Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1503/2019 30.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon şöbəsinə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Nəbizadə Rahib Sahib oğlu, Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosia l Müdafiə Fondunun Binəqədi rayon şöbəsinə qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-462/2019 saylı, 07 fevral 2019-cu il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 30 may 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20 iyul 2018-ci il tarixli, 2-1(81)-3324/18 saylı qərarı (hakim - T.Ə.Əsədova) ilə iddia təmin edilmiş, İddiaçı 01.01.2006-cı ilə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə və 01.01.2006-cı tarixdən qüvvəyə minmiş «Əmək pensiyaları haqqı nda» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə uyğun olaraq və həmçinin 10.09.1974cü ildən 06.05.1975-ci il tarixə, 01.07.1977-ci il tarixdən 01.03.1993-cü il tarixə və 15.09.1993cü il tarixdən 01.08.2003-cü il tarixədək işlədiyi dövrləri ümumi iş stajı hesab edilərək 57 yaşı tamam olan 17.12.2013-cü il tarixdən iş stajına uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin üzərinə qoyulması qərara alınmışdır Həmin qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-462/2019 saylı, 07 fevral 2019-cu il tarixli qərardadı ilə (s ədrlik edən və məruzəçi hakim – V.Ə.Baxışova, hakimlər – E.E.Nağıyeva və H.Ü.Həmidov)аpellyаsiyа şikаyəti mümkün sayılmamışdır. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 07 fevral 2019-cu il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya instansiyası məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, qərar maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, məhkəmə apellyasiya şikayətinin mümkün sayılmaması barədə qərardad qəbul etməmişdən əvvəl cavabdeh tərəfin dinlənilmə hüququnu təmin etməmişdir. Nəzərə alınmalıdır ki, həmin dövrdə cavabdeh inzibati orqanın əməkdaşı Əliyev Əfqan Qurban oğlu məzuniyyətdə olmuşdur. Bu səbəbdən də həmin qərarın onun tərəf indən qəbul edilməsi məqsədə müvafiq hesab edilmir. Buna görə də, cavabdeh apellyasiya şikayətini vermə müddətini ötürmüş hesab edilməməlidir. Tərəflərin izahatları Cavabdehin vəkili məhkəmə iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı tərəf məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 31.2-ci maddəsinə əsasən prosessual nümayəndə onun nümayəndəliyini təsdiq edən sənədi məhkəməyə təqdim etdiyi andan məhkəmə icraatı ilə bağlı bütün məhkəmə aktları və sənədləri bu Məcəllə ilə müəyyən olunmuş qaydada ona təqdim olunur və həmin nümayəndə təmsil etdiyi şəxsin adından bütün prosessual hərəkətləri həyata keçirə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə görə şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati-iqtisadi məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 87.4-cü maddəsində isə təsbit edilmişdir ki, apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. İş materiallarının 17-ci səhifəsində olan qəbzdən görünür ki, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(81)-3324/18 saylı, 20.07.2018-ci il tarixli qərarının surətini cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəs inin səlahiyyətli nümayəndəsi X1 03.08.2018-ci il tarixdə rəsmi qaydada qəbul etmiş, cavabdeh həmin qərardan apellyasiya şikayətini isə 24.12.2018-ci il tarixdə vermişdir. İşdəki etibarnamədən görünür ki, X1 cavabdehin hazırkı iş üzrə məhkəmədə səlahiyyətli nümayəndəsi olmuşdur və ona verilmiş etibarnamədə həm də məhkəmə aktından şikayət vermək səlahiyyəti verilmişdir. Bu halda, məhkəmə qərarının ona təqdim edilməsi qanuni olmuşdur və müvafiq olaraq apellyasiya şikayəti vermə müddəti də onun tərəfindən qərarın rəsmi olaraq alındığı gündən hesablanmalıdır. X1 həmin vaxt məzuniyyətdə olması qanunvericilikdə apellyasiya şikayəti vermə müddətinin axımının kəsilməsinə səbəb olan hal kimi təsbit edilməmişdir. Ona görə də, cavabdehin bildirdiyi apellyasiya şikayəti vermə müddətinin ötürülmədiyinə dair dəlillər əsassızdır. Digər tərəfdən isə cavabdehin özünün təqdim etdiyi əmrdən müəyyən edilir ki, X1 məzuniyyətdən işə çıxma tarixi 21 avqust 2018-ci il tarix olmuşdur. Lakin apellyasiya şikayəti bundan xeyli müddət sonra - 24.12.2018-ci il tarixdə verilmişdir. Kollegiya aşağıda göstərilənlərə əsasən cavabdehin dinlənilmə hüququnun təmin edilmədiyinə dair kassasiya şikayətinin dəlillərini də əsassız hesab edir. Belə ki, iş materiallarından müəyyən olunduğu kimi apellyasiya məhkəməsi cavabdehə ünvanladığı 16 yanvar 2019-cu il tarixli məhkəmə bildirişində prosessual müddətin ötürülməsi ilə bağlı apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxılacağını bildirməklə müddətin bərpasına dair ərizə vermək hüququnu izah etmişdir. Lakin 07 yevral 2019-cu il tarixdə keçirilmiş məhkəmə iclasın da iştirak edən cavabdehin nümayəndəsi isə müddətin bərpasına dair ərizə verməmiş, əksinə qanunla nəzərdə tutulmuş müddətlərdə apellyasiya şikayəti verdiklərini bildirmişdir. Göründüyü kimi məhkəmə dinləmə hüququnu təmin edərək və yardım etmək vəzifəsinə riayət edərək işi apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə baxılması üçün məhkəmə iclasına təyin etmiş, bu zaman yol verilmiş qüsurun nədən ibarət olduğunu və onun necə aradan qaldırılmalı olduğunu lazımi qaydada cavabdehə izah etmişdir. Lakin cavabdeh həmin çatışmazlığın aradan qaldırılmasına yönəlmiş hər hansı hərəkət etməmiş, müddətin bərpasına dair ərizə verməmişdir. Ona görə də, məhkəmə apellyasiya şikayətini mümkün saymamaqda haqlı olmuşdur. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublika sı İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-462/2019 saylı iş üzrə 07 fevral 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Hakimlər Xəqani Məmmədov Azər Hüseynov Rahib Nəbizadə
Məhkəmə qərarları › İş №2-1(102)-1503/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1503/2019
30.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver