Məhkəmə qərarları › İş №2-1(102)-1502/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1502/2020

18.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1502/2020 18.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh DSMF-nin X2rşı iş üzrə QƏRARİ (Açar sözlər: 60 yaşına çatmış kişiyə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi; əmək kitabçasının doldurulmasına dair tələblər; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və X6 ibarət tərkibdə, Cavabdehin vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh DSMF-nin X2rşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə da ir inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 25 fevral tarixli 2-1(103)-336/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona xx xxx 2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

2. Cavabdeh 2019-cu il 26 iyul tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. İmtinanın əsası kimi xx xxxxxx 1979-cu ildən xx xxxxxx 1993-cü ilə qədər Zəngilan rayon Keçikli kənd orta məktəbində bədən tərbiyəsi müəllimi vəzifəsində və xx xxxxxx 1996-cı ildən xx xxxx 2006-cı ilə qədər Bakı şəhəri 3 saylı X8 yük maşını sürücüsü vəzifəsində işlədiyi döv rün əmək kitabçası qeydlərinin heç bir sənədə istinadən yazılmadığı göstərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı 2019-cu il 27 sentyabr tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ona x xxx 2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxx 1975-ci ildən xx xxxx 1977-ci ilə qədər hərbi xidmətdə olmuş, 1977-ci ildən 1979-cu ilə qədər Bakı Bədən Tərbiyəsi Texnikumunda təhsil almış, xx xxxxxx 1979-cu ildən xx xxxxxx 1993-cü ilə qədər Zəngilan rayon Keçikli kənd orta məktəbində bədən tərbiyəsi mü əllimi vəzifəsində işləmiş, Zəngilan rayonu erməni işğalçıları tərəfindən zəbt olunduğuna görə xx xxxxxx 1993-cü ildən xx xxxxxx 1996-cı ilə qədər Zəngilan rayon Təhsil Şöbəsi tərəfindən orta aylıq əmək haqqı almış, xx xxxxxx 1996-cı ildən xx xxxx 2006-cı ilə qədər Bakı şəhəri 3 saylı X8 yük maşını sürücüsü, xx xxxxxx 2006-cı ildən xx xxxxxxx 2006-cı ilə qədər “Azneft” İB “Azərdənizneftinşaat” X3 Xidməti üzrə Filialında sürücü, xx xxxxxx 2006-cı ildən xx xxxx 2009-cu ilə qədər “Azərdənizneftinşaat” Tresti 3 saylı X1 və Təmir Filialında asfaltbetonçu, xx xxxx 2009-cu ildən xx xxxxxx 2014-cü ilə qədər “Neftqaztikinti” X9 İdarəsində asfalt-betonçu, xx xxxxxx 2014-cü ildən xx xxxxxx 2015-ci ilə qədər “Neftqaztikinti” Tresti 5 saylı X5 asfalt-betonçu vəzifələrində işləmiş, xx xxxxxx 2015-ci ild ən hal-hazıra qədər isə “Neftqaztikinti” Tresti 5 saylı TikintiQuraşdırma Bölməsində asfalt-betonçu vəzifəsində işləyir. Onun 12 il 6 ay zərərli iş stajı xx xxx 2019-cu il tarixdə tamam olmuşdur. Zərərli iş stajını təsdiq edən “Neftqaztikinti” Tresti tərəfindən müvafiq Arayış verilmişdir. xx xxx 2019-cu il tarixə qədər isə ümumi iş stajı təhsil və hərbi xidmət dövrləri də nəzərə alınmaqla 41 il 5 ay 18 gün təşkil edir. İddiaçı hesab edir ki, o, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan ümumi və xüsusi iş stajına malikdir. 5. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2-1(81)4208/2019 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya xx xxx 2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.

6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının güzəştli şərtlərlə pensiya hüququ yaranması üçün 12 il 6 ay zərərli iş stajı xx xxx 2019-cu il tarixdə tamam olmuşdur.

7. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b. apelyasiya instansiyası məhkəməsindəki icraat

8. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 25 fevral tarixli 21(103)-336/2020 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

9. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

10. Cavabdeh həmin qərardan kassa siya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri

11. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə göstərilmişdir ki, məhkəmə təhsil müddətini iddiaçının əmək stajına aid edərkən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 3-cü maddəsinin “e” bəndini və 67-ci maddəsinin İİİ hissəsinin “ğ” bəndini tətbiq edib; bu isə, açıq-aşkar maddi hüquq pozuntusudur. Çünki məhkəmə qüvvədən düşmüş qanunu tətbiq edə bilməz. Belə ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun tətbiqi yalnız “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsindəki şərt lərin (ümumi və güzəştli əmək stajının xx xxxxxx 2006-cı ilədək toplanması) reallaşdığı halda mümkündür. Hazırkı işdə isə belə bir hal mövcud deyildir.

12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli Qərarı ilə təsdiqlənmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydalar”nın 7.3-cü bəndinə görə, əmək kitabçasının və onun əlavə içliyinin dublikatı verildiyi zaman həmin vaxta qədər əmək stajına malik olan işçilərin əmək stajı müvafiq əmrə (sərəncama) əsasən müəyyənləşdirilir və dublikatda qeyd olunur.

13. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş «“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalar»nın 3.2.2ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Göründüyü kimi, iddiaçının xx xxxxxx 1979-cu ildən xx xxxxxx 1993-cü ilə qədər Zəngilan rayon Keçikli kənd orta məktəbində bədən tərbiyəsi müəllimi vəzifəsində işləməsinin müəyyən edilməsi ilə bağlı qanuni qüvvəyə minmiş qərar yoxdur.

14. İddiaçının xx xxxxxx 1996 -cı ildən xx xxxx 2006-cı ilə qədər Bakı şəhəri 3 saylı X8 yük maşını sürücüsü vəzifəsində işlədiyi dövrlə bağlı cavabdeh qeyd edir ki, həmin dövrə aid sənədlər işğal edilmiş ərazidə qalmayıb. “Əmək pensiyaları haqqında” Qanunun 31.2.1-ci maddəsinə görə, sığortaolunanın əmək kitabçası üzrə 2006-cı İİ 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Lakin iş materiallarında sözügedən dövrü təsdiqləyən hər hansı dövlət arxivi arayışı mövcud deyildir. b. məhkəmə icraatı iştirakçılarının izahatları

15. Cavabdehin vəkili (nümayəndəsi) kassasiya şikayətinin məzmunu ilə eyni məzm unlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

16. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatlar ın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydaları: 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. 3.10. Əmək kitabçası oğurlandıqda, yandıqda, itdikdə, yararsız hala salındıqda, işçi işə yenidən bərpa edildikdə qanunvericiliklə müəyyən edilən qaydada işçinin xahişi ilə ona əmək kitabçasının dublikatı verilməlidir. 3.11. Əmək kitabçası işəgötürən və ya işəgötürənin müəyyən etdiyi məsul şəxs tərəfindən imzalanır. Əmək kitabçası ilk dəfə hansı işverən tərəfindən doldurulursa, onun da möhürü ilə təsdiq edilir. Hüquqi şəxs yaratmadan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs işçinin əmək kitabçasında aparılmış qeydləri imzası ilə təsdiq edir. 7.1. Bu əsasnamənin 3.10 bəndinə əsasən dublikat almaq hüququna malik olan işçi axırıncı iş yeri üzrə işəgötürənə əmək kitabçası və ona əlavə içliyin v erilməsi haqqında müraciət etməlidir. İşəgötürən 15 gün ərzində bu müraciətə baxıb onu həll etməlidir. Əmək kitabçası itdikdə və ya yararsız hala düşdükdə işçiyə verilən yeni əmək kitabçasının işçi haqqında məlumat səhifəsinin yuxarı sağ tərəfində iri hərflərlə “Dublikat” sözü yazılır. 7.2. Əmək kitabçası, yaxud əlavə içliyin dublikatı ümumi qayda üzrə doldurulur. 7.3. Əmək kitabçasının və onun əlavə içliyinin dublikatı verildiyi zaman həmin vaxta qədər əmək stajına malik olan işçilərin əmək stajı müvafiq əmrə (sərəncama) əsasən müəyyənləşdirilir və dublikatda qeyd olunur. Keçmişdəki iş haqqında əmək kitabçasında yuxarıda göstərilən məlumat tam dərəcədə olmadığı hallarda, əmək kitabçasının dublikatına yalnız sənəddəki məlumat daxil edilir.

19. İPM: Maddə 12.1. Məhkəmə proses iştirakçılar ının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxı r və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv ed ərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. İş üzrə cavabdeh apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilm əli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

23. Apellyasiya instansiyası məhkəməsi iddiaçının ümumi iş (sığorta) stajının müddəti ilə bağlı gəldiyi nəticənin əsası kimi iddiaçının əmək kitabçasına istinadla qeyd etmişdir ki, iddiaçı xx.xx.1979-cu ildən xx.xx.1993-cü ilə qədər Zəngilan rayon Keçikli kənd orta məktəbində bədən tərbiyəsi müəllimi vəzifəsində işləmiş, Zəngilan rayonu erməni işğalçıları tərəfindən zəbt olunduğuna görə xx.xx.1993-cü ildən xx.xx.1996-cı ilə qədər Zəngilan rayon Təhsil Şöbəsi tərəfindən orta aylıq əmək haqqı almış, xx.xx.1996-cı ildən xx.xx.2006-cı ilə qədər Bakı şəhəri 3 saylı X8 sürücü vəzifəsində işləmişdir.

24. Apellyasiya instansiyası məhkəməsi, həmçinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosi al Müdafiəsi Nazirliyi Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci bəndinə istinadla, qeyd etmişdir ki, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin Qaydaların 3.2-ci bəndinə görə, bu Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasən əmək kitabçasına əsasən müəyyən edilir.

25. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin Qaydalara istinadını əsaslı hesab edir. Bununla yanaşı, xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edilməli olması şərti nəzərə alındıqda, əmək kitabçasındakı məlumatların mötəbərliyi özü-özlüyündə (yəni onun mötəbərliyini aradan qaldıran və ya şübhə altına ala bilən digər sübutlar olmadan) şübhə doğurmamalı, əmək pensiyası təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən fakta və ya faktlara dair hə qiqi vəziyyəti dəqiq əks etdirməlidir.

26. Hazırkı işdə iddiaçının təqdim etdiyi və cavabdehin də qismən (1979-2006-cı illərə aid hissədə) mübahisələndirdiyi, “bərpa” qeydi ilə tərtib edilmiş əmək kitabçasında onun tərtib edildiyi x xxxxxx 2006-cı il tarixədək olan müddətə dair qeydləri apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarının tələbləri nəzərə alınmaqla tədqiq etməmişdir.

27. Apellyasiya instansiyası məhkəməsi iddiaçının əmək kitabçasında x xxxxxx 1996cı ildən x xxxxxx 2006-cı il tarixədək 3 saylı Təmir-Tikinti İdarəsində sürücü işləməsi barədə qeydə münasibətdə “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzim lənməsi haqqında” Qanuna istinadla qeyd etmişdir ki iddiaçının 1996-2006-cı illərdə işləmiş olduğu İdarə də daxil olmaqla bütün sığortaedənlərin məcburi dövlət sosial sığorta haqları üzrə xx.xx.2006-cı il tarixə yaranmış borcları həmin Qanunla xx.xx.2018-ci il tarixdən silinmişdir.

28. Cavabdeh haqlı olaraq qeyd edir ki, hazırkı halda müəyyən edilməli olan məcburi sığorta haqlarının ödənilib-ödənilmədiyi deyil, iddiaçının 1996-2006-cı illərdə 3 saylı Təmir-Tikinti İdarəsində işləməsi faktının özüdür.

29. Apellyasiya instansiyası məhkəməsi həmin faktın yoxlanılması üçün müvafiq sorğular versə də, həmin sorğulara verilmiş cavablar onların verilməsi məqsədləri üçün tədqiq olunmamışlar.

30. İPM-in 12.1 və 58.7-ci maddələrinin tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunma mışdır.

31. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın rədd edilməsi tələbinə dair hissədə təmin oluna bilməz.

32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 25 fevral tarixli 21(103)-336/2020 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir. Sədrlik edən: Hakimlər: imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova imza Əsli ilə düzdür: Hakim İlqar Hüseynov R.S.Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar