Məhkəmə qərarları › İş №2-1(102)-1504/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1504/2019

25.06.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1504/2019 25.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Nəbizadə Rahib Sahib oğlu, Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, İddiaçı və vəkili Vəkil, cavabdehin vəkili oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə qarşı əsərin nəşri üçün icazənin verilməsi tələbinə dair iş üzrə Bakı Ap ellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-166/2019 saylı, 24 yanvar 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 25 iyun 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 02 fevral 2018-ci il tarixli məktubu ilə İddiaçı tərəfindən yazılmış “İslamda yoxdur” adlı kitabın nəşrinə məqsədəuyğun hesab edilmədiyi bildirilməklə razılıq verilməsindən imtina edilmişdir. İmtina üçün əsas olaraq kitabla bağlı keçirilmiş dinşünaslıq ekspertizasının nəticəsi kimi kitabda ölkədəki dini duruma mənfi təsir göstərə biləcək fikirlərin aşkar edilməsi göstərilmişdir. Sözügedən dinşünaslıq ekspertizasında göstər ilmişdir ki, kitabın əsas problemli məqamlarından biri bütün məzhəb alimləri tərəfindən qəbul edilən peyğəmbərlərin məsumluq sifətinin şübhə altına alınmasıdır. Müəllif israrla bəzi ayələrin zahiri mənasına istinad edərək peyğəmbərlərin, əsasən də Məhəmməd peyğəmbərin də günah işlədiyini, səhvə yol verdiyini bildirir. Seyidlik məqamı barədə müəllifin qələmə aldıqları da şəxsi yanaşmalardır. Uydurma dəlillərlə seyidlər hədəf göstərilir və aşağılanır, seyidlərin cəmiyyətdəki üstünlüyü iblisin təkəbbürü ilə müqayisə edilir. Kitabın sonrakı bölmələrində də bütün islam alimləri tərəfindən bilinən, ənənəvi dini düşüncənin qəbul etdiyi yanaşmalar düzgün şəkildə əsaslandırılmadan rədd edilir. Cavabehin imtinasını qanunsuz hesab edən iddiaçı məhkəməyə müraciət edərək müəllifi olduğu “İslamda yoxdur ” adlı əsərə dair Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin verdiyi mənfi rəyin hüquqa zidd hesab edilməsi və ləğv edilməsi, müəllifi olduğu “İslamda yoxdur” adlı əsərin nəşri üçün icazənin verilməsi vəzifəsinin Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin üzərinə qoyulmasını xahiş etmişdir. Cavabdeh iddiaya qarşı təqdim etdiyi etirazında dinşünaslıq ekspertizasının nəticələrinə istinadla kitabda yer alan əsasən seyidlik anlayışı və Peyğəmbərin məsumluğu ilə bağlı fikirlərin cəmiyyəti maarifləndirməkdən daha çox dini nifrət və düşmənçiliyə, eləcə də dini duruma mənfi təzahürlərin meydana gəlməsinə rəvac verə biləcəyini nəzərə almaqla iddianın rədd edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1791/18 saylı,18 s entyabr 2018-ci il tarixli qərarı (hakim - A.A.Abdullayeva) ilə iddianın rədd edilməsi qərara alınmışdır Həmin qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-166/2019 saylı, 24 yanvar 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim – V.Ə.Baxışova, hakimlər – E.E.Nağıyeva və H.Ü.Həmidov) аpellyаsiyа şikаyəti təmin edilməmiş, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(81)-1791/2018 saylı,18 sentyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 24 yanvar 2019-cu il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya instansiyası məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, qərar maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, iddiaçı tərəfindən yazılmış “İslamda yoxdur” adlı kitab İslam dininə heç bir aidiyyəti olmayan, lakin bu dinin əsasları kimi qələmə verilən bir çox yanlışlıqları və yalanları üzrə çıxararaq islam dinini daha düzgün qavramağa, həqiqi dini əsasları sonradan uydurulmuş din adı altında həyata keçirilən nağıllardan ayırd etməyə və cəmiyyəti maarifləndirməyə yönəlmiş əsərdir. Cavabdeh əsərdə ölkədəki dini duruma mənfi təsir göstərəcək fikirlərin olduğunu əsas gətirərək kitabın Azərbaycanda nəşrinə qadağa qoymuşdur. Cavabdehin bu zaman əsaslandığı rəy (X1 imzaladığı) forma və məzmunca qanunvericiliyə zidd olduğu dinşünaslıq ekspertizasının rəyi hesab edilə və onun əsa sında kitabın nəşrinə qadağa qoyula bilməz. Verilmiş rəy mütəxəssis rəyi hesab oluna bilər. Qanunda nəzərdə tutulmuş qaydada ekspertiza keçirilmədən, rəyin məzmunu ilə bağlı qanunvericinin tələblərini icra etmədən, əsaslandırılmadan, rəydə adı, atasının adı, təhsili, ixtisası, iş stajı, elmi vəzifəsi və elmi dərəcəsi qeyd edilməmiş bir şəxsin yazılı mülahizəsinə əsasən demokratik bir ölkədə dini ədəbiyyatın nəşrinə qadağanın qoyulması yolverilməzdir. X1 imzaladığı sənəd qanunvericiliyə zidd olaraq tərtib edilərək heç bir hüquqi nəticə yaratmamaqla yanaşı Komitənin dini etiqad sahəsində maarifləndirmə işini aparmaq və qanunvericilik çərçivəsində bu işi aparan şəxslərə köməklik etməsinin qarşısını almışdır. Daha sonra, məhkəmə icraatının gedişində Azərbaycan İlahiyyat İnstitutunda pedaqoji f əaliyyətlə məşğul olan X2un bu iş üzrə ekspert qismində rəy verməsi də qanunvericiliyə zidd olmuşdur. Buna baxmayaraq x2un apardığı tədqiqat kitabın nəşrinə qadağa qoyulması üçün əsas olmuş X1vin imzaladığı sənədi demək olar ki, bütünlüklə təkzib etmişdir. Bundan başqa, x2 tədqiqatın axırında belə nəticəyə gəlmişdir ki, “İslamda yoxdur" kitabı haqqında qənaəti ümumilikdə müsbətdir. Kitabdakı mövzulara dair müsbət rəy verməsinə baxmayaraq, x2 kitabda ölkədəki mövcud dini duruma mənfi təsir göstərəcək fikirlərə yer verildiyini göstərmiş, gəldiyi bu nəticə ilə bağlı əsaslı dəlillər irəli sürməmişdir. Ölkədəki mövcud dini durum dedikdə müxtəlif dinlərə mənsub şəxslərin, o cümlədən heç bir dinə mənsub olmayanların bir ölkədə toplum olaraq yaşaması başa düşülür. Deməli, ölkədəki dini duruma yaln ız o halda mənfi təsir göstərilə bilər ki, bu toplumda dini nifrət və düşmənçiliyə rəvac versin, habelə dinlər və məzhəblərarası münasibətlərə xələl gətirəcək fikirlər yayılsın, dini fanatizm və dini dözümsüzlük təbliğ edilsin. Lakin ekspert rəyində birmənalı olaraq qeyd edilmişdir ki, kitabda dini nifrət və düşmənçiliyə rəvac verəcək, habelə dinlər və məzhəblərarası münasibətlərə xələl gətirəcək heç bir fikir yoxdur. Belə olan halda, kitabın nəşrinin ölkədəki dini duruma necə mənfi təsir göstərəcəyi anlaşılmaz olaraq qalır. Bundan başqa, işə baxan məhkəmələrə dəfələrlə bildirilmişdir ki, həmin mövzular bu məhkəmə icraatından xeyli müddət əvvəl televiziya və digər KİV-lərdə açıqlanmışdır. Bu mövzulara həsr olunmuş veriliş və məqalələrdən sonra cəmiyyətdə heç bir münaqişə, nifrət, düşmənçil ik və ya digər fəsadlar müşahidə olunmamışdır. Məhkəmələr isə qanunvericiliyin tələblərinə baxmayaraq təqdim edilmiş sübutlara tam, obyektiv, qərəzsiz və hərtərəfli baxmamış, istinad etdiyi ekspert rəyindəki ziddiyyətləri aradan qaldırmaq üçün əlavə və ya təkrar ekspertiza təyin etməmişdir. Tərəflərin izahatları İddiaçı və onun vəkili məhkəmə iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. Cavabdehin vəkili kassasiya şikayətinin təmin edilmədən, qanuni və əsaslı olduğu üçün isə apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədənsaxlanılmasınıxahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya inst ansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, “X3” Nəşriyyat Poliqrafiya Mərkəzi 05.01.2018-ci il tarixdə iddiaçının dini təyinatlı “İslamda yoxdur” adlı kitabının nəşrinə razılıq verilməsi üçün cavabdeh orqana müraciət etmiş, müraciətlə bağlı dinşünaslıq ekspertizası təyin edilmiş, ekspertiza nəticəsində kitabda ölkədəki dini duruma mənfi təsir göstərə biləcək fikirlər aşkar edildiyindən onun nəşri məqsədəuyğun hesab edilməmiş, buna görə də, Komitənin 02.02.2018-ci il tarixli məktubu ilə kitabın çapı məqsədəuyğun hesab edilməmişdir. Dinşünaslıq ekspertizasının X1 tərəfindən tərtib edilmiş mübahisələndirilən rəyində qeyd edilmişdir ki, “kitabın əsas problemli məqamlarından biri bütün məzhəb alimləri tərəfindən qəbul edilən peyğəmbərlərin məsumluq sifətinin şübhə altına alınmasıdır. Müəllif israrla ayələrin zahiri mənasına istinad edərək peyğəmbərlərin, əsasən də Məhəmməd peyğəmbərin də günah işlətdiyini, səhvə yol verildiyini bildirir. Əsərdə uydurma dəlillərlə seyidlər hədəf göstərir və aşağılanır. Seyidlərin cəmiyyətdə üstünlüyü iblisin təkəbbürü ilə müqayisə edilir. Kitabın sonrakı bölümlərində də bütün islam alimləri tərəfindən bilinən ənənəvi dini düşüncələrin qəbul et diyi yanaşmalar düzgün şəkildə əsaslandırılmadan rədd edilir.” İddiaçı həmin imtinanı qanunsuz və əsassız hesab edərək iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Onun mövqeyinə görə əsərdə ölkədəki dini duruma mənfi təsir göstərəcək fikirlər yer almamışdır. Əksinə, iddiaçı tərəfindən yazılmış “İslamda yoxdur” adlı kitab İslam dininə heç bir aidiyyəti olmayan, lakin bu dinin əsasları kimi qələmə verilən bir çox yanlışlıqları və yalanları üzrə çıxararaq islam dinini daha düzgün qavramağa, həqiqi dini əsasları sonradan uydurulmuş din adı altında həyata keçirilən nağıllardan ayırd etməyə və cəmiyyəti maarifləndirməyə yönəlmiş əsərdir. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin 2ci bəndinə əsasən dini qurumlar, dini qurum olmayan digər hüquqi və fiziki şəxslər müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikası Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi) razılığı ilə dini təyinatlı ədəbiyyatı (kağız və elektron daşıyıcılarında), audio və video materialları, mal və məmulatları və dini məzmunlu başqa məlumat materiallarını istehsal, idxal, ixrac edə, habelə onları nəzarət markası ilə markalandıqdan sonra sərbəst yaya bilərlər. Həmin Qanunun 29-cu maddəsinə və Azərbaycan Respublikası Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi haqqında Əsasnamənin 7.8-ci bəndinə əsasən dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının dinşünaslıq ekspertizasının aparılmasının təmin edilməsi, dinşünaslıq ekspertizasının aparılmasını təmin etmək Az ərbaycan Respublikası Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin vəzifələrinə aid edilmişdir. Göründüyü kimi, qanunvericiliyə əsasən dini ədəbiyyatların nəşrinə razılığın verilibverilməməsi cavabdeh orqanın diskresion səlahiyyətlərinə aid edilmişdir. ‘İnzibati icraat haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən inzibat orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2-ci maddəyə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. İşin hallarından həmçinin müəyyən edilir ki, cavabdeh orqanın həyata keçirdiyi dinşünaslıq ekspertizasının rəyinin əsaslı olub-olmamasının yoxlanılması bu sahədə xüsusi bilik tələb etdiyindən birinci i nstansiya məhkəməsi tərəfindən iş üzrə linqvistik-dinşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Milli Elmlər Akademiyasından dinşünaslıq üzrə mütəxəssis dəvət edilməklə Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən təsdiq edilmiş və ekspert AMEA-nın Fəlsəfə İnstitutunun böyük elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent X1 tərəfindən tərtib edilmiş 09.08.2018-ci il tarixli 16872 saylı rəydə məhkəmənin ekspert qarşısında qoyduğu suallarla bağlı aşağıdakılar qeyd edilmişdir: 1) Tədqiqat obyekti olan “İslamda yoxdur” kitabının əlyazması ilə bağlı ekspert qarşısında qoyulmuş suallara əsasən dini nifrət və düşmənçiliyə rəvac verən fikirlər yoxdur. 2) Kitabın əlyazmasında dinlər və məzhəblərarası münasibətlərə xələl gə tirəcək fikirlər yoxdur. 3) Kitabın əlyazmasında ölkədəki mövcud dini duruma mənfi təsir göstərəcək fikirlərə yer verilmişdir. 4) Əlyazma haqqında qənaət ümumilikdə müsbətdir. Lakin kitab nəşrə yalnız rəydə qeyd edilmiş fəsillərin rəydə qeyd edilmiş nüans və məlumatlar nəzərə alınaraq müəllif tərəfindən yenidən nəzərdən keçirilib hazırlanmalıdır. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır ki, Məhkəmə Ekspertiza Mərkəzinin iş üzrə verilmiş rəyi ilə cavabdeh orqanın iddiaçının müəllifi olduğu “İslamda yoxdur” adlı dini mövzuda yazılmış əsərlə bağlı dinşünaslıq ekspertizasının nəticələrinin əsaslı olduğu təsdiq edildiyindən, məhkəmənin həmin rəylə razılaşmaması üçün əsaslar olmadığından (rəyin kifayət qədər əsaslı və əhatəli olması, ekspertin fikirlərini konkret mənbələrə istinad etməklə əsaslandırması nəzərə alınaraq) iddiaçı arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu mötəbər sübutlarla sübut edə bilmədiyindən iddianın təmin edilməməsi barədə gəlinmiş nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, ekspert rəyində kitabda ölkədəki mövcud dini duruma mənfi təsir göstərəcək fikirlərə yer verildiyi göstərilmişdir. Bu halda ifadə azadlığına qoyulmuş məhdudiyyət “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 10.2-ci maddəsi ilə uyğunluq təşkil edir. Həmin maddəyə görə milli təhlükəsizlik, ictimai asayiş maraqları naminə, eləcə də iğtişaş və cinayətin qarşısını almaq üçün ifadə azadlığına məhdudiyyət qoyula bilər. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilm əsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunun 3.6-cı maddəsinə əsasən isə Azərbaycan Respublikasının Konstitusiyasında göstərilən digər əsaslarla yanaşı, Konstitusiyanın 47-ci maddəsində göstərilən söz azadlığı dövlət təhlükəsizliyi mənafeləri üçün, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün, cinayətin qarşısının alınması məqsədi ilə; həmçinin iğtişaşların qarşısının alınması üçün; həmçinin ictimai təhlükəsizliyin qorunması üçün; həmçinin dövlətin ərazi bütövlüyü mənafelərinin təmin edilməsi məqsədi ilə məhdudlaşdırıla bilər. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şik ayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-166/2019 saylı iş üzrə 24 yanvar 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar