Məhkəmə qərarları › İş №2-1(102)-1502/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1502/2019

07.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1502/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X2 İdarəsinin “xxxx” ASC-yə qarşı iddiasına dair iş üzrə QƏRAR GİRİŞ HİSSƏ Hakimlər: Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), Rahib Sahib oğlu Nəbizadə və 07.05.2019 Xəqani Səyyad oğlu Məmmədovdan ibarət tərkibdə, Tərəflərin iştiraki olmadan, İddiaçı Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X2 İdarəsinin cavabdeh “xxxx” ASC-yə qarşı məcburi dövlət sosial sığorta haqları üzrə borcun tutulması haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 dekabr 2018-ci il tarixli qərarından cavabdeh ASC tərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X2 İdarəsi cavabdeh “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ASC-nin 01 yanvar 2017-ci il tarixə 24.950,27 manat məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcunun ASC-nin fəaliyyətinin dayandırlması və əmlakının satılması yolu ilə iddiaçı İdarənin xeyrinə tutulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05 iyu l 2018-ci il tarixli qərarı ilə (hakim Z.Tağıyev; iş № 2-1(82)-1264/2018) iddianın qismən təmin edilməsi; cavabdeh ASC-nin 01.01.2017-ci il tarixə 24.950.27 manat məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcunun əmlakının satılması yolu ilə iddiaçı İdarənin xeyrinə tutulması; iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 dekabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən K.Abiyeva, hakimlər Ü.Mayilov və M.Tağızadə; iş № 2-1(103)-2675/2018) cavabdeh ASC tərəfindən verimiş apellyasiya şikayətinin təmin edilməməsi; 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 05 iyul 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan cavabdeh ASC kassasiya şikayəti verərək, qərarı n ləğv edilməsi və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına göndərilməsinə dair qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Cavabdeh ASC-nin kassasiya şikayətində qeyd edilənlərə görə, apellyasiya instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını pozmuşdur, nəticədə əsassız və qanunsuz qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur; məhkəmə müstəqil şəkildə öz təşəbbü sü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi ədalət mühakiməsini faktlara əsasən keçirtməmiş, sübutları araşdırıb qiymətləndirərkən, onlara obyektiv, qərəzsiz, hərətrəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməli olduğu halda, buna əməl etməmiş, qərarını iddiaçı İdarənin təqdim etdiyi qeyri-mötəbər sübutların-subyektiv mülahizələrin üzərində qurmuşdur. Tərəflərin izahatları Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq, hazırkı iş üzrə tərəflərin nümayəndələri gəlmədiklərindən və bunun səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respubl ikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti qismən təmin edilməklə, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməlidir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinin 2-ci hissəsi nə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə məcburi dövlət sosial sığortası sahəsində idarəetməni müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1360-VQD nömrəli Qanununun tətbiqi və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 2018-ci il 21 dekabr tarixli 421 nömrəli Fərmanına əsasən “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin ikinci hissəsində “orqan” dedikdə Azərbaycan Respu blikasının Vergilər Nazirliyi nəzərdə tutulur. (sözügedən fərman 01.01.2019-cu il tarixdən qüvvəyə minmişdir). Həmçinin, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununu 9-1.1-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində (bundan sonra - VM) ver gilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. Beləliklə, 01.01.2019-cu il tarixdən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə məcburi dövlət sosial sığortası sahəsində idarəetməni Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.4-cü maddəsinə görə isə, bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən ( hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə müvafiq olaraq bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 58.1-ci maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzə şt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Qeyd edilənlərə əsasən hazırkı iş üzrə iddiaçı qismində vergi orqanı çıxış etməlidir. Belə olan halda, məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə məcburi dövlət sosial sığortası sahəsində idarəetməni vergi orqanı həyata keçirdiyindən işə təkrar baxan apellyasiya instansiya məhkəməsi iddiaçını əvəzləməli və bundan sonra İPM-nin 35.1-ci maddəsinin tələbi baxımından iddianın mümkünlük şərtlərinə qiymət verməklə işə yenidən baxmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh “xxxx” MMC-nin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 dekabr 2018-ci il tarixli qərarı ləğv edilsin. İş yenidən b

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar