Məhkəmə qərarları › İş №2-1(102)-1501/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1501/2022

04.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1501/2022 04.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı X1 cavabdeh Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: inzibati aktın və vergi borcunun ləğvi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, İddiaçı X1 (xx.xx.1979-cü il təvəllüdlü; FİN: 19QJ4XQ) cavabdeh Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə 1(bir) faiz dərəcəsi ilə hesablanan sadələşdiril miş verginin qanunsuz hesab edilməsi və 2017-ci ilin əvvəlində bu günədək bank hesablarından həmin vergi növü üzrə tutulmuş 6.147,78 manat məbləğin ona geri qaytarılması, vergi orqanı tərəfindən ondan gəlir vergisi bəyannaməsinin tələb edilməsinin dayandırılması və 2 saylı Ərazi Vergilər Baş idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********040400 nömrəli qərarın, vergi borcunun ödənilməsinə dair xx.xx.2021-ci il tarixli **********4 nömrəli bildirişin və həmin sənədlərə əsasən hesablanmış 4.584,24 manat məbləğində vergi borcunun ləğv edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 may 2022-ci il tarixli, 2-1(105)-316/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydas ında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdehin “Vergilərin sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********040400 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçıya 2649.48 manat əlavə vergi borcu hesablanmışdır.

2. Vergi borcunun ödənilməsinə dair **********4 nömrəli bildirişə əsasən, iddiaçıdan xx.xx.2021-ci il tarixə vergilər üzrə 3971.30 manat, faizlər üzrə 613.21 manat borcunun, ümumilikdə 4584.24 manat borcunun olması bildirilmişdir.

3. Cavabdehin iddiaçıya ünvanlanmış məktubundan görünür ki, xx.xx.2020-ci il tarixli **********625200, **********62380, **********606500, **********624500, **********613100, **********5895C, **********616200, **********620700, **********621400, **********6221C **********619300, **********609600, **** ******582600, **********578100 saylı cari ödənişin geri qaytarılması haqqında ərizələr aşağıdakı səbəblərdən icra edilməmişdir: 1) müraciətdə qeyd edilən cəmi məbləğ şəxsi hesab vərəqəsinin xx.xx.2020-ci tarixli vəziyyətinə aşkar edilməmişdir; 2) 01 yanvar 2017-ci il tarixdən qüvvəyə minən 16 dekabr 2016-cı il tarixli “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Qanunun 1.58.4-cü maddəsinə əsasən Vergi Məcəlləsinə “Hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə 1 faiz dərəcəsi ilə sadələşdirilmiş vergi hesablanır” məzmununda 220.12-ci maddə əlavə edilmiş və həmin maddə hazırda qüvvədədir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı 27 sentyabr 2021-ci il tarixdə iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə 1(bir) faiz dərəcəsi ilə hesablanan sadələşdirilmiş verginin qanunsuz hesab edilməsi və 2017-ci ilin əvvəlində bu günədək bank hesablarından həmin vergi növü üzrə tutulmuş 6.147,78 manat məbləğin ona geri qaytarılması, vergi orqanı tərəfindən ondan gəlir vergisi bəyannaməsinin tələb edilməsinin dayandırılması və 2 saylı Ərazi Vergilər Baş idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********040400 nömrəli qərarın, vergi borcunun ödənilməsinə dair xx.xx.2021-ci il tarixli **********4 nömrəli bildirişin və həmin sənədlərə əsasən hesablanmış 4.584,24 manat məbləğində vergi borcunun ləğv edilməsini xahiş etmiş dir. İddiaçının əsaslandırması:

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2008-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər İdarəsində hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs kimi qeydiyyatdan keçmişdir. “İctimai və humanitar elmlər sahəsində tədqiqatlar və işləmələr’ fəaliyyəti ilə məşğul olur. Fəaliyyəti dövründə işçi cəlb etməmiş və gəlirlərinin həcmi istənilən 12 aylıq dövr ərzində 200.000 manatdan az olduğu üçün Vergi məcəlləsinin 218.1-ci maddəsinə əsasən sadələşdirilmiş vergi ödəyicisi kimi fəaliyyət göstərmişdir. Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, 2017-ci ilin 1 aprel tarixindən etibarən malların təqdim edilməsindən, işlərin görülməsindən, xidmətlərin göstərilməsindən əldə edilən vəsaiti n məbləğindən (ümumi hasilatının həcmindən) və satışdankənar gəlirlərdən 2 (iki) faiz dərəcəsi ilə hesablanan sadələşdirilmiş vergidən əlavə, pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə 1 (bır) faiz dərəcəsi ilə sadələşdirilmiş vergi avtomatik olaraq, bank hesablarından tutulmuşdur. İndiyədək həmin vergi növü üzrə hesabından tutulmuş məbləğ 6.147,78 manat təşkil edir. Bununla Vergi Məcəlləsinin 3.5-ci maddəsinin tələbləri pozulmuşdur. İddiaçı qanunsuz olaraq hesabından tutulan bu vergilərin qaytarılması üçün xx.xx.2020 tarixində “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizələr” ilə 2 saylı Ərazi Vergilər Baş İdarəsinə müraciət etsə də, idarə xx.xx.2020-ci il tarixdə şəxsi kabinetimə imtina cavabı göndərmişdir. Üstəlik, bütün vergiləri ödədiyi halda, xx.xx.2021-ci il tarixdə 2 saylı Ərazi Vergilər Baş İdarəsi şəxsi kabinetinə və elektron poçt ünvanına 4.584,24 manat məbləğində vergi borcunun ödənilməsinə dair bildiriş göndərmişdir. Eyni zamanda, vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2021-ci il tarixli Qərarı əlavə etmişdir. Qərarda 2020-ci il hesabat dövrü üçün bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və ya sığorta haqqının məbləği 2.649,48 manat məbləğində göstərilmişdir. Hesablama ona təqdim edilməmişdir. Qərarda gəlir vergisi bəyannaməsini təqdim etmədiyi üçün əlaqəli məlumatlara əsasən gəlir vergisinin hesablandığı bildirilir. Bundan əvvəl qeyd olunan məsələ ilə bağlı 2 saylı Ərazi Vergilər Baş İdarəsi ilə b ir neçə dəfə yazışmaları olmuşdur. O, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 218.1-ci maddəsi ilə müəyyən edilən sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququmdan istifadə etdiyini bildirsə də, vergi orqanı əməkdaşları həmin Məcəllənin 218.5-ci maddəsini göstərərək, onun bu hüququnu birtərəfli qaydada məhdudlaşdırmağa çalışımışlar. Hər dəfə onların hərəkətlərinin qanunsuz olduğunu göstərərək sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan istifadə etməyə davam etmiş və idarə bunu qəbul etmişdir. Lakin son yazışmada istədikləri yazılı izahatı təqdim etməmiş və 2 saylı Ərazi Vergilər Baş İdarəsi vergi borcu hesablamışdır. İddiaçının illik dövriyyəsinin həcmi 200.000 manatdan az olduğu üçün Məcəllənin 218.1-ci maddəsi ona sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ verir, 218.5-ci maddə isə bu hüququ inkar edir. Bu maddələrin heç birində digərinə istinad mövcud deyildir. Bu halda, həmin məcəllənin 3.11-ci maddəsinə uyğun olaraq, Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Cavabdehin etirazları:

6. Cavabdehin yazılı etirazının dəlillərinə əsasən iddiaçının fəaliyyətinin araşdırılması zamanı 2020-ci il ərzində 57882,68 manat dəyərində elektron qaimə faktura təqdim etməsinə, 4758,00 manat dəyərində elektron qaimə faktura əldə etməsinə, 135,00 manat sosial sığorta haqqı xərcinin olmasına baxmayaraq 2020-ci il üzrə gəlir vergisi bəyannaməsinin təqdim edilmədiyi müəyyən edilmişdir. Vergi Məcəlləsinin 37.1-ci və 37.3cü maddələrinin tələblərinə uyğun olaraq vergi orqanı tərəfindən xx.xx.2021-ci il tarixli **********476900 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktubla iddiaçıya müraciət edilərək 5 gün müddətində yaranmış uyğunsuzluqla əlaqədar əsaslandırılmış izahat məktubunun, vergi bəyannaməsində əks etdirilən xərcləri təsdiq edən sənədlərin və dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmiş, lakin iddiaçı tərəfindən qeyd olunan müddət ərzində cavabdeh vergi orqanına hər hansı sənəd təqdim edilməmişdir. Vergi ödəyicisi tərəfindən qeyd edilən məktuba heç bir əsaslı münasibət bildirilmədiyi və cari gəlir vergisi bəyannaməsi təqdim edilmədiyi üçün mikro sahibkarlıq subyekti nəzərə alınmaqla analoji qaydada 2020-ci il üzrə 2649,48 manat gəlir vergisi hesablanmış və vergi ödəyicisinə vergi orqanının "Vergilərin, sosial sığo rta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2021ci il tarixli **********040400 nömrəli Qərarı göndərilmişdir. İddia ərizəsində qeyd olunan pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə 1 (bir) faiz dərəcəsi ilə hesablanan sadələşdirilmiş verginin qanunsuz hesab edilməsi və 2017-ci ilin əvvəlində bu günədək bank hesablarından həmin günədək bank hesablarından həmin vergi növü üzrə tutulmuş 6147,78 manat məbləğin ona geri qaytarılması’’ tələbi ilə bağlı qeyd olunur ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 150.1.12-ci maddəsinə əsasən hüquqi şəxslərə və fərdi sahibkarlara bank hesablarındakı pul vəsaitlərinin nağd qaydada verilməsini həyata keçirən yerli banklar, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru (vergi agentləri) ödəmə mənbəyində vergini tutmağa borcludurlar. Bununla bağlı cavabdeh vergi orqanı tərəfindən iddiaçıya hər hansı vergi məbləği hesablanmamışdır. Bundan başqa vergi borcunun ödənilməsinə dair xx.xx.2021ci il tarixli, **********4 nömrəli bildiriş ayrıca inzibati akt hesab edilmədiyindən onun ləğvi məsələsinə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

7. Sumqayıt İnzibati Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli, 2-1(118)-1951/2021 nömrəli qərardadı ilə (hakim O.X.Həsənov) iddia vergi borcunun ödənilməsinə dair xx.xx.2021-ci il tarixli **********4 nömrəli bildirişin ləğv edilməsinə dair hissədə mümkün sayılmamışdır.

8. Sumqayıt İnzibati Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli, 2-1(118)-1951/2021 nömrəli qə rarı ilə (hakim O.X.Həsənov) iddianın qismən təmin edilməsi, 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 23 sentyabr 2021-ci il tarixli **********040400 saylı qərarının ləğv edilməsi və iddiaçı X2 hesablanmış 2649,48 manat məbləğində vergi borcunun silinməsi öhdəliyinin cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə qoyulması, iddianın qalan hissədə rədd edilməsi qərara alınmışdır.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçının əldə etdiyi gəlir müəyyən edilməmiş, cavabdehin mübahisəli qərarı ilə hesablanmış vergi borcunu təsdiq edən hər hansı sübut, habelə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları məhkəməyə təqdim edilməmişdir.

10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək iddianın təmin edilmiş hissəsin də ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

11. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 may 2022-ci il tarixli, 2-1(105)-316/2022 nömrəli qərarı ilə (hakimlər: Z.T.Məmmədov - sədrlik edən və məruzəçi, H.Ç.Babayeva və F.Ə.Məmmədov) Sumqayıt İnzibati Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli 2-1(118)-1951/2021 nömrəli qərarının 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 23 sentyabr 2021-ci il tarixli **********040400 saylı qərarının ləğv edilməsi və iddiaçıya hesablanmış 2649,48 manat məbləğində vergi borcunun silinməsi hissəsində ləğv edilməsi və həmin hissədə yeni qərar qəbul edilməsi, iddia iddiaçının 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 23 sentyabr 2021-ci il tar ixli **********040400 saylı qərarının ləğv edilməsi və hesablanmış 2649,48 manat məbləğində vergi borcunun silinməsi tələbinə dair hissədə təmin edilməməsi, qərarın şikayətə münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının 2020-ci il ərzində 57882,68 manat dəyərində elektron qaimə faktura təqdim etməsi və 4758,00 manat dəyərində elektron qaimə faktura əldə etməsi Vergi Məcəlləsinin yuxarıda istinad olunan 218.5, 218.5.10-cu maddələrinə əsasən onun sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnu istisna edir. Belə ki, iddiaçı müqavilə əsasında müxtəlif müəssisələrin işçiləri, habelə müəllimlər üçün təlimlər keçdiyini və təqdim etdiyi elektron qaimə fakturaların həmin xidmətlərlə əlaqədar olduğun u, 4758,00 manat dəyərində elektron qaimə fakturanın isə təlimlərin keçirilməsi üçün otellərdən konfrans zallarının icarəyə götürülməsi ilə əlaqədar olduğunu bildirmişdir. Cavabdeh vergi orqanı xx.xx.2021-ci il tarixli **********476900 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktubla iddiaçıya müraciət edilərək 5 gün müddətində yaranmış uyğunsuzluqla əlaqədar əsaslandırılmış izahat məktubunun, vergi bəyannaməsində əks etdirilən xərcləri təsdiq edən sənədlərin və dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmiş, lakin iddiaçı tərəfindən qeyd olunan müddət ərzində cavabdeh vergi orqanına hər hansı sənəd təqdim edilməmişdir.

13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iş üzrə yeni qərar qəbul olunmas ını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayətində qeyd edilmişdir ki, cavabdeh tərəfindən iddiaçının əldə etdiyi gəlir müəyyən edilməmiş, cavabdehin mübahisəli qərarı ilə hesablanmış vergi borcunu təsdiq edən hər hansı sübut, habelə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları məhkəməyə təqdim edilməmişdir. Buna görə məhkəməmin qərarına göstərilmiş nəticə işin hallarına uyğun deyildir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

15. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etirazın dəlillərinin əsasını iddiaya qarşı etirazda göstərilənlər təşkil edir. Cavabdeh Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 may 2022-ci il tarixli, 2 -1(105)-316/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsini və qərarın qüvvədə saxlanılmasını xahiş etmişdir.

16. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 37.1 Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2 kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən verginin hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin vergi orqanına təqdim edildiyi gündən 30 gün müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1- kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3 kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. 37.4 kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyic isinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. 37.6 kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4-ci maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır. Maddə 67.1 bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifad ə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. 67.3. Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasın da hesablanır. 67.6. Verginin hesablanması üçün vergi ödəyicisi barədə vergi orqanında bir neçə əlaqəli məlumat olduqda, ən yuxarı məbləğdə verginin hesablanmasına əsas verən əlaqəli məlumata əsasən vergi hesablanır. 67.9. Əlaqəli məlumatlara əsasən hesablanmış vergilərə dair bəyannamələr vergi orqanına təqdim edildikdən sonra, hesablanmış vergilər bəyannamələr nəzərə alınmaqla yenidən hesablanır. 67.10. Əlaqəli məlumatlara əsasən hesablanmış vergilərin alınması bu Məcəllənin 65-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Maddə 218.1. Aşağıda göstərilən şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdir: 218.1.1. bu Məcəllənin Xİ fəslinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tut ulan əməliyyatların həcmi 200.000 manat və ondan az olan şəxslər; 218.1.2. vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər. Maddə 218.5. Aşağıda göstərilən şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur:... 218.5.10. vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər (bu Məcəllənin 218.4.1-ci və 220.10-cu maddələrində nəzərdə tutulan şəxslər tərəfindən xidmətlərin göstərilməsi istisna olmaqla);...

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyas ı məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardad ını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

22. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsin in “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

23. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.

25. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılaşaraq qeyd edir ki, iddiaçının 2020-ci il ərzində 57882,68 manat dəyərində elektron qaimə faktura təqdim etməsi və 4758,00 manat dəyərində elektron qaimə faktura əldə etməsi Vergi Məcəlləsinin 218.5, 218.5.10-cu maddələrinə əsasən onun sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnu istisna edir. Belə ki, iddiaç ı müqavilə əsasında müxtəlif müəssisələrin işçiləri, habelə müəllimlər üçün təlimlər keçdiyini və təqdim etdiyi elektron qaimə fakturaların həmin xidmətlərlə əlaqədar olduğunu, 4758,00 manat dəyərində elektron qaimə fakturanın isə təlimlərin keçirilməsi üçün otellərdən konfrans zallarının icarəyə götürülməsi ilə əlaqədar olduğunu bildirmişdir.

26. Cavabdeh xx.xx.2021-ci il tarixli **********476900 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktubla iddiaçıya müraciət edərək 5 gün müddətində yaranmış uyğunsuzluqla əlaqədar əsaslandırılmış izahat məktubunun, vergi bəyannaməsində əks etdirilən xərcləri təsdiq edən sənədlərin və dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmiş, lakin iddiaçı tərəfindən qeyd olunan müddət ərzində cavabdeh ve rgi orqanına hər hansı sənəd təqdim edilməmişdir.

27. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılaşaraq qeyd edir ki, cavabdeh Vergi Məcəlləsinin kameral vergi yoxlamasının keçirilməsi və nəticəsində asılı olaraq müvafiq qərarın qəbul edilməsi qaydalarını tənzimləyən yuxarıda istinad olunan maddələrinə əsasən iddiaçıya 2649,48 manat məbləğində vergi borcu hesablamaqda haqlı olmuşdur.

28. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin olunmur. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 may 2022-ci il tarixli, 2-1(105)-316/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar