Məhkəmə qərarları › İş №2-1(102)-1501/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1501/2019

07.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1501/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası İstisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə qarşı iddiasına dair iş üzrə QƏRAR GİRİŞ HİSSƏ Hakimlər: Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), Rahib Sahib oğlu Nəbizadə və 07.05.2019 Xəqani Səyyad oğlu Məmmədovdan ibarət tərkibdə, Cavabdeh Agentliyin nümayəndəsi X4 və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına X2rşı müraciətlərin araşdırılması haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 18 d ekabr 2018-ci il tarixli qərarından cavabdeh Agentlik tərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtiadiyyat Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Mdafiəsi Dövlət Xidmətinə qarşı (hazıırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyidir) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Xidmətin hərəkətlərinin qanunsuz hesab edilməsi, Xidmətin üzərinə inzibati icraata başlanması vəzifəsinin qoyulması, Azadlıq prospekti 57 “c” ünvada yerləşən ticarət fəaliyyəti göstərən sahibkara, iş görən icraçıya, «xxxx» firmasının Atatürk prospekti 30/78 yerləşən ünvanda «EverBest» ticarət obyektində alqı-satqı əməliyyatı aparan satıcıya qarşı tədbirlər görülməsi üçün Xidmət haqqında Əsasnamənin 30.0.32 və 30.0.33-cü qaydanın tələblərinin yerinə yetirilməsi öhdəliyinin müəyyən edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 avqust 2018-ci il tarixli qərarı ilə (hakim T.Əsədova; iş № 2-1(81)-2265/2018) iddianın qismən təmin edilməsi; cavabdeh Xidmətin hərəkətlərinin inzibati icraatın aparılmaması hissəsində qanunsuz hesab edilməsi, cavabdeh Agentliyin üzərinə iddiaçının müraciətləri əsasında inzibati icraata başlanması vəzifəsinin qoyulması, Azadlıq prospekti 57 C ünvada yerləşən, ticarət fəaliyyəti göstərən sahibkara, iş görən icraçıya, «xxxx» firmasının Atatürk prospekti 30/78 yerləşə n ünvanda «EverBest» ticarət obyektində alqı-satqı əməliyyatı aparan satıcıya qarşı tədbirlər görülməsi məsələsinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla, aparılması, inzibati icraatın nəticələrinə uyğun olaraq baxılması vəzifəsinin cavabdeh Agentliyin üzərinə qoyulması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 dekabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən K.Abiyeva, hakimlər M.Tağızadə və Ü.Mayilov; iş № 21(103)-2514/2018) cavabdeh Agentlik tərəfindən vrilmiş apellyasiya şikayətinin təmin edilməməsi; 1 saylı Bakı İnzibati-İqtisadi Мəhkəməsinin 14 avqust 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasıqərara alınmışdır. Həmin qərardan cavabdeh Agentlik kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin tam olara q təmin edilməməsi haqqında qərar edilməsi məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Cavabdeh Agentlik kassasiya şikayətində qeyd edilənlərə görə, hazırki işə baxan afpellyasiya instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, nəticədə əsassız və qanunsuz qərar qəbul etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında çıxış edən cavabdeh Agentliyin vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 dekabr 2018-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin tam təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında çıxış edən cavabdeh Agentliyi n nümayəndəsi V.Ataşov vəkilin dediklərinə uyğun izahat vermişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq, hazırkı iş üzrə iddiaçının nümayəndələri gəlmədiklərindən və bunun səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilməməklə apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, iddiaçı 05 oktyabr 2016-cı il tarixli ərizə ilə cavabdeh inzibati orqana müraciət edərək Bakı şəhəri, Azadlıq prospekti 57 c ünvanında fəaliyyət göstərən «Kompüter xidmətləri və servis mərkəzi» mağazasında ona qarşı kobud rəftar edilməsi və noutbuka proqramların düzgün yazılmamasına yönəlmiş hərəkətələrə dair tədbirlər görülməsini xahiş etmişdir; Cavabdeh Xidmət «Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə isti nad etməklə, müraciəti araşdırmağa başlamış, Bakı şəhəri, Azadlıq prospekti 57 c ünvanında fəaliyyət göstərən «Kompüter xidmətləri və servis mərkəzi» mağazasının rəhbərliyinə sorğu göndərmiş və məsələnin araşdırılaraq qanunamüvafiq tədbirlərin görülməsi və nəticəsi barədə məlumatı 7 iş günündən gec olmayaraq Xidmətə təqdim edilməsini xahiş etmişdir (ASİHDX-08/025/4146 №-li 07.10.2016-cı il tarixli məktub). Xidmətin həmin məktubuna fiziki şəxs X1 cavab ünvanlayaraq bildirmişdir ki, iddiaçının şikayətinə heç bir aidiyyəti yoxdur. Belə ki, O, mağazanı 25.10.2016-cı il tarixdə icarəyə götürmüş və əvvəlki sahibkarı tanımır. Daha sonra Xidmət tərəfindən əlavə araşdırmaya ehtiyac yarandığından iddiaçının müraciətinə baxılması müddəti 30 iş günü uzadılmış və bu barədə iddiaçıya məlumat verilmişdir (16.11.2016-cı il tarixli Xidməti məruzə və iddiaçıya ünvanlanmış 18.11.2016-cı il tarixli məktub). Eyni zamanda İddiaçı 10.11.2016-cı il tarixli ərizə ilə Xidmətə müraciət edərək «xxxx» MMC-dən aldığı noutbukun şirkət tərəfindən əməliyyat sistemi yüklənmədən satılması barədə məlumat vermiş və bu barədə tədbirlər görülməsini xahiş etmişdir. Xidmət tərəfindən həmin halın araşdırılması üçün «xxxx» MMC- yə izahat təqdim olunmasını müraciət olunmuşdur. Fiziki şəxs Seyidağa Muradov Xidmətə yenidən 29.11.2016-cı il tarixli ərizə ilə müraciət edərək bildirmişdir ki, iddiaçının kompüteri format olunduqda blutuz proqramı aktiv olmadığından vətəndaşa kompüteri yenidən format edib və proqramların yazılıb təhvil verilməsi təklif olunmuşdur. Lakin, iddiaçı bundan imtina etmişdir. Vətəndaşın ödədiyi 10 manat ona geri qaytarılmışdır. Eyni zamanda, «xxxx» MMC-nin adından şirkətin direktoru Zəka İbrahimov 07.12.2016-cı il tarixli məktubla Xidmətə müraciət edərək bildirmişdir ki, 2016-cı ilin sentyabrın əvvəllərində vətəndaş İddiaçı «xxxx» MMC-nin Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 30/78 A ünvanında yerləşən «Everbest» mağazasına müraciət edərək, şəxsi istifadəsi üçün «ACER» markalı noutbuk almaq arzusunda olduğubu bildirmişdir. Alıcının seçdiyi bu model istehsalçı şirkət (ACER) tərəfindən əməliyyat sistemləri yüklənmədən ixrac edilir. Mağazalarında bu model olduğu kimi alıcılara satılır (əməliyyat sistemi olmadan). Müştərilərin arzusuna uyğun olaraq, habelə «Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında» Qanunun tələblərinə əsasən, kompüter avad anlıqlarına lisenziyalı əməliyyat sistemlərindən olan Microsoft, Windows, Office və s. şirkətəlrin proqramları əlavə olaraq alınması təklif olunur. Satıcılar tərəfindən izah olunan məlumatları dinlədikdən sonra vətəndaş İddiaçı noutbuku alsa da, lisenziyalı əməliyyat sisteminin yüklənməsi pulsuz olmadığı üçün əməliyyat sisteminin yüklənməsindən imtina etmişdir. Bu müddət ərzində müştərinin kompüterin nasazlığı barədə Cəmiyyətin servis mərkəzinə heç bir şikayəti daxil olmamışdır. Cavabdeh Xidmət tərəfindən aparılan araşdırmanın yekunu olaraq onun tərəfindən iddiaçıya məktub ünvanlanmış və qeyd olunmuşdur ki, «Kompüter xidmətləri və servis mərkəzi» mağazasının sahibi fiziki şəxs Seyidağa Muradov 29.11.2016-cı il tarixli məktubla kompüteri format etdikdən sonra blutuz proqrammı işləmədiyindən cihazın yenidən format edilməsinin ididaçıya təklif edildiyini, onun isə bu təklifdən imtina etdiyindən 10 manat xidmət haqqının qaytarıldığını, yenidən mağazaya müraciət edəcəyiniz təqdirdə isə kompüteri format edib işlək vəziyyətdə ididaçıya təhvil verə biləcəklərini bildirmişdir. Həmçinin «xxxx» MMC-nin rəhbərliyi kompüterlərin istehsalçı şirkət tərəfindən əməliyyat sistemi yüklənmədən ixrac edildiyini, lisenziyalı əməliyyat sisteminin ödənişli olduğunu, bu barədə ididaçıya məlumat verilməsinə baxmayaraq iddiaçının imtina etdiyini bildirmiş və bu barədə Xidmətə yazılı məlumat təqdim etmişdir. Həmçinin bildirilmişdir ki, araşdırmanın nəticəsindən razı qalmadığı təqdirdə iddiaçının «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ vardır (09.12.2016-cı il tarixli ASİHDX 08/017/8602 №-li məktub). Araşdırılan qərardan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək haqlı olaraq belə hesab etmişdir ki, iddiaçının 1-ci, yəni Xidmətin hərəkətlərinin qanunsuz hesab edilməsi haqqında iddia tələbi və 2-ci, yəni cavabdeh Xidmətin üzərinə inzibati icraata başlanılması vəzifəsinin qoyulması haqqında iddia tələbi ona görə də əsaslıdır ki, bu tələblərin yaranmasına əsas olmuş iddiaçının cavabdeh inzibati orqana müraciəti, həmin orqan tərəfindən «Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun araşdırılmışdır. Halbuki, həmin Qanunun 5.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları vətəndaşların məhkəmə ic raatı və ya inzibati icraat çərçivəsində etdikləri müraciətlərə şamil edilmir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, qanuna əsasən ya hüquqi şəxs onların yerli (struktur) və digər qurumları, bələdi inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur; Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun tələblərinə görə, i nzibati orqan fiziki və ya hüquqi şəxslərin ərizəsi, özünün təşəbbüsü, habelə inzibati aktdan şikayət verildiyi halda inzibati icraata başlamalı (28-ci maddə), bu barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməli (21 -ci maddə), maraqlı şəxsi inzibati icraat materialları ilə tanış etməli (38-ci maddə), yazılı formada qəbul edilmiş inzibati aktı əsaslandırmalı (61 -cı maddə), inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələrini əks etdirməlidir (59-cu maddə). Lakin hazırki iş üzrə müəyyən edilir ki, iddiaçının cavabdeh inzibati orqana müraciəti inzibati icraatın başlanması üçün əsas olmasına baxmayaraq, həmin müraciətə cavabdeh tərəfindən "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun müddəalarının tələblərinə əm əl edilməklə baxılmamış və məhkəməyədək inzibati icraat aparılmamışdır. Yuxarıda qeyd edildiyi kimi, fiziki şəxs Seyidağa Muradov ilk öncə iddiaçının şikayətinə aidiyyətinin olmamasını, sonra isə mahiyyətinə uyğun izahat ünvanlamışdır. Eyni zamanda, hüquqi şəxs «xxxx» iddiaçının şikayəti ilə əlaqədar izahat göndərmişdir. Cavabdeh inzibati orqan adıçəkilən mağazanın Seyidağa Muradova yoxsa «xxxx»-a məxsus olmasını, satıcı tərəfindən həqiqətən də kobudluğun edilib edilməməsini, satılmış malın format edilmədən satılmasının qanuna uyğun olub olmamasını araşdırmamış, ona ünvanlanan formal cavablarla qane olaraq iddiaçının müraciətini cavablandırmışdır. Ona görə də, cavabdeh Xidmətin hərəkətləri inzibati icraatın aparılmaması hissəsində qanunsuz olmuşdur. İddiaçının 3-cü, yəni Azadlıq prospekti 57 “c” ünvada yerləşən ticarət fəaliyyəti göstərən sahibkara, iş görən icraçıya, «xxxx» firmasının Atatürk prospekti 30/78 yerləşən ünvanda «EverBest» ticarət obyektində alqı-satqı əməliyyatı aparan satıcıya qarşı tədbirlər görülməsi Xidmət haqqında Əsasnamənin 30.0.32 və 30.0.33-cü qaydanın tələblərinin yerinə yetirilməsi öhdəliyinin müəyyən edilməsi tələbinə gəldikdə, cavabdeh inzibati orqanın dəlili ondan ibarətdir ki, tərəflər arasında pərakəndə alqı-satqı müqaviləsi bağlanmışdır, müqavilə öhdəlikləri ilə bağlı yaranan konkret mübahisənin həlli məhkəmənin səlahiyyətinə aiddir və cavabdeh inzibati orqan kimi Xidmət tərəflər arasında bağlanmış müqavilədən irəli gələn mübahisəni həll edə bilməz. Bu dəlil əsaslı hesab edilə bilməz, belə ki, hazırki halda iddianın predmetini alqı-satqı müqa viləsi yaranmış mübahisənin həlli təşkil etmir, iddiaçı cavabdeh Xidmətin üzərinə Azərbaycan Respublikası Prezidentinin 28 aprel 2016-cı il tarixli 888 saylı Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti haqqında Əsasnamə» ilə müəyyən edilmiş vəzifə səlahiyyətlərinə müvafiq öhdəliklərin qoyulmasını xahiş edir. Həmin Əsasnamənin 3.0.32-ci bəndinə əsasən, Xidmət istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunvericiliyə, o cümlədən ticarət, ictimai iaşə, məişət və digər növ xidmət qaydalarına riayət olunmasına dövlət nəzarətini həyata keçirir, bu sahədə qanun pozuntularının qarşışının alınması və pozuntuya yol vermiş şəxslərin qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi məqsədi ilə tədbirlər görür. Həmin Əsasnamənin 3.0.33-cü bəndinə əsasən, Xidmət malların (işlərin, xidmətlərin) müvafiq standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş tələblərə uyğunluğunu qiymətləndirir, həmin tələblərə cavab verməyən mallar (işlər, xidmətlər) barədə qanunla müəyyən edilmiş tədbirlər görür, aşkarlanmış nöqsanların aradan qaldırılması ilə bağlı müvafiq qurumlara təqdimatlar verir. Cavabdeh inzibati ona həmin Əsasnamə ilə verilmiş səlahiyyətlərə müvafiq olaraq yuxarıda sadalanan qanun normalarında əks olunan bütün hərəkətləri etməli və bunun nəticəsinə uyğun olaraq iki qərardan birini qəbul etməlidir. İddiaçının isə öz növbəsində qəbul edilmiş qərardan inzibati məhkəmə icraatı qaydasında məhkəməyə şikayət etmək hüququ yaranır. O dur ki, 1-ci instansiya məhkəməsinin iddia tələbləri ilə bağlı qəbul etdiyi qərar əsaslı və qanuni olmuşdur. Belə ki, Azərbaycan Respublikası İPM-nin 73.2-ci maddəsinə əsasən, iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgündür, cavabdeh Agentliyin kassasiya şikayətində göstərdiyi dəlillər əsaslı olmadığından qəbul edilməməlidir. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1 -ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərarın ləğvi üçün əsas olan qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslı hesab edilmir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin 18 dekabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentlik tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 dekabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar