Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1500/2019 15.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARDAD GİRİŞ HİSSƏ: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı 1 saylı Ərazi İdarəsinə qarşı (X3 üçüncü şəxs olmaqla) fərdi yaşayış evinə dair iddiaçının adına reyestrdən çıxarışın və texniki pasportun verilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2401/2018 nömrəli, 09 oktyabr 2018-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə (buraxılmış prosessual müddətin bərpası barədə ərizəyə) Ali Məhkəmənin binasında, 15 may 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı (bundan sonra – iddiaçı və ya ərizəçi) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dai r texniki pasportun tərtib edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2927/2018 nömrəli, 24 iyul 2018-ci il tarixli qərardadı ilə (R.L.Kərimli) iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apelyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2401/2018 nömrəli iş üzrə 09 oktyabr 2018-ci il tarixli qərardadı ilə (sədrlik edən: K.N.Abiyeva, hakimlər: M.N.Tağızadə və Ü.A.Mayılov) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsinin həmin qərardadından iddiaçı tərəfin dən kassasiya şikayəti və şikayətin verilməsi üçün buraxılmış müddətin bərpası barədə ərizə verilmişdir. Ərizənin dəlilləri: İddiaçı bildirir ki, o, Bakı Apelyasiya Məhkəməsinin qərardadını əldə etdikdən sonra ondan kasasiya şikayəti vermək üçün dövlət hesabına vəkillə təmin olunması barədə ərizə ilə məhkəməyə müraciət etmiş, apelyasiya instansiya məhkəməsinin 18 dekabr 2018-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2401 /2018 saylı, 09 oktyabr 2018-ci il tarixli qərardadından onun kassasiya şikayəti verməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilməsi vəzifəsi Azərbaycan Respublikası Vəkillər X1 həvalə edilmişdir. Həmin qərardad 20 dekabr 2018-ci il tarixli qoşma məktubla icra edilmək üçün Azər baycan Respublikası Vəkillər X1 göndərilmiş, 27 dekabr 2018-ci il tarixində həmin qərardadın icrası məqsədilə vəkil orderi yazılmışdır. Yəni, onun hazırki iş üzrə kassasiya şikayəti vermək imkanı faktiki olaraq vəkillə təmin edildiyi andan - 27 dekabr 2018-cı il tarixindən yaranmışdır. Buna görə də prosessual müddətin buraxılmasının səbəbi üzrlü olduğundan həmin müddət məhkəmə tərəfindən bərpa edilməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları: İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün işə Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq onun izahatı dinlənilmədən baxılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış inzibati məhkəmə icraatının digər iştirakçıları (cavabdeh və üçüncü şəxs) məhkəmə kollegiyasının iclasında t əmsil olunmamışlar. Buna baxmayaraq məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişində iclasda iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə əsassızdır. Belə ki, Azərbaycan Respublikası İPM-nin 94.1-ci maddəsinə əsasən, kassasiya şikayəti məhkəmə qərardadının təqdim olunduğu gündən 10 (on) gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. İş materiallarından görünür ki, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiya sının 09 oktyabr 2018-ci il tarixli qərardadı 16 noyabr 2018-ci il tarixə müvafiq qəbzə imza edilməklə ərizəçiyə təqdim olunmuşdur.(iş vər 121) Bundan sonra, 22 noyabr 2018-ci il tarixdə iddiaçı ərizə ilə Bakı Apelyasiya Məhkəməsinə müraciət edərək, apelyasiya instansiya məhkəməsinin qərardadından kassasiya şikayəti verilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunmasını xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2401/2018 nömrəli iş üzrə 18 dekabr 2018-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, 20 dekabr 2018-ci il tarixdə qərardad icra edilməsi üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilmiş, 27 dekabr 2018-ci il tarixdə Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili X2 iddiaçıya hüquqi yardım göstərilməs i üçün order yazılmışdır. İddiaçı və onun vəkili tərəfindən tərtib olunmuş kassasiya şikayəti isə 15 fevral 2019-cu il tarixdə məhkəməyə daxil olmuşdur. Göründüyü kimi, iddiaçının kassasiya şikayəti verilməsi üçün qanunvericiliklə nəzərdə tutulan 10 günlük müddəti ötürməsi mübahisəsizdir. İddiaçı müddəti ötürməsini özü də etiraf etmiş, müddətin ötürülməsinin üzrlü səbəbdən baş verməsini bildirmişdir. O, bilildirmişdir ki, müddətin axımı vəkil təyin edilən andan, yəni 27 dekabr 2018-ci il tarixdən hesablanmalıdır. Qeyd olunmalıdır ki, iddiaçının apelyasiya instansiya məhkəməsinin qərardadından şikayət vermə müddətinin axımı 27 dekabr 2018-ci il tarixdən, yəni iddiaçıya hüquqi yardım göstərilməsi üçün vəkilə order yazıldığı andan hesablansa belə, şikayət 15 fevral 2019-cu il tarixdə təqdim o lunduğundan onun verilməsi üçün qanunda nəzərdə tutulmuş 10 ( on) günlük müddət ötürülmüşdür. Azərbaycan Respublikasının İPM-nin 24.1 və 24.2-ci maddələrinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. İddiaçı müddətin ötürülməsinin üzrlü səbəblərdən baş verməsini sübut edə və əsaslandıra bilmədiyindən məhkəmə kollegiyası hesab edir ki, müddət üzrsüz səbəbdən buraxılmışdır. Ona görə də müddətin bərpa edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2007-ci il 13 fevral tarixli qərarında prosessual müddətlərlə bağlı qaydaların əhəmiyyəti barədə qeyd edilmişdir ki, imperativ xarakterə malik prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı riayət edilməsi vacib şərtlərdən biridir. Avropa İnsan Hüquqları Məhkəməsi "Miraqall Eskolano və digərləri İspaniyaya qarşı" iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, "atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar". Avropa İnsan Hüquqları Məhkəməsinin "Staqno Belçikaya qarşı" iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında qeyd olunur ki, iddia müddətləri iddiaçılar üçün son tarix müəyyən etməklə, potensial cavabdehləri gecikdirilmiş şikayətlərdən qorumaqla və məhkəmələr tərəfindən vaxtın ötdüyünə görə qeyri-müəyyən, natamam sübutlara əsaslanmaqla qarar çıxarılmasının qarşısını almaqla hüquqi müəyyənliyi təmin etmək məqsədi daşıyır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatəti əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Re spublikasının İPM-nin 96.2-ci maddəsinə əsasən, Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Həmin Məcəllənin 96.3-cü maddəsinə əsasən, kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İPM-nin 96.2, 96.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2401/2018 nömrəli iş üzrə 09 oktyabr 2018-ci il tarixli qərardadından kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpası barədə İddiaçı vəsatəti təmin edilməsin. İddiaçı kassasiya şikayəti üzrə kassasiya icraatı mümkün sayılmasın və kassasiya şikayətinin qəbulundan imtina edilsin.
Məhkəmə qərarları › İş №2-1(102)-1500/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1500/2019
15.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver