Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1503/2023 26.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdehlər Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: şikayətin geri götürülməsi, kassasiya icraatına xitam) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı “qeyri-yaşayış sahəsi kimi istifadə olunan qurğunun yerinin dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyas ının 02 mart 2023-cü il tarixli, 2-1(103)-425/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Məntəqə”nin mənzilin yeganə eyvanına bitişik olması qanunvericiliyin və qanuni maraqlarının pozduğunu, fövqəladə vəziyyətə şəraitin yaratdığını, “məntəqə”nin yerləşdirilməsinə yalnız müstəsna hal olaraq icazə verildiyini, həmçinin "məntəqə” sahibinin X1 rəhmətə getmiş olduğunu nəzərə alaraq Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti üzərinə 10 gün ərzində sözügedən məntəqənin mənzilin yeganə eyvanından ən azı 15 metr ara məsafəsi olmaqla yerləşdirilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdi r.
2. Bakı İnzibati Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2-1(112)-5037/2022 nömrəli qərarı ilə (hakim F.Mədətli) iddia təmin edilmiş, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında 10 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən iddiaçının mülkiyyətində olan 103 nömrəli mənzilin qarşısında, evinin yeganə eyvanına tam bitişik halda yerləşdirilmiş metal konstruksiyadan ibarət qeyri-yaşayış sahəsi kimi istifadə olunan qurğunun Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69.1 və 69.5 maddələrinin eyni zamanda yanğından təhlükəsizlik normalarının tələblərini nəzərə alaraq ara məsafəsi olmaqla yerinin dəyişdirilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
3. Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 mart 2023-cü il tarixli, 21(103)-425/2023 nömrəli qərarı ilə (A.Oruczadə - sədrlik edən hakim, R.Səmədov və X.Cəmilova) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia tələbi rədd edilmişdir.
5. İddiaçı həmin qərardan kassasiya şikayəti vermişdir.
6. İddiaçı daha sonra Ali Məhkəməyə ərizə təqdim edərək kassasiya şikayətinin geri götürülməsini barədə qərardad qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
7. İnzibati Prosessual Məcəllə: Maddə
97. Kassasiya şikayətinin geri götürülməsi 97.1. Kassasiya şikayəti verən şəxs Ali Məhkəmənin qərarı qanuni qüvvəyə minənədək şikayətini geri götürə bilər.... 97.3. Şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. KASSASİYA İNSTANSİYASİ M ƏHKƏMƏSİNİN MÖVQEYİ
8. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin geri götürülməsi barədə ərizə təmin olunmalıdır.
9. Belə ki, Azərbaycan Respublikası İPM-in 97.1-ci maddəsinə əsasən, kassasiya şikayəti verən şəxs Ali Məhkəmənin qərarı qanuni qüvvəyə minənədək şikayətini geri götürə bilər
10. İddiaçının ərizəsi həmin normanın tələblərinə uyğundur.
11. Qeyd olunmalıdır ki, şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. (İPM-in 97.3-cü maddəsi).
12. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayətinin geri qaytarılması barədə ərizəsi təmin edilsin. İş üzrə kassasiya icraatına xitam verilsin. İddiaçıya izah olunsun ki, şikayətin geri götürülməsi eyni predmet barəsi ndə və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir.