Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1503/2025 07.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi; kassasiyanın qeyri-mümkünlüyü, vahid məhkəmə təcrübəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövl ət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiaçıya onun xx.xx.1986-cı il tarixdən xx.xx.1996-cı il tarixədək işlədiyi çilingər, xx.xx.1996-cı il tarixdən xx.xx.2009-cu il tarixədək işlədiyi usta, xx.xx.2012-ci il tarixdən hal-hazıradək işlədiyi çilingər vəzifələrində stajı güzəştli şərtlərlə iş stajına daxil edilməklə hüququ yarandığı xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(107)-79/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabde hə qarşı iddia ərizəsi ilə, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə müraciət edərək, ə iddia tələbinin dəyişdirilərək «iddiaçıya 1 avqust 1986-cı il tarixdən 1 iyul 1996-cı il tarixədək işlədiyi çilingər, 1 iyul 1996-cı il tarixdən 5 yanvar 2009-cu il tarixədək işlədiyi usta, 10 dekabr 2012-ci il tarixdən hal-hazıradək işlədiyi çilingər vəzifələri AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahıya əsasən güzəştli şərtlərlə iş stajına daxil edilməklə hüququ yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Şəki İnzibati Məhkəməsinin 21 avqust 2024-cü il tarixli, 2-1(116)-2085/2024 nömrəli qərarı ilə id dia tələbi təmin edilmiş, İddiaçı onun xx.xx.1986-cı il tarixdən xx.xx.1996-cı il tarixədək işlədiyi çilingər, xx.xx.1996-cı il tarixdən xx.xx.2009-cu il tarixədək işlədiyi usta, xx.xx.2012-ci il tarixdən hal-hazıradək işlədiyi çilingər vəzifələrində stajı güzəştli şərtlərlə iş stajına daxil edilməklə hüququ yarandığı xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur.
3. Cavabdeh apellyasiya şikayəti verərək, qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 21(107)-79/2025 nömrəli qərarı ilə apellyas iya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır
5. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçının işlədiyi müəssisənin təqdim etdiyi arayışlarda onun tutduğu vəzifə üzrə işin xüsusiyyətləri tam açıqlanmışdır və həmin cəhətlər bu vəzifələrin Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulmuş müvafiq peşələrə (çilingər, usta) uyğunluğunu təsdiqləyir. Həmçinin nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqan imtina əsası kimi dəlil olaraq iddiaçının təqdim etdiyi sənədlərlə işlədiyi və iddia etdiyi vəzifələrin uyğunsuzluğunu bildirsə də, iddiaçının mövqeyini təkzib edən yeni sübut toplamamış və ya təqdim olunmuş arayışın qeyri-mötəbərliyini sübut edə bilməmişdir. Arayışlar təfsilatlı olduğundan, kod dəqiqləşdirilmiş əlavə arayışın tələb olunmasını məhkəmə məqsədyonlü qiymətləndirmir. Cavabdehin digər dəlilinə (Ali Məhkəmənin analoji işlərdəki mövqeyi) gəldikdə isə, məhkəmə qeyd edir ki, hazırkı işin hallarında fərqli xüsusatlar mövcuddur. İddiaçının ayrı-ayrı vəzifələrdə işlədiyi müvafiq vəzifələrdə əmək haqqına 12%, 16% və 20% miqdarında əlavə əmək haqqı və 6 gün əlavə məzuniyyət günü verilmişdir. Qeyd olunan faktiki hal iş üzrə hüquqi dəyərləndirmənin predmetinə dolayısı ilə aid olsa da, məhkəmə iddiaçının işlədiyi müəssisədə digər sahələrdə işləmiş şəxslərdən fərqləndirilərək əlavə əmək haqqı və məzuniyyət günləri verilməsi kimi güzəştlər əldə etməsini onun işinin zərərli sfera üzrə səciyyəvi əlamət daşıması kimi nəzərə alır. Azərbaycan Respublikası "xxxx" ASC "xxxx"MMC-nin 13 dekabr 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı işlədiyi müddət ərzində müxtəlif vaxtlarda işlədiyi iş şəraitindən asılı olaraq aylıq məvacibinin 12 %,16 və 20% miqdarında əlavə əmək haqqı və əlavə məzuniyyət günləri verilmişdir. Onun işlədiyi xx.xx.1996-cı il tarixdən xx.xx.2009cu il tarixədək işlədiyi usta vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarının 2 nömrəli Siyahısının 13-cü bölməsinin “b” bəndində və 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahı”sının 24-cü. “Elektrik stansiyal arı, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin” “b” bəndində avadanlığın qoyulmuş yerlərdə təmiri üzrə ustalar, böyük ustalar (qazanxana, turbin (buxar-qaz turbini) yanacaq ötürmə, tozhazırlama vəzifəsinin (kod 2140000b-23362) xüsusiyyətlərinə uyğun hesab edilə bilər. Belə ki, İddiaçı Kimya sexində təmir işləri ilə məşğul olduğu X1 Qazan-Turbin sexinin zirzəmisində yerləşir. Həmin sahədə zərərli iş stajı 12 il 6 ay 4 gün təşkil edir.
6. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
7. Məhkəmə kollegiyası hesab edir ki, İnzibati Prosessual Məcəllənin 94.2, 96.296.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Mə hkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.
8. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyina tına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.
2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.
3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti m ümkün sayılmaya bilər”.
9. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.
10. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının, xx.xx.2024-cü il tarixli, 2-1(102)-743/2024 nömrəli, xx.xx.2023-cü il tarixli, 2-1(102)1531/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, 2-1(102)-1635/2023 nömrəli qərarları və s.) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 24-cü (Elektrik stansiyaları, enerji qatarları buxar və güc təsərrüfatı) bölməsinin a) yarımbəndində qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, büt ün adlardan olan elektrik çilingərləri, “b” yarımbəndində isə qazanxana, turbin (qazbuxar turbini), qazan turbin tozhazırlama sexlərinin istehsalat sahələrinin ustaları, böyük ustaları vəzifələri güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifə kimi nəzərdə tutulmuşdur.
11. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, “ "xxxx" ASC-nin və "xxxx" MMC-nin verdiyi 5 iyul 2021-ci il tarixli və 8 iyul 2021-ci il tarixli arxiv arayışlarında qeyd olunmuşdur: (ASC-nin 5 iyul 2021-ci il tarixli arayışı) 1961-ci il təvəllüdlü İddiaçı 28 yanvar 2010-cu il tarixli 18/17-kş nömrəli əmrlə 6 yanvar 2010-cu il tarixində "xxxx" ASC-nin Elektrik Avadanlıqlarının Təmiri İdarəsinin Mingəçevir sahəsinin Kimya avadanlıqlarının təmiri sexinə 9-cu dərəcəli usta vəzifəsinə təyin edilib, 1 oktyabr 2012-ci il tarixli 104/17-kş nömrəli əmrlə həmin tarixdən Mingəçevir Təmir sahəsinin Köməkçi avadanlıqların təmiri sexinə 6-cı dərəcəli çilingər peşəsinə keçirilib, 115/17-kş nömrəli 30 oktyabr 2012-ci il tarixli əmrlə 5 oktyabr 2012-ci il tarixdə həmin İdarənin Mingəçevir təmir sahəsinin Qazan və köməkçi avadanlıqların təmiri sexinə 6-cı dərəcəli çilingər peşəsinə keçirilib və 7 dekabr 2012-ci il tarixli 143/17-kş nömrəli əmrlə həmin tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Göstərilən peşə Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının 24-cü “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” fəs linə əsasən elektrik stansiyalarının buxar və güc təsərrüfatında işləyən çilingərlər (1 oktyabr 2012-ci il tarixdən 7 dekabr 2012-ci il tarixədək) xüsusi zərərli əmək şəraitində işlədiyinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. Güzəştli pensiya üçün stajı – 2 ay 6 gün təşkil edir. Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin 9 oktyabr 2008-ci il tarixli 323 nömrəli sərəncamına əsasən "xxxx" ASC adlandırılmışdır. (MMC-nin 8 iyul 2021-ci il tarixli arayışı) 1961-ci il təvəllüdlü İddiaçı 5 yanvar 2009-cu il tarixli 01/-k nömrəli əmrlə həmin tarixdən "xxxx" MMC-nin X2 Təmiri və Sazlanması İdarəsinin Köməkçi avadanlıqların təmiri sexinə İİ qrup usta vəzifəsinə təyin edilmiş və 5 yanvar 2010-cu il tarixli 01/-k nömrəli əmrlə həmin tarixdən AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Göstərilən peşə Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının 24-cü “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” fəslinə əsasən xüsusi zərərli əmək şəraitində işlədiyi üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. Güzəştli pensiya üçün stajı 1 il təşkil edir. "xxxx" MMC 21 fevral 2012-ci il tarixdən "xxxx" MMC adlandırılmışdır.”
12. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmu r. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə inzibati Prosessual Məcəllənin 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur. QƏRARA ALDİ: Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 21(107)-79/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin.