılmış 4,5 ha torpaq sahəsi “Namin” müəssisəsinin istifadəsinə verilmişdir. Mübahisələndirilən qərarlarla əlavə vergi məbləğinin hesablandığı dövrlərdə i ddiaçının istifadəsində olan 0,9 ha torpaq sahəsi qeyd edilən 4,5 ha torpaq sahəsinin tərkib hissəsi olmuşdur. Qalan hissə uzun müddət əvvəl istismar edilmişdir. Mişar daşı istehsalı aparılmış sahənin bərpası və ya təkrar istismarı mümkün deyil, ehtiyat tükəndikdə sahə tərk edilir. Bununla bağlı cavabdehə təqdim edilmiş 5GK statistik balans hesabatında əvvəlki illər üzrə istismar nəticəsində ehtiyatın tükəndiyi göstərilsə də, cavabdeh hesabatın həmin hissəsini nəzərə almamış, torpaq sahəsinin ölçüsü ilə bağlı hissəyə əhəmiyyət vermişdir. Göründüyü kimi, hazırkı iddia tələbi üzrə mübahisələndirilən qərarlarla iddiaçıya əlavə vergi məbləği 5 ha torpaq sahəsinə görə hesablanmışdır. Bu isə, işin yuxarıda sadalanan hallarına ziddir və qanunsuzdur.
5. Cavabdehin iddiaya qarşı etirazı onunla əs aslandırılmışdır ki, uçot-baza məlumatlarına əsasən mülkiyyətində və ya istifadəsində 50000 kv.m torpaq sahəsi olmasına baxmayaraq, iddiaçı tərəfindən 2020-ci il üçün torpaq vergisinin bəyannaməsi təqdim edilməmişdir. Yaranmış kənarlaşma üzrə 7200 manat torpaq vergisinin hesablanması nəzərdə tutulmuşdur. Bununla bağlı iddiaçıya xx.xx.2020-ci il tarixli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktub göndərilmiş, məktuba qanunvericilikdə müəyyən olunmuş müddətdə cavab verilmədiyindən “Vergilərin hesablaması barədə” xx.xx.2020-ci il tarixli, **********097000 nömrəli qərarla iddiaçıya 7200 manat vergi hesablanmışdır. İddiaçının həmin qərardan verdiyi inzibati şikayət Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli, **********916200 nömrəli qərarı ilə təmi n edilməmiş və həmin qərarda iddiaçının digər hesabat dövrləri üzrə torpaq vergisi öhdəliyinin müəyyən edilməsi məqsədilə kameral vergi yoxlamasının keçirilməsi məsələsinə baxılması tapşırılmışdır. İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə 2020-ci il torpaq vergisi bəyannaməsi üzrə dəqiqləşdirilmiş bəyannamə təqdim edilərək, əlavə 2 bölməsində 10000 kv.m torpaq sahəsi bəyan edilməklə 1000 manat və xx.xx.2023-cü il tarixdə dəqiqləşdirilmiş bəyannamə təqdim edilərək, əlavə 2 bölməsində 9000 kv.m torpaq sahəsi bəyan edilməklə 900 manat vergi məbləği göstərilmişdir. Dövlət Vergi Xidməti tərəfindən “İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********916200 nömrəli və “İnzibati şikayətin baxılmamış saxlanılması haqqında” xx.xx.2022-ci il tarixli, **********956100 nömrəli qərarlar qəbul edildiyindən, hesablanmış vergi məbləğləri bərpa edilmiş və iddiaçıya xx.xx.2023-cü il tarixli **********391200 nömrəli və xx.xx.2023-cü il tarixli **********276000 nömrəli elektron kameral hesablama barədə qərarlar göndərilmişdir. Verdiyi inzibati şikayət üzrə araşdırma zamanı iddiaçı tərəfindən bildirilmişdir ki, Abşeron rayon Qobu Qoyunçuluq sovxozu ilə aralarında bağlanmış xx.xx.1998-ci il tarixli və xx.xx.2003-cü il tarixli icarə müqavilələrinə əsasən Abşeron rayonu, Qobu qəsəbəsində 31 saylı “Çuxur Ağıl” adlanan qış otlağı sahəsində yerləşən “Sahil” əhəngdaşı yatağının 5 hektar torpaq sahəsi onun icarəsinə verilsə də, o, faktiki olaraq 1 hektar torpaq sahəsindən istifadə edir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşf iyyat Xidmətinin xx.xx.2020-ci il tarixli məktubuna qoşma olaraq əlavə edilmiş 5GK statistik balans hesabatında da iddiaçının “Sahil” əhəngdaşı yatağında istifadəsində 5 hektar torpaq sahəsinin olması barədə məlumat əks etdirilmişdir. Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli məktubunda iddiaçının Qaradağ rayonunun inzibati ərazisində yerləşən “Sahil” daş yatağında fəaliyyət göstərdiyi, Qaradağ rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya torpaq sahəsinin ayrılması ilə bağlı sərəncam, icarə müqaviləsinin verilmədiyi bildirilmişdir. Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli məktubda iddiaçı ilə dövlət torpaqlarının icarəyə verilməsi ilə bağlı icarə müqaviləsinin bağlanmadığı bildirilmişdir. Əmlak Məsələləri Dövlət Xidmətindən daxil olmuş məktubda iddiaçının adına qeydiyyata alınmış daşınmaz əmlakın aşkar edilmədiyi bildirilmişdir.
6. Sumqayıt İnzibati Məhkəməsinin (hakim: Vəfa Əzizova) 29 yanvar 2024-cü il tarixli, 2-1(118)-754/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən aparılmış inzibati icraat materialları ilə iddiaçının istifadəsində 5 ha torpaq sahəsinin olması öz təsdiqini tapmışdır. Belə ki, Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli məktubda iddiaçının Qaradağ rayonunun inzibati ərazisində yerləşən “Sahil” daş yatağında fəaliyyət göstərdiyi, Abşeron rayonu Qobu Qoyunçuluq sovxozu ilə arasında bağlanmış xx.xx.1998-ci il və xx.xx.2003cü il tarixli icarə müqavilələrinə əsasən “Sahil” əhəngdaşı yatağının 5 ha hissəsinin iddiaçıya icarəyə verildiyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin xx.xx.2020-ci il tarixli məktubuna əlavə edilmiş 5GK statistik balans hesabatında iddiaçının “Sahil” əhəngdaşı yatağında istifadəsində 5 ha torpaq sahəsinin olması barədə məlumatın əks olunduğu müəyyən edilmişdir.
8. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
9. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Zaur Məmmədov /sədrlik edən və məruzəçi/, İsmayıl Quliyev və Gülnar Cabbarova) 11 iyul 2024-cü il tarixli, 2-1(105)-475/2024 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti tə min edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, 5 ha torpaq sahəsinin istifadə olunmaması, hazırda hasilat sahəsinin azalması səbəbindən vergi məbləğinin yalnız faktiki istifadə olunan sahəyə hesablanmalı olması ilə bağlı iddiaçının dəlilləri əsassızdır. Belə ki, Vergi Məcəlləsinin 203.1-ci maddəsinə əsasən, torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya torpaqdan icarə və ya digər əsaslarla istifadə edən şəxslərin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyyə şəklində hesablanır.
11. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. KAS SASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
12. İddiaçının kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
14. Azərbaycan Respublikasının Konstitusiyası Maddə
73. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz.
15. Respublikasının Vergi Məcəlləsi Maddə 3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdiril məsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 16.1 və 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Maddə 24.1.1 və 24.1.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödə nilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edi lmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Maddə 203.1 (xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyada). Torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya istifadəçilərinin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyyə şəklində hesablanır. Maddə 203.1 (xx.xx.2022-ci il tarixdən qüvvədə olan redaksiyada). Torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya torpaqdan icarə və ya digər əsaslarla istifadə edən şəxslərin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyyə şəklində hesablanır. Maddə 204 (xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyada). Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində torpaq sahələri olan fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir. Maddə 204 (xx.xx.2022-ci il tarixdən qüvvədə olan redaksiyada). Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində torpaq sahələri olan, o cümlədən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrini icarə və digər əsaslarla istifadə edən fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir. Maddə 205 (xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyada). Fiziki şəxslərin və müəssisələrin Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində olan torpaq sahələri vergitutma obyekti sayılır. Maddə 205 (xx.xx.2022-ci il tarixdən qüvvədə olan redaksiyada). Fiziki şəxslərin və müəssisələrin Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində olan torpaq sahələri vergitutma obyekti sayılır. Maddə 207.1. Aşağıdakı torpaqlar torpaq vergisinə cəlb edilmir: 207.1.2. Dövlət hakimiyyəti orqanlarının, büdcə təşkilatlarının və yerli özünü idarəetmə orqanlarının, Azərbaycan Respublikası Mərkəzi Bankının və o nun qurumlarının, dövlətin adından yaradılan publik hüquqi şəxslərin (sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunan torpaqlar istisna olmaqla), habelə Azərbaycan Respublikasının Dövlət Neft Fondunun mülkiyyətində və ya istifadəsində olan torpaqlar; Maddə 208.2 (xx.xx.2024-cü il tarixədək qüvvədə olan redaksiyada). Torpaq vergisini müəssisələr torpaq sahələrinin ölçüsünə və torpaq vergisinin dərəcələrinə əsasən illik olaraq hesablayır və mayın 15-dən gec olmayaraq hesablamalar vergi orqanına verirlər. Maddə 208.2 (xx.xx.2024-cü il tarixdən qüvvədə olan redaksiyada). Torpaq vergisini müəssisələr torpaq sahələrinin ölçüsünə və torpaq vergisinin dərəcələrinə əsasən illik olaraq hesablayır və hesabat ilindən sonrakı il yanvarın 31-dən gec olmayaraq bəyannaməni vergi orqanına verirlər. Hüquqi şəxs və ya qeyri-rezident hüquqi şəxsin daimi nümayəndəliyi ləğvetmə balansını qeydiyyat orqanına təqdim etdiyi tarixdən 30 gün müddətində torpaq vergisi bəyannaməsini vergi orqanına təqdim etməyə borcludur.
16. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 50.1. Torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. Torpağın istifadəyə verilməsinə görə torpaq vergisindən başqa haqq alınmır. Maddə 51.1. Torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. Maddə 99.
1. Torpağın icarə haqqı torpaqdan müddətli istifadəyə görə icarəçinin icarəyəverənə ödədiyi vəsaitdir. Maddə 99.2. İcarəyəverən torpaq vergisi tədiyyəçisi olduqda, torpaq vergisi icarə haqqın ın tərkibinə daxil edilir. İcarəyəverən torpaq vergisi tədiyyəçisi olmadıqda, icarə haqqının tərkibində torpaq vergisi nəzərə alınmır. 17. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidmət i vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Maddə 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Maddə 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır.
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmu ş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya ş ikayəti əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəyə dair işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, iş üzrə müəyyən olunmuş halların və həmin hallara dair sübutların qiymətləndirilməsində və bunun üzərindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının təfsirində və tətbiqində səhvə yol verilmişdir. Bu səbəbdən şikayət təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı işin müəyyən olunmuş hallarına münasibətdə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz və əsassız sayılmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin olunmalıdır.
22. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini və iddianın təmin olunmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
23. Hazırkı mübahisəyə dair iş üzrə iddiaçının hüquqi marağı və məqsədi ona münasibətdə cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********275300 nömrəli və xx.xx.2023-cü il tarixli, **********276000 nömrəli qərarların ləğv edilməsinə nail olmaqdan ibarətdir.
24. Mübahisəyə dair işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçının fəaliyyəti mişar daşı istehsalı olmuşdur. Sözügedən qərarlarla iddiaçıya 2020-2021-ci illər üzrə əlavə torpaq vergisi hesablanmışdır. Cavabdeh kameral qaydada torpaq vergisi hesablayarkən iddiaçının istifadəsində 5 ha torpaq sahəsinin olmasına istinad etmişdir.
25. İddi anı təmin edən birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən aparılmış inzibati icraat materialları ilə iddiaçının istifadəsində 5 ha torpaq sahəsinin olması öz təsdiqini tapmışdır. Apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşmışdır.
26. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, işə baxan aşağı instansiya məhkəmələri iddiaçı tərəfindən təqdim olunmuş və iş üzrə materiallara əlavə olunmuş sənədləri yetərincə və hərtərəfli araşdırmamış, həmçinin iddiaçıya 2020-2021-ci illər üzrə torpaq vergisinin hesablanmasının qanunauyğunluğunu Vergi Məcəlləsinin 204-205-ci maddələrinin həmin dövrdə qüvvədə olan redaksiyasının tələbləri baxımından qiymətləndirməmişdir.
27. Belə ki, Vergi Məcəlləsinin qeyd edilən dövrdə qüvvədə o lan həmin normalarına əsasən Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində torpaq sahələri olan fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləri sayılırdılar. Eləcə də həmin şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələri vergitutma obyekti hesab olunurdu.
28. Yəni həmin normalarda icarədə olan torpaq sahələrinin vergitutma obyekti olduğu, eləcə də icarələrində torpaq sahəsi olan şəxslərin torpaq vergisinin ödəyiciləri olduğu birbaşa təsbit edilməmişdi.
29. Torpaq Məcəlləsinin bu qərarın 16-cı bəndində istinad edilən normalarından görünür ki, qanunverici torpağın istifadəyə və ya icarəyə verilməsini, həmçinin istifadə və ya icarə zamanı torpaq vergisinin alınması qaydasını bir-birindən fərqləndirmiş, icarəyəverən torpaq vergisi tədiyy əçisi olmadıqda (Vergi Məcəlləsinin 207.1.2-ci maddəsinə əsasən), icarə haqqının tərkibində torpaq vergisinin nəzərə alınmadığını təsbit etmişdir.
30. Yuxarıda istinad edilən maddi hüquq normalarının birgə təfsiri baxımından qeyd olunmalıdır ki, Vergi Məcəlləsinə xx.xx.2021-ci il tarixli, 406-VİQD nömrəli Qanunla edilmiş dəyişikliklərin qüvvəyə mindiyi xx.xx.2022-ci il tarixədək dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrini icarə əsasında istifadə edən fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləri hesab edilmirdilər. Başqa sözlə, xx.xx.2022-ci il tarixədək icarədə olan dövlət və bələdiyyə torpaqları vergitutma obyekti olmamışdır.
31. Hazırda mübahisələndirilən kameral qərarlarla isə iddiaçıya icarəçisi olduğu dövlət torpağına görə 2020-2021-ci illər üzrə torpaq ver gisi hesablanmışdır ki, bu da, Vergi Məcəlləsinin 204-205-ci maddələrinin həmin dövrdə qüvvədə olan redaksiyasının tələblərinə uyğun deyildir.
32. Nəzərə alınmalıdır ki, qanunçuluq prinsipi inzibati orqanların qəbul etdikləri qərarların, həyata keçirdikləri tədbirlərin (fəaliyyətin) qanunlara zidd (“contra legem”) olmamasını və qanunla nəzərdə tutulmayan (“praeter legem”) tədbirlərin həyata keçirilməməsini ehtiva etməklə yanaşı, həm də inzibati fəaliyyətin qanun əsasında (“secundum legem”) həyata keçirildiyini də əhatə edir. Beləliklə, inzibati orqanların fəaliyyəti ancaq o zaman qanunauyğun hesab edilir ki, onların öz fəaliyyətini həyata keçirərkən istifadə etdikləri səlahiyyətlərin qanuni əsasları mövcud olsun.
33. Cavabdeh mübahisələndirilən kameral qərarları qəbul edərkən qanunçuluq pr insipinin tələblərini pozmuş, vergi hesablanan dövrdə qüvvədə olan qanunla nəzərdə tutulmadığı halda, icarəyə verilmiş torpaq sahəsinə münasibətdə iddiaçının üzərinə vergi öhdəliyi qoymuşdur.
34. Cavabdeh həmin məzmunda qərarları xx.xx.2022-ci il tarixdən qüvvəyə minən normaya əsasən də qəbul edə bilməzdi. Belə ki, bu yanaşma qanunun retroaktiv tətbiqi nəticəsini yaradar və Konstitusiyanın 149-cu maddəsinə zidd olardı.
35. Kassasiya instansiyası məhkəməsinin analoji faktiki hallara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi qərarlarda (bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-12/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-753/2024 nömrəli qərarları) məhz yuxarıda qeyd olunan məzmunda hüquqi mövqe ifadə olunmuşdur.
36. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq həm də qeyd edir ki, vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin, o cümlədən, vergi yoxlamalarından və sahibkarlıq fəaliyyətinə nəzarət funksiyalarından aidiyyəti orqanlar tərəfindən sui-istifadə olunması hallarının qarşısının alınmasından və bunun üzərindən azad sahibkarlıq mühitinin təşəkkül tapmasına şərait yaradılmasından ibarətdir. Vergi orqanları öz fəaliyyətlərində vergi qanunvericiliyinin həmin məqsədlərini nəzərə almağa borcludurlar.
37. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin olunmalıdır.
38. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 iyul 2024-cü il tarixli, 2-1(105)-475/2024 nömrəli qərarı ləğv edilir, iş üzrə yeni qərar qəbul edilir. İddia təmin edilir. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********275300 nömrəli və xx.xx.2023-cü il tarixli, **********276000 nömrəli qərarları ləğv edilir. Qərar qətidir.