Məhkəmə qərarları › İş №2-1(102)-1504/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1504/2020

05.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1504/2020 05.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə QƏRAR Açar sözlər: fərdi yaşayış evinin iddiaçıya məxsus hissəsinə görə köçürülmə xərci daxil olmaqla kompensasiyanın verilməsi giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslim oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı, vəkili Vəkil, cavabdeh Bakı şəhəri Cavabdeh vəkili X1 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Bakı şəhəri Cavabdehnə (bundan sonra cavabdeh) qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliy i, bundan sonra üçüncü şəxs) “Bakı şəhəri, Yasamal rayonu, Ak. Qarayev küçəsi, dalan 12, 7 saylı evin sökülməsinə dair cavabdehin hərəkətlərinin qanunsuz hesab edilərək həmin evin hər kv.m üçün 1.500 manat olmaqla cəmi 69.000 manatın cavabdehdən alınması” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-551/2019 saylı, 18 fevral 2020-ci il tarixli qərarından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 5 avqust 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə” 51 saylı, 16 fevral 2018-ci il tarixli qərarına əsasən Bakı şəhər inin Yasamal rayonu ərazisində vətəndaşlara Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasındakı ərazidə 1130 ədəd, Nəriman Nərimanov prospekti, İsmayılbəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzağa Əliyev küçələri arasında ərazidə 880 ədəd, ümumilikdə 2010 yaşayış və qeyri-yaşayış obyektlərini Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədilə dövlət ehtiyacları üçün alan orqan kimi cavabdeh müəyyən edilmişdir. Qərarın icrası məqsədi ilə cavabdeh “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələblərinə uyğun olaraq “Daşınmaz əmlakın alınması qrupu”nu təşkil etmiş və alınan hər bir əmlakın qiymətləndirilməsi məqsədləri üçün müstəqil qiymətləndirici cəlb etmişdir. İddi açıya məxsus ünvan 1 ünvanda yerləşən mənzil Azərbaycan Respublikası Nazirlər Kabinetinin 51 saylı 16 fevral 2018-ci il tarixli qərarının təsiri altına düşür. Müstəqil qiymətləndirici “xxxx” MMC tərəfindən müqayisə metodu ilə aparılmış araşdırma nəticəsində tərtib olunmuş Qiymətləndirmə aktına əsasən müəyyən edilən mövcud bazar qiyməti, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu və “Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının 07.12.2007-ci il tarixli 506-VİQD nömrəli Qanunun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli 689 nömrəli Fərmanı ilə nəzərdə tutulan bütün əlavələrlə birlikdə ünvan 2 ünvanda yerləşən daşınmaz əmlakın dövlə t ehtiyacları üçün alınması ilə əlaqədar iddiaçıya 27721 manat məbləğində kompensasiya ödənilməli olduğu müəyyən olunmuşdur. Cavabdeh iddiaçıya yuxarıda qeyd edilən kompensasiyanı ödəməyə hazır olduğunu bildirmiş, iddiaçı təklif olunan kompensasiyanı almaqdan imtina etmişdir. İddiaçı 23 may 2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Ak. Qarayev küçəsi, dalan 12, 7 saylı evin sökülməsinə dair cavabdehin hərəkətlərinin qanunsuz hesab edilərək həmin evin hər kv.m üçün 1.500 manat olmaqla cəmi 69.000 manatın cavabdehdən alınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin 12.06.2018-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi 3-cü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Ak.Qarayev küçəsi, dalan 12, 7 saylı evin 46 kv.m. hissəsi ona məxsusdur. “Sovetski” adlanan ərazidə cavabdeh tərəfindən aparılan söküntü işləri zamanı onun razılığı olmadan mülkiyyətində olan ev sökülmüşdür. Bununla bağlı ona bank hesabı açaraq həmin hesaba bir kv.m 800 manatdan hesablanmaqla 30 kv.m. üçün 24.000 manat pul köçürülmüşdür. Bir kv.m üçün 800 manat ödənilməsi belə izah olunmuşdur ki, evinin damı olmadığına görə ona 1.500 manatdan ödənilə bilməz. Komissiyaya izah edildi ki, evin damı olmuşdur, həmin damı iddiaçı özü təmir məqsədi ilə söküb. Maddi vəziyyətində yaranmış çətinliklərə görə bərpa edə bilməmişdir və hə min vəziyyətdə qalmışdır. Ev sovet dövründən də əvvəl tikilmiş evdir. Evin 200-dən çox yaşı vardır. Həmin evdə iddiaçının babaları, atası və hazırda da özü yaşamışdır. Göründüyü kimi evin damının kompensasiya verilən zaman yerində olmamasına görə aşağı məbləğin ödənilməsi qanunsuzdur. İddiaçının bank hesabına köçürülən 24.000 manatın özü də düzgün hesablanmamışdır. İddiaçıya məxsus olan hissə 46 kv.m-dir. İcra hakimiyyəti isə 30 kv.m-in pulunu köçürmüşdür. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X2, 2-1(81)-2551/2019 saylı iş) 28 oktyabr 2019-cu il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən qeyd etmişdir ki, fərdi yaşayış evinin iddiaçıya aid hissəsi sənədsiz olduğundan və fərdi yaşayış evinin əvvəlki vəziyyəti barədə texniki p asport arxivdə mövcud olmadığı üçün iddiaçıya aid hissənin əvvəllər hansı ölçüdə olmasını müəyyən etmək olmamış, bu səbəbdən də, cavabdeh hazırda iddiaçının sahibliyində və istifadəsində olan dam hissəsi olmayan fərdi yaşayış evinə görə müstəqil qiymətləndiricinin rəyinə əsasən iddiaçıya həmin məbləğdə kompensasiya verməkdə haqlı olmuşdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 oktyabr 2019-cu il tarixli qərarı ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər X7-məruzəçi, X5 və X3, 2-1(103)-551/2020 saylı iş) 18 fevral 2020-ci tarixli qərarı ilə iddiaçının apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. İddiaçı kasasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. kasasiya şikayətinin dəlilləri: Şikayət iddia ərizəsinə uyğun tərtib edilmiş, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının bank hesabına köçürülən 24.000 manatın özü də düzgün hesablanmamışdır. İddiaçıya məxsus olan hissə 46 kv.m-dir. İcra hakimiyyəti isə 30 kv.m sahəyə görə pul köçürmüşdür. Cavabdeh iddiaçının mülkiyyət hüquqlarını pozmuşdur. Hansı ki, həmin hüquqlar onun konstitusion hüquqlarıdır. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. tərəflərin izahatları: İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinin dəlillərini qəbul etməmiş və təmin edilməməsini xahiş etmişdir. əsаslаndırmа hissəsi: Üçüncü şəxs məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və iş ə onun iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). İddiaçının kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İddiaçı ünvan 3 ünvanda yerləşən daşınmaz əmlaka sahibliyi alan orqan olan cavabdeh tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələblərinə uyğun olaraq kompensasiyanın ödənilməsini xahiş etmişdir. İPM-in 2.2.7-ci maddəsinə görə hazırkı iddia nö vü inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə-kompensasiya ödənilməsi tələbinə dair iddiadır. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 382 nömrəli Fərmanının 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə 51 saylı 16 fevral 2018-ci il tarixli qərar qəbul etmişdir. Qərarın 1-ci bəndinə əsasən, Bakı şəhərinin Yasamal rayonu ərazisində vətəndaşlara məxsus Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasındakı ərazidə 1130 ədəd, Nəriman Nərimanov prospekti, İsmayılbə y Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzağa Əliyev küçələri arasındakı ərazidə 880 ədəd, ümumilikdə 2010 yaşayış və qeyri-yaşayış obyektlərini Bakı şəhərinin Baş Planına uyğun olaraq, dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün alan orqan Bakı şəhəri Cavabdeh müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tik ilməsi, dövlət əhəmiyyətli dağmədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Həmin Məcəllənin 246.1-ci maddəsinə əsasən bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. Həmin Məcəllənin 246.3-cü maddəsinə əsasən torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. Həmin Məcəllənin 246.5-ci maddəsinə görə bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı, həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsəd lərlə alınan torpaqla bağlı daşınmaz əmlaka (sututarlar, meşələr, çoxillik əkmələr, tikililər, qurğular və bu kimi digər obyektlər) da daxildir. Həmin Məcəllənin 246.7-ci maddəsinə əsasən torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506 İİİ QD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 №li Fərmanının 2.3-cü bəndində göstərilir ki, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunun 3.1.1-ci maddəsinə əsasən dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması torpağın alınmasına əsas verən dövlət ehtiyaclarıdır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilə r) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən istifadədə, icarədə olmasından və torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklülüklərdən (məhdudiyyətlərdən) asılı olmayaraq xüsusi mülkiyyətdə olan torpaqlar və bələdiyyə mülkiyyətində olan torpaqlar bu Qanuna uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən torpaqları dövlət ehtiyacları üçün alan orqan (bundan sonra - alan orqan) bu Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş qaydada qəbul edilən, torpağın alınmasını zəruri edən dövlət ehtiyacının mövcudluğu barədə qərarla müəyyən olunur və torpaqları n dövlət ehtiyacları üçün alınmasını konkret halda dövlətin adından icra edir. “İnsan hüquqlarının və ya əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “X4rşı” məhkəmə işi üzrə qərarında qeyd etdi ki, mülkiyyət hüququna istənilən müdaxilənin əsaslı olması üçün həmin müdaxilə cəmiyyətin ümumi maraqlarına xidmət etməli, yəni qanuni məqsəd daşımalıdır. Lakin mülkiyyət hüququna müdaxiləyə haqq qazandırmaq üçün həmin müdaxilənin qanuni məqsəd daşıdığı bəyan etmə si kifayət deyildir. Məhkəmə müəyyən etməlidir ki, cəmiyyətin maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa riayət edilibmi? Bu cür tarazlığa riayət edilməsi bütövlükdə Konvensiyaya xas olan cəhətdir və 1 saylı Protokolun 1-ci maddəsinin quruluşunda da öz əksini tapıb. (Sporronq və Lonnrot İsveçrə qarşı məhkəmə işi üzrə qərar 9A52, 1982) Yenə həmin qərarda göstərilir ki, xüsusi mülkiyyətin mülkiyyətçisi “xüsusi və həddən artıq ağır məhdudiyyət yükünə məruz qalаrsa”, ədalətli tarazlıq pozulmuş olur. Kompensasiyanın ödənilməsi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etdi ki, bu barədə 1-ci maddədə hər hansı norma olmasa da, hər halda 1-ci maddə mülkiyyətin özgəninkiləşdirilməsi zamanı kompensasiyanın ödənilməsini tələb edir. Məhkəmə bildi rdi ki, Razılığa gələn Dövlətlərin hüquq sistemlərində kompensasiya ödənilmədən mülkiyyətin müsadirə olunmasına yalnız müstəsna hallarda haqq qazandırıla bilər, əks təqdirdə mülkiyyət hüququ “xəyali” və “səmərəsiz” hüquq olaraq qalardı. Kompensasiyanın məbləğinə gəldikdə isə, məhkəmə qeyd etdi ki, mülkiyyəti onun dəyərinə uyğun ağlabatan məbləğdə kompensasiya ödəmədən müsadirə etmək qeyrimütənasib tədbirdir. Lakin 1-ci maddə heç də bütün hallarda tam kompensasiyanı təmin etmir: “cəmiyyətin maraqlarına xidmət edən, yəni qanuni məqsədlər daşıyan tədbirlərin, məsələn, iqtisadi islahatların, yaxud daha çox sosial ədalətə nail olmağa yönəlmiş tədbirlərin həyata keçirilməsi zamanı qarşıya qoyulan qanuni məqsədlər tam bazar dəyərindən aşağı məbləğdə kompensasiya ödənilməsinə haqq qazandıra bilər” ( Qərarın 54-cü bəndi). Mübahisə doğurmur ki, Bakı şəhəri, Yasamal rayonu, Ak.Qarayev küçəsi dalan 12, 7 saylı ev iddiaçının istifadəsində olmuşdur. İddiaçı ona məxsus mənzilin ümumi sahəsinin 46 kv.m olduğunu bildirmiş, bu barədə məhkəmələrə hər hansı sübut təqdim etməmişdir. Mənzilin 46 kv.m olmasına dair işdə sənəd mövcud olmamışdır. Odur ki, iddiaçının bu barədə dəlili əsaslı sayılmır. Cavabdehin müəyyən etdiyi daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatda 2 otaqdan ibarət mənzilin ümumi sahəsi 26,37 kv.m, zirzəminin sahəsinin 6,25 kv.m olduğu müəyyən edilmişdir. İddiaçıya məxsus mənzilin sahəsi ilə bağlı başqa sübut olmadığından məhkəmə kollegiyası 2 otaqdan ibarət mənzilin ümumi sahəsinin 26,37 kv.m, zirzəminin sahəsinin 6,25 kv.m olması ilə razılaşır və bu hissədə şikayətin mənzilin ümumi sahəsinin 46 kv.m olması barədə dəlilini əsaslı saymır. Cavabdehin təqdim etdiyi daşınmaz əmlakın qiymətləndirmə barədə hesabatında iddiaçıya aid otaqların (8 və 9-cu otaqlar) sahəsi 26,37 kv.m və yararsız olduğu qeyd edilmişdir. Hesabatın obyektin təsviri, başlıca xarakteristikalar və obyektin cari istifadəsi adlanan 10-cu bölməsində 26,37 kv.m-in yararsız olduğu, lakin su, qaz, elektrik enerjisi və kanalizasiyanın mövcud olduğu qeyd edilmişdir. Apelyasiya məhkəməsi otaqların yararsızlığının nədən ibarət olmasını, əvvəllər təyinatı üzrə istifadə edilməsinin mümkünlüyünü, mənzilin yararsız olması barədə cavabdehin dəlillərini araşdırmamış, iddiaçıya məxsus 26,37 kv.m sahədə su, qaz, elektrik enerjisi və kanalizasiyanın mövcud olub-olmamasını yoxlamamış, bu barədə iddiaçı tə rəfindən həqiqətən kommunal xərclərin ödənilməsi ilə bağlı araşdırma aparmamışdır. Cavabdeh etirazında iddiaçıya məxsus sahənin dəyərinin 27.721 manat olduğunu bildirmiş, həmin məbləğin iddiaçıya ödənilib-ödənilmədiyi araşdırılmamış, 27.721 manat iddiaçıya ödənilmədiyi halda iddianın bu hissəsinin də rədd edilməsi əsaslandırılmamışdır. Odur ki, şikayət qismən təmin edilərək apelyasiya məhkəməsinin qərarı qismən26,37 kv.m sahəyə və 6,25 kv.m köməkçi sahəyə kompensasiya ödənilməsinin rədd edilməsi hissəsində ləğv edilməli, iş bu hissədə baxılması üçün apelyasiya məhkəməsinə göndərilməli, qərar iddianın rədd edilən qalan hissəsində dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-551/2020 saylı, 18 fevral 2020-ci il tarixli qərarı qismən-26,37 kv.m sahəyə və 6,25 kv.m köməkçi sahəyə kompensasiya ödənilməsinin rədd edilməsi hissəsində ləğv edilsin. İş bu hissədə yenidən baxılması üçün apelyasiya məhkəməsinə göndərilsin. Qərar iddianın rədd edilən qalan hissəsində dəyişdirilmədən saxlanılsın. Kasasiya şikayəti qalan hissədə təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar