Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1502/2021 16.07.2021 ALİ MƏHKƏMƏ Kasasiya şikayətinin mümkün sayılmaması barədə QƏRARDAD Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Zakir Quliyev (sədrlik edən və məruzəçi), Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin kasasiya şikayətini nəzərdən keçirərək müəyyən etdi:
1. İddiaçı "xxxx" Şirkəti cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyinə (hazırkı: Dövlət Vergi Xidmətinə) qarşı X1 rezident olan "xxxx" Şirkəti ilə Azərbaycan Respublikasının rezidenti olan "xxxx" MMC arasında texniki xidmətlərin göstərilməsinə dair müqavilə əsasında görülmüş işlərlə bağlı ödəniş mənb əyindən tutulmuş vergilərin geri qaytarılması məqsədi ilə vergi ödəyicisinin büdcəyə artıq ödəmələrinin qaytarılması barədə rəy tərtib etmək vəzifəsinin Azərbaycan Respublikası Vergilər Nazirliyinin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2867/2020 nömrəli iş üzrə qəbul etdiyi 21.10.2020-ci il tarixli (hakim Aytən Oruczadə) qərardadı ilə iddia tələbinin mümkün sayılmaması qərara alınmışdır.
3. Məhkəmənin qərardadından narazı qalan iddiaçı həmin qərardaddan şikayət verərək, Bakı İnzibati Məhkəməsinin 21.10.2020-cu il tarixli qərardadının ləğv edilməsini, işin mahiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
4. Bakı Apelyasiya Məhkə məsinin 2-1(103)-765/2021 nömrəli, 03 fevral 2021-ci il tarixli (hakimlər Afaq Nuriyeva, Valeh Ağayev və Aida Hüseyn) qərardadı ilə iddiaçının vəkili və nümayəndəsi E.Usub tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin 21.10.2020-ci il tarixli, 2-1(112)-2867/2020 nömrəli qərardadının ləğv edilməsi və işin baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
5. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-765/2021 nömrəli, 03 fevral 2021-ci il tarixli qərardadından narazı qalan cavabdeh həmin qərardaddan kasasiya şikayəti vermişdir.
6. Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti mümkün sayılmamalı, onun qəbulundan imtina edilməlidir.
7. Belə ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 10.05.2017-ci il tarixli, 09.06.2017-ci il tarixli vergi orqanlarına müraciətlərinə əsasən iddiaçı DTA-06 forma ərizəsini təsdiq etməklə Maliyyə Nazirliyinə rəy formasını göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamenti tərəfindən verilmiş cavablarda göstərilmişdir ki, müraciətlərdə qeyd edilən qaydaların tələblərinə uyğun olaraq ərizəyə vergilərin ödənilməsini təsdiq edən sənədlərin Azərbaycan dilinə notarial qaydada təsdiq edilmiş tərcümələri əlavə edilməlidir.
8. İddiaçının vergi orqanlara olan müraciətlərdə olan rəy formasının göndərilməsi tələbinə baxmayaraq iddiaçı məhkəməyə ödəniş mənbəyindən tutulmuş vergilərin geri qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi ilə məhkəməyə müraciət etmiş və apelyasiya m əhkəməsinin 03.10.2019-cu il tarixli qərardadı ilə həmin iddia mümkün sayılmamışdır. Beləliklə iddialar fərqli olmuşdur.
9. Hazırkı işdə iddiaçının tələbi - ödəniş mənbəyindən tutulmuş vergilərin geri qaytarılması məqsədi ilə vergi ödəyicisinin büdcəyə artıq ödəmələrinin qaytarılması barədə rəy tərtib etmək vəzifəsinin cavabdehin üzərinə qoyulmasıdır.
10. Həmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, hazırkı iddianın mümkünlük şərti iddiaçının müvafiq inzibati orqana müraciət edilməsinin, həmin inzibati orqan tərəfindən isə arzuladığı nəticədən imtina olunmasını ehtiva edir.
11. Belə ki, birinci instansiya məhkəməsi cavabdehin iddiaçıya ünvanlanmış olduğu cavab məktublarını iddiaçının müraciətinin təmin olunmasından imtina edilməsi kimi qəbul etməmişdir.
12. Məhkəmə kollegiyası bununla əlaqədar olaraq hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi hüquq normalarını düzgün tətbiq etmişdir.
13. Belə ki, AR Vergi Məcəlləsinin 2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə vergilər haqqında bu Məcəllə ilə və ona müvafiq olaraq qəbul edilmiş normativ hüquqi aktlarla nəzərdə tutulmuş müddəalardan fərqli müddəalar müəyyən edildikdə, həmin beynəlxalq müqavilələrin müddəaları tətbiq edilir.
14. Həmin Məcəllənin 125.3-cü maddəsinə görə Azərbaycan Respublikasının tərəfdar çıxdığı ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrdə vergilərin aşağı dərəcəsi və ya vergilərdən tam azad olunma nəzərdə tutulduğu halda, ödəmə mənbəyində artıq tutulmuş vergi məbləğ i bu Məcəllənin 87.4-cü maddəsində müəyyən edilmiş qaydada geri qaytarılır.
15. Həmin Məcəllənin 87.4-cü maddəsinə əsasən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
16. AR Nazirlər Kabinetinin 23.02.2001-ci il tarixli, 48 saylı qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyasının vergi ödəyicisinə qaytarılması Qaydaları”na əsasən düzgün tutulmamış və ya artıq ödənilmiş verginin, faizlərin və maliyyə sanksiyasının məbləğinin qaytarılması vergi ödəyicisinin qeydiyyatda olduğu vergilərin büdcəyə daxil olmasını təmin edən orqan tərəfindən hazırlanmış rəy əsasında maliyyə orqanları tərəfindən həyata keçirilir.
17. Qaydaların 3.3-cü bəndinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrdə vergilərin aşağı dərəcəsi və ya vergilərdən tam azad olunma nəzərdə tutulduğu halda, xarici dövlətin rezidenti Vergi Məcəlləsinin 125-ci maddəsinə əsasən ödəmə mənbəyində tutulmuş vergi məbləğinin geri qaytarılması barədə ərizəni Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanılmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı qaydalarında göstərilən sənədlər əlavə edilməklə, vergi agentinin qeydiyyatda olduğu vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara təqdim etməlidir.
18. Qaydaların 4.1-ci bəndinə müvafiq olaraq vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar aşağıdakı artıq ödənilmiş vergilər, hesablanmış faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları ilə bağlı aşağıdakıları yerinə yetirirlər:
19. Həmin Qaydaların 4.1.3-cü maddəsinə əsasən bu Qaydaların 4.8-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün müddətində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdən tutulmuş qaydada rəy tərtib edirlər.
20. Qaydaların 4.9-cu bəndinə görə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar vergi ödəyicisinin və ya sığortaedənin büdcəyə artıq ödəmələrinin qaytarılması barədə 4 (dörd) nüsxədə rəy tərtib edirlər.
21. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçının vergi orqanına göndərdiy i 09.06.2017-ci il tarixli məktubunda onun tərəfindən 10.05.2017ci il tarixdə DTA-06 ərizə formasını 3 nüsxədə ingilis dilində tərtib edilərək notariat qaydasında Azərbaycan dilinə tərcümə olunaraq vergi orqanına təqdim edildiyi, buna baxmayaraq əlavə olaraq yenidən 3 nüsxədə DTA 06 ərizə formasını Azərbaycan dilinə notarial qaydada 51 vərəqdən ibarət olan tərcümə əlavə edildiyi bildirilmişdir.
22. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, “cavabdeh inzibati orqan qanunun tələblərinə uyğun olaraq iddiaçının müraciətinə yuxarıda qeyd edilən hüquq normalarının tələblərinə uyğun baxmalı və müvafiq qərar etməli olduğu halda, qanunvericiliyin göstərişlərinə əməl etməmiş, iddiaçıya ərizəyə vergilərin ödənilməsini təsdiq edən sənədlərin Azərbaycan dilinə notarial qaydada təsdiq edilmiş tərcümələri əlavə edilməsi sənədlər təqdim edildikdən sonra onun müraciətinə baxıla biləcəyi məzmununda cavab verməklə VM ilə üzərinə qoyulmuş vəzifələrin icrasından yayınaraq, iddiaçının hüquqlarını pozmuşdur.
23. İddiaçının hazırkı iddia tələbi üzrə mübahisəli hüquq münasibətləri vergi qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydalar əsasında tənzimləməli olduğu halda, birinci instansiya məhkəməsi işin bu və yuxarıda göstərilən digər hallarını nəzərə almamış, cavabdehin cavab məktublarını iddiaçının müraciətinin təmin olunmasından imtina edilməməsi kimi qiymətləndirməklə səhv nəticəyə gəlmişdir.
24. Hazırkı vəziyyətdə cavabdeh inzibati orqan qanunla onun üzərinə düşən hərəkətləri yerinə yetirməmiş, iddiaçının müraciəti nə baxmaqdan imtina etməklə haqlı olmamışdır.
25. Qanunun tələblərinə görə rəyin hazırlanmasınamünasibətdə qanunla müəyyən edilmiş qaydada cavabdehin müvafiq qərar qəbul etmək səlahiyyəti olduğu halda, bundan imtina etmiş, inzibati icraat üzrə nəzərdə tutulan sənədləri iddiaçı tərəfindən təqdim olunduğu halda ondan təkrar olaraq həmin sənədləri əsassız olaraq tələb etmişdir.
26. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi doğru olaraq qeyd etmişdir ki, cavabdehin iddiaçının müraciətlərinə cavab məktubları iddiaçı ilə bağlı yeni hüquqi status (vəziyyət) yaratdığına görə, bu məktublar imtina məktubu kimi qəbul edilməlidir.
27. Beləliklə apelyasiya instansiyası məhkəməsi haqlı olaraq yuxarıda göstərilmiş hüquqi nəticəyə gəlib, Bakı İnzibati Məhkəməsinin iddiaçının hazırkı iddiasının mümkün sayılmaması barədə 21.10.2020-ci il tarixli, 2-1(112)-2867/2020 nömrəli qərardadını ləğv edərək, işin baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərməklə iddiaçının iddiasını mümkün saymışdır.
28. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, apelyasiya instansiyası məhkəməsi özünün qəbul etdiyi 03.02.2021-ci il tarixli, 2-1(103)765/2021 nömrəli qərardadından Ali Məhkəmənin İnzibati kollegiyasına kasasiya şikayəti vermək hüququnun olmasını qeyd etməklə prosessual səhvə yol vermişdir.
29. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
30. Göründüyü kimi, prosessual hüquq qanunvericiliyi il ə iddianın yalnız mümkün sayılmaması halında, həmin qərardaddan şikayət verilməsi nəzərdə tutulmuşdur.
31. Həmçinin İPM-nin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinə müvafiq olaraq apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kasasiya şikayətinin qaytarılması, hab elə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kasasiya şikayəti verilə bilər.
33. Lakin göründüyü kimi hazırda mübahisələndirilən qərardad bu maddənin təsiri altına düşmür.
34. Belə ki, həmin qərardadla apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını ləğv edib, işin baxılması üçün həmin məhkəməyə göndərmişdir.
35. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayətinin icraata qəbul etməkdən imtina edilməli, kasasiya şikayəti mümkün sayılmamalıdır.
36. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2, 35.3-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin kasasiya şi kayəti mümkün sayılmasın və onun icraata qəbulundan imtina edilsin. İş Bakı Apelyasiya Məhkəməsinə geri qaytarılsın.