Məhkəmə qərarları › İş №2-1(102)-1503/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1503/2021

04.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1503/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan X1rşı iş üzrə QƏRARİ Açar sözlər: (kompensasiyanın ödənilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi, 04.08.2021 Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, iclas katibi Gülarə İmanovanın iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan X1rşı kompensasiyanın ödənilməsi tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-479/2021 nömrəli iş üzrə 26.04.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 04 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxara q aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı İddiaçı cavabdeh Azərbaycan X1rşı RX ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən onun mülkiyyətində olan 1.200 kv.m. torpaq sahəsinin yol tikintisi altına düşmüş 307,24 kv.m. hissəsinə hesablanmış 13.825 manat kompensasiya məbləğinin dərhal ona ödənilməsinə dair cavabdehin üzərinə öhdəlik qoyulması barədə 2019-cu il tarixdə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.

2. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 0,12 ha-dan ibarət 1105x saylı bağ sahəsi RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daş ınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən tam mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Cavabdeh Azərbaycan Avtomobil X4 tərəfindən həyata keçirilən “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun yenidən qurulması” layihəsinin icrası ilə əlaqədar olaraq iddiaçının mülkiyyətində olan 1200 kv.m torpaq sahəsinin 307,24 kv.m hissəsi yol tikintisi sahəsinə düşmüşdür. İddiaçının mülkiyyətində olan topaq sahəsinin sözügedən tikinti altına düşməsi barədə cavabdeh tərəfindən nə rəsmi elan, nə də bildiriş qaydasında bu günədək məlumatlandırılmamışdır. Qeyd olunan tikinti layihəsinin icrasına başlanmasından ötən müddət ərzində iddiaçı mülkiyyətində olan torpaq sahəsinin tikinti altına düşmüş hissəsinə qanunda nəzərdə tutulmuş qaydada kompensasiya ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə şifa hi qaydada müraciət etməsinə baxmayaraq, bu günədək həmin kompensasiya ona ödənilməmişdir. Lakin şifahi formada bildirilmişdir ki, iddiaçıya məxsus tikinti altına düşən 307,24 kv.m hissəsi cavabdehin yaratdığı komisiya tərəfindən hər kv.mnə 45 manat olmaqla (307,24 kv.m x 45=13825) 13825 manat məbləğində qiymətləndirilmiş və həmin məbləğ kompensasiya şəklində iddiaçıya ödəniləcəkdir. Sözügedən layihənin icrasına başlanılmasından üç il müddət keçməsinə və tikintinin başa çatmasına baxmayaraq, cavabdeh özü tərəfindən hesabladığı mübahisəsiz kompensasiya məbləğinin iddiaçıya ödənilməsindən əsassız olaraq yayınır. Cavabdeh iddiaçıya kompensasiya ödənilməsinə dair rəsmi qaydada ona ünvanladığı şikayət ərizəsinə özünün 25.10.2019-cu il tarixli N-3/16-8008 saylı məktubu ilə “Sizə həmin layihə çər çivəsində dəymiş ziyana görə kompensasiya ödənilməsi məsələsinin həlli ilə bağlı Agentlik tərəfindən müvafiq icra hakimiyyəti orqanına müraciət olunmuşdur” məzmunlu qeyrimüəyyən bir cavab vermişdir ki, bu da cavabdeh orqanın öz vəzifəsinin icrasından yayınması və cavabdehin üzərinə düşən öhdəliyi pozması kimi dəyələndirilməlidir. Beləliklə, iddiaçıya hesablanmış kompensasiya məbləği sözügedən layihə hesabına ödənilməli olduğu halda cavabdeh üzərinə düşən bu öhdəliyi uzun müddət icra etməmiş və kompensasiyanın ödənilməsinin yubadılması ilə iddiaçıya əlavə ziyan vurmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat

3. Bakı İnzibati Məhkəməsinin 01.09.2020-ci il tarixli, 2-1(112)-868/2020 nömrəli (sədrlik edən hakim Pərviz Hüseynov) qərarı ilə iddianın t əmin edilməsi, İddiaçı mülkiyyətində olan torpaq sahəsinin yol tikintisi altına düşmüş 307,24 kv.m hissəsinə görə hesablanmış 13825 manat kompensasiya məbləğinin İddiaçı dərhal ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Avtomobil X4nin üzərinə qoyulması qərara alınmışdır.

4. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Mülki Məcəllənin 21, 152, 157, 169, 178, 246, 1097-ci maddələrinə, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 4.1, 4.2, 6.1, 54.1, 54.2, 74-cü maddələrinə, İPM-nin 2.2.7, 52, 58.1, 68.1, 68.2-ci maddələrinə istinadən belə hesab etmişdir ki, iddia tələbi əsaslıdır.

5. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 01.09.2020-ci il tarixli, 2-1(11 2)-868/2020 nömrəli qərarının ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsindəki icraat

6. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiya məhkəməsi) 26.04.2021-ci il tarixli, 2-1(103)-479/2021 nömrəli (hakimlər Vidadi Məmmədov - sədrlik edən və məruzəçi, Elmira Nağıyeva və Aida Hüseyn) qərarı ilə iddiaçının apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 01.09.2020-ci il tarixli, 2-1(112)-868/2020 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

7. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin istinad etdiyi maddi hüquq normalarını tətbiq etmklə belə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qərarı faktiki cəhətdən ə saslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri

8. Cavabdehin kasasiya şikayəti onunla əsaslanddırılmışdır ki, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 35.3-cü maddəsinə görə torpağın satın alınması mülkiyyətçi tərəfindən torpağın satın alınması təklifinin bu Qanuna uyğun olaraq qəbul olunması şərti ilə, dövlətin adından alan orqanla alınmanın təsirinə məruz qalan şəxs arasında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bağlanan alqı-satqı müqaviləsi ilə rəsmiləşdirilir.

9. Həmin Qanunun 36.1-ci maddəsinə əsasən bu Qanunun 35.3-cü maddəsinə uyğun olaraq torpağın alqı-satqı müqaviləsi bağlandıqdan sonra alan orqan 90 təqvim günü ərzində aşağıdakıları həyata keçirir: mülkiyyətçiyə torpağın dəyərini tam ödəyir; torpaqla bağlı hüquqların dövlətə verilməsi (keçməsi) üçün öz xərcləri hesabına lazımi tədbirləri görür; satılan torpaq mülkiyyətçinin, onun ailəsinin yaşayış yeri olduğu halda, torpağın dəyəri mülkiyyətçiyə tam ödənildikdən sonra bu Qanunun V fəslinə uyğun olaraq mülkiyyətçiyə torpağı boşaltmaqda və yeni yaşayış yerinə köçməkdə köməklik göstərir.

10. Hazırkı iş üzrə iddiaçıların mülkiyyətində olan torpaq sahəsinin yolun tikinti altına düşməsi işin mübahisəsiz halıdır və bununla bağlı cavabdehə ünvanlanmış məktubdan görünür ki, Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi layihəsi çərçivəsində işlər dayandırılmış, layihə tikinti işlərinin başlanması zama nı kompensasiya məsələsinə baxılacaqdır.

11. Lakin alan orqan tərəfindən alınmanın təsirinə məruz qalan şəxslə torpağn alınması rəsmiləşdirilməmiş və alqı-satqı müqaviləsi bağlanmamışdır.

12. Bu isə o deməkdir ki, torpaq iddiaçıların tam istifadəsində olmaqla mülkiyyətindədir.

13. Hazırda isə birinci instansiya məhkəməsi, eləcə də apelyasiya instansiyası məhkəməsi iddiaçıya məxsus torpaq sahəsinin yerdə-naturada təyinatı üzrə istifadə olunmasını araşdırmamışdır. Bu cür analoji işlərdə məhkəmələrin belə yanaşması dövlət büdcə qarşısında əsassız öhdəliklər yaradır.

14. Məhkəmə mübahisə olunan ərazinin situasiya planının tərtib edilməsinə cəhd göstərməmiş, mübahisəyə aydınlıq gətirilməsi və düzgün həll edilməsi üçün əraziyə yerdə naturada tərəflərin, o cümlədən mütəxəssis və ekspertlərin iş tirakı ilə baxış keçirilməsinin zəruriliyini müzakirə etməmiş, kompensasiya tələb olunan torpaq sahəsinin həqiqətən iddiaçı tərəfindən istifadə olunmasının qeyri-mümkünlüyünün müəyyən edilməsi kifayət qədər ətraflı hüquqi həllini tapmamışdır.

15. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində, apelyasiya instansiyası məhkəməsinin 26.04.2021-ci il tarixli, 2-1(103)-479/2021 nömrəli qərarının ləğv edilməsini, kasasiya şikayətinin təmin edilməsi və iddianın rədd edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kasasiya şikayətinə qarşı iddiaçı tərəfindən etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

17. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədikləri üçün işə onların iştirakı olmadan baxılmışdır. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

18. Kasasiya şikayəti vaxtında verilmişdir. Kasasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

19. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Əsaslandırıcı hissə:

20. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 26.04.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

22. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır.

23. Məhkəmə kollegiyası cavabdehin kasasiya şikayətindəki dəlillərlə bağlı ilk öncə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin kasasiya şikayətində yazdığı “məhkəmə mübahisə olunan ərazinin situasiya planının tərtib edilməsinə cəhd göstərməmiş”, “mübahisəyə aydınlıq gətirilməsi və düzgün həll edilməsi üçün əraziyə yerdə naturada tərəflərin, o cümlədən mütəxəssis və ekspertlərin iştirakı ilə baxış keçirilməsinin zəruriliyini müzakirə etməmiş,” kimi dəlilləri formal və deklarativ xarakter daşıdığından əsassız hesab edir.

24. Belə ki, əvvəl ərazinin situasiya planının tərtib edilməsi məhkəmənin səlahiyyətlərinə ai d deyil, məhkəmə ümumiyyətlə hər hansı bir ərazinin situasiya planını tərtib etmir, digər tərəfdən işin 6 və 26-cı səhifələrində olan cavabdehin iddiaçıya ünvanladığı müvafiq olaraq 25.10.2019-cu il tarixli və 03.04.2020-ci il tarixli məktublarında cavabdeh özü bildirir ki, iddiaçıya məxsus 0,12 ha torpaq sahəsindən 307,24 kv. m. hissəsi yolun tikintisi altına düşmüşdür.

25. Yəni, burada əraziyə yerdə naturada baxış keçirilməsinə zərurət qalmamışdır, belə ki, cavabdehin sözügedən 307,24 kv. m. rəqəminin çox dəqiqliklə göstərilməsi, cavabdehin həmin torpaq sahəsinin artıq yerdə naturada müfəssəl ölçülməsinin göstəricisidir.

26. Kasasiya şikayətində cavabdehin yazdığı ikinci dəlili, yəni alan orqan tərəfindən alınmanın təsirinə məruz qalan şəxslə torpağın alınmasının rəsmiləşdirilməməsi və alqısatqı müqaviləsinin bağlanmaması barədə dəlili də əsassızdır.

27. Belə ki, cavabdeh kasasiya şikayətində özü bildirir ki, “hazırkı iş üzrə iddiaçıların mülkiyyətində olan torpaq sahəsinin yolun tikinti altına düşməsi işin mübahisəsiz halıdır və bununla bağlı cavabdehə ünvanlanmış məktubdan görünür ki, Bilgəh-Sumqayıt yolunun tikintisi layihəsi çərçivəsində işlər dayandırılmış, layihə tikinti işlərinin başlanması zamanı kompensasiya məsələsinə baxılacaqdır” (mətn kasasiya şikayətində olduğu kimi verilmişdir-qeyd Ali Məhkəmənindir).

28. Yəni, cavabdeh özü bir daha təsdiq edir ki, sözügedən torpaq sahəsi tikinti altına düşmüş və iddiaçıya kompensasiya ödəniləcəkdir.

29. Yeri gəlmişkən, qeyd edilməlidir ki, kompensasiyanın məbləğini, yəni 13825 manat cavabdehin özü tərəfindən müəyyən edil mişdir.

30. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrindən RX ******* nömrəli çıxarışına əsasən, Bakı şəhəri Binəqədi rayonu Novxanı kəndi 1105x nömrəli bağ sahəsi (torpaq sahəsi 0.12 ha) iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində 03.11.2016-cı il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır.

31. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 25.10.2019-cu il tarixli 3/168008 nömrəli məktubda qeyd edilmişdir ki, “Sizin Azərbaycan Avtomobil X3 əmlakınıza dəymiş ziyanla əlaqədar kompensasiya ödənilməsilə bağlı ünvanladığınız müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Avtomobil X4 tərəfindən həyata keçirilən “Novxanı-Pirşağı (Sahil yolu) av tomobil yolunun yenidən qurulması” layihəsi çərçivəsində Sizə məxsus **********31 nömrəli reyestrdə olan 0.12 ha torpaq sahəsindən yalnız 307.24 kv.m. hissəsi yolun tikintisi altına düşmüşdür. Bununla əlaqədar Sizə həmin layihə çərçivəsində dəymiş ziyana görə kompensasiya ödənilməsi məsələsinin həlli ilə bağlı Agentlik tərəfindən müvafiq icra hakimiyyəti orqanlarına müraciət olunmuşdur.”

32. Eyni zamanda apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, cavabdehin birinci instansiya məhkəməsinə ünvanladığı 03.04.2020-cu il tarixli 3/16-2504 nömrəli məktubda göstərilmişdir ki, “Azərbaycan Respublikası Prezidentinin 2014-cü il tarixli 232 nömrəli Sərəncamına əsasən “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial inkişafına dair Dövlət Proqramına əsasən “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun layihələndirilməsi və tikintisi” layihəsi Azərbaycan Avtomobil X4 tərəfindən həyata keçirilmişdir. Qeyd etdiyiniz məsələ ilə bağlı bildiririk ki, sözügedən layihə çərçivəsində Əmlak Məsələləri Dövlət Komitəsinin aidiyyəti təşkilatı tərəfindən hazırlanmış kadastr planına əsasən vətəndaş İddiaçı 1200,0 kv.m. torpaq sahəsindən (çıxarış **********31) 307,24 kv.m. hissəsi yolun tikintisi altına düşmüş və dəvət olunmuş müstəqil qiymətləndirici tərəfindən 13.825,80 manat kompensasiya hesablanmışdır. Eyni zamanda bildiririk ki, “NovxanıPirşağı (Sahil yolu) avtomobil yolunun layihələndirilməsi və tikintisi” layihəsi çərçivəsində tikinti sahəsinə düşən maneələrə kompensasiya ayrılması üçün Azərbaycan Avtomobil X4 tərəfindən Nazirlər Kabinetinə müraciət olunmuşdur.” 3

3. Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanmış 06.08.2020-ci il tarixli 15/03-302-3843 nömrəli məktubda qeyd edilmişdir ki, cavabdeh tərəfindən həyata keçirilən “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun yenidən qurulması” layihəsi çərçivəsində tikinti sahəsinə düşən maneələrə görə iddiaçıya kompensasiyanın ayrılıb-ayrılmaması, ayrıldığı təqdirdə cavabdehin hesabına ödənilibödənilməməsi barədə məlumatın təqdim edilməsi barədə məktubda qaldırılan məsələ ilə bağlı Maliyyə Nazirliyində hər hansı sənəd və rəsmi məlumatın olmadığını bildirir və iddiaçıya kompensasiya ödənilməsi ilə bağlı sorğu edilən məlumatların əldə olunması üçün müvafiq ərazidə daşınmaz əmlakları dövlət ehtiyacları üçün alan quruma - Azərbaycan Avtomobil X3 müraciət ol unması məqsədəuyğun hesab edilir.

34. Belə olan halda məhəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsi hazırkı inzibati mübahisəni həll edərkən, maddi hüquq normalarını düzgün tətbiq etmişdir.

35. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

36. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz ist ədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 37. “İnzibati icraat haqqında” AR Qanununun 67 və 68-ci maddələri ilə maraqlı şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməsi nəzərdə tutulmuşdur ki, kompensasiya maraqlı şəxsin müraciətinə əsasən və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olaraq ödənilir.

38. Həmin Qanunun 89.2-ci maddəsinə əsasən, maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər.

39. Həmin Qanunun 89.1-ci maddəsinə görə, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbayc an Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır.

40. Mülki Məcəllənin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1100-cü maddəsinə əsasən, dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəl i şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. 1115-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

41. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin 26.04.2021-ci il tarixli qərarı qanun i və əsaslı olduğundan kasasiya şikayəti təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı isə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26.04.2021-ci il tarixli, 2-1(103)-479/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar