Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1500/2022 23.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Quba-Xaçmaz regional filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1955-ci il təvəllüdlü; FİN-xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fo ndunun 1 saylı Quba-Xaçmaz regional filialına qarşı “21 yanvar 1993-cü ildən 01 oktyabr 2005-ci il tarixədək keçmiş “Azərsutikinti” Konserninin 30 nömrəli Tikinti Quraşdırma İdarəsində işlədiyi dövrün sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-175/2022 nömrəli, 12 aprel 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. НЗ № ******* saylı hərbi biletdən görünür ki, İddiaçı 12 noyabr 1974 – 10 noyabr 1976-cı illərdə hərbi xidmətdə olmuşdur.
2. Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialı tərəfindən verilmiş 29 iyul 2020- ci il tarixli, 779 saylı arxiv arayışından görünür ki, İddiaçı 1 noyabr 1972-ci il tarixdən 5 may 1973-cü il tarixədək, 20 iyun 1977-ci il tarixdən 9 oktyabr 1978-ci il tarixədək, 8 sentyabr 1979-cu il tarixdən 13 oktyabr 1984-cü il tarixədək Nizami adına qoyunçuluq sovxozunda, 13 oktyabr 1984-cü il tarixdən 24 oktyabr 1986-cı il tarixədək Jdanov adına meyvəçilik sovxozunda, xx.xx.1986-cı il tarixdən 30 mart 1989-cu il tarixədək X1 Təsərrüfatında, 9 sentyabr 1993-cü il tarixdən 1 oktyabr 2005-ci il tarixədək 30 saylı Tikinti Quraşdırma İdarəsində işləmişdir.
3. Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialı tərəfindən verilmiş 780 saylı 29 iyul 2020-ci il tarixli arxiv arayışından görünür ki, İddiaçı 1972ci ilin dekabr ayından başlayaraq 1974-1976-cı və 1993, 1996-cı illər istisna olmaqla 1998-ci ilədək əmək haqqı almışdır. 1998-2005-ci illərdə əmək haqqı alması barədə qeyd olunan qrafalar boşdur. 2003-cü ilin dekabr ayında ümumi olaraq 177026 manat aldığı qeyd edilmişdir.
4. İddiaçı cavabdeh orqana müraciət edərək, ona yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir.
5. Cavabdeh tərəfindən verilmiş 26 avqust 2020-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçının iş stajını təsdiq edən sənədlərdə 1993-cü ildən 2005-ci ilə kimi 30 nömrəli TQİ-də işləməsi qeyd edilmişdir. 5 iyun 2020-ci il tarixli, 494 nömrəli arxiv arayışına əsasən isə onun 1997-ci ildən 2005-ci ilə kimi əmək haqqı almadığı müəyyən edilmiş, ona görə də həmin dövrün sığorta stajı kimi hesablanması mümkün olmamışdır. Təqdim edilən iş stajını təsdiq edən sənədlərə əs asən 25 il sığorta stajı yaranmadığından yaşa görə əmək pensiyası təyin olunmasından imtina edilmişdir.
6. Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialının 4 fevral 2022-ci il tarixli, 118 nömrəli arxiv arayışında Quba 30 saylı Tikinti Quraşdırma İdarəsinin 1978-2005-ci illərdə Quba şəhərində fəaliyyət göstərdiyi qeyd olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21 yanvar 1993-cü ildən xx.xx.2005-ci il tarixədək keçmiş “Azərsutikinti” Konserninin 30 nömrəli Tikinti Quraşdırma İdarəsində işlədiyi dövrün sosial sığorta stajına daxil edilməklə ona əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
8. İd dia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1955-ci il təvəllüdlüdür. 05.12. 1974cü ildən-xx.xx.1976-cı il tarixədək hərbi xidmətdə olmuşdur. Əmək fəaliyyətinə 1 dekabr 1972-ci il tarixdən başlamış və xx.xx.2005-ci il tarixədək son iş yeri kimi “Tikinti Quraşdırma İdarəsi”ndə işləmişdir. Əmək pensiyasını almaq üçün yaş həddinə çatdığından ona əmək pensiyası təyin edilməsi üçün Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Regional Ərazi Filialına müraciət etmişdir. Lakin ona imtina cavabı verilmişdir. Belə ki, cavabdeh hesab etmişdir ki, 1997-ci ildən 2005-ci ilədək “Tikinti Quraşdırma İdarəsindən əmək haqqı almadığına görə həmin dövr onun sosial sığorta stajına daxil edilə bilməz. 1997-2005-ci illərin sığorta stajına hesablanmamasında onun heç bir təqsiri yoxdur. O, sıravi işçi olmuşdur, sı ğorta stajının hesablanmaması müdriyyətin məsuliyyətidir. Lakin o, 1975-ci ildən 2005-ci ilədək işləmişdir və bu onun əmək kitabçasında qeyd olunmuşdur. Cavabdeh ona əmək pensiyası təyin etmədiyindən məhkəməyə müraciət etmək qərarına gəlmişdir.
9. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün xx.xx.2020-ci il tarixdə ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət etmiş, lakin yaşa görə əmək pensiyasının təyin edilməsi üçün şəxsin yetərli sosial sığorta stajına malik olmaması və xx.xx.2006-cı il tarixdən onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının olmaması aşkarlanmış və şəxsə imtin a məktubu göndərilmişdir. Belə ki, iddiaçının iddia ərizəsində xx.xx.1972-ci il tarixdən “Tikinti Quraşdırma İdarəsi”ndə işləməyə başladığı və xx.xx.2005-ci il tarixədək orada işləməyə davam etdiyi bildirilsə də, əmək kitabçasına əsasən o həmin illərdə müxtəlif müəssisələrdə müvafiq vəzifələrdə çalışmışdır. Əmək kitabçası araşdırılarkən onun əmək kitabçasının birinci səhifəsində pozuntular aşkarlanmışdır. Belə ki, əmək kitabçasının birinci səhifəsində şəxsin peşəsi, ixtisası, əmək kitabçasının doldurulduğu tarix (gün, ay, il) göstərilməmiş və bu məlumatlar işçi tərəfindən onun şəxsi imzası ilə təsdiq edilməmişdir. Eləcə də, əmək kitabçasının birinci səhifəsi ilk işəgötürənin möhürü ilə təsdiq edilməmişdir. İddiaçının əmək kitabçasında xx.xx.1993-cü ildə üçüncü dərəcə üzrə betonçu vəzifəsin ə qəbul olunduğu “Meliorator” kiçik müəssisədən işdən azad edilmə tarixi (gün, ay, il) göstərilməmişdir. Həmçinin əmək kitabçası 1993-cü illərdəki işə qəbul və işdən azad edilmə qeydləri kiril əlifbası ilə yazılmış, halbuki idarənin möhürü latın qrafikası ilə yazılmışdır. Bunlarla yanaşı, iddiaçının xx.xx.1993-xx.xx.2005-ci il tarixədək işlədiyi Azərsutikinti konserninin 30 nömrəli TəmirTikinti İdarəsinə işə qəbulolma və işdən azadedilmə tarixlərində bir sıra qanunsuz hallar aşkar edilmişdir. Belə ki, işə daxil olma tarixi göstərilsə də, bu qeydləri aparmağa əsas verən əmək müqaviləsi, əmr, sərəncam tarixi (gün, ay, il) göstərilməmişdir. Eləcə də işdən azad olunma tarixinin xx.xx.2005-ci il, yəni ilin sonlarına doğru olmasına baxmayaraq 1k nömrəli əmrlə qeyd edilməsi şübhə yaratmağa əsas v erir. İşə əlavə olunmuş arxiv arayışında da 1993-2005-ci il tarixədək iddiaçının qazandığı əmək haqları öz əksini tapmışdır. Arayışdan da göründüyü kimi, şəxs yalnız 1993-cü ilin oktyabr, noyabr və dekabr aylarında, 1994, 1995-ci illərdə, 1996-cı ilin oktyabr, noyabr, dekabr ayları üzrə, 1997-ci ilin yanvar-iyun aylarında və 2003-cü illərdə əmək haqqı almışdır. Bütün bunlara əsasən iddiaçının kifayət qədər sosial sığorta stajı mövcud olmadığından yaşa görə əmək pensiyası təyin edilməmişdir.
10. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-346/2021 nömrəli, 10 mart 2021-ci il tarixli qərarı ilə (hakim V.E.Əzizova) iddia rədd edilmişdir.
11. Məhkəmə qeyd etmişdir ki, İddiaçı tələb olunan yaş həddinə çatsa da, onun 25 il sığorta stajına malik olması, yəni 1993-2005-cı illərdə həqiqətən də 30 saylı TikintiQuraşdırma İdarəsində işləməsi faktının yoxlanılması mümkün olmamışdır. Bundan başqa iddiaçının 1997-2005-ci illərdə əmək haqqı almadığı və nəticə etibarı ilə məcburi dövlət sosial sığorta haqlarının ödənilmədiyi müəyyən edilir.
12. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
13. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-400/2021 nömrəli, 5 iyul 2021-ci il tarixli qərarı ilə (hakimlər: Z.İ.Məmmədov /sədrlik edən və məruzəçi/, F.Ə.Məmmədov və S.A.Qafari) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia təmin edilmiş, iddiaçının cavabdehə qarşı 21 yanvar 1993-cü ildən 01 oktyabr 2005-ci il tarixədək keçmiş “Azərsutikinti” Konserninin 30 nömrəli Tikinti Quraşdırma İdarəsində işlədiyi dövrün sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
14. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisə olunan iş stajı iddiaçının əmək kitabçası və arxiv arayışları ilə təsdiq olunduğundan həmin dövrlər iddiaçının sığorta stajına daxil etməklə iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməlidir.
15. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. a) kassasiya instansiyası məhkəməsində birinci icraat
16. Azər baycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)1847/ 2021 nömrəli, 26 oktyabr 2021-ci il tarixli (hakimlər: N.İ.Rəsulbəyova /sədrlik edən və məruzəçi, İ.K.Hüseynov və K.N.Bədəlov) qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, apellyasiya instansiyası məhkəməsinin 5 iyul 2021-ci il tarixli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi və kassasiya şikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. b) apellyasiya instansiyası məhkəməsində ikinci icraat
17. Sumqayıt Apellyasiya Məhkəməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə sorğu verərək, TQİ “Azərsutikinti” Konsernin 1997-ci ildən 2005-ci ilə qədər fəaliyyət göstərib-göstərməməsi barədə məhkəməyə müvafiq rəsmi arayış təqdim edilməsi tələb edilmişdir. Həmin sorğuya cavab olaraq xx.xx.2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, “...Bildiririk ki, dövlət reyestrində “Azərsutikinti” Konserninin 30 nömrəli Tikinti-Quraşdırma İdarəsinin xx.xx.1978-ci il tarixdə 178 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. Həmin hüquqi şəxs 2004-cü ildən hal-hazıradək inventarlaşdırmadan keçərək yeni VÖEN almaq üçün vergi orqanına müraciət etməmişdir”.
18. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-175/2022 nömrəli, 12 aprel 2022-ci il tarixli qərarı ilə (hakimlər: İ.K.Dəmirov /sədrlik edən və məruzəçi/, H.Ç.Babayeva və R.Ə.Ağayev) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin 10 mart 2021-ci il tarixli qərarı ləğv edilmiş, iddiaçının cavabdehə q arşı 21 yanvar 1993-cü ildən 01 oktyabr 2005-ci il tarixədək “Azərsutikinti” Konserninin 30 nömrəli Tikinti Quraşdırma İdarəsində işlədiyi dövrün sosial sığorta stajına daxil edilməklə ona yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
19. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 12 aprel 2022-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
20. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddiaya qarşı etirazın dəlilləri ilə eynilik təşkil edir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
21. İddiaçı tərəfindən kassasi ya şikayətinə qarşı etiraz verilərək bildirilmişdir ki, təkzibedilməz sübutlarla Quba 30 saylı Tikinti Quraşdırma İdarəsinin 1978-2005-ci illərdə Quba şəhərində fəaliyyət göstərməsi və həmin idarədə işləməsi öz təsdiqini tapmış və məhkəmənin qərarında bu müəyyən edilmişdir. Bundan əlavə hörmətli məhkəmə kollegiyasının nəzərinə çatdırmaq istəyir ki, cavabdeh məhkəməyə verilmiş etirazlarda guya idarənin fəaliyyətinin dayandırdığını, onun əmək haqqı almadığını etiraf etdiyini qeyd etmiş və bunun məhkəmə iclas protokolunda qeyd edildiyini bildirmişdir.
22. Halbuki o, iddia tələbində həmin müəssisənin fəaliyyət göstərdiyini və onun orada işləyərək əmək haqqı aldığı qeyd etmişdir. İddianın etirafı barədə məhkəmə iclas protokolunda qeyd olunanlarla bağlı bildirmək istəyir ki, iddianın etirafı z amanı məhkəmə iclas protokoluna imza olunur və ya ayrıca ərizə ilə məhkəməyə təqdim olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmuş bu halların heç biri hazırkı işdə öz əksini tapmır.
23. Bundan əlavə onu da qeyd edir ki, 24 sentyabr 2020-ci il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət etməyinin iki ili tamam olacaqdır. Onun da hər bir Azərbaycan Respublikasının vətəndaşı kimi pensiya almaq hüququ vardır. Fəhlə kimi 1972-ci ildən işləmişdir. Bundan sonra nə qədər yaşayacağını bilmir. Hər bir işləyən şəxs kimi o da daima pensiyaya çıxmaq arzusu ilə yaşamışdır. Lakin cavabdeh orqan əsassız bəhanələrlə onun pensiya almaq hüququnun reallaşdırılmasına əngəl olur. Halbuki yaranmış problemlərdə onun heç bir təqsiri yoxdur. TƏTBİQ EDİLƏN HÜQUQ
24. Azərbaycan Respu blikası Konstitusiyası: Maddə
38. İ hissə. Hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər bir vətəndaşın sosial təminat konstitusiya hüququ onun qanunla müəyyən edilmiş hallarda və məbləğdə pensiya almaq hüququnu da nəzərdə tutur. Bu mənada, pensiya təminatı sosial təminat hüququnun mühüm tərkib hissəsi kimi çıxış edir və Azərbaycan Respublikasının qoşulduğu bir sıra beynəlxalq-hüquqi aktlarda da öz əksini tapmışdır. 25. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əm ək pensiyası hüququna malikdirlər. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. “Qeyd” hissəsinə göstərilmişdir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021- ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 26. 1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “ Vətəndaşların pensiya təminatı haqqında” Qanunu: Maddə
69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. 27. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”: Maddə 3.1.1-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir.
28. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yal nız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.4. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
29. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
30. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman proses sual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
33. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
34. Cavabdeh kassasiya şikayətində iddiaçının əmək fəaliyyətini əks etdirən əmək kitabçasında olan məlumatlara, məsələn ilin sonunda 1 oktyabr 2005-ci il tarixli əmrdə əmrin nömrəsinin 1k yazılmasına şübhə ilə yanaşmış, ilin sonunda yazılan əmrin nömrəsinin 1k ilə yazılmasında şübhəsinin nədən ibarət olmasını əsaslandırmamışdır. Kassasiya şikayətinin digər dəlilləri də eyni qayda ilə əsaslandırılmamışdır. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə görə i nzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur.
35. İddiaçının əmək fəaliyyəti dövrü əmək kitabçasında qeyd edildiyindən, qanunvericiliyə görə iş stajını sübut edən sənəd əmək kitabçası olduğundan, həmin dövr sosial sığorta stajı kimi nəzərə alınmaqla qanunvericilikdə nəzərdə tutulan 25 ildən artıq sosial sığorta stajı toplandığından o, yaşa görə əmək pensiyasını tələb etməkdə haqlı olmuşdur. Apellyasiya məhkəməsi bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin m əsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşaraq kassasiya şikayətini təmin etmir.
36. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və İnzibati Prosessual Məcəllənin 96.8, 96.9 və 98.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-175/2022 nömrəli, 12 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.