Məhkəmə qərarları › İş №2-1(102)-1504/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1504/2022

21.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1504/2022 21.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Təhsildə X1rşı iş üzrə QƏRARİ Açar sözlər: “diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Təhsildə X1rşı “diplomun tanınması və ekvivalentlik şəhadətnaməsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-222/2022 nömrəli, 27 aprel 2022-ci il tarixli qərarında n iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 2006 – 2009-cu illərdə Bakı Biznes Kooperasiya Kollecinin “mühasibat uçotu və audit” fakültəsində təhsil almış və ona bu barədə 30 dekabr 2009-cu il tarixdə BB-İİ seriyalı 097295 saylı diplom verilmişdir. Sonra İddiaçı S.Kuznets adına Xarkov Milli İqtisadiyyat Universitetinə qəbul olaraq 2015 – 2016-cı illərdə həmin təhsil müəssisəsində təhsil almışdır. Daha sonra 2016-cı il həmin ali təhsil müəssisəsindən Kiyev Milli Ticarət-İqtisadiyyat Universitetinin Xarkov Maliyyə İnstitutuna köçürülərək bakalavr təhsilini 3 ilə (2015 – 2018-ci illər) başa vuraraq 2018-ci ildə bitirmiş, ona 30 iyun 2018-ci il tarixli, B18 №075220 nömrəli bakalavr diplomu v erilmişdir.

2. İddiaçı diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi ilə bağlı cavabdehə müraciət etmişdir.

3. Elektron məktubla iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, ali təhsil sənədlərinin araşdırılması zamanı Kiyev Milli Ticarət-İqtisadiyyat Universitetinin Xarkov Maliyyə İnstitutunun tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməsi qeyri-mümkündür. Bu səbəbdən onun aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilməmişdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı 27 aprel 2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Kiyev Milli Ticarət-İqtisadiyyat Universitetinin Xarkov Maliyyə İnstitutu tərəfindən verilmiş B18 №075220 nömrəli diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2006 – 2009-cu illərdə Bakı Biznes Kooperasiya Kollecinin “mühasibat uçotu və audit” fakültəsində oxumuşdur. Ona bu barədə 30 dekabr 2009-cu il tarixdə BB-İİ seriyalı 097295 saylı diplom verilmişdir. 2015-ci ci ilin avqust tarixində Ukrayna Respublikasının Xarkov şəhərinə getmiş və Xarkov Milli İqtisadiyyat Unveristetinə müsahibə yolu ilə kollec diplomu əsasında və kolleclə Unveristetin keçirilmiş fənlərdə yara nan (kollecə göndərilmiş rəsmi sorğuya əsasən) imtahan fərqlərini verərək 2-ci kursa, qiyabi olaraq uçot və audit fakültəsinə daxil olmuşdur. İddiaçı 2016-cı ilin 10 – 31 may tarixlərində Unveristetə sessiyaya çağırılmış və 14 – 25 may 2016 tarixlərində sessiyada iştirak etmişdir. Universitetdə həmin vaxt ailəli və ciddi iş rejimində işləyən tələbələrə güzəşt olunurdu. Sessiyanı bitirdikdən sonra təhsil haqqı cox olduğundan Unveristetdən akademik arayış əsasında çıxaraq, 2016 cı il oktyabr ayında Kiyev Milli Ticarət-X2 X3 və Audit fakültəsinə fərq imtahanlarını verərək 3-cü kursa qiyabi qəbul olmuşdur. 17 – 28 aprel 2017-ci il tarixlərdənövbəti sessiyaya çağrılmış, 16 – 27 aprel 2017-ci il tarixlərdə sessiyada iştirak etmişdir. 2017-ci ilin 27 noyabr – 24 dekabr taixlərində qış sessiyasına çağırılmış, lakin həmin vaxt xəstə olduğundan (həkimdən arayış var), sessiyaya gedə bilməmişdir. 2017-ci ilin mart ayının 12-dən 27-dək yaz sessiyasına çağrılmışdır. Qış sessiyasında iştirak etmədiyinə görə, kəsiri olduğu üçün dekanatlıq ondan vaxtından tez gəlməyini tələb etmiş və sessiya müddətindən əvvəl 5 mart 2018-ci il tarixdən 6 aprel 2018 ci il tarixədək Xarkova gedərək qalan imtahanları vermiş, həm də sessiyada iştirak etmişdir. Orada olduğu müddətdə 28 mart 2018-ci il tarixdən 6 aprel 2018-ci il tarixədək olan, birinci dövlət imtahanındada (imtahan 4 aprel 2018-ci il tarixə çəkilmişdir) iştirak etmişdir. 30 aprel 2018-ci il tarixdən 7 may 2018-ci il tarixədək Yardımlı rayon "xxxx" MMC-də ixtisası üzrə (tələb belə olduğu üçün) təcrübə keçmişdir. Praktikanın sənədlərini 8 may 20 18-ci il tarixdə İnsitituta təqdim etmişdir. 8 may 2018-ci il tarixdən 15 may 2018-ci il tarixədək axırıncı Dövlət imtahanına çağırılmış və 12 may 2018-ci il tarixdən 16 may 2018- ci il tarixədək axırıncı Dövlət imtahanında (imtahan 14 may 2018-ci il taixdə olmuşdur) iştirak etmişdir. 2018-ci ilin oktyabr ayında diplomu almışdır. 20 may 2019-cu il tarixdə tələb olunan qaydada Təhsil Nazirliyi Akreditasiya və Nostrifikasiya İdarəsinə müraciət etmiş və A78C219F3501261 nömrəsi ilə qeyiyyata alınaraq “Şəxsi kabinet” açmışdır. 11 iyun 2019 cu il tarixdə şəxsi kabinetə gələn bildirişlə “müsahibə”yə dəvət olunmuşdur. Müsahibədə 15 dəqiqə ərzində tədris dilindən sual-cavab olunmuş və müsahibədən keçdiyi bildirilmişdir (Müsahibə kamera vasitəsilə lentə alınırdı). Sonradan isə ona bildirilmişdir ki, onun sənədlərini araşdıraraq təhsil aldığı müəssisəyə təhsil normativini bilmək üçün sorğu göndərilmişdir. Bundan sonra o, institutla əlaqə saxlamış və İnstitutdan belə bir sorğunun gəlmədiyini bildirmişlər. Hər dəfə o (iddiaçı), Akkreditasiya və Nostrifikasiya İdarəsi ilə əlaqə saxlalarkən ona “sorğu göndərilib, cavab yoxdur” deyirdilər. 2020-ci ilin yanvar ayının 24-də özü ilə ona təhsil müəssisəsi tərəfindən göndərilən sessiyaya çağırış vərəqlərinin götürərək Akreditasiya və Nostrifikasiya İdarəsinə, şöbə rəisinin qəbuluna getmişdir. Qəbulda şöbə rəisinə çağırış vərəqlərini təqdim etmiş və ona yaxın vaxtlarda əlaqə saxlayacaqlarını bildirmişlər. 27 yanvar 2020-ci il tarixdə mobil telfonuna İdarənin əməkdaşı zəng edərək demişdir ki, verilən çağırış vərəqələri onları qane edir, ona görə də sorğu göndərməyə ehtiyac yoxdur və yaxın vaxtlarda işiə müsbət rəy veriləcək. Struktur dəyişiklik olduğuna görə şəhadətnamə verilməsinin keçikməsinin mümkünlüyü də bildirilmişdir. Onun şəxsi kabinetinə Akkreditasiya və Nostrifikasiya İdarəsindən 12 mart 2020-ci taixdə mənfi rəy göndərilmişdir. Azərbaycan Respublikasının 18 iyul 2000-ci il tarixli 919-İQ cfqks Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentfiyi haqqında» Sazişin 5-ci maddəsinə əsasən Tərəflər razılığa gəlmişlər ki, Azərbaycan Tərəfi Ukraynada verilmiş diplomları Azərbaycan Respublikası ali təhsil müəssisələrinin “kiçik mütəxəssis”, “bakalavr”, “mütəxəssis” və təhsilin məzmununa görə uyğun gəldiyi halda, təhsilin davam etdirilməsinə və ixtisas dərəcəsinə uyğun olaraq işə girmək üçün hüquq verir. Göründüyü kimi, ikitərəfli Sazişin şərtlərinə görə, Ukraynanın ali təhsil müəssisəsi Tərəfindən verilmiş “bakalavr” dərəcəsi üzrə diplomunun tanınması üçün iddiaçının aldğı təhsil Azərbacan Respublikasının təhsil standartlarına uyğun gəlməlidir. Azərbaycan Respubliasında isə təhsilin qanunvericiliklə müəyyən edilən dövlət standartları isə aşağıdakı kimidir: «Təhsil haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.43-cü maddəsinə əsasən təhsil – sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsidir. AR Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli qərar ilə təsdiq edilmiş «Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları»nın 2.3-cü bəndinə əsas ən bakalavr təhsilinin məzmunu tədris prosesinin planlaşdırılmasını, həyata keçirilməsinin forma və metodlarını, tədris yükünün həcmini, tədris mərhələlərinin (semestrlərin) müddətini, tədris növlərini (mühazirə, məşğələ, laboratoriya və s.), ayrı-ayrı fənlərin həcmini və ixtisaslar üzrə təhsil proqramlarına qoyulan tələbləri əhatə edir. Eyni zamanda Azərbaycan Respublikasının 30 sentyabr 1997-ci il tarixli 367İQ nömrəli Qanunu ilə «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında» Konvensiya təsdiq edilmişdir.

6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4229/2020 nömrəli, 28 avqust 2020-ci il tarixli qərardadı ilə inzibati məhkəmə icraatı üzrə cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi əsl cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə əvəz edilmişdir.

7. Cav abdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək qeyd etmişdir ki, iddiaçının sənədləri Agentlikdə araşdırılarkən onun təqdim etdiyi diplomun AR Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq olunmuş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları»na uyğun gəlmədiyi müəyyən edilmişdir. İddiaçının diplomuna əlavədən də göründüyü kimi, təhsil proqramı (qiyabi) 4 il nəzərdə tutulmuşdur. Sənədlər araşdırılarkən məlum olmuşdur ki, iddiaçı kollec diplomuna əsasən S.Kuznets adına Xarkov Milli İqtisadiyyat Universitetinə qəbul olaraq 2015 – 2016-cı illərdə həmin təhsil müəssisəsində təhsil almışdır. Daha sonra 2016-cı il həmin ali təhsil müəssisəsindən Kiyev Milli Ticarət-İqtisadiyyat Univ ersitetinin Xarkov Maliyyə İnstitutuna köçürülərək bakalavr təhsilini 3 ilə (2015 – 2018-ci illər) başa vuraraq 2018-ci ildə bitirmişdir. Bununla əlaqədar ekspert rəyində qeyd edilir ki, təhsil müəssisəsinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olmuşdur: 1-ci il 2015 – 2016-cı illərdə S.Kuznets adına Xarkov Milli İqtisadiyyat Universiteti – 12 gün, 2-ci il 12 gün, 3-cü il 1 ay 3 gün. Göründüyü kimi, qeyd edilən ali təhsil müəssisəsinin diplomunda göstərilən normativ müddətin tələbinı faktiki riayət edilməmişdir və qısa müddət ərzində diploma əlavədə qeyd olunan tədris yükü yerinə yetirmək qeyri-mümkündür. Göstərilənlərə və Azərbaycan Respublikasının 30 sentyabr 1997-ci il tarixli 367-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında» Konvensiyanın müddəalarına, AR Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları»nın 3.6, 3.7-ci bəndlərinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 iyul 2018-ci il tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi»nin 2.1, 6-cı bəndərinə, 24 dekabr 2013-cü il tarixli 348 nömrəli qərarı ilə təsdiq olunmuş «Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura sə viyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları»nın və 24 iyun 2020-cu il tarixli 117 nömrəli qərarı ilə təsdiq edilmiş «Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları»nın müddəalarına əsaslanaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunmuşdur.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-866/2021 nömrəli, 27 may 2021-ci il tarixli qərarı ilə (hakim R.L.Kərimli) iddia təmin edilməmişdir.

9. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının 31 iyul 2000-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Təhsil haqqında» AR Qanununun 1.0.7, 1.0.8, 13.1-ci maddələrini, AR Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edil məsi (nostrifikasiyası) Qaydaları»nın 1.2, 1.6, 3.6, 3.7-ci bəndlərini, AR Nazirlər Kabinetinin 117 nömrəli 24 iyun 2010-cu il tarixli qərarı ilə təsdiq edilmiş «Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları»nın 1.5, 2.7, 2.8, 2.9-cu bəndlərini, «Təhsil haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.36 və 27.4-cü maddələrinin 6 noyabr 2020-ci il tarixədək qüvvədə olmuş redaksiyasını tətbiq etməklə belə qərara gəlmişdir ki, İddiaçı cavabdeh Təhsildə X1rşı «diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə şəhadətnamənin verilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir.

10. İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı A pellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-222/2022 nömrəli, 27 aprel 2022-ci il tarixli qərarı ilə (hakimlər: A.S.Hüseynov /məruzəçi/, S.İ.Bəktaşi və A.Ə.Hüseyn) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-866/2021 nömrəli, 27 may 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. İddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, a) Kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayəti mahiyyətcə iddia ərizəsi ilə eynilik təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

15. Kassasiya şik ayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Təhsil haqqında” Qanun:... -1.0.7. bakalavr - bakalavriatı bitirmiş şəxslərə verilən ali peşə-ixtisas dərəcəsidir -1.0.8. bakalavriat - müvafiq ixtisaslar üzrə geniş profilli mütəxəssis hazırlığını həyata keçirən ali təhsilin birinci səviyyəsidir... -13.1. Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: -13.1.1. əyani; -13.1.2. qiyabi; -13.1.3. distant (məsafədən); -13.1.4. sərbəst (eksternat).... -27.4. Xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.... -29.0.21. Xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarını müəyyən etmə k, ixtisasların tanınmasını və nostrifikasiyanı həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur.... -44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarının 1.6-cı bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasın da keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir; -3.2-ci bəndinə görə, ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: - ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; - xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahə sində ixtisasının tanınmasından sonra). -3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu; -3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlar ında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə.

18. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. -94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. -94.4. Şikayətin əsaslandırma hi ssəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apelyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Ap elyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

20. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məlum olduğu kimi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı «diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə şəhadətnamənin verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.

22. Qeyd edilməlidir ki, iş materiallarından göründüyü kimi iddiaçı S.Kuznets adına Xarkov Milli İqtisadiyyat Universitetinə qəbul olaraq 2015 – 2016-cı illərdə həmin təhsil müəssisəsində təhsil almışdır. Daha sonra 2016-cı ildə həmin ali təhsil müəssisəsindən Kiyev Milli Ticarət-İqtisadiyyat Universitetinin Xarkov Maliyyə İnstitutuna köçürülərək bakalavr təhsilini 3 ilə (2015 – 2018-ci illər) başa vuraraq 2018-ci ildə bitirmiş, ona 30 iyun 2018-ci il tarixli, B18 №075220 nömrəli bakalavr diplomu verilmişdir. İddiaçı diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi ilə bağlı cavabdehə müraciət etmişdir.

23. Elektron məktubla iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, ali təhsil sənədlərinin araşdırılması zamanı Kiyev Milli Ticarət-İqtisadiyyat Universitetinin Xarkov Maliyyə İnstitutunun tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməsi qeyri-mümkündür. Bu səbəbdən onun aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilməmişdır.

24. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, ekspert rəyinə əsasən təhsil müəssisəsinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olmuşdur: 1-ci il 2015 – 2016-cı illərdə S.Kuzne ts adına Xarkov Milli İqtisadiyyat Universiteti – 12 gün, 2-ci il 12 gün, 3-cü il 1 ay 3 gün. Göründüyü kimi, qeyd edilən ali təhsil müəssisəsinin diplomunda göstərilən normativ müddətin tələbinə faktiki riayət edilməmişdir və qısa müddət ərzində diploma əlavədə qeyd olunan tədris yükü yerinə yetirmək qeyri-mümkündür.

25. Beləliklə, iddiaçının mübahisə predmetinə çevrilmiş məsələ ilə bağlı olan müraciətinə cavabdehin imtinasının faktiki olaraq yeganə əsası, məhz yuxarıda göstərilmiş səbəb olmuşdur.

26. Apellyasiya məhkəməsi də cavabdehin sözügedən hüquqi mövqeyini haqlı hesab edərək qeyd etmişdir ki, “İddiaçıya Kiyev Milli Ticarət-İqtisadiyyat Universiteti tərəfindən xx.xx.2018-ci il tarixdə təqdim olunmuş B18 seriyalı 075220 nömrəli diplom əlavəsinin 3.2-ci bəndinə əsasən iddiaçı qiyabi f ormada təhsil almışdır. İddiaçının tədris aldığı təhsil proqramı 4 il müddətindədir. Həmin əlavənin 4.3-cü bəndinə əsasən iddiaçının tədris aldığı təhsil proqramına əsasən tədris yükü 240 AKTTS kreditindən və ya 8640 akademik saatdan ibarətdir. Lakin, iddiaçı 1-ci il 12 gün, 2-ci il 12 gün, 3-cü il 1 ay 3 gün həmin ölkədə olmuşdur. İddiaçı cəmi 3 il təhsil almışdır. İddiaçının təhsil aldığı dövrdə Azərbaycan Respublikasının hüdudlarından kənarda olma vaxtları barədə aidiyyəti orqandan məhkəmə icraatında alınmış yazılı məlumat da onun diplomu verən təhsil müəssisəsinin olduğu Ukraynada təhsil proqramına münasibətdə qısa müddət qalmasını təsdiqləyir. Bundan başqa, iddiaçının birinci təhsili tam ali təhsil sayıla bilməz, sonrakı təhsili isə, qiyabi formada olduğundan, 3 illik təhsil müddəti Azərbaycan Respublikasının təhsil standartı ilə ziddiyyət təşkil edir. Belə olan halda, iddiaçının təhsil aldığı ölkədə olduğu müddətlər ərzində ona təqdim olunmuş ali təhsil haqqında sənədin əlavəsində göstərilmiş tədris yükünü (60 fənnin tədrisi, kurs işləri – 360 saat) yerinə yetirməsi mümkün deyil və ali təhsil sahəsində dövlət standartlarının tələbləri ilə uyğunsuzluq təşkil edir.”

27. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçı Kiyev Milli Ticarət-İqtisadiyyat Universiteti Xarkov Maliyyə İnstitutu tərəfindən verilmiş B18 №075220 nömrəli diplomun tanınması və şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ilə məhkəməyə müraciət etsə də apellyasiya məhkəməsi tərəfindən sözügedən diplom vermiş Ukrayna Respublikasında ye rləşən tədris müəssisəsinə iş üzrə sübutların tələb edilməsi məqsədi ilə ümumiyyətlə heç bir sorğu verilməmiş, yalnız ekspert rəyi əsas götürülmüşdür.

28. Halbuki apellyasiya məhkəməsi İPM-nin 12.1-ci maddəsinin tələbləri baxımından iddiaçının oxuduğu və diplom aldığı tədris müəssisəsinə sorğu göndərərək, iddiaçının həmin tədris müəssisəsində oxuduğu dövrün (müddətin) Ukrayna Respublikasında hansı qaydada hesablandığını, iddiaçının təhsil proqramını tam mənimsəyib-məminsəməməsini, iddiaçının təhsil aldığı müddətin Ukrayna Respublikasında qüvvədə olan hüquq normativlərinə uyğun olub-olmamasını araşdırmalı idi.

29. Belə ki, apellyasiya məhkəməsi iddiaçının iddiasının əsassız olması qənaətinə gələrkən faktiki olaraq yalnız iddiaçının təhsil aldığı zaman Ukrayna Respublikasında qısa, yəni az m üddətdə olmasını əsas götürmüşdür, halbuki əslində bu iddiaçının Ukrayna Respublikasında təhsil aldığı tədris müəssisəsinin daxili proseduruna aid olan məsələdir, ən vacib məqam isə iddiaçı tərəfindən təhsil proqramının mənimsənilib-mənimsənilməməsidir ki, işin sözügedən halı apellyasiya məhkəməsi tərəfindən hərtərəfli olaraq araşdırılmamışdır.

30. Azərbaycan Respublikasının 2000-ci il 18 iyul tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Saziş”in (bundan sonra mətndə - Saziş) 1-ci maddəsinə görə bu Saziş Azərbaycan Respublikası və Ukraynada verilmiş dövlət nümunəli təhsil və elmi dərəcələr haqqında sənədləri əhatə edir.

31. Bütün yuxarıda göstəril ənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsinin inzibati kollegiyasının 27 aprel 2022-ci il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, kassasiya qalan hissədə təmin edilməməlidir.

32. Şərh edilənləri və İPM-nin 68, 69 və 96.5-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-222/2022 nömrəli, 27 aprel 2022-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar