Məhkəmə qərarları › İş №2-1(102)-1500/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1500/2023

12.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1500/2023 12.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanı nda Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-84/2023 nömrəli, 10 fevral 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsinin 17-7/27 saylı, xx.xx.2007-ci il tarixli rəyi ilə Avaxıl Bələdiyyəsinin mülkiyyətində olan 0.80 ha torpaq sahəsinin iddiaçıya satılmasına etiraz edilməmişdir.

2. Avaxıl Bələdiyyə sinin 11 mart 2007-ci il tarixli 03 saylı qərarı ilə bələdiyyənin perspektiv inkişaf ehtiyyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına az yararlı/şərti yararsız torpaq sahəsindən alqı-satqı qaydasında tikinti məqsədi üçün 0.20 ha, kənd təsərrüfatı məqsədi üçün 0.60 ha, cəmi 0.80 ha torpaq sahəsi iddiaçının mülkiyyətinə verilmişdir. 3. 29 mart 2007-ci il tarixli, 04 nömrəli ödəniş qəbzinə əsasən, iddiaçı tərəfindən 29 mart 2007-ci il tarixdə Avaxıl Bələdiyyəsinin hesabına 284.76 (iki yüz səksən dörd manat yetmiş altı qəpik) manat pul ödənilmişdir.

4. Bələdiyyənin nümayəndəsi ilə iddiaçı arasında torpaqların alqı-satqısına dair akt imzalanmış, eləcə də alqı-satqı aktı Şamaxı rayon torpaq şöbəsi tərəfindən 2014-cü ildə təsdiq edilmişdir.

5. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsi tərəfindən Avaxıl Bələdiyyəsinin 11 mart 2007-ci il tarixli 03 saylı qərarı ilə iddiaçıya ayrılmış 8009.4 kv.m torpaq sahəsinə dair A№ 069895 saylı torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmiş, plan ölçü sənədi X1 kitabında xx.xx.2007-ci il tarixində 24 nömrə ilə uçota alınmışdır.

6. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək, Şamaxı rayon Avaxıl kəndi ərazisində yerləşən 0.80 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.

7. Cavabdeh 21 iyun 2022-ci il tarixli, **********46 nömrəli məktubla müraciəti təmin etməkdən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, təqdim edilən sənədlər əsasında Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən torpaq sahəsinin yer inə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, Şamaxı rayon Avaxıl Bələdiyyəsindən alqısatqı yolu ilə əldə edilən 0.20 ha tikinti, 0.60 kənd təsərrüfatı məqsədilə olmaqla, ümumilikdə 0.80 ha ərazi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən rəsmi olaraq Reyestr Xidmətinə təqdim olunmuş elektron baza xəritəsində örüş torpaqları kimi qeyd olunmuşdur. Azərbaycan Respublikasının torpaq qanunvericiliyinin tələblərinə əsasən örüş torpaqları alqı-satqı predmeti deyil, yalnız icarə predmeti ola bilər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

8. İddiaçı 23 iyun 2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Şamaxı rayon Avaxıl Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 03 saylı qəra rı ilə Avaxıl kəndi ərazisindən 0.20 ha tikinti, 0.60 ha kənd təsərrüfatı məqsədilə onun mülkiyyətinə verilmiş, ümumilikdə, 0.80 ha torpaq sahəsi torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasını xahiş etmişdir.

9. İddiaçı ərizəsində hazırkı qərarın 1-7-ci bəndlərində qeyd olunan məlumatlara istinad edərək qeyd etmişdir ki, torpaq qanunvericiliyinə əsasən bələdiyyə fondunda olan kənd təsərrüfatına yararsız ərazilər vətəndaşların mülkiyyətinə satıla bilər. Qeyd olunan torpaq sahəsinin 0.20 ha hissəsinin tikinti, 0.60 ha hissəsinin kənd təsərrüfatı məqsədilə satılmasına vaxtilə Torpaq Komitəsinin Şamaxı rayon şöbəsi tərəfindən də müsbət rəy verilmişdir. Hesab etmişdir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır.

10. Cavabdeh iddia ərizəsinə qarşı imtina məktubunun dəlillə ri ilə uyğunluq təşkil edən etiraz təqdim etmişdir.

11. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2262/2022 nömrəli, 20 oktyabr 2022-ci il tarixli qərarı ilə (hakim C.Məmmədov) iddia tələbi təmin edilməmişdir.

12. Məhkəmə qeyd etmişdir ki, təyin edilmiş ekspertiza nəticəsində müvafiq mütəxəssis rəyi alınmış və məlum olmuşdur ki, iddiaçının naturada göstərdiyi 0.80 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı kollu örüş torpağıdır. Ekpertiza nəticəsində iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsinin təyinatı örüş torpaqlarına aid olmaqla kənd təsərrüfatı torpaqlarından olması müəyyən olunmuşdur. Ona görə də müvafiq torpaq sahəsi alqı-satqı predmeti ola bilməz. Cavabdeh tərəfindən sənədlərdə göstərilən məlumatla dövlət reyestrində saxlanılan məlumat arasında uyğunsuzluq müəyyən edilmiş və bu hal məhkəmə tərəfindən təyin edilmiş ekspertiza nəticəsində də öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın sözügedən torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsindən imtinası qanunsuz olmamışdır.

13. İddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

14. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-84/2023 nömrəli, 10 fevral 2023-cü il tarixli qərarı ilə (hakimlər: H.Ç.Babayeva /sədrlik edən və məruzəçi/, Z.İddiaçı və F.Ə.Məmmədov) apellyasiya şikayəti təmin edilmədən, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2262/2022 nömrəli, 20 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

16. İddiaçı kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

17. Kassasiya şikayətində işin halları və imtina məktubunun dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsində icraat zamanı alınmış mütəxəssis rəyinin tarixi, nömrəsi, rəydə yazılanlar, kim tərəfindən rəy verilməsi, rəy verənin mütəxəssis və ya ekspert olub-olmaması barədə məhkəmə qərarında heç bir məlumat qeyd edilməmişdir.

18. Torpaq sahəsinə 23 avqust 2022-ci il tarixdə baxış keçir ilən zaman iddiaçının iştirakı təmin edilsə də, lakin mütəxəssis rəyi verilərkən iddiaçının iştirakı təmin edilməmişdir. Torpaq sahəsi qanunla müəyyən edilmiş qaydada iddiaçıya xx.xx.2007-ci il tarixdə verilmişdir. Həmin vaxtlar bələdiyyələrin öz fondlarına daxil olan torpaq sahəsindən vətəndaşlara birbaşa alqısatqı qaydasında torpaq satmaq hüququ var idi. Lakin, 2008-ci ildən etibarən həmin səlahiyyət bələdiyyələrdən alınmışdır. Odur ki, iddiaçıya 0.80 torpaq sahəsi Şamaxı rayonu, Avaxıl Bələdiyyəsi tərəfindən 2007-ci ildə verildiyindən bu qanuni olmuşdur.

19. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsinin müdiri tərəfindən Ağsu rayon Torpaq qeydiyyatı Mərkəzinin rəhbərinə ünvanlanmış xx.xx.2007-ci il tarixli, 173/33 və 17-7/27 saylı müraciətlərdən görünür ki, Avaxıl Bələ diyyəsi tərəfindən ona həqiqətən də qanunla müəyyən edilmiş qaydada 0.80 ha torpaq sahəsi satılmışdır. Həmin torpaq sahəsi icarə müqaviləsi əsasında deyil, alqı-satqı predmeti olmaqla iddiaçıya satılmışdır.

20. İddiaçı İPM-nin 12.1 və 58.7-ci maddələrinə istinad edərək, kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. b) kassasiya şikayətinə dair etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina -15.1. hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: -15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; -15.1.2. hüquqların dövlət qeydiyyat ı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; -15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; -15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; -15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; -15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda

23. Torpaq Məcəlləsi: Maddə

9. Azərbaycan Respublikasının vahid torpaq fondu və onun tərkibi

1. Azərbaycan Respublik asının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir.

2. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. Maddə

10. Torpaqların məqsədli təyinatı və hüquqi rejimi

2. Torpaqların hüquqi rejimi — torpaqların istifadəsinin, mühafizəsinin, uçotu və monitorinqinin həyata keçirilməsi sahəsində torpaq, şəhərsalma, su, meşə, yerin təki və təbiəti mühafizə haqqında qanunvericilik aktları i lə müəyyən edilmiş qaydaların məcmusudur və müəyyən torpaq kateqoriyasına aid edilmiş torpaq sahələrinin hamısına şamil edilir. (-). Maddə

11. Torpaq sahələrinin məhdudiyyətli istifadəsi

1. Torpaq sahələrinin məhdudiyyətli istifadəsi — torpaq sahəsindən onun məqsədli təyinatı, habelə müəyyən edilmiş məhdudiyyətlər və öhdəliklər nəzərə alınmaqla istifadədir.

2. Torpaq sahəsinin məhdudiyyətli istifadəsi torpaqların zonalaşdırılması, şəhərsalma və yerquruluşu sənədləri əsasında həmin torpaq sahəsi üzərində olan hüquqların formasından asılı olmayaraq müəyyən edilir.

3. Torpaq sahəsinin məhdudiyyətli istifadəsinin əhatə etdiyi tələblər müvafiq normativhüquqi aktlarla tənzimlənir.

4. Torpaq sahəsinin məhdudiyyətli istifadəsinin özbaşına dəyişdirilməsinə yol verilmir. Maddə

12. Kənd təsərrüfatı t əyinatlı torpaqlar və onların tərkibi

1. Torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır.

2. Kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri (uqodiyaları), meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir. (-).

4. Kənd təsərrüfatı yerləri (uqodiyaları) xüsusi olaraq qorunur. Bu torpaqların qeyrikənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasını n Nazirlər Kabineti) qərarı ilə yol verilir.

5. Bələdiyyələr bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların qeyrikənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanı qarşısında vəsatət qaldırırlar. Maddə

17. Kənd təsərrüfatı ehtiyacları üçün torpaqların yararlılığının müəyyən edilməsi Torpaqların kənd təsərrüfatı ehtiyacları üçün yararlı olub-olmadığı X1ı məlumatlarına əsasən, dövlət yerquruluşu xidməti tərəfindən müəyyən edilir. Maddə

86. Torpaq sahəsinin alqı-satqısının xüsusiyyətləri (-).

2. Bu Məcəllədə nəzərdə tutulmuş dövlət torpaqları, ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatına yararlı torpaqları alqı-satqı obyekti ola bilməz. Bələdiyyə to rpaqlarının, habelə onlar üzərində icarə hüquqlarının alqı-satqısı torpaq hərracları və müsabiqələri vasitəsilə həyata keçirilir.

24. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Qanun: Maddə

6. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 25. “X1ı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Qanun: Maddə

1. Əsas anlayışlar Bu Qanunda istifadə edilən anlayışlar aşağıdakı mənaları ifadə edir: X1ı — torpaq istifadəçiliyinin dövlət qeydiyyatı, tor paqların kəmiyyət və keyfiyyətcə uçotu, bonitirovkası və iqtisadi qiymətləndirilməsi üzrə məlumatların məcmusu; Maddə

6. X1ının məlumatları X1ının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. Maddə

7. X1ı məlumatlarının qeydiyyatı X1ı məlumatlarının qeydiyyatı torpaqların hüquqi statusunun, rejiminin, kəmiyyət və keyfiyyət göstəricilərinin uçotunu aparmaq və torpaq münasibətlərinin tənzimlənməsinə nəzarət etmək məqsədilə həyata keçirilir. X1ı məlumatlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada vahid sistem üzrə aparılır. X1ının məlumatları Azərbaycan Respublikasının torpaq qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət torpaq reyestrində qeydiyyata alınır. 26. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli qərarı.

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 2000-ci il tarixli, 42 nömrəli Qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi” Qaydaları.

28. İnzibati Prosessual Məcəllə (İPM): Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərarda dının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.... Maddə

96. Ali Məhkəmədə icraat Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhk əmənin inzibati mübahisələrə dair iş üzrə qərarı Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

29. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

30. Apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə ma ddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

33. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halla rı ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

34. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

35. Hazırkı işin araşdırılmış hallarından müəyyən olunur ki, iddiaçının hüquqi marağı 11 mart 2007-ci il tarixdə Avaxıl Bələdiyyəsinin qərarı ilə ona satılmış torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasına yönəlmişdir.

36. Cavabdeh iddiaçının eyni məzmunlu müraciətinin icrasından imtina edərək bildirmişdir ki, sözügedən torpaq sahəsi örüş torpaq sahəsi olduğundan, alqı-satqı predmeti ola bilməz.

37. Məhkəmə kollegiyası yaranmış mövcud mübahisəyə münasibətdə apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, hazırkı qərarın 22-27ci bən dlərində göstərilən normalara əsasən müəyyən olunur ki, kənd təsərrüfatı təyinatlı torpaqlar keyfiyyətlilik baxımından yararlı, az yararlı və yararsız dərəcələrinə bölünür. Növ müxtəlifliyi – istifadə məqsədi baxımından bu kateqoriyada əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqlar fərqləndirilir. Digər növlərə (əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar) münasibətdə az yararlı və yararsız kənd təsərrüfatı təyinatlı torpaqların xüsusi mülkiyyətə verilməsinin mümkünlüyü yolverilən olduğu halda, örüş, otlaq və biçənək torpaqlarına münasibətdə qanunverici torpağın yararlılığını fərqləndirmədən belə təyinatlı torpaq sahələrinin xüsusi mülkiyyətə verilməsini qadağan etmişdir. Belə torpaqlar fiziki şəxslər ə yalnız istifadəyə və icarəyə verilə bilər.

38. Avaxıl Bələdiyyəsinin torpaq sahəsinin iddiaçıya ayrılması barədə 11 mart 2007-ci il tarixli 03 saylı qərarında torpaq sahəsinin kənd təsərrüfatına az yararlı/şərti yararsız olduğu, eləcə də DTXK-nin Şamaxı rayon şöbəsinin torpaq sahəsinin ayrılmasının məqsədə uyğunluğu barədə 17-7/27 saylı, xx.xx.2007-ci il tarixli rəyində torpağın kənd təsərrüfatına yararsız olduğu qeyd edilsə də, bundan 1 ay sonra həmin orqan tərəfindən torpaq sahəsinə dair tərtib edilmiş “Torpaq sahəsinin plan və ölçü” sənədindən görünür ki, torpaq sahəsinin kadastr göstəriciləri hissəsində torpağın kateqoriyası örüş, keyfiyyət qrupu İİ, bonitet balı 80 göstərilmişdir. 39. “Kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının t əyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla şərti balların müəyyənləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 dekabr 2000-ci il tarixli 230 nömrəli qərarına əsasən, kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının bu qərara əlavə edilmiş "Kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla müəyyənləşdirilmiş şərti balları" cədvəli təsdiq edilmişdir. Həmin cədvələ əsasən, Dağ—Şirvan kadastr qiymət rayonu üzrə bonitet şkalası 80—61 olan torpaq sahələri ikinci keyfiyyət qrupuna daxil olmaqla kənd təsərrüfatına yararlı torpaq sahələri hesab edilir.

40. Sözügedən torpaq sahəsi 2007-ci il tarixdə iddiaçı ya ayrılarkən torpağın bonitet balı 80 olmaqla ikinci keyfiyyət qrupuna daxil olan kənd təsərrüfatına yararlı torpaq sahəsi olmuşdur.

41. Yuxarıda aparılan dəyərləndirməyə əsasən isə kənd təsərrüfatına yararlı torpaq sahəsinin mülkiyyətə verilməsinin yolverilməz olduğu qeyd olunmuşdur.

42. Bundan başqa, məhkəmə araşdırması ilə müəyyən olunmuşdur ki, verilmiş müyəxəssis rəyinə əsasən, hazırda iddiaçının istifadəsində olan torpaq sahəsi kənd təsərrüfatının örüş torpaqları növünə daxildir. Yuxarıda aparılan qiymətləndirməyə əsasən isə kənd təsərrüfatı təyinatlı örüş torpağının yararlı və ya yararsız olmasının fərqləndirilməsinə zərurət yoxdur, keyfiyyət dərəcəsindən asılı olmayaraq belə torpaqlar mülkiyyətə verilə bilməz. Örüş, otlaq və biçənək sahələri zamanla məhsuldarlığı və münbitliyini i tirsə belə, yəni az yararlı və ya ümumiyyətlə yararsız olsa belə, bu yenə də həmin torpaqların mülkiyyətə verilməsini istisna edəcək.

43. Bu səbəbdən də apellyasiya instansiyası məhkəməsi iddiaçının istifadəsində olan torpaq sahəsinin hazırda yararlılığının müəyyənləşdirilməsi istiqamətində araşdırma aparmamışdır. Çünki bütün hallarda, iddiaçının vəziyyətində heç nə dəyişməyəcək, yəni torpaq sahəsi örüş yeri üçün yararsız olsa belə, yenidən sağlamlaşdırılması üçün dövriyyədən çıxarılacaqdır.

44. Beləliklə, müəyyən olunur ki, apellyasiya instansiyası tərəfindən işin müəyyən edilmiş faktiki hallarından göründüyü kimi iddiaçıya tikinti və kənd təsərrüfatı məqsədi üçün satılmış cəmi 0.80 ha torpaq sahəsi, ümumilikdə, ayrıldığı zaman ikinci keyfiyyət qrupuna daxil olan kənd təsərrüfatına yara rlı torpaqlara aid olmuş, həmçinin hazırda da, həmin torpaq sahəsi kənd təsərrüfatlı təyinatlı örüş torpaq sahəsidir.

45. Məhkəmə kollegiyası həmçinin, Torpaq Məcəlləsinin 9 və 13-cü maddələrinə istinad edərək qeyd edir ki, kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin başqa məqsədlər üçün istifadəsi yalnız kateqoriyası dəyişdirildikdən sonra mümkündür. Hazırki iş üzrə isə Avaxıl Bələdiyyəsinin 11 mart 2007-ci il tarixli 03 saylı qərarı ilə torpaq sahəsinin kateqoriyası dəyişdirilmədən tikinti və kənd təsərrüfatı məqsədi üçün iddiaçıya satılması qərara alınmışdır. Halbuki, bələdiyyənin kənd təsərrüfatı təyinatlı örüş torpağı yalnız məqsədli təyinatı üzrə icarəyə və ya istifadəyə verilə bilərdi.

46. Odur ki, qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə hazırkı inzibati mübahisə i lə bağlı məsələni apellyasiya məhkəməsi lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

47. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsaslı olmadığından, təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin 10 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

48. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-84/2023 nömrəli, 10 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qət

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar