Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1503/2022 13.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: Açar sözlər: operativ vergi yoxlamasının keçirilməsinin əsaslandırılmaması; topdansatışla məşğul olan vergi ödəyicisinə pərakəndə ticarət fəaliyyətə görə vergi hesablanması barədə qərarın ləğv edilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova X1 (məruzəçi), Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə İddiaçı MMC-nin (VÖEN: **********) cavabdeh Azərbay can Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 aprel 2022-ci il tarixli, 2-1(105)-109/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdehin 21 sentyabr 2020-ci il tarixli **********7075 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarı əsasında iddiaçıya məxsus Abşeron rayonu, Məmmədli Ə.Əliyev ünvanda yerləşən anbarda malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə operativ vergi nəzarəti tədbiri həyata keçirilməsi qərara alınmış və nəzarətin keçirilmə müddəti xx.xx.2020-ci ildən xx.xx.2022-ci ilədək müəyyən edilmişdir. 2. 21 oktyabr 2020-ci il tarixdə DVX seriyalı 001119 nömrəli "Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyekt indən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” akt tərtib olunmuş və aktda keçirilən operativ vergi nəzarəti zamanı ümumi dəyəri 7732508.09 manat məbləğində malların elektron qaimə-faktura təqdim edilmədən satışının həyata keçirildiyinin müəyyən edildiyi qeyd edilmişdir.
3. Həmin Akt əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 10 dekabr 2020-ci il tarixli **********4013 nömrəli qərar qəbul edilmiş və qərarla Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 773250.81 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məh kəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 10 dekabr 2020-ci il tarixli **********4013 nömrəli qərarın və qərar əsasında əsassız hesablanmış vergi borclarının ləğv edilməsini xahiş etmişdir.
5. İddiaçı Vergi Məcəlləsinin 62.1, 62.2, 63.2, 64, 195.1, 195.2, 195.3-cü maddələrinə istinad edərək tələbini belə əsaslandırmışdır ki, cavabdeh orqan tərəfindən qəbul edilmiş qeyd edilən qərar əsassızdır. Belə ki, iddiaçının fəaliyyətinin əsasını ərzaq, qida və yeyinti məhsullarının xarici ölkələrdən idxalı və idxal olunan məhsulların satışı təşkil edir. Pərakəndə satışı mağazada əvvəlcədən dəyəri ödənilməklə nəzarət-kassa aparatı vasitəsi ilə icra edilir. Ca vabdeh inzibati orqan iddiaçının topdan satış fəaliyyətini pərakəndə satış kimi icra etdiyini iddia etsə də, topdansatış və pərakəndə satışın hansı əsaslarla və qaydalarla müəyyən edilməsini və fərqləndirilməsini izah edə bilməmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. X2 Məsuliyyətli Cəmiyyəti barəsində vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 10 dekabr 2020ci il tarixli **********4013 nömrəli qərarın ləğv edilməsi əsaslarından biri də 27 fevral 2020ci il tarixdə -77633 manat məbləğində pulun səhvən kassa aparatına vurulması və bu səhvin nəzərə alınması 2 saylı Ərazi Vergilər Baş İdarəsindən xahiş edilmişdir. Aylar üzrə tərəfimizdən təqdim edilən hesabatlarda həmin məbləğ çıxılmış və həmin hesabatlar vergi orqanı tərəfindən qəbul edilmişdir. Operativ vergi yoxlaması zamanı səhv vurulan 477633 manat məbləğində kassa çeki aşkar olunmuş, lakin həmin məbləğ in aktdan çıxılması qəsdən təmin edilməmişdir. 477633 manat məbləğində pula görə Cəmiyyət əsassız vergi ödənişlərinə cəlb edilib. 2 saylı Ərazi Vergilər Baş İdarəsi X2 Məsuliyyətli Cəmiyyətinə qarşı qərəzli mövqe tutmasını dəfələrlə fəaliyyətimizdə müşahidə etmişik. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən X2 Məsuliyyətli Cəmiyyəti (bundan sonra Cəmiyyət) barəsində aparılan səyyar vergi yoxlamasının nəticələrinə uyğun olaraq 21 yanvar 2020-ci il tarixli **********196269 nömrəli akt tərtib edilmişdir. Akta əsasən 3104151,92 manat vergilərin azaldılması müəyyən edilmiş və 1553752,44 manat maliyyə sanksiyası təklif olunmuşdur. Həmin aktı mübahisələndirdik və vergi orqanına etiraz təqdim etdik. Şikayət imizin nəticələrinə uyğun olaraq qismən obyektiv araşdırma aparıldı, yenidən səyyar vergi yoxlamasının nəticələrinə uyğun olaraq 04 iyun 2020-ci il tarixli **********196269 nömrəli akt tərtib edildi. Yeni akta əsasən 532281.03 manat vergilərin azaldılması müəyyən edilmiş və 266140.52 manat maliyyə sanksiyası təklif olundu. Heç bir hüquqi və iqtisadi əsaslandırma aparılmadan qərəzli tərtib olunan aktdan şikayətimiz üzrə aparılan araşdırmadan sonra yeni tərtib olunan akta əsasən təklif olunan məbləğ 6 (altı) dəfədən artıq azaldıldı.
6. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim etmiş, etirazında işin hallarını təkrarlayaraq dəlillərini belə əsaslandırmışdır ki, operativ vergi yoxlaması zamanı iddiaçı ümumi dəyəri 7732508,09 manat məbləğində malların elektron qaimə-faktura təqdim etm ədən satışının olması müəyyən edilmişdir. İddiaçının nümayəndəsi Nümayəndə2 vergi orqanına xx.xx.2020-ci il tarixdə təqdim etdiyi izahatında "Food Trade” MMC-yə məxsus anbarın yerləşdiyi ünvanın şəhərdən nisbətən uzaqda yerləşməsi səbəbindən alıcıların uzunmüddətli ehtiyaclarını təmin etmək üçün yüksək miqdarda mal aldığını, onlardan VÖEN tələb edildikdə vergi orqanında uçotda olmadıqlarını bildirdiklərini qeyd etmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə- fakturasının tərtib edilmədən verilməsi nə görə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən qanun pozuntusuna yol verildiyi üçün barəsində "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2020-ci il tarixli **********4013 nömrəli qərar qəbul edilmişdir. Həmin qərar qanunvericiliyin tələblərinə müvafiq olaraq qəbul edildiyindən qanuni və əsaslıdır. Etirazın maddi hüquqi əsası kimi Vergi Məcəlləsinin 58.13, 39.1, 39.6, 39.7-ci maddələrinə istinad edilmişdir.
7. Sumqayıt İnzibati Məhkəməsinin (hakim İ.R.Quliyev) 2-1(118)-611/2021 nömrəli, 19 avqust 2021-ci il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçı barəsində olan “Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 10 dekabr 2020-ci il tarixli **********4013 nömrəli qərarı ləğv edilmiş və həmi n qərar əsasında əsassız hesablanmış vergi borcunun silinməsi cavabdehə həvalə edilmişdir.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qanunverici vergi orqanına operativ vergi nəzarətini həyata keçirmək səlahiyyətinin diskresion sərhədlərini Vergi Məcəllənin 50.2-ci maddəsi ilə məhdudlaşdırmışdır. Lakin hazırkı işdə Vergi Məcəllənin 50.2-ci maddəsində göstərilən əsasları vergi orqanı özünün xx.xx.2020-ci il tarixli **********7075 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarında əsaslandırmamış, eyni zamanda məhkəmə prosesi gedişində də bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Bundan başqa, operativ vergi nəzarətinin qanunvericiliyin tələblərinə uyğun təyin edilməməsindən başqa, operativ vergi nəzarətinin aparılması da qanunvericiliyi n tələblərinə uyğun olmamışdır. Belə ki, operativ vergi nəzarətinin mahiyyəti və məqsədi Vergi Məcəlləsinin 50.1-ci maddəsi ilə müəyyən edilmişdir. Göründüyü kimi operativ vergi nəzarətinin mahiyyəti nəzarət həyata keçirilən dövrdə vergi ödəyicisi tərəfindən yuxarıda sadalanan halların aşkar edilərək müəyyən edilməsindən ibarətdir. Vergi orqanı hazırkı iş üzrə apardığı operativ vergi nəzarətinin müddətini xx.xx.2021-ci tarixdən xx.xx.2021-ci tarixədək bir ay müddətinə müəyyən etmiş və vergi ödəyicisinin 2021-ci il ərzində satış dövriyyəsi ilə əlaqədar araşdırmalar aparmışdır. Bu isə operativ vergi nəzarəti institutunun mahiyyəti ilə ziddiyyət təşkil edir. Vergi qanunvericiliyində operativ nəzarətin müddətinə məhdudiyyət qoyulmasa da, bir ay müddətinə operativ nəzarətin aparılması həmin yox lamanın adı ilə bərabər mahiyyəti ilə də ziddiyyət təşkil edir. Vergi orqanın hazırkı iş üzrə bir ay ərzində operativ nəzarət formasında əldə etdiyi məlumatların əldə edilməsi üçün kameral vergi yoxlaması aparması da kifayət edərdi. Digər tərəfdən, mübahisə predmeti olan yoxlamanın məqsədinin topdan satış formasında həyata keçirilməli olan satışın pərakəndə satış formasında həyata keçirilməsinin müəyyən olunması kimi qəbul edilsə belə, yoxlama dövründə vergi ödəyicisinin malları kimə və hansı formada satmasına nəzarət etməli olduğu halda, nəzarət aparan orqan bir ay müddətində malların kimə satılması ilə maraqlanmamış, həmin şəxslərin müəyyən olunması ilə bağlı tədbir görməmiş, operativ vergi nəzarəti formasının müəyyən etməli olduğu hallarla məşğul olmamışdır. Bundan əlavə, cavabdeh vergi orqanı yoxlamanı qanunsuz təyin etmiş, yoxlama zamanı araşdırmalı olduğu halları araşdırmayaraq, qanunvericiliyin tələblərinə uyğun olmayan yoxlama keçirmiş və eyni zamanda müəyyən etdiyi halları düzgün qiymətləndirməyərək əsassız qərar qəbul etmişdir. Sonuncu olaraq, vergi orqanı vergi ödəyicisinin elektron qaimə-faktura təqdim etməli olduğu halı düzgün müəyyən etməmişdir. İddiaçı vergi ödəyicisi fəaliyyət sahəsi olaraq ixtisaslaşdırılmış mağazalarda sair məhsulların pərakəndə satışı kimi vergi orqanında qeydiyyatdan keçmiş, eyni zamanda 18 dekabr 2018-ci il tarixdə fəaliyyət göstərdiyi təsərrüfat subyektində nəzarət kassa aparatı qeydiyyata alınmışdır. Pərakəndə ticarət fəaliyyəti zamanı malların (işlərin, xidmətlərin) alıcılarına onların tələbinə əsasən nəzarət-kassa aparatının çeki il ə yanaşı, elektron vergi hesab-faktura təqdim etmək vergi ödəyicisinin vəzifəsi olaraq müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı pərakəndə ticarət fəaliyyəti ilə məşğul olacağı ilə bağlı qeydiyyatdan keçmişdir. Eyni zamanda maliyyə sanksiyası tətbiq olunmuş dövriyyə ilə bağlı iddiaçıdan elektron vergi hesab-faktura tələb edilməsi ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Cavabdeh inzibati orqan isə iddiaçının topdansatış fəaliyyəti ilə məşğul olması barədə sübut təqdim edə bilməmişdir. Cavabdeh inzibati orqan operativ vergi yoxlaması zamanı iddiaçı ümumi dəyəri 7732508,09 manat məbləğində malların elektron qaimə-faktura təqdim etmədən satışının olmasını topdan satış kimi qiymətləndirmiş, lakin bu qiymətləndirmənin hüquqi əsasını göstər ə bilməmişdir. Beləliklə, cavabdeh inzibati orqan operativ vergi yoxlaması zamanı iddiaçı ümumi dəyəri 7732508,09 manat məbləğində malların elektron qaimə-faktura təqdim etmədən satışının olmasını topdan satış kimi qiymətləndirmiş, lakin bu qiymətləndirmənin hüquqi əsasını göstərə bilməmişdir.
9. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
10. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 aprel 2022-ci il tarixli, 2-1(105)-109/2022 nömrəli (hakimlər İ.K.Dəmirov /sədrlik edən və məruzəçi/ R.Ə.Ağayev və H.Ç.Babayeva) qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya ins tansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, cavabdeh vergi orqanı yoxlamanı qanunsuz təyin etmiş, yoxlama zamanı araşdırmalı olduğu halları araşdırmayaraq, qanunvericiliyin tələblərinə uyğun olmayan yoxlama keçirilmiş və eyni zamanda müəyyən etdiyi halları düzgün qiymətləndirməyərək əsassız qərar qəbul etmişdir.
12. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayətində cavabdeh iddia tələbinə etirazda bildirdiyi işin hallarını və dəlillərini təkrarlamış, əlavə olaraq isə qeyd etmişdir ki, vergi orqanı operat iv vergi nəzarətini həyata keçirmək hüququna sahibdir. Belə hüququ olan vergi orqanının hüququnu həyata keçirmək üçün qərar qəbul etməsi ağlabatan olmaqla qanunvericiliklə müəyyən olunmuş haldır. Apellyasiya instansiya məhkəməsi keçirilən operativ vergi nəzarətinin təyin olunma əsaslarının mübahisələndirilən qərarda olmamasına istinad etsə də, iş materiallarında mövcud olan sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışında sözügedən yoxlamanın həm hüquqi əsası, həm də yoxlamanın təyin olunması üçün əsaslar öz əksini tapmışdır. Belə ki, Vergi Məcəlləsinin 50.1.13-cü maddəsi yoxlamanın hüquqi əsasını, Vergi Məcəlləsinin 50.2.4-cü maddəsi isə yoxlamanın təyin olunması əsasını təşkil etmişdir. Vergi Məcəlləsinin 50.2.4-cü maddəsinə əsasən vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsas sayılır. Bundan əlavə, operativ vergi nəzarəti Vergi Məcəlləsinin 50.1-ci maddəsində müəyyən olunan məsələlər və hallara nəzarətin həyata keçirilməsini təmin edən və vergi məsuliyyətinə səbəb olacaq hüquq pozuntuları aşkar edildiyi təqdirdə dövlətin uğraya biləcək maliyyə itkisinin qarşısının alınması üçün maliyyə sanksiyasının tətbiqi ilə nəticələnən nəzarət formasıdır. Qeyd edilən halların yalnız operativ vergi nəzarətinin keçirilən dövrlə məhdudlaşdırılması ilə bağlı mövqe isə qanuna uyğun deyildir. Digər tərəfdən, işə baxan məhkəmə iddiaçının fəaliyyət forması (topdan və pərakəndə) ilə əlaqədar işin hallarına da düzgün qiymət verməmişdir. Belə ki, iddiaçının yoxlama həyata keçirilən ünvanda qeydiyyata aldığı obyekt yalnız anbardan ibarət olmuşdur ki, məhkəmə iddiaçının pərakəndə satış üçün mağazalarının qeydiyyatda olub-olmamasını və ya faktiki olaraq olub-olmamasını araşdırmamışdır. Halbuki bu fakt ciddi araşdırılmalı hallardan hesab olunur. Ona görə ki, iddiaçı təqdim etdiyi iddia ərizəsində qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2017-ci il tarixli 1341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın 4.3-cü bəndinə əsasən pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinin anbarların da olan malların ticarət obyektlərinə verilməsi “Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası” ilə sənədləşdirilib və halhazırda da sənədləşdirilir. Halbuki pərakəndə satışın həyata keçirilməsi üçün hər hansı obyektlərin və ya təsərrüfat subyektlərinin olmadığı halda bu mümkün olmayan haldır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini və apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
15. Vergi Məcəlləsi: Maddə
13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar 13.2. Bu Məcəllənin məqsədləri üçün aşağıdakı anlayışlar istifadə olunur:... 13.2.62. pərakəndə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron-qaimə faktura) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti; 13.2.63. topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti;... Maddə
50. Operativ vergi nəzarəti 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: Maddə 50.2. Operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarını n bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 50.3. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata ke çirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Maddə
58. Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları … 58.13. Bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə y ol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
16. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması” Qaydası:
1. Ümumi müddəalar 1.1. Bu Qayda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 130.1-1-ci maddəsinə əsasən hazırlanmışdır və pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması ilə bağlı münasibətləri tənzimləyir. 1.2. Bu Qaydanın məqsədi pərakəndə ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyicilərinin gəlirlərinin və xərclərinin müəyyən edilməsi ilə bağlı malların mədaxilinin və məxaricinin sənədləşdirilməsini, habelə bu sahədə şəffaflığın, uçot və hesabatlılığın artırılmasını təmin etməkdən ibarətdir. 1.3. Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.3.1. pərakəndə satış – malların alıcıya son istehlak məqsədilə və yalnız qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə onların tələbi ilə qaimə-faktura, yaxud elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası) təqdim edilməklə satışının (təqdim edilməsinin) həyata keçirildiyi ticarət fəaliyyəti;
4. Pərakəndə ticarət sahəsində malların təqdim edilməsinin sənədləşdirilməsi 4.1. Pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) nəzarət-kassa aparatı və POS-terminal tətbiq edilməklə həyata keçirilir. Belə təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) zamanı alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron qaiməfaktura və ya elektron vergi hesab-fakturası) verilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron qaimə-faktura, yaxud elektron vergi hesab-fakturası) ilə yanaşı, POSterminaldan çıxarış verilir. 4.2. Vergi ödəyicisinin təsərrüfat subyektində (obyektdə) mallar pərakəndə və topdansatış qaydasında təqdim edildikdə, bu fəaliyyətlər üzrə malların məda xilinin və məxaricinin (satışının) uçotu ayrılıqda aparılır. 4.3. Pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinin anbarlarında olan malların ticarət obyektlərinə verilməsi “Malların təsərrüfatdaxili yerdəyişməsi qaiməfakturası” ilə sənədləşdirilir. 17. “İnzibati icraat haqqında” Qanun: Maddə
67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdı r. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır......
18. İnzibati Prosessual Məcəllə (İPM): Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən b axılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali M əhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir, formal baxımd an lazımi qaydada əsaslandırılmışdır və şikayətçinin tələbləri göstərilmişdir.
20. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə tərkibi işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Bu səbəbdən şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
22. Məhkəmə tərkibi qeyd edi r ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticəsi və hüquqi əsaslandırması ilə razılaşmaq mümkündür. Bununla yanaşı, məhkəmə tərkibi əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
23. Vergi Məcəlləsi vergi ödəyicilərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına nəzarət etmək və büdcədən vergi məbləğlərinin yayındırılmasının qarşısının alınması (o cümlədən, vergilərin hesablanması üçün) məqsədilə vergi orqanına müxtəlif tədbirlər həyata keçirmək səlahiyyəti vermişdir ki, bunlar: kameral vergi yoxlaması, səyyar vergi yoxlaması və operativ vergi yoxlamasıdır. Vergi qanunvericiliyi hər üç yoxlamanın keçirilmə şərtlərini, qaydalarını tənzimləmiş və vergi orqanı qanunv ericiliyin yol verdiyi hədlərdə qeyd edilən yoxlamalardan hər hansı birini seçməkdə diskresion səlahiyyətə malikdir. Bununla yanaşı, vergi orqanı bu və ya digər yoxlama tədbirini seçərkən həmin tədbirin həyata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulan əsaslara istinad etməlidir.
24. Hazırkı iş üzrə cavabdeh vergi orqanı iddiaçı barəsində operativ vergi nəzarətinin həyata keçirilməsi qərarına gəlmiş və bu barədə “operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” 21 sentyabr 2020-ci il tarixli **********7075 nömrəli qərar qəbul etmişdir.
25. Vergi Məcəlləsinin 50.2-ci maddəsində operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsasların dəqiq siyahısı göstərilmişdir (vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; vergi orqanları tərəfin dən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda).
26. Hazırkı iş üzrə cavabdehin “operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” 21 sentyabr 2020-ci il tarixli **********7075 nömrəli qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilməmişdir (qərarda sadəcə Vergi Məcəlləsinin 50-ci ma ddəsinə ümumi şəkildə istinad edilmişdir).
27. Qeyd edilməlidir ki, operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur.
28. Belə ki, operativ vergi nəzarətinin həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və həm də qapalı şəkildə müəyyən edilməsi, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılmas ı məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar (inzibati akt) qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır.
29. Belə ki, yuxarıda qeyd edildiyi kimi, cavabdeh vergi orqanı bu və ya digər növ yoxlamanı seçməkdə, həmçinin VM-nin 50.2-ci maddəsində sadalanan əsaslardan birinə görə, operativ vergi yoxlamasının keçirilməsi ilə bağlı qərar qəbul etməkdə diskresion səlahiyyətə malikdir. Nəzərə almaq lazımdır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda həmin səlahiyyəti qanunvericiliklə, o cümlədən vergi qanunvericiliyi ilə müəyyən olunmuş hüdudlar çərçivəsində və həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə düzgün həyata keçirməyə borcludur. Belə olan halda, hazırkı mübahisəyə münasibətdə diskresion səlahiyyətlərin məhz operativ vergi nəzarətinin təyin edilməsi qaydasında həyata keçirilməsini zəruri edən şərtlərin mövcudluğu inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Belə ki, səlahiyyətverici normanın məzmununa görə, cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər, inzibati orqan operativ verg i nəzarətinin həyata keçirilməsi barədə qərara gəlmişdirsə, onda VM-nin 38.3-cü və 14.3-cü maddələrinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin yoxlanılmasını da ehtiva edir. İnzibati orqanın diskresion səlahiyyətə malik olduğunu bilmədiyi və ya həmin səlahiyyətdən düzgün istifadə etmədiyi hallarda inzibati orqan tərəfindən qəbul olunmuş qərar qanunsuz hesab olunur.
30. Qe yd edildiyi kimi, hazırkı iş üzrə cavabdehin “operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” 21 sentyabr 2020-ci il tarixli **********7075 nömrəli qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilməmiş, beləliklə də, cavabdeh tərəfindən operativ vergi nəzarətinin həyata keçirilməsini zəruri edən şərtlərin mövcudluğu əsaslandırılmamışdır ki, bu da “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinin tələblərinə ziddir.
31. Bundan əlavə, operativ vergi nəzarətinin mahiyyəti və məqsədi Vergi Məcəlləsinin 50.1-ci maddəsi ilə müəyyən edilmişdir. Həmin maddəyə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material eh tiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarəti formasıdır. Vergi Məcəlləsinin 50.1.1-50.1.14-cü maddələrində isə operativ vergi nəzarəti ilə əhatə olunan məsələlər təsbit edilmişdir ki, onlardan biri də malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-faktur asının tərtib edilməsinə nəzarət edilməsinin aşkar edilməsi üçün operativ nəzarət tədbiri həyata keçirilir. Göründüyü kimi, operativ vergi nəzarəti Vergi Məcəlləsinin 50.1.1-50.1.14-cü maddələrində əks olunmuş hallara vergi ödəyicisi tərəfindən tədbir anında riayət edilib-edilməməsini yoxlamaq məqsədilə həyata keçirilir.
32. Halbuki, hazırkı iş üzrə isə, cavabdehin keçirdiyi operativ yoxlamanın müddəti 22 sentyabr 2020-ci ildən 21 oktyabr 2020-ci ilədək müddəti əhatə etsə də, yoxlama faktiki olaraq 13 oktyabr 2020-ci il tarixdə başlamış (belə ki, iş materiallarında olan operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərarın və sənədlərin təqdim olunması haqqında tələbnamənin iddiaçıya təqdim edilmə tarixi – xx.xx.2020-ci il olaraq göstərilmiş ), lakin nəzarət tədbiri zamanı yalnız nəzarət dövründə həyata keçirilən deyil, ümumilikdə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci ilədək olan əməliyyatlar əsasında iddiaçıya maliyyə sanksiyası hesablanmışdır. Başqa sözlə, vergi orqanı operativ vergi nəzarətinin faktiki olaraq həyata keçmiş dövr üzrə həyata keçirilən əməliyyatlara görə maliyyə sanksiyası tətbiq etmişdir ki, bu da operativ vergi nəzarəti institutunun mahiyyəti ilə ziddiyyət təşkil edir.
33. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh vergi orqanı tərəfindən operativ vergi yoxlaması keçirilərkən və yoxlamanın nəticələri rəsmiləşdirilərkən, vergi qanunvericiliyinin tələbləri pozulmuş, inzibati icraatın prinsiplərinə riayət edilməmiş, nəticədə inzibati icraat haqqında qanunvericilik normalarının və maddi hüquq normalarının ciddi şəkildə pozulması ilə müşayiət olu nan əlverişsiz inzibati akt qəbul edilmişdir. Bu səbəbdən “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinə əsasən mübahisələndirilən qərar qanunsuz sayılmalı və ləğv edilməlidir.
34. Beləliklə, vergi orqanının mübahisələndirilən qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən, məhkəmə tərkibi hesab edir ki, cavabdehin 10 dekabr 2020-ci il tarixli **********4013 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının qəbulunun vergi ödəyici kimi iddiaçının hüquqlarının pozulmasına səbəb olması barədə apellyasiya instansiya məhkəməsinin nəticəsi qanuni və əsaslı olmuşdur.
35. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə tərkibi: QƏRARA ALDİ: Cavabdehin kassa siya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 aprel 2022-ci il tarixli, 2-1(105)-109/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.