Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1500/2025 05.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı QƏRARİ (Açar sözlər: qərarın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçın cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)88/2025 nömrəli, 22 yanvar 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdeh iddiaçı barəsində 2021-ci ilin dekabr ayı üzrə keçirilmiş kameral vergi yoxlamasının nəticəsi üzrə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2023-cü il tarixli Qərar qəbul etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli qərarın ləğv olunması barədə qərаr çıхаrılmаsını хаhiş еtmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-də Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən 2021-ci il dekabr ayı üzrə analoji qaydada kameral vergi yoxlaması keçirilmiş və 179.890,20 manat məbləğində ƏDV hesablanmışdır. Daha sonra, iddiaçı 2021-ci ilin dekabr ayı üzrə ƏDV üzrə dəqiqləşdirilmiş bəyannamə təqdim etmiş və cavabdeh vergi orqanı yenidən 24 oktyabr 2022-ci il tarixində qərar qəbul etməklə 179.890,20 manat əlavə hesablanmış ƏDV-ni bərpa etmişdir. Daha sonra, iddiaçı 7 fevral 2023-cü il tarixində 2021-ci ilin dekabr ayı üzrə yenidən dəqiqləşdirilmiş bəyannamə təqdim etmiş, sonuncu verilən bəyannamə üzrə ümumiyyətlə uyğunsuzluq məktubu təqdim edilməmiş və birbaşa kameral vergi yoxlamasının nəticəsi üzrə 17 fevral 2023-cü il tarixli qərarla əlavə ƏDV hesablanmışdır. Vergi orqanın 17 fevral 2023- cü il tarixli qərarı aşağıdakı səbəblərə görə əsassız və qanunsuzdur: Cavabdeh vergi orqanı tərəfindən bundan əvvəl təqdim edilmiş qərarda hesablamaya əsas kimi aşağıdakılar göstərilmişdir: “İddiaçı MMC tərəfindən 2021-ci il ərzində EQF əsasında 999.390.00 manat dəyərində soya paxlası "xxxx" MMC-yə təqdim edilmişdir. Həmin məhsullar İddiaçı MMC tərəfindən "xxxx" MMC-dən əldə edilmişdir. Nazirlər Kabinetinin 30 iyun 2022-ci il tarixli 251 saylı Qərarına əsasən “Satışı ƏDV-dan azad olan yem və yem əlavələrin siyahısı” təsdiq edilmişdir. Həmin siyahıda soyanın olduğu müəyyən edilmişdir. Lakin soyanın təqdim edildiyi "xxxx" MMC-nin faktiki olaraq hər hansı heyvandarlıq sahəsi ilə məşğul olmadığı, soyanı yağ istehsalı üçün əldə etdiyi müəyyən edilmişdir. Qeyd edək ki, məhsullar idxal zamanı ƏDV -yə cəlb edilmişdir. Göstərilənləri nəzərə alaraq, İddiaçı MMC tərəfindən azaldılmış 179.890,20 manat (999 390,00 x 18%) ƏDV məbləğinin bərpa edilməsi nəzərdə tutulur.” Göründüyü kimi, cavabdeh vergi orqanı qərar qəbul edərkən belə qənaətə gəlmişdir ki, soya paxlası heyvandarlıq məqsədləri üçün istifadə edilmədiyi üçün həmin soyanın satışı ƏDV-yə cəlb edilməlidir. Vergi Məcəllənin 164.1.46-cı maddəsinə əsasən heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən yem və yem əlavələrinin satışı üzrə dövriyyələr - 2020-ci il yanvarın 1-dən 4 il müddətinə ƏDV-dən azad edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 30 iyun tarixli 251 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sat ışı əlavə dəyər vergisindən azad olunan heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin” Siyahısında soya da nəzərdə tutulmuşdur. İddiaçı soya paxlasını "GRAİN AQRO” MMC-dən ƏDV-siz əldə etmiş, eyni zamanda "ABŞERON YAĞ EMALİ FABRİKİ” MMC-yə ƏDV-siz, yəni ƏDV-dən azad qaydada təqdim etmişdir. Həmin soya paxlasının isə idxalı zamanı ƏDV-yə cəlb edilməsi ona görə olmuşdur ki, Vergi Məcəlləsində heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrin yalnız satışı ƏDVdən azad edilmiş, idxalı isə azad edilməmişdir. Ümumiyyətlə həmin məhsulların idxalı zamanı ƏDV-yə cəlb edilməsi hazırkı məsələyə heç bir aidiyyəti yoxdur. Diqqətə çatdırır ki, Vergi Məcəlləsinin 159.7-ci maddəsinə əsasən bu maddənin digər müddəalarından asılı olmayara q, malları ƏDV-yə cəlb edilən əməliyyatlar nəticəsində əldə edən, lakin bu malları əldə edərkən, bu Məcəllənin 175-ci maddəsinə əsasən ƏDV-ni əvəzləşdirməyə hüququ olmayan şəxsin həmin malları göndərməsinə vergi tutulan əməliyyat kimi baxılmır. Həmin Məcəllənin 175.6-ci maddəsinə görə ƏDV-dən azad olunan, yaxud ƏDV-yə cəlb edilməyən əməliyyatlar aparan şəxslər tərəfindən mallar (işlər, xidmətlər) alınarkən bu maddə ilə müəyyən edilmiş qaydada ödənilmiş ƏDV məbləği əvəzləşdirilmir. Qeyd edilən normalardan da görünür ki, iddiaçının soya paxlasını əldə etdiyi "GRAİN AQRO” MMC həmin məhsulların idxal zamanı ƏDV ödəsə də, həmin ödədiyi ƏDV-nin əvəzləşdirilməsinə hüququ olmamış ondan ötrü ki, soya paxlası heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem olduğu üçün onu iddiaçıya ƏD V-siz, yəni ƏDV-dən azad qaydada təqdim etmişdir. İddiaçı isə həmin məhsulları ƏDV-siz əldə etdiyi təqdirdə, hansı qaydada ƏDV-yə cəlb edilən əməliyyat kimi təqdim edə bilərdi sualı maraq doğurur. Kameral vergi yoxlaması zamanı vergi orqanı cəmiyyətin soya paxlasını satdığı "ABŞERON YAĞ EMALİ FABRİKİ” MMC-ni cəlb edərək həmin məhsulları hansı məqsədlər üçün istifadə edildiyini araşdırmamışdır. Halbuki, "ABŞERON YAĞ EMALİ FABRİKİ” MMC vergi orqanına və DVX-yə müraciət edərək bildirmişdir ki, həmin soya paxlasını cəmiyyətdən əldə edərək onlardan heyvanların yemlərinə qatılması üçün yağ istehsal etmişdir ki, həmin yağ məhsulunu da heyvandarlıqla məşğul olan digər sahibkarlara satmışdır. Həmçinin iddiaçının bir vergi ödəyicisi kimi soya paxlasını təqdim etdiyi "ABŞERON YAĞ EMALİ FABRİKİ” MMC-n i həmin soyadan məhz hansı məqsədlər üçün istifadə edildiyini müəyyən etmək və yaxud araşdırmaq vəzifəsi olmamışdır.
4. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, kameral vergi yoxlaması zamanı Cəmiyyət tərəfindən 2021-ci il ərzində elektron qaiməfakturalar əsasında 999 390,00 manat dəyərində soya paxlası "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə təqdim edildiyi müəyyən edilmişdir. Həmin məhsullar İddiaçı tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən əldə edilmişdir. Nazirlər Kabinetinin 30 iyun 2022-ci il tarixli 251 saylı Qərarına əsasən “Satışı ƏDV-dən azad olan yem və yem əlavələrinin siyahısı” təsdiq olunmuşdur. Həmin siyahıda “soya"nın da olduğu müəyyən edilmişdir. Lakin, soyanın təqdim olunduğu "xxxx" MMC-nin faktiki olaraq hər-hansı heyvandarlıq sahəsi i lə məşğul olmadığı, soyanı yağ istehsalı üçün əldə etdiyi müəyyən olunmuşdur. Məhsullar idxal edilən zaman ƏDV-yə cəlb edilmişdir. Cəmiyyət tərəfindən təqdim edilmiş bəyannamə üzrə təqdim edilmiş soya məhsullarının ƏDV-yə cəlb edilməməsi və bəyannamənin göstəricisiz olaraq təqdim edilməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilən kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə “Bəyannamənin təqdim edilməsi haqqında" xx.xx.2022-ci il tarixli **********990900 nömrəli məktub göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, lakin müvafiq bəyannamə, uyğunsuzluq barədə əsaslandırılmış izahat və zəruri sənədlər təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2021-ci ilin dekabr ayı üçün ƏDV bəyannaməsi üzrə 179 890,20 manat vergi məbləği hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********603500 nömrəli qərar qəbul edilərək vergi ödəyicisinə göndərilmiş, daha sonra Cəmiyyət tərəfindən xx.xx.2022-ci il tarixdə 2021-ci ilin dekabr ayı üçün dəqiqləşdirilmiş ƏDV bəyannaməsi bir daha göstəricisiz olaraq təqdim edilmiş və nəticədə sonuncu "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********724400 nömrəli qərar qəbul edilərək vergi ödəyicisinə göndərilmişdir. İddiaçı tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə xx.xx.2021-ci il tarixli EBBB seriyalı 970726 nömrəli və 21 06.2021-ci il tarixli EBBD seriyalı 572910 nömrəli elektron qaimə-fakturalar əsasında dəyəri ümumilikdə 999 390,0 manat təşkil edən 701 ton soya paxlasını ƏDV-dən azad olunan əməliyyatlar çərçivəsində təqdim edildiyi müəyyən edilmişdir. Məlum olduğu kimi, Vergi Məcəlləsinin 164.1.46-cı maddəsinə əsasən 2020-ci il yanvarın 1-dən 4 il müddətinə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin satışı üzrə dövriyyələr ƏDV-dən azad edilmişdir. “Satışı əlavə dəyər vergisindən azad olunan heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin Siyahısı” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 iyun 2022-ci il tarixli 251 nömrəli Qərarı ilə təsdiq olunmuşdur. Həmin siyahıda “soya" məhsulu heyvandarlıq və quşç uluq təsərrüfatında istifadə edilən yemlərin siyahısında qeyd olunmuşdur. Göründüyü kimi, Vergi Məcəlləsinin 164.1.46-cı maddəsində məhsulla yanaşı, həmin məhsulun hansı məqsədlər üçün istifadə edilməsi azadolmanın əsas şərti hesab edildiyindən alıcı vergi ödəyicisinə sözügedən azadolmanın tətbiq edilibedilməməsi mülki münasibət çərçivəsində müəyyən edilməlidir. Həmçinin soya yem məqsədləri ilə yanaşı, texniki məqsədlər üçün (boyaq və sabun istehsalında və s.) istifadə edildiyindən həmin məhsulun təyinatı üzrə heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilməsinin müəyyən olunması Vergi Məcəlləsinin 164.1.46cı maddəsinin tətbiqi baxımından zəruridir. Eyni zamanda ƏDV malın (işin və xidmətin) dəyərinə əlavə edilən vergi növü olmaqla aparılan əməliyyatların vergiyə cəlb olunan, verg iyə cəlb olunmayan və ya vergidən azad olunan əməliyyat olması Vergi Məcəlləsi ilə şərtləndirildiyindən, malın (işin və xidmətin) təqdim edilməsinin hansı əməliyyatın təsir dairəsinə düşməsi hallarını müəyyən etmək və aydınlaşdırmaq malı (işi və xidməti) təqdim edən vergi ödəyicisinin öhdəliyidir. Bu baxımdan, məhsulun satışı satıcı üçün vergi öhdəliyi yaratdığından soya paxlasını təqdim edən vergi ödəyicisi təqdim etdiyi məhsulun ƏDV-yə cəlb edilən və ya ƏDVdən azad olunan əməliyyat olmasını müəyyən etməlidir. Yem məhsullarının heyvandarlıq və quşçuluq təsərrüfatlarının fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə satışı üzrə dövriyyələr ƏDV-dən azaddır və vergi öhdəliyinin düzgün müəyyən edilməsi üçün satıcı vergi ödəyicisi tərəfindən əməliyyatın aparılması zamanı alıcının fəaliyyəti, o cümlədən alınan məhsulun hansı məqsədlər üçün istifadə edilməsi əvvəlcədən müəyyən edilməlidir. Vergi ödəyiciləri arasında alqı-satqı müqaviləsi mülki münasibətlər çərçivəsində bağlanıldığından və bu müqavilələr üzrə vergi ödəyicilərinin üzərinə maliyyə öhdəlikləri qoyulduğundan, aparılan əməliyyatların vergiyə cəlb olunan və ya azad olunan əməliyyat olması müəyyən edilməklə müqavilədən irəli gələn öhdəliklər yerinə yetirilməlidir. Eyni zamanda “ABŞERON VAĞ EMALİ FABRİKİ" Məhdud Məsuliyyətli Cəmiyyəti vergi orqanına müraciət edərək, İddiaçındən əldə edilmiş soya paxlasından heyvan yemlərinə qatılması üçün yağ istehsal etdiyini bildirmişdir. Beləliklə, Vergi Məcəlləsinin 164.1 46-cı maddəsinə əsasən 2020-ci il yanvarın 1-dən 4 il müddətinə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyy ən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin satışı üzrə dövriyyələr ƏDV-dən azad edildiyini, lakin “ABŞERON YAĞ EMALİ FABRİKİ" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən əldə edilmiş soya paxlasının yağ istehsalında istifadə edildiyini, ƏDV malın (işin və xidmətin) dəyərinə əlavə edilən vergi növü olmaqla aparılan əməliyyatların vergiyə cəlb olunan, vergiyə cəlb olunmayan və ya vergidən azad olunan əməliyyat olması Vergi Məcəlləsi ilə şərtləndirildiyindən, malın (işin və xidmətin) təqdim edilməsinin hansı əməliyyatın təsir dairəsinə düşməsi hallarını müəyyən etmək və aydınlaşdırmaq malı (işi və xidməti) təqdim edən vergi ödəyicisinin öhdəliyi olduğunu nəzərə alaraq, mübahisələndirilən qərar tam əsaslıdır.
5. Şirvan İnzibati Məhkəməsinin 02 sentyabr 2024-cü il tarixli, e-2-1(120)1448/2024 nömrəli qərarı ilə (hakim P.Qurbanova) iddia təmin edilmiş, İddiaçı barəsində cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli Qərarı ləğv edilmişdir.
6. Məhkəmə hesab etmişdir ki, Vergi Məcəlləsinin 175.6-ci maddəsinə əsasən bu Məcəllənin 160.4-cü maddəsində göstərilən hal istisna olmaqla (160.4.Hüquqi və fiziki şəxslər tərəfindən daşınar və daşınmaz əmlakların, qeyri-maddi aktivlərin, habelə əmlak kompleksi şəklində müəssisələrin dövlət orqanlarına (qurumlarına), eləcə də siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara əvəzsiz olaraq verilməsi vergi tutulan əməliyyat sayılmır.), ƏDV-dən azad olunan, yaxud ƏDV-yə cəlb edilməyən əməliyyatlar aparan şəxslər tərəfindən mallar (işlər, xidmətlər) alınarkən bu maddə ilə müəyyən edilmiş qaydada ödənilmiş ƏDV məbləği əvəzləşdirilmir. Dövlət büdcəsindən ayrılan vəsaitlər (subsidiya və geri qaytarılmalı vəsaitlər istisna olmaqla) hesabına mallar (işlər, xidmətlər) alınarkən, ödənilmiş ƏDVnin məbləği əvəzləşdirilmir. Qeyd edilən normalardan da görünür ki, iddiaçının soya paxlasını əldə etdiyi "GRAİN AQRO” MMC həmin məhsulların idxalı zamanı ƏDV ödəsə də, həmin ödədiyi ƏDV-nin əvəzləşdirilməsi ilə bağlı öhdəliyi olmamışdır, çünki soya paxlası heyvandarlıq və quşçuluq tə sərrüfatlarında istifadə edilən yem olduğu üçün və qanunvericiliyin tələblərinə əsasən o, iddiaçıya ƏDV-siz, yəni ƏDV-dən azad qaydada təqdim edilmişdir. Həmçinin Vergi Məcəlləsinə dəyişikliklərin edilməsi haqqında Azərbaycan Respublikasının 5 dekabr 2023-cü il 1033-VİQD nömrəli Qanununun 1.51.12-ci bəndinə əsasən, Vergi Məcəlləsinin 164.1.46-cı maddəsində “heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən” sözləri çıxarılmışdır və “4” rəqəmi “7” rəqəm ilə əvəz edilmişdir. Həmin qanuna edilən dəyişiklik Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinə əsasən, iddiaçının hüquqi vəziyyətini yaxşılaşdırdığı və hüquqi məsuliyyətini yüngülləşdirdiyi üçün geriyə qüvvəsi şamil edilməlidir. Həmçinin Vergi Məcəlləsinin 16-cı maddəsinə əsasən, vergi ödəyicisinin malını təqdim e tdiyi müəssisənin fəaliyyətini yoxlamaq və həmin mallardan hansı məqsədlərlə gələcəkdə istifadə edəcəyini araşdırmaq kimi bir vəzifəsi müəyyən edilməmişdir. Başqa sözlə, iddiaçının soya paxlasını təqdim etdiyi "ABŞERON YAĞ EMALİ FABRİKİ” MMC tərəfindən həmin soyadan məhz hansı məqsədlər üçün istifadə edildiyini müəyyən etmək və yaxud araşdırmaq vəzifəsi olmamışdır.
7. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
8. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-88/2025 nömrəli, 22 yanvar 2025-ci il tarixli qərarı ilə (hakimlər: F.Hüseynov - sədrlik edən və məruzəçi, S.Həsənov və A.Novruzova) apellyasiya şikayəti təm in edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
10. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
11. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddiaya qarşı verilmiş etirazın dəlilləri ilə oxşarlıq təşkil edir. TƏTBİQ EDİLƏN HÜQUQ
12. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: 36.1. vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 36.2. vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qər ar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 37.1. kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.3. kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələri nin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haq qında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Maddə 164.1.46. heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən yem və yem əlavələrinin satışı üzrə dövriyyələr - 2020-ci il yanvarın 1-dən 4 il müddətinə ƏDV-dən azad edilmişdir.
13. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişiklikl ərin edilməsi haqqında Azərbaycan Respublikasının 5 dekabr 2023-cü il 1033- VİQD nömrəli Qanununun 1.51.12-ci bəndinə əsasən, Vergi Məcəlləsinin 164.1.46-cı maddəsində “heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən” sözləri çıxarılmış, “4” rəqəmi “7” rəqəm ilə əvəz edilmiş və həmin Qanun 1 yanvar 2024-cü il tarixdən qüvvəyə minmişdir.
14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 30 iyun tarixli, 251 nömrəli Qərarı ilə təsdiq edilmiş “Satışı əlavə dəyər vergisindən azad olunan heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin” Siyahısı.
15. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının d üzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qəra rdadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
17. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olara q yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.
19. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
20. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
21. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından mübahisələndirilən kameral vergi qərarının ləğvi üçün əsasların mövcudluğu ilə bağlı məs ələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
22. Bununla belə məhkəmə kollegiyası işin faktiki hallarına əsasən qeyd edir ki, cavabdeh inzibati orqan “S.S.D" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2022-ci il tarixdə 2021-ci ilin dekabr ayı üçün dəqiqləşdirilmiş ƏDV bəyannaməsinin göstəricisiz olaraq təqdim edilməsi səbəbindən kameral vergi yoxlaması aparmış və araşdırma zamanı Cəmiyyət tərəfindən 2021-ci il ərzində elektron qaimə-fakturalar əsasında 999.390.00 manat dəyə rində soya paxlasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə təqdim edildiyi müəyyən edilmişdir. Həmin məhsullar İddiaçı tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən əldə edilmişdir. Lakin, soyanın təqdim olunduğu "xxxx" MMC-nin faktiki olaraq hər-hansı heyvandarlıq sahəsi ilə məşğul olmadığı, soyanı yağ istehsalı üçün əldə etdiyi əsası ilə mübahisələndirilən qərar qəbul edilmiş və qərar qəbul edən zaman həmin qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcud olub-olmamasını nəzərə almamışdır.
23. İddiaçı (alıcı) xx.xx.2021-ci il tarixli, GA-5-05/21 nömrəli müqaviləsinə əsasən, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən (satıcı) soya paxlasını əldə etmiş və “X1 Fabriki “ MMC-yə № PCS 16/05/21-3 nömrəli xx.xx.2021 tarixli müqaviləyə əsasən 200 ton Seriya:EBBD №:572910 xx.xx.2021) və 501 ton (Seriya:EBBB №:970726 xx.xx.2021) olmaqla ümumilikdə 701 ton soya satmışdır. Sonuncu tərəfindən alınmış soya paxlası soya zavodunda istehsal edilərək "xxxx" MMC-yə yem əlavəsi kimi satılmışdır.
24. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı kameral vergi yoxlamasının keçirilməsi nəticəsində qəbul edilmiş qərarın ləğv edilməsinə yönəlmişdir.
25. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində bildirilmişdir ki, soyanın təqdim edildiyi "xxxx" MMC-nin faktiki olaraq hər hansı heyvandarlıq sahəsi ilə məşğul olmadığını və həmin məhsulun idxalı zamanı ƏDV-yə cəlb edildiyini və soya paxlasının heyvandarlıq məqsədləri üçün istifadə edilmədiyi üçün həmin soyanın satışının da ƏDV-yə cəlb edilməlidir.
26. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin kassasiya şikayətinin dəlili ape llyasiya şikayətinin dəlili ilə eynilik təşkil edir və həmin dəlil də apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır.
27. Bununla bağlı qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 30 iyun tarixli, 251 nömrəli Qərarı ilə təsdiq edilmiş “Satışı əlavə dəyər vergisindən azad olunan heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin” Siyahısının 1.8-ci bəndində soya da nəzərdə tutulmuşdur. Həmçinin Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişikliklərin edilməsi haqqında Azərbaycan Respublikasının 5 dekabr 2023-cü il 1033- VİQD nömrəli Qanununun 1.51.12-ci bəndinə əsasən, Vergi Məcəlləsinin 164.1.46-cı maddəsində “heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən” sözləri çıxarılmış, “4” rəqəmi “7” r əqəm ilə əvəz edilmiş və həmin Qanun 1 yanvar 2024-cü il tarixdən qüvvəyə minmişdir.
28. Qanunverici heyvandarlıq və quşçuluq təsərrüfatların inkişafı üçün belə bir norma əlavə etməklə ölkə daxilində yem və yem əlavələrin satışını ƏDV-dən azad etmişdir. Həmçinin, Vergi Məcəlləsindən də görünür ki, heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrin idxalı deyil, ölkə daxilində yalnız satışı ƏDV azad edilmişdir. Belə ki, iddiaçı soya paxlasını "GRAİN AQRO” MMC-dən ƏDV-siz əldə etmiş, eyni zamanda "ABŞERON YAĞ EMALİ FABRİKİ” MMC-yə ƏDV-siz, yəni ƏDV-dən azad qaydada təqdim etmişdir. Həmin soya paxlasının isə idxalı zamanı ƏDV-yə cəlb edilməsi ona görə baş vermişdir ki, Vergi Məcəlləsində heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavəl ərin yalnız satışı ƏDV-dən azad edilmiş, idxalının isə azad edilməsi nəzərdə tutulmamışdır.
29. Odur ki, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin araşdırmalarını əsaslı hesab edərək bildirir ki, vergi ödəyicisinin malını təqdim etdiyi müəssisənin fəaliyyətini yoxlamaq və həmin mallardan hansı məqsədlərlə gələcəkdə istifadə edəcəyini araşdırmaq kimi bir vəzifəsi müəyyən ediməmişdir.
30. Başqa sözlə, iddiaçının soya paxlasını təqdim etdiyi "ABŞERON YAĞ EMALİ FABRİKİ” MMC tərəfindən həmin soyadan məhz hansı məqsədlər üçün istifadə edildiyini müəyyən etmək və yaxud araşdırmaq vəzifəsi onun məsuliyyət sferasına aid deyildir.
31. Bununla yanaşı nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edi lməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarında qeyd edilir ki, vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vəzifəsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.
32. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ö dəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.
33. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kol legiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-88/2025 nömrəli, 22 yanvar 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.