Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1501/2023 05.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Təhsildə X1rşı işi üzrə QƏRARİ (Açar sözlər: ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Təhsildə X1rşı “ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 mart 2023-cü il tarixli, 2-1(103)-81 5/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. X2, Statistika və İnformatika Universiteti (MİSİ) tərəfindən verilmiş 107706 ******* nömrəli xx.xx.2014-cü il tarixli Bakalavr diplomuna əsasən, İddiaçı “080105 Maliyyə və kredit” ixtisasını (ixtisaslaşma: bank işi) bitirmiş və ona bakalavr ali ixtisas dərəcəsi verilmişdir.
2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsini xahiş etmişdir.
3. Cavabdeh 6 may 2022-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, iddiaçının Alı təhsil sənədlərinin araşdırılması zamanı müəyyən edilmişdir ki, Rusiya Federasiyasının X2, Statistika və İnformatika Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında İddiaçı həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməyi qeyri-mümkündür. Eyni zamanda, qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə əsasən, eksternat təhsilalma forması üzrə xaricdə ali təhsil almış şəxslərin aldıqları ixtisasların ölkə ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) mümkün deyildir. Azərbaycan Respublikası Nairlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş ‘Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentlıyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları' nın 3 7-ci bəndinə əsasən, İ ddiaçı A78B8BDA3980713 nömrəli müraciəti üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilmir İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Təhsildə Keyfiyyət Təminatı Agentliyinin imtinasının qanunsuz hesab edilməsi və ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1999-cu ildə Bakı şəhəri N.Nərimanov rayonu ərazisində yerləşən 193 saylı orta məktəbin rus bölməsini bitirdikdən sonra həmin il Bakı Texniki Kollecinə daxıl olmuş və kollecdə nəqliyyat vasitələrinin texniki istismarı ixtisası üzrə təhsil almış, Dövlət ixtisas Komissiyasının 28 fevral 2003- cü il tarixli qərarı ilə ona nəqliyyat vasitələrinin texniki istismarı üzrə kiçik mütəxəssis ixtisası verilmiş, bu barədə ona AB-İİ 092872 nömrəli diplom təqdim edilmişdir. 02 aprel 2003-cü il tarixdən 2004-cü il oktyabr ayınadək Nərimanov rayon Hərbi Komissarlığının çağırışı əsasında həqiqi hərbi xidmətdə olmuşdur. Bakı Texniki Kollecinin AB-İİ 092872 nömrəli diplomunu təqdim etməklə 2008-ci ildə X2, Statistika və İnformatika Universitetinin Maliyyə və kredit ixtisası üzrə Ali məktəbə qəbul olmuş və 2014-cü ildə ali təhsilini başa vurmuşdur. İxtisası üzrə mütəxəssis proqramını tam mənimsədiyinə və dövlət yekun attestasiyasını müvəffəqiyyətlə keçdiyinə görə Dövlət İmtahan Komissiyasının 03 iyul 2014-cü il tarixli 4 nömrəli qərarına əsasən ona iqtisadçı ixtisası verilmiş, bu barədə ona 23 i yul 2014-cü il tarixli 14/5332 qeydiyyat nömrəli diplom təqdim edilmişdir. Diplom və diplomun əlavəsi olan, keçirilmiş tədris proqramının məzmunu və nəticələrinə dair məlumat sənədi institutun rektoru tərəfindən təsdiq edilərək apostil edilmişdir
6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, cavabdeh müraciətə baxaraq iddiaçının təhsil aldığı ölkədə olduğu qısa müddət ərzində olmasını (2008/2009-cu tədris ili üzrə- 7 gün, 2009/2010-cu tədris ili üzrə - 1 gün, 2010/2011-ci tədris ili üzrə - 9 gün, 2011/2012-ci tədris ili üzrə- 2 gün, 2012/2013-cü tədris ili üzrə 4 gün, 2013-2014-cü tədris ili üzrə 3 gün) müəyyən etmişdir. Belə ki, sözügedən müddət ərzində iddiaçının ona təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü dövlət standartla rının tələblərinə uyğun yerinə yetirməsinin qeyri-mümkün olması müəyyən edilmişdir. Belə ki, İddiaçı eksternat (sərbəst) təhsilalma formasında oxuyaraq diplom əlavəsində göstərilən 53 (əlli üç) əsas fənləri, 8 (səkkiz) praktiki məşğələlərə aid fənləri 6 (altı) tədris ilinin qarşılığında cəmi 26 (iyirmi altı) gün Rusiya Federasiyasında olmaqla yerinə yetirməsi qeyrimümkündür. Bu səbəbdən iddiaçıya müvafiq sənədin verilməsindən imtina edilmiş və bu barədə məlumat xx.xx.2019-cu il tarixdə onun elektron kabinetində yerləşdirilmişdir.
7. Bakı İnzibati Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, 2-1(112)-9387/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, Rusiya Federasiyasının X2, Statistika və İnformatika Universiteti tərəfindən iddiaçının adına verilmiş xx.xx.2014-cü il tarixli 14/5332 qeydiyy at nömrəli bakalavr diplomu (107706 0010683) üzrə aldığı ixtisasın Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, normativ hüquqi aktlarda xarici dövlətlərin ali təhsil sahəsində kvalifikasıyanın tanınması ilə bağlı müəyyən şərtlər, mənfi rəyin verilməsi üçün isə müvafiq əsaslar mövcud olmuşdur ki, hazırkı iddia tələbi üzrə həmin əsasların olması müəyyən olunmur. Bakalavriat səviyyəsində təhsilin eksternat formada təşkili qaydaları və müddəti ilə bağlı qanunvericilik aktları qəbul edilməsə belə, tələbələrin (hazırki halda iddiaçının) təhsilinin tamamlanmasını təsdiq edən bakalavr diplomunun olması və həmin diplomun apostil olması, həmin diplom üzrə kv alifikasıyanın tanınması üçün kifayət qədər zəruri əsasdır. Mübahisə üzrə mövcud qanunvericilikdə (AR NK-nin xx.xx.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş Qaydalarda) diplomun tanınmasından imtina üçün əsas kimi nəzərdə tutulan hallar mövcud olmadığından, həmçinin, Qaydaların 3.7-ci bəndi ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticəsinə iş üzrə riayət edilmədiyindən, cavabdeh inzibati orqanın iddiaçının kvalifikasiyanın tanınmasından imtinası formal tələblərə əsaslanır.
9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 mart 2023-cü il tarixli, 2-1(103)-815/ 2023 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 22 sentyabr 2022 -ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayətində işin halları, imtina məktubunun və iddia tələbinə etirazın dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, eksternat təhsil forması ümumi təhsildən kənarda qalan şəxslər üçün nəzərdə tutulan təhsilalma formasıdır. Cavabdeh orqan məhkəmə iclaslarında dəfələrlə vurğulamasına və iddiaçının bu səbəbi təsdiq edəcək sübu t(lar)ı olmamasına baxmayaraq, məhkəmə iddiaçı hansı səbəbdən eksternat təhsil formasında təhsil almasını araşdırmamışdır. Eksternat təhsil forması imtahanların əyani şəkildə verilməsini nəzərdə tutsa da, məhkəmə iddiaçının bu imtahanlarda iştirak edib-etməməsini araşdırmamış, iddiaçının təhsil müddətində Rusiya Federasiyasında ümumiyyətlə olub-olmaması barədə DSX-ə sorğu verməmişdir. Eksternat təhsil forması ümumi təhsilin hər hansı səviyyəsini vaxtından əvvəl bitirmək istəyən şəxslər üçün nəzərdə tutulmuşdur. İddiaçı bakalavr səviyyəsini 6 il ərzində bitirməsi məsələsinə məhkəmə münasibət bildirməmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri
14. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin q ərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
15. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir Maddə
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
16. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
17. Apelly asiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
19. Cavabdeh qeyd edir ki, məhkəmə iclaslarında dəfələrlə vurğulamasına (o cümlədən, apellyasiya şikayətində), eksternat təhsil forması imtahanların əyani şəkildə verilməsini nəzərdə tutmasına baxmayaraq, məhkəmə iddiaçının bu imtahanlarda iştirak edib-etməməsini araşdırmamış, iddiaçının təhsil müddətində Rusiya Federasiyasında ümumiyyətlə olub-olmaması barədə DSX-ə sorğu verməmişdir.
20. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı məhkəmə iclasına sədrl ik edənin sualına cavab olaraq iddiaçının nümayəndəsi məhkəməyə iddiaçının imtahanları harada (ölkə daxilində və ya xaricdə) verdiyi barədə məlumat təqdim etmək üçün vaxt istəmiş, məhkəmə iclası da məhz həmin səbəblə təxirə salınmışdır (iş v.173, 174). Növbəti məhkəmə iclasında iddiaçının nümayəndəsi məhkəməyə iddiaçı tərəfindən hansı fənlər üzrə və hansı tarixlərdə imtahanlar verdiyinə dair cədvəl təqdim etmişdir (iş v. 176, 177).
21. Həmçinin iş materiallarına iddiaçının sərhədkeçmə məlumatları əlavə edilmişdir (iş v. 44-45).
22. Apellyasiya instansiyası məhkəməsi 1 mart 2023-cü il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi tərəfindən təqdim edilən cədvəli işə aid olan “sənəd” kimi qəbul etsə də, həmin sənəddəki məlumatları (imtahanın tarixləri) iddiaçının sərhədkeçmə məlumatları i lə birgə tədqiq etməmiş, həmin məlumatlara hər hansı münasibət bildirməmişdir.
23. Belə ki, sərhədkeçmə məlumatlarına dair cədvələ görə, iddiaçının xx.xx.2008-ci il saat 10:00-da Samur DSBM vasitəsilə ölkədən çıxışı, həmin tarixdə saat 23:10-da eyni DSBM-dən ölkəyə girişi olmuşdur. İddiaçının nümayəndəsinin təqdim etdiyi cədvəlin 1-ci bəndinə görə isə, iddiaçı həmin tarixdə üç fəndən imtahan vermişdir. Qeyd olunan çıxış-giriş vaxtları və yol məsafəsi nəzərə alındıqda, həmin zaman çərçivəsində Moskva şəhərində yerləşən təhsil müəssisəsində imtahanları verməsi inandırıcı deyil.
24. Bu qeyd olunanlar iddiaçının nümayəndəsinin təqdim etdiyi cədvəlin digər bəndlərinə də (2, 3, 5, 7-11, 13) aiddir. Ümumiyyətlə iddiaçının imtahanları harada verdiyinə dair sual açıq qalmışdır.
25. Beləliklə, işi n qeyd olunan və mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən halları apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmadığından, bununla da, İPM-in 12.1, 58.7, 82, 87.8-ci maddələrinin tələbləri təmin olunmadığından, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması və qeyd olunan prosessual normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir.
26. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələbələrinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın rədd edilməsi tələbinə aid hissədə təmin oluna bilməz.
27. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məh kəməsinin İnzibati Kollegiyasının 1 mart 2023-cü il tarixli, 21(103)-815/2023 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin edilmir. Qərar qətidir.