Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1500/2020 16.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergilərin hesablanması barədə qərarın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), X4 və X2 ibarət tərkibdə, İddiaçının vəkili Vəkil1, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci i l 28 fevral tarixli 2-1(103)-393/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdehin xx xxxxx 2019-cu il tarixli **********88500 nömrəli “Vergilərin hesablanması barədə” qərarı ilə iddiaçıya 237.951,68 manat məbləğində vergi borcu hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı 2019-cu il 06 avqust tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin xx xxxxx 2019-cu il tarixli, **********548500 saylı qərarının ləğv olunmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən iddiaçının fəaliyyəti çoxmərtəbəli bina tikintisi ilə məşğul olan sahibkarlıq fəaliyyəti kimi qəbul edilmiş, onun hesabında kameral vergi yoxlaması aparılmış, bu əsasla iddiaçının hərəkəti sadələşdirilmiş vergi bəyannaməsi təqdim etmədiyindən vergidən yayınma halı kimi qiymətləndirilmiş, ona xx xxxxx 2019-cu il tarixli **********88500 nömrəli “Vergilərin hesablanması barədə” qərarla 237.951,68 manat məbləğində vergi borcu hesablanmışdır. Vergi əməkdaşları tərəfindən yanlışlığa yol verilmiş, şəxsi ehtiyacları üçün tikilmiş çoxmənzilli yaşayış evi dörd mərtəbəli olduğundan, kommersiya məqsədi üçün tikilmiş bina kimi qəbul edilmiş, buna görə də düzgün olmayan nəticə çıxarılmışdır. Bununla da vergi orqanı əməkdaşları həm də vergi qanunvericiliyinin tələblərini pozmuşlar. Belə ki, iddiaçı Bakı şəhər İcra Hakimiyyəti başçısının xx xxxx 2017-ci il tarixli, 314 saylı sərəncamına əsasən xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 1 saylı fərdi yaşayış evini sökərək yerində təqdim etdiyi layihəyə əsasən yeni müasir üslubda dörd mərtəbəli çoxmərtəbəli yaşayış evi tikmişdir. Qeyd olunan sərəncamla ona söküntü aparılan ərazidə çoxmənzilli dörd mərtəbəli yaşayış evinin tikintisinə icazə verilmişdir. Fərdi yaşayış evinin tikintisinə 2017-ci ilin avqust ayında başlanmış və hazırda tamamlama işləri görülür. Tikinti layihəsinə uyğun olaraq bütün işlər görüldükdən sonra çoxmənzilli yaşayış evinə Bakı şəhəri Suraxanı RİH-in “Evlərin hüquqi qeydiyyata alınması komissiyası” tərəfindən istismara qəbul olunmasına dair müvafiq akt verildikdən sonra yaşayış evinə AR ƏMDK yanında DƏDRX-dən mülkiyyət hüququnun dövlət qeydiyya tına alınması barədə reyestrdən çıxarış alınacaqdır. İddiaçı tərəfindən tikinti aparılması ilə bağlı heç bir qanun pozuntusuna yol verilməmişdir. Əvvəla iddiaçı əvvəllər başqa sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, bununla bağlı xx xxxxxx 2017-ci il tarixdə VÖEN ********** almışdır. Bir müddət ticarət fəaliyyəti ilə məşğul olmuş, lakin bu istiqamətdə biznes uğurları əldə edə bilmədiyindən 2017-ci ilin oktyabr ayında sahibkarlıq fəaliyyətini dayandırmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.37, 33.3, 33.4, 33.5, 218.1.3-cü maddələrinin tələblərindən görünür ki, əhalinin ehtiyaclarının və kommersiya məqsədləri üçün tikinti fəaliyyəti ilə məşğul olan fiziki və ya hüquqi şəxslər sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər sayılmaqla apardıqları tikintiyə görə sadələşd irilmiş vergi ödəməlidirlər. İddiaçı isə, belə bir fəaliyyətlə məşğul olmamış, özünün şəxsi ehtiyacları üçün çoxmənzilli fərdi yaşayış evi tikmiş, onun fəaliyyəti Vergi Məcəlləsinin 218.1.3-cü maddəsində qeyd olunmuş bina tikintisi fəaliyyətini əhatə etmir. Ona görə də həmin maddələrin tələbləri onun fəaliyyətinə tətbiq edilməməlidir. Bundan başqa, vergi əməkdaşları heç bir əsas olmadan iddiaçının fəaliyyətini dayandırdığı VÖEN-i özbaşına bərpa etmiş və qanunsuz olaraq bu VÖEN-ə əsasən onun şəxsi ehtiyacları üçün tikdiyi yaşayış evini sahibkarlıq fəaliyyəti kimi qiymətləndirmiş, onun hesabına 237.951,68 manat məbləğində vergi borcu hesablamışlar. Eləcə də, cavabdeh tərəfindən vergi borcunun hesablanmasının əsaslarına dair heç bir qanunvericiliklə müəyyən edilmiş sənəd iddiaçıya təqdim ed ilməmişdir. Qeyd olunan vergi borcunun hesablanmasına dair müvafiq sənədlərin iddiaçıya təqdim edilməsi ilə bağlı Departamentə sorğu verilmiş, lakin sorğuya cavab verilməmişdir. Vergi orqanı tərəfindən kameral vergi yoxlaması aparılması üçün iddiaçıdan zəruri sənədlər tələb edilməmiş, hansı əsasla və istinadla yoxlama aparılması ona məlum deyil. Yoxlamanın aparılmasında iddiaçı, onun nümayəndəsi iştirak etməmiş, yoxlamanın nəticələrinə dair akt və borcun hesablanması barədə qərar ona təqdim olunmamışdır. Faktiki olaraq, iddiaçının inşa etdiyi dördmərtəbəli çoxmənzilli yaşayış evi satış üçün, başqaları üçün inşa edilməmiş, o, tikinti məqsədlərinə müvafiq olaraq özünə çoxmənzilli yaşayış evi inşa etmişdir. Həmin yaşayış evindəki mənzillərdən hər hansı bir satışın aparılmasına dair heç bir rə smi sənəd yoxdur. İddiaçı üçün əlverişsiz olan xx xxxxx 2019-cu il tarixli **********88500 nömrəli “Vergilərin hesablanması barədə” qərar əsaslandırılmamış, işin faktiki və hüquqi halları, qərarda bu halları təsdiq edən və ya rədd edən sübutlara istinad olunmamış, vergi qanunvericiliyinin pozulmasının nədən ibarət olması, tələb olunan vergi borcunun hansı qaydada hesablanması əks olunmamışdır. Bununla da vergi orqanı tərəfindən iddiaçının hüququna müdaxilə edilmişdir. Cavabdeh tərəfindən qərar qəbul edilərkən Vergi Məcəlləsinin 37.2-ci maddəsinin, həmçinin Azərbaycan Respublikası Prezidentinin x xxxxxx 2016-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin 7-ci bəndinin tələbləri pozulmuşdur. Cavabdehin etirazları:
4. Cavabde h iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının səlahiyyətlərinə aid edilmişdir. İddiaçı 2017-ci ilin 3-cü rübü üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi üzrə kameral vergi yoxlaması ilə hesablanmış verginin tərkibi araşdırılmışdır. Aparılmış araşdırmalar nəticəsində vergi ödəyicisi tərəfindən ünvan 2 ünvanında ümumi sahəsi 2.233,14 kv.m olan binanın 2017-ci ilin 3-cü rübündə təməlqoyma işlərinə başlanmasına baxmayaraq, Vergi Məcəlləsinin 218-ci maddəsinə əsasən həmin hesabat dövrü üzrə bina tikin tisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi təqdim edilməmişdir ki, bu da vergidən yayınma halı kimi qiymətləndirilmişdir. Vergi Məcəlləsinin 219.3-cü maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün, dövlətə ayrılan hissə istisna olmaqla, tikilən binanın yaşayış və qeyri-yaşayış sahələri, o cümlədən təqdim edilmək üçün ayrıca tikilən fərdi, şəxsi yaşayış və bağ evlərinin sahələri vergitutma obyektidir. Bu maddənin məqsədləri üçün tikilən binanın hər mərtəbəsinin ümumi sahəsi vergitutma obyektidir. Vergi Məcəlləsinin 220.8-ci maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün sadələşdirilmiş vergi bu Məcəllənin 219.3-cü maddəsində göstərilən vergitutma obyektinin hər kvadratmetri üçün 45 manat olmaqla, bu maddə ilə müəyyən edilmiş qaydada hesablanır. Eyni zamanda, Vergi Məcəlləsinin 220.8-1-ci maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün tikilən binanın qeyri-yaşayış sahələri üzrə sadələşdirilmiş vergi, habelə bu Məcəllənin 218.4.3-cü maddəsində göstərilən şəxslər üçün binaların qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə sadələşdirilmiş vergi bu Məcəllənin 220.8-ci maddəsi ilə hesablanmış məbləğə 1,5 əmsal tətbiq edilməklə hesablanır. Qeyd olunanlara əsasən vergi ödəyicisinə xx xxxxxxx 2018-ci il tarixdə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və müvafiq sənədlərin vergi orqanına təqdim edilməsi bildirilmişdir. Lakin vergi ödəyicisi tərəfindən müvafiq sənədlər vergi orqanına təqdim e dilmədiyindən, xx xxxxxx 2018-ci il tarixdə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi üzrə 2017-ci ilin 3-cü rübü üçün 176.167,58 manat əlavə vergi məbləği hesablanmış və hesablama ilə bağlı vergi ödəyicisinə xx xxxxxx 2018-ci il tarixli **********957600 nömrəli “Vergilərin hesablanması barədə” qərar göndərilmişdir. Lakin vergi ödəyicisi tərəfindən müvafiq sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi vergi orqanına təqdim edilmədiyindən, x xxxxx 2019-cu il tarixdə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi üzrə 2017-ci ilin 3-cü rübü üçün 61.784,1 manat əlavə vergi məbləği hesablanmış və hesablama ilə bağlı vergi ödəyicisinə x xxxxx 2019-cu il tarixli **********548500 nömrəli “Vergilərin hesablanması b arədə” qərar göndərilmişdir. Həmçinin qeyd olunur ki, iddiaçı barəsində Vergilər Nazirliyinin Vergi X1 Baş İdarəsində xx xxx 2019-cu il tarixli cinayət işi başlanmışdır. Göstərilənlərə və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 24.0.1, 24.0.2, 37.3, 37.4 67.1-ci maddələrinə, Azərbaycan Respublikası İnzibati Məcəlləsinin (bundan sonra mətndə - İPM) 58.7-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 49.3 və 49.6-cı maddələrinin şərh edilməsi haqqında” x xxxxxx 2002-ci il tarixli qərarına əsaslanaraq, iddianın təmin edilməməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 5. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx xx 2019-cu il tarixli 2-1(81)3114/2019 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, cavabdehin iddiaçıya 237.951,68 manat vergi borcu hesablanması barədə xx xxxxx 2019-cu il tarixli, **********548500 saylı qərarı ləğv edilmişdir.
6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisələndirilən qərarın qəbulu zamanı vergi orqanının qənaətini formalaşdıran sübutlar, habelə iddiaçının bina tikintisi fəaliyyəti ilə məşğul olması, mənzillərin alğı-satqısı və digər sənədlər məhkəməyə təqdim edilməmiş və həmin qərar inzibati icraat qaydalarının tələbləri pozulmaqla qəbul edilmişdir.
7. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Bakı Apellyasiya Məhkəm əsinin İnzibati Kollegiyasının 2020-ci il 28 fevral tarixli 21(103)-393/2020 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
10. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri
11. Şikayətin dəlillərinin əsasını iddia tələbinə qarşı etirazda göstərilənlər təşkil edir. Bundan başqa, şikayətdə qeyd edilir ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmə ilə bağlı qanunla müəyyən edilmiş iddia müddəti ötürülmüş dür. Belə ki, mübahisələndirilən xx.xx.2019-cu il tarixli qərar xx.xx.2019-cu il tarixində x xxxxxx 2019-cu il tarixindən qüvvəyə minmiş Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə əsasən elektron üsulla vergi ödəyicisinin elektron kabinetinə göndərilmişdir. Vergi Məcəlləsinin 70.2-1.3-cü maddəsinə görə sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə elektron üsulla elektron kabinetinə göndərildikdə elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra lazımi qaydada çatdırılmış sayılır. xx.xx.2019-cu il tarixindən sonra gələn qeyri-iş günlərini nəzərə aldıqda hazırda mübahisələndirilən akt xx.xx.2019-cu tarixində iddiaçıya lazımi qaydada çatdırılmış hesab olunmalıdır. Lakin iddiaçı bu tarixdən təxminən 4 ay sonra yəni 2019-cu ilin avqust ayında iddia ərizəsi ilə məhkəmə müraciət etmişdir. Göründüyü kimi iddiaçı tərəfindən aşkar surətdə iddia müddətinin ötürülməsinə baxmayaraq aşağı instansiya məhkəmələri tərəfindən prosessual normaların tələbinə zidd olaraq iddianın mümkünlüyü yoxlanılmamış və əsassız olaraq işə mahiyyəti üzrə baxılaraq qanunsuz qərar qəbul edilmişdir. Halbuki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü h əmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Eyni zamanda, adıçəkilən Plenum qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
12. İşə baxan məhkəmə mübahisənin ədalətli həlli üçün z əruri olan mühüm xüsusatları nəzərdən qaçırmış, məhkəmə baxışı zamanı qanunvericiliyin tələbləri, iş üçün əhəmiyyətli olan bütün faktiki hallar araşdırılmamış və sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verilmədən iş üzrə əsassız qərar qəbul etmişdir.
13. İş materiallarında mövcud olan sübutlar məcmusu binanın kommersiya məqsədləri üçün tikilməsi nəticəsinə gəlmək üçün tam kifayət edir. Mübahisələndirilən qərarın qəbulu zamanı vergi orqanının qənaətini formalaşdıran sübutlar həm birinci, həm də ki, apelyasiya məhkəməsinə təqdim edilməsinə baxmayaraq aşağı instansiya məhkəmələri qeyd olunan sübutlara toxunmamış, həmin sübutları qiymətləndirməkdən yayınmış və bununla da prosessual pozuntuya yol verilmişdir. Belə ki, iddiaçının yaşayış binasını kommersiya məqsədləri tikdiyini sübut edən ən mötəbər sübutlar tikilmiş yaşayış binasının çəkilmiş fotoşəkilləri və “X3” adlanan sənəddir. Həmin sənədə əsasən iddiaçı tərəfindən tikilmiş yaşayış binası 6 mərtəbəli olmaqla, 16 ədəd 1 otaqlı, 4 ədəd 2 otaqlı və 4 ədəd 3 otaqlı, cəmi 24 mənzildən ibarətdir. Göründüyü kimi, çoxmənzilli yəni 6 mərtəbəli və 24 mənzilli bir yaşayış binasının satış və digər kommersiya məqsədləri üçün tikildiyi heç bir şübhə doğurmur. Aydın məsələdir ki, iddiaçı külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmaq üçün yaşayış binasının ayrı-ayrı mənzillərinin özgəninkiləşdirilməsinə dair digər sübutları məqsədli şəkildə gizlədir.
14. İddiaçı tərəfindən 6 mərtəbəli və 24 mənzildən ibarət yaşayış binasının tikilməsi faktı özlüyündə sübut edir ki, tikinti obyekti fərdi ehtiyac üçün deyil, m əhz sahibkarlıq məqsədi üçün nəzərdə tutulmuşdur. 24 mənzildən ibarət binanın hansı fərdi ehtiyaclara hesablanması iddiaçı tərəfindən əsaslandırılmamışdır və məhkəmə də bu hissədə qanunvericiliyin normasını düzgün tətbiq etməmişdir.
15. Qanunvericilik bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün sadələşdirilmiş vergi öhdəliyinin yaranmasını həmin yaşayış sahələrinin satılması ilə şərtləndirməmişdir. Belə ki, Vergi Məcəlləsinin 219.3-cü maddəsinə əsasən (xx.xx.2020-ci ilədək qüvvədə olan redaksiyasına əsasən) bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün, dövlətə ayrılan hissə istisna olmaqla, tikilən binanın yaşayış və qeyri-yaşayış sahələri, o cümlədən təqdim edilmək üçün ayrıca tikilən fərdi, şəxsi yaşayış və bağ evlərinin sahələri vergitutma obyektidir. Bu maddənin məqsədləri üçün tikilən binanın hər mərtəbəsinin ümumi sahəsi vergitutma obyektidir.
16. Bütün bunlarla bərabər, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli 314 saylı sərəncamında birbaşa olaraq çox mənzilli yaşayış evinin tikintisinə icazə verilmişdir. Lakin məhkəmə tərəfindən qeyd olunan hal nəzərə alınmayaraq əsassız olaraq iddia təmin edilmişdir.
17. Həmçinin, məhkəmə qanunvericiliyin ona verdiyi imkanlardan istifadə etmədən və İPM-in 12-ci maddəsinin tələblərini ciddi şəkildə pozaraq işə səthi yanaşmış və ətraflı araşdırma aparmamışdır. Belə ki, İPM-in 12.1-ci və 12.2-ci maddələrinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün hə lli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.
18. Mübahisələndirilən qərarda, eləcə də iddiaçıya göndərilmiş uyğunsuzluq məktubunda vergilərin hesablanmasının səbəbləri, iddiaçının barəsində qəbul edilmiş qərarın qəbul edilməsinə əsas olmuş hallar, hesablamanın normativ əsasları öz əksini tapmışdır. Başqa sözlə desək, iddiaçının barəsində inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu əsaslandırılmışdır.
19. Vergi Məcəlləsinin 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-c i maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Məhkəmənin özünün də qərarda qeyd etdiyi kimi 30 iş günü müddətinin axımı vergi ödəyicisinin bəyannaməni təqdim etdiyi vaxtdan başlayır. Hazırkı halda vergi ödəyicisi vergi bəyannaməsini ümumiyyətlə təqdim etməməsinə baxmayaraq, məhkəmənin 30 iş günü müddətini pozulmasını qərarında qeyd etməsi işi ətraflı araşdırılmadığını bir daha təsdiqləyir.
20. Eyni zamanda, binanın təməlqoymasının 2017-cı ilin 3-cü rübündə olmasının (iddiaçının da iddia ərizəsində qeyd etdiyi kim i) işin mübahisəsiz halı olduğunu nəzərə alaraq, vergi orqanının Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən vergiləri 3 il ərzində hesablamaq hüququ olmuşdur. “Vergilərin hesablanması haqqında” qərar 2019-cu ilin aprel ayında çıxarıldığına görə həmin qərar çıxarılarkən müddət baxımından vergi orqanı tərəfindən heç bir pozuntuya yol verilməmişdir. b. iddiaçının şikayətə qarşı etirazları:
21. İddiaçı şikayətə qarşı etiraz vermişdir.
22. Etirazın əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan başqa, etirazda qeyd edilir ki, iddia müddətinin iddiaçı tərəfindən ötürüldüyünə dair şikayətin dəlili əsaslı deyil. Belə ki, iddiaçı ona məxsus VÖEN-i 2017-ci ilin oktyabr ayında bağlamış və ondan istifadə etməmişdir. Cavabdeh isə, iddiaçının xəbəri olmadan həmin VÖEN-i bərpa etmiş və qərar ı elektron üsulla həmin VÖEN-ə göndərmiş, iddiaçını bu barədə xəbərdar etməmişdir. İddiaçı qərar barədə xəbər tutan kimi müddəti ötürmədən məhkəməyə müraciət etmişdir.
23. Kassasiya icraatı zamanı cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək onun tərəfindən xx.xx.2020-ci il tarixdə qərar qəbul edildiyini, həmin qərarla iddiaçının şəxsi hesab vərəqəsindən 2017-ci ilin 3-cü rübü üçün sadələşdirilmiş vergi bəyannaməsi üzrə kameral vergi yoxlaması ilə hesablanmış verginin məbləğinin azaldıldığını, bununla da iddiaçının tələbinin təmin olunduğunu və mübahisənin aradan qalxdığını bildirmiş, İPM-in 67.3-cü maddəsinə istinadla iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.
24. Cavabdehin nümayəndəsi X7 və vəkili Vəkil2 xx xxxxxx 2020-ci il tarixli məhkəmə iclasında ərizəni müdafiə edərək təmi n olunmasını xahiş etdilər.
25. İddiaçının vəkili xx xxxxxx 2020-ci il tarixli məhkəmə iclasında cavabdehin ərizəsinə etiraz edərək bildirdi ki, cavabdehin məhkəməyə təqdim etdiyi xx.xx.2020-cil tarixli qərarında göstərilmişdir ki, iddiaçının 313 577,57 manat məbləğində vergi və sığorta haqları üzrə öhdəliyi vardır, Vergi Məcəlləsinin 59.1-ci maddəsinə əsasən Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə həmin borcun ödənilməsi vacibdir, iddiaçıya bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs kimi sadələşdirilmiş vergi hesablanmışdır, bu hesablama ilə bağlı Vergi Məcəlləsinin 62-ci maddəsinə əsasən şikayət vermək hüququ vardır. Sonra ödəniş aparılması üçün bank rekvizitləri verilmiş və sonda bu Qərardan təqdim olunduğu vaxtdan İPM-in 38.1-ci maddəsinə əsasən 30 gün müddətində məhkəməyə və ya Vergi Məcəlləsinin 62-ci maddəsinə əsasən 3 ay müddətinə birbaşa və ya qərarı göndərmiş vergi orqanı vasitəsi ilə yuxarı vergi orqanına şikayət verilə bilər. xx.xx.2020-cil tarixli **********078700 nömrəli qərardan göründüyü kimi, iddiaçının hesabından qanunsuz hesablanmış heç bir borc silinməmiş, azaldılmamış, “Məlumatın təqdim edilməsi barədə” arayışda bu qərarın məzmunu təhrif edilmişdir. Həmçinin, “Məlumatın təqdim edilməsi barədə” arayışa əlavə edilmiş İddiaçı şəxsi hesab vərəqəsindən çıxarışdan da görünür ki, İddiaçı “İxtisaslaşdırılmış mağazalarda meyvə və tərəvəzlərin pərakəndə satışı” ilə məşğul olmuş və dövlət torpaq sahəsinin icarəyə götürmüş, bu fəaliyyət növü ilə bağlı ona hesablanmış vergilərin hərəkəti göstərilmişdir. Bu vergi hesablamalarında bina tikintisi fəaliyyəti il ə bağlı heç bir hesablanmış məbləğ yoxdur. Beləliklə, cavabdehin təqdim etdiyi sənədlər əsasında icraata xitam verilməsi üçün əsaslar olmadığından mübahisəyə mahiyyəti üzrə baxılmalıdır.
26. Cavabdeh kassasiya şikayətinə qarşı iddiaçının etirazına yazılı münasibət təqdim etmişdir. Münasibətin əsasını kassasiya şikayətində göstərilənlər təşkil edir. Münasibətdə, həmçinin cavabdehin xx.xx.2020-ci il tarixli qərarı ilə iddiaçının şəxsi hesab vərəqəsindən 2017-ci ilin 3-cü rübü üzrə kameral vergi yoxlaması ilə hesablanmış verginin məbləğinin azaldıldığı, bununla da iddiaçının tələbinin təmin olunduğu və mübahisənin aradan qalxdığı və İPM-in 67.3-cü maddəsinin tələbləri bir daha qeyd edilmiş, qeyd edilənlərin nəzərə alınması xahiş olunmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ
27. Vergi Məcəlləsi: Maddə
37. K ameral vergi yoxlaması 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz... Maddə
218. Sadələşdirilmiş verginin ödəyiciləri 218.1. Aşağıda göstərilən şəxslər sadələşdirilmiş verginin ödə yicisi olmaq hüququna malikdir: (...) 218.1.3. bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər (özünə məxsus və ya cəlb edilən vəsait hesabına əhalinin fərdi (şəxsi) ehtiyaclarını ödəmək və ya kommersiya məqsədləri üçün öz gücü ilə və ya müvafiq ixtisaslı peşəkar sifarişçi və ya podratçı cəlb etməklə bina tikdirən, habelə bu tikintinin və ya başa çatmış obyektin mülkiyyətçisi olan hüquqi və ya fiziki şəxslər)... Maddə
219. Vergitutma obyekti (...) 219.3. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün, dövlətə ayrılan hissə istisna olmaqla, tikilən binanın yaşayış və qeyri-yaşayış sahələri, o cümlədən təqdim edilmək üçün ayrıca tikilən fərdi, şəxsi yaşayış və bağ evlərinin sahələri vergitutma obyektidir. Bu maddənin məqsədləri üçün tikilən binanın hər mərtəbəsinin ümumi sahəsi v ergitutma obyektidir...
28. İPM: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansi yası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
29. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
30. İş üzrə cavabdeh apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KAS SASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
31. Məhkəmə kollegiyası ilk növbədə cavabdehin “iş üzrə icraata xitam verilməsi barədə” müraciətinin dəlillərini əsaslı hesab etmir. Belə ki, cavabdehin müraciətində qeyd edilənlər İPM-in 67.3-cü maddəsinin dispozisiya şərtlərini təmin etmir. Həmin norma o halda tətbiq olunur ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin edilmiş olsun və bunun nəticəsi olaraq işin mahiyyəti üzrə mübahisə aradan qalxmış olsun. Hazırkı halda, cavabdehin istinad etdiyi xx.xx.2020-ci il tarixli qərarı ilə iddiaçının mübahisələndirdiyi (ləğv edilməsini tələb etdiyi) qərar ləğv edilməmişdir. Beləliklə, iddiaçının tələbi təmin olunmamış, işin mahiyyəti üzrə mübahisə aradan qalxmamışdır. Buna görə də, mübahisə kassasiya şikayətinə əsasən mahiyyəti üzrə həll edilməlidir. 3
2. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən Vergi Məcəlləsinin 37.2-ci maddəsinin hazırkı mübahisəyə düzgün tətbiqi edilmədiyinə dair şikayətin dəlili ilə razılaşır. Belə ki, həmin normanın tələbinə görə, kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz.
33. Normanın məzmunundan göründüyü kimi, kameral vergi yoxlamasının 30 iş günü ərzində keçirilməsi bəyannamənin təqdim edildiyi gündən hesablanması müəyyən edilmişdir. İşin hallarına görə, iddiaçı mənzil tikintisini həyata keçirən şəxs kimi müvafiq vergi bəyannaməsini təqdim etməmişdir. Kameral vergi yoxlamasının həmçinin bəyannamə təqdim edilmədiyi halda, lakin vergi orqanında vergi ödəyicisinə aid olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilməsi müəyyən edildiyindən, bu hallara 30 iş gününə dair müddəanın tətbiqi istisna olunmalıdır.
34. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə digər əsaslara görə düzgün olduğundan, şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
35. Vergi Məcəlləsinin yuxarıda istinad edilən 218.1.3-cü maddəsinin məzmunundan göründüyü kimi, həmin normanın tətbiqi (vergi ödəyicisinin bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərə aid edilməsi) bina tikintisinin məqsədi ilə şərtlənir: bina əhalinin fərdi (şəxsi) ehtiyaclarını ödəmək və ya kommersiya məqsədləri üçün tikilməlidir.
36. İşin məhkəmələr tərəfindən tədqiq olunmuş materialları ilə müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən 1 saylı mənzil mülkiyyət hüququ ilə xx xxxxxx 2013-cü ildə verilmiş RX seriyalı ******* saylı çıxarış ilə iddiaçıya məxsus olmuşdur; Bakı şəhər İcra Hakimiyyətinin xx xxxx 2017-ci il tarixli, 314 saylı sərəncamı ilə ünvan 1, mənzil 1 saylı ünvanda vətəndaş İddiaçı tərəfindən tikintisi nəzərdə tutulan çoxmənzilli yaşayış evinin şəhərsalma əsaslandırılmaları təsdiq edilmişdir. Yaşayış evinin eskiz layihəsi Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq Şəhərsalma Baş İdarəsi tərə findən xx xxxx 2017-ci il tarixində razılaşdırılmışdır.
37. Cavabdeh qeyd edir ki, iddiaçı tərəfindən 6 mərtəbəli və 24 mənzildən ibarət yaşayış binasının tikilməsi faktı özlüyündə sübut edir ki, tikinti obyekti fərdi ehtiyac üçün deyil, məhz sahibkarlıq məqsədi üçün nəzərdə tutulmuşdur. 24 mənzildən ibarət binanın hansı fərdi ehtiyaclara hesablanması iddiaçı tərəfindən əsaslandırılmamışdır.
38. Məhkəmə kollegiyası cavabdehin həmin dəlili ilə bağlı qeyd edir ki, İPM-in 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
39. Göründüyü kimi, hazırkı iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşür. Buna görə də, iddiaçı 24 mənzildən ibarət binanın hansı fərdi ehtiyacl ara hesablandığını əsaslandırmaq öhdəliyi daşımır.
40. Cavabdehin şikayətində sübutetmə vasitələri kimi istinad etdiyi hallar isə (binanın layihəsi, fotoşəkilləri və s.) aktın qəbul edilməsini zəruri edən faktiki şərtləri ödəmir və yalnız ehtimal xarakteri daşıyır. Başqa sözlə, cavabdeh inzibati orqan mübahisələndirilən qərarın qəbulunu zəruri edən faktiki şərtləri sübut edə bilməmişdir.
41. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 28 fevral tarixli 21(103)-393/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov Z.M.Quliyev İ.Ə.Şəfiyev