Məhkəmə qərarları › İş №2-1(102)-1501/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1501/2024

04.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1501/2024 04.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: öhdəliyin icrası haqqında iddianın mümkünsüzlüyü; yaşayış yeri üzrə qeydiyyatdan çıxarma) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər-X14 və qeyriləri) “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024cü il tarixli, 2-1(103)-1065/2024 saylı qərardadından İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 1097393, ******* nömrəli çıxarışlara əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası küçəsindəki 163 nömrəli ev paylı mülkiyyət hüququ ilə İddiaçı1 və İddiaçı2 məxsusdur.

2. İddiaçı xx.xx.2023-cü il tarixdə 5 saylı Asan Xidmət Mərkəzinə müraciət edərək yaşayış yeri üzrə qeydiyyat haqqında arayışın verilməsini xahiş etmişdir.

3. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışda qeyd edilmişdir k i, ünvan 1 ünvanında X14, X10, İddiaçı2, X11, X3, X8, X5 yaşayış yeri üzrə qeydiyyatdadırlar.

4. İddiaçı Nərimanov rayon Polis İdarəsinə müraciət edərək X9, X1, X6, X2 xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan ünvan 1 ünvandan qeydiyyatdan çıxarılmalarını xahiş etmişdir.

5. Nərimanov Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli iddiaçıya ünvanlanmış məktubunda qeyd edilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası qanununun 9-cu maddəsinin tələbinə əsasən vətəndaşların qeydiyyatdan çıxarılma məsələləri qurumun səlahiyyəti daxilində olmadığından pasport qeydiyyatında olan vətəndaşların qeydiyyatdan çıxarılması mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı1 xx.xx.2023-cü il ta rixdə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehlər X14, X3, X12, X4 qarşı ünvan 3 ünvanından yaşayış sahəsinin istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı1 və İddiaçı2 xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək onları birgə iddiaçı qismində nəzərə almaqla X14, X3, X12, X2 ünvan 4 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Bakı şəhəri Nərimanov Rayon polis idarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

8. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-8538/2023 saylı qərardadı ilə vəsatət təmin edilmiş, İddiaçı2 iş üzrə inzibati məhkəmə icraatında birgə iddiaçı qismində iştirakı nəzərə alınmış, İddia tələbi “X14, X3, X22, X2 ünvan 1 ü nvanında qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilməsi qərara alınmışdır.

9. Həmçinin Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)8538/2023 saylı digər qərardadı ilə X14, X3, X11, X8 iddiaçılar İddiaçı1, İddiaçı2 cavabdeh Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə qarşı “qeydiyyatdan çıxarılma öhdəliyinin qoyulması” barədə iddia tələbinə dair iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxslər qismində cəlb edilmişlər. İddiaçının əsaslandırması:

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Daş karxanası 163 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı1 məxsusdur. Valideynləri həmin evdə 1988-ci ildən yaşayırlar. Atası, X5 yaşadığı həmin evi bacısı İddiaçı2 və ona bağışlama yolu ilə onun mülkiyyətinə vermişdir. Bundan sonra bacısı, İddiaçı2 xx.xx.2017-ci il tarixində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr xidməti tərəfindən mülkiyyət hüquqlarına dair RX seriyalı, ******* nömrəli çıxarış, ona isə həmin qurum tərəfindən evin və ona olan hissəsinə xx.xx.2017-ci il tarixində RX seriyalı ******* nömrəli mülkiyyət hüquqlarına olan çıxarış verilmişdir. Tələb olunan qurumlara təqdim etmək üçün yaşayış yerinə dair arayışı ASAN-5 xidmətindən xx.xx.2022-ci il tarixində alarkən məlum olmuşdur ki, ona məxsus yaşayış evin xəbərləri olmadan onlara məlumat verilmədən üçüncü şəxslər pasport qeydiyyatına düşmüşlər. Məsələyə aydınlıq gətirmək üçün N.Nərimanov rayonu, 55 saylı MKİS-ə və Nərimanov rayon Polis İdarəsinə mü raciət etmişdir. Onlar tərəfindən bu məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət edilməsi məqsədə müvafiq olduğunu təklif edilmişdir. Cavabdehlərin uzun, müddət iddiaçılara mülkiyyət hüququ ilə məxsus olan evdə yaşamadıqlarını, onların razılığı olmadan qeydiyyata düşməklərini yaxın qohumları, qonşuları təsdiq edə bilərlər. Buna görə də, cavabdehlər iddiaçılara məxsus yaşayış evinə olan pasport qeydiyyatlarının formal xarakterdə olduğunu göstərir. Cavabdehin və üçüncü şəxslərin etirazları:

11. Cavabdeh və üçüncü şəxslər iddiaya qarşı yazılı etiraz təqdim etməmişlər. Məhkəmə sorğusu və arayışlar:

12. Məhkəmənin sorğusuna cavab olaraq Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş məktubda qey d edilmişdir ki, ünvan 1 ünvanı üzərində sorğuda qeyd olunan fiziki şəxslərin istifadə hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir.

13. Nərimanov rayon İcra Hakimiyyəti Nərimanov rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyi 55 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən X15 təqdim edilmiş xx.xx.2023-cü il tarixli 55/1368 nömrəli arayışda qeyd edilmişdir ki, Bakı şəhəri Böyük Şor qəsəbəsi, Daş Karxanası küçəsi, 163 nömrəli evində X20, X16, X3, X18, X11, X8, X14, X7 yaşayış yeri üzrə qeydiyyatdadırlar. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

14. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-8538/2023 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır.

15. Məhkəmə müəyyən etmişdir ki, qeyd edilən evlərin ünvanı eyni göstərilmiş o lsa da, ayrı-ayrı evlərdir və ünvan 8 ünvanı ilə iki fərdi yaşayış evi faktiki olaraq mövcuddur, onlardan biri iddiaçılara məxsus olan keçmiş Montin qəsəbəsində yerləşir, digəri isə üçüncü şəxslərin yaşadığı Böyük Şor qəsəbəsində yerləşir.

16. Şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. 17. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qey diyyatdan çıxarılır.

18. Məhkəmə hesab edir ki, ünvan 8 ünvanı ilə iki fərdi yaşayış evi mövcud olduğundan, lakin həmin ünvanlar ayrı qəsəbələrdə yerləşdiyindən (biri Montin qəsəbəsi, digəri isə Böyük Şor qəsəbəsi) iddiaçı hüquqi marağına uyğun olaraq özünə məxsus olan daşınmaz əmlakın ünvanda müvafiq qəsəbə göstərilməklə dəqiqləşdirilməsi üçün aidiyyəti üzrə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Ərazi İdarəsinə ərizə ilə müraciət edə bilər. Məhkəmə bunu qeyd edərkən nəzərə alır ki, üçüncü şəxslər uzun illərdir ki, həmin ünvanda yaşayırlar, həmin ünvan üzrə qeydiyyatdan çıxarılmalarının faktiki olaraq onlar üçün əlverişsiz nəticə yaratması mübahisəsizdir.

19. Odur ki, məhkəmə hesab edir ki, daşınmaz əmlak Bakı şəhərində yerləşdiyindən iddiaçı öz məqsəd inə ona məxsus daşınmaz əmlakın ünvanını dəqiqləşdirməklə, yəni ünvan rekvizitlərində müvafiq qəsəbənin qeyd edilməsi ilə nail ola bilər. İddiaçıdan fərqli olaraq üçüncü şəxslərin yaşadıqları evin ilkin hüquqmüəyyənedici sənədləri olmadığından ünvan təyinatı, eləcə də dəqiqləşdirilməsi ilə bağlı müraciət imkanları yoxdur.

20. İddiaçılar həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın mümkün hesab edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişlər. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

21. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-1065/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-8538/2023 nömrəli qərard adı dəyişdirilmədən saxlanılmışdır.

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

23. İddiaçı1 apellyasiya instansiya məhkəməsinin qərardadından kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

24. Birinci instansiya məhkəməsi qanunsuz olaraq iddia ərizəsinin mümkün sayılmaması barədə xx.xx.2023-cü il 2-1(112)-8538/2023 saylı qərardad qəbul etmişdir.

25. Qeyd olunmalıdır ki, xx.xx.2017-ci il tarixdə iddiaçının atası ünvan 10 fərdi yaşayış evini iddiaçılara notariusda bağışladığı zaman üçüncü şəxslər onların fərdi yaşa yış evlərində qeydiyyatda olmamışlar. Olsaydılar onların razılığı tələb olunardı və bağışlama müqaviləsi bağlanmazdır. Üçüncü şəxslər özləri məhkəmədə bildirmişlər ki, onlar iddiaçının ailə üzvləri deyillər, onları tanımırlar ailə üzvləri ilə birlikdə1988-ci ildən Bakı şəhəri, Nərimanov rayonu, Böyük Şor qəsəbəsində yaşayırlar və evlərinə dair heç bir hüquqları qeydiyyat aparılmamış və xx.xx.2022-cü il tarixli 55 saylı MKİS-nin arayışını məhkəməyə təqdim etmişlər. Hansı ki, həmin arayışda açıq aydın qeyd olunur ki, üçüncü şəxslər X14, X3, X11, X8 Bakı şəhəri, Nərimanov rayonu, X30 Karxanası küçəsi, 163 saylı fərdi yaşayış evində qeydiyyatdadırlar.

26. İddiaçıların mənzili isə 18 saylı MKİS-ə aiddir. Hansı ki, həmin arayışda qeyd olunur ki, ünvan 10 ünvandan İddiaçı1 atası, anası, özü və ba cısı qeydiyyatdadır. Göründüyü kimi iddiaçılara məxsus fərdi yaşayış evinin, üçüncü şəxslərə aid olan fərdi yaşayış evinin tam başqa bir ünvanda olması MKİS arayışları ilə sübut olunaraq təsdiq olunur. Lakin, çox təəssüf ki, işə baxan birinci instansiya məhkəməsi iddiaçıların mülkiyyət hüququnu kobud pozulduğunu təsdiq edən mötəbər sübutların olduğuna əhəmiyyət verməyərək qanunsuz və əsasız olaraq xx.xx.2023-cü il 2-1(112)8538/2023 saylı qərardad çıxarılmasına üstünlük vermişdir. Apellyasiya məhkəməsi isə heç bir araşdırma aparmadan faktiki olaraq birinci instansiya məhkəməsinin qərardadın olduğu kimi köçürtmüşdür.

27. Məhkəmələrin mövqeyinə görə, üçüncü şəxslər uzun illərdir ki, həmin ünvanda yaşayırlar, həmin ünvan üzrə qeydiyyatdan çıxmalarının faktiki olaraq onlar üçün əlverişsiz nət icə yaratması mübahisəsizdir. Odur ki, daşınmaz əmlak Bakı şəhərində yerləşdiyindən iddiaçı öz məqsədinə ona məxsus daşınmaz əmlakın ünvanını dəqiqləşdirməklə, yəni ünvan rekvizitlərində müvafiq qəsəbənin qeyd edilməsi ilə nail ola bilər. İddiaçıdan fərqli olaraq üçüncü şəxslərin yaşadıqları evin ilkin hüquqmüəyyənedici sənədləri olmadığından ünvan təyinatı, eləcə də dəqiqləşdirməsi ilə bağlı müraciət imkanları yoxdur. Üçüncü şəxslər uzun illərdir ki, həmin ünvanda yaşayırlar, həmin ünvan üzrə qeydiyyatdan çıxmalarının faktiki olaraq onlar üçün əlverişsiz nəticə yaratması mübahisəsizdir. Bununla bağlı olaraq qeyd edilməlidir ki, üçüncü şəxslər özləri məhkəmədə bildirmişlər ki, onlar iddiaçının ailə üzvləri deyillər, onları tanımırlar ailə üzvləri ilə birlikdə1988-ci ildən Bakı şəhəri, Nəri manov rayonu, Böyük Şor qəsəbəsində yaşayırlar və evlərinə dair heç bir hüquqları qeydiyyat aparılmamış və xx.xx.2022-cü il tarixli 55 saylı MKİS-nin arayışını məhkəməyə təqdim etmişlər. Məhkəmə isə qərardadında qeyd etmişdir ki, üçüncü şəxslər iddiaçının ünvanında yaşayırlar tamamilə absurd yanaşmadır. İddiaçıdan fərqli olaraq üçüncü şəxslərin yaşadıqları evin ilkin hüquqmüəyyənedici sənədləri olmadığından ünvan təyinatı, eləcə də dəqiqləşdirməsi ilə bağlı müraciət imkanları yoxdur. Bu yanaşmada özlüyündə absurddur belə çıxır ki, istənilən şəxs öz ünvanını dəyişmək üçün daşınmaz əmlaka müraciət edib özünün müəyyən etdiyi arzu və istəyinə uyğun olaraq ünvan müəyyənləşdirə bilər. Bundan başqa, araşdırılmalı olan məsələ odur ki, üçüncü şəxslər hansı sənədlər və razılıq əsasında iddiaçının ün vanına düşüblər. Bunu müəyyən etmək üçün məhkəmə tərəfindən Nərimanov rayon polis idarəsinə sorğu göndərilib sənədlər tələb olunmalı idi. Lakin, məhkəmə çox təəssüf ki, bunu etməmişdir.

28. İddiaçı hal-hazırda mənzilini satmaq və ya bağışlamaq niyyətindədir nə üçün üçüncü şəxslərə müraciət edib onlardan minnətli olub onların razılıq almalıdır, çünki onların razılıq olmadan heç bir sənədin təsdiq edilməsi mümkün deyil, nə üçün onların yerinə əlavə xərcə düşməlidir. Problem üçüncü şəxslərin olduğu halda məhkəmə bildirir ki, iddiaçı onların əvəzini bunları etməlidir. Halbuki, mülkiyyət hüququ konstitusion hüquqdur faktiki olaraq məhkəmə tərəfindən iddiaçının mülkiyyət hüququnu məhdudlaşdırıbdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı etiraz təqdim edil məmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

30. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Al i Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

31. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

32. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ 3

3. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə b ağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

35. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi iddianın əsaslarının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərardadında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

36. Apellyasiya instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, ünvan 8 ünvanı ilə iki fərdi yaşayış evi mövcud olduğundan, lakin həmin ünvanlar ayrı qəsəbələrdə yerləşdiyindən (biri Montin qəsəbəsi, digəri isə Böyük Şor qəsəbəsi) iddiaçı hüquqi marağına uyğun olaraq özünə məxsus olan daşınmaz əm lakın ünvanında müvafiq dəqiqləşdirmə aparılması üçün aidiyyəti üzrə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Ərazi İdarəsinə ərizə ilə müraciət edə bilər. İddiaçıdan fərqli olaraq üçüncü şəxslərin yaşadıqları evin ilkin hüquqmüəyyənedici sənədləri olmadığından ünvan təyinatı, eləcə də dəqiqləşdirilməsi ilə bağlı müraciət imkanları yoxdur.

37. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvinə əsas vermir.

38. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(103)-1065/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılır

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar