Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1501/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət X7 Xüsusi X2rşı iş üzrə QƏRARİ (iş № 2-1(102)-1501/2020) Açar sözlər: pensiyanın yenidən hesablanması. Bakı şəhəri xx xxxx 2020-ci il 29.07.2020 Giriş hissə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslim oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, İddiaçı və cavabdehin vəkili X3 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və X5 Nazirliyi yanında Dövlət X7 Xüsusi X2rşı pensiyanın yenid ən hesablanması tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-657/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx xxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İşin halları: İddiaçı xx xxxxxx 1969-cu ildə anadan olmuşdur və Bakı şəhərində yaşayır. İddiaçı xx xxxx 1986-cı ildən xx xxxxxxx 1987-ci ilə qədər və xx xxxxxx 1990-cı ildən xx xxxx 1990-cı ilə qədər «Azon» zavodunda işləmiş, xx xxxxxx 1987-ci ildən xx xxxxxx 1989-cu ilə qədər hərbi xidmətdə olmuş, 1990-cı ildən 2011-ci ilə qədər Azərbaycan Respublikası Daxili İşlər orqanlarında xidmət etmişdir. İddiaçı Dövlət X7 X6 İdarəsinə (bundan sonra DSMF-nin X6 İdar əsi və ya cavabdeh yazılacaq) xx.xx.2019-cu il tarixli ərizə ilə müraciət edərək, hərbi xidmətdə olduğu zaman xx.xx.1989-cu ildən xx.xx.1989-cu ilə qədər Anqola Respublikasında gedən döyüşlərdə iştirak etdiyini, həmin dövrün qanunvericiliyinə əsasən xidmət illərinin 1 günü 3 gün kimi hesablandığını bildirmiş və bununla bağlı həmin əlavələrin pensiyasına yenidən hesablanmasını xahiş etmişdir. Cavabdeh iddiaçıya pensiya təyin etməkdən imtina etmiş və **********2 saylı, xx xxxx 2019-cu il tarixli məktubla iddiaçıya cavab verərək, həmin əlavələrin pensiyasına yenidən hesablandığını, son 3 ilin pensiyasının ona ödənildiyi və əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 1773,37 manat məbləğində fərqin xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində hissə-hissə pensiyanın üzər inə əlavə olunmaqla müvafiq kart hesabına köçürüləcəyini bildirmişdir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, aldığı pensiyaya əlavə edilmiş 63 faiz miqdarda ödənişin əvvəlki 4 il üçün ona ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, hərbi xidmətdə olduğu zaman xx.xx.1989cu ildən xx.xx.1989-cu ilə qədər Anqola Respublikasında gedən döyüşlərdə iştirak etmişdir. Həmin dövrlər qanunvericiliyə əsasən 1 gün 3 gün kimi hesablanırdı. Bununla bağlı DSMF-nin Binəqədi rayon Şöbəsinə müraciət etmiş və həmin əlavələr pensiyasına yenidən hesablanmışdır. Lakin cavabdeh tərəfindən son 3 ilin pensiyası ona ödənilmişdir. Bundan əvvəlki 4 ilin pensiyası isə ödənilmədiyindən, hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin etiraz dəlilləri: Cavabdehin nümayəndəsi iddia tələbinə qarşı etirazını onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunda əmək pensiyasının təyin edilməsi müddətləri konkret olaraq göstərilmişdir. Qanunun 32.1-1-ci maddəsində qeyd edilir ki, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Daxili İşl ər Nazirliyi tərəfindən İdarəyə təqdim edilmiş xx.xx.2018-ci il tarixli 198 nömrəli yeni məlumat vərəqəsinə əsasən iddiaçının əmək pensiyası xx.xx.2015-xx.xx.2018-ci il tarixləri arasındakı dövr üçün yenidən hesablanmışdır və ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə iddiaçıya ödənilir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (81)-3525/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının barəsində yeni məlumat vərəqi xx xxxx 2018-ci il tarixdə verilsə də, iddiaçı pensiya hüququnu “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklərin edildi yi xx.xx.2017-ci il tarixədək əldə etdiyindən, həmin tarixdən sonra edilmiş dəyişikliyin iddiaçıya tətbiq edilməsi həm Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə, həm də sözügedən Qaydaların 1.3-cü bəndinə zidd olmuşdur. Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-657/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər K.Abiyeva (sədrlik edən və məruzəçi) M.Tağızadə və Ü.Mayılov) apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3525/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmı şdır. Həmin qərardan isə cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində işin faktik halları barədə iddia ərizəsində təsvir olunan hallar və cavabdehin etiraz dəlilləri təkrarlanmışdır. Tərəflərin izahatları: Cavabdehin vəkili X1 şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasına vəkilsiz gəldiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir. Əsaslandırıcı hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apely asiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, aşağı məhkəmə instansiyalarının müəyyən etdiyi işin faktik hallarından göründüyü kimi, iddiaçının barəsində xx.xx.2018-ci il tarixdə verilmiş yeni məlumat vərəqinə əsasən, cavabdeh iddiaçıya keçmiş dövr üçün əmək pensiyasının məbləğini yenidən hesablamış və bu zaman “Əmək pensiyaları haqqında” Qanunun 32.1-ci maddəsinə istinadən yenidən hesablamanı əvvəki üç il üç ün aparmışdır. İddiaçı isə pensiyanın yenidən hesablanmasının onun pensiya hüququ yarandığı vaxtdan hesablanmasını tələb edir. Bu iddia tələbinin hüquqi əsasını təşkil edən “Əmək pensiyaları haqqında” Qanunun xx xxxx 2017-ci il tarixə qədər qüvvədə olan 32.1-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. Həmin Qanunun xx xxxx 2017-ci il tarixdən sonra qüvvədə olan 32.1-ci maddəsinə əsasən isə yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanuna xx xxxx 2017-ci il tarixdən etibarən 32.1-1-ci maddə əlavə edilmişdir. Həmin maddəyə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gü ndən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun xx xxxx 2017-ci il tarixə qədər qüvvədə olan 37.7-ci maddəsinə əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. xx.xx.2017-ci il tarixdən sonra qüvvədə olan 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Göründüyü kimi, xx xxxx 2017-ci il tarixə qədər qüvvədə olan əmək pensiyaları haqqında qanunvericiliyə əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği hər hansı müddət məhdudiyyəti tətbiq edilmədən ödənilir. Azərbaycan Respublikasının Əmək və X5 Nazirliyi Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş «“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 1.3cü bəndinə əsasən 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya, Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. Kollegiya apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, sadalanan normaları nəticəyə gəlməyə əsas verir ki, iddiaçının barəsində yeni məlumat vərəqi xx xxxx 2018-ci il tarixdə ver ilsə də, iddiaçı pensiya hüququnu “Əmək pensiyaları haqqında” Qanuna dəyişikliklərin edildiyi xx.xx.2017-ci il tarixədək əldə etdiyindən, həmin tarixdən sonra edilmiş dəyişikliyin iddiaçıya tətbiq edilməsi həm Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə, həm də sözügedən Qaydaların 1.3-cü bəndinə zidd olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. İstinad olunan normaların hazırkı mübahisəyə tətbiq etməklə kollegiya hesab edir ki, iddiaçının mübahisələndirilən pensiyanın yenidən hesablanm ası və ödənilməmiş pensiya məbləği onun pensiya hüququ yarandığı dövrdən hesablanıb ödənilməlidir. Cavabdehin həm imtina cavabının, həm də apelyasiya və kassasiya şikayətinin dəlillərindən göründüyü kimi pensiyanın ödənilməsinin mümkünsüz hesab edilməsinin əsasları kimi əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edildiyi göstərilmişdir. Kollegiya həmin dəlilləri aşağıdakılara görə əsassız hesab edir. Apelyasiya instansiyası məhkəməsinin də qərarında qeyd olunduğu kimi qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənziml əmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Kassasiya şikayətinin dəlilləri əsassızdır və apelyasiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar yoxdur. instansiyası Azərbaycan Respublikası İPM-nin 96.9-cu maddəsinə görə Al i Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Nəticəvi hissə Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-657/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-1501/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1501/2020
29.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver