Məhkəmə qərarları › İş №2-1(102)-1504/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1504/2024

30.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1504/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı "xxxx" şirkətinin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın mübahisələndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 30.05.2024 Hakimlər Zakir Quliyev (məruzəçi), Rahib Nəbizadə və Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı "xxxx" şirkətinin (VÖEN:**********) cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyas iya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-90/2024 nömrəli, 18 yanvar 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdeh tərəfindən iddiaçıda Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən noyabr 2015-oktyabr 2018 dövrləri üzrə “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 27 dekabr 2018-ci il tarixli, **********173052 nömrəli qərar qəbul edilmişdir.

2. Cavabdehin 24 dekabr 2019-cu il tarixli, **********174253 nömrəli “Səyyar vergi yoxlaması aktı”na əsasən iddiaçıda aparılan səyyar vergi yoxlaması 28 dekabr 2018- ci ildə başlanmış, 24 dekabr 2019-cu ildə başa çatmışdır. Yoxlamanın nəticələri üzrə yoxlanılan dövrdə mənfəət vergisi bəyannaməsində göstərilən vergi məbləğinin 151 536,31 manat azaldılmasına görə 75 768,16 manat məbləğində maliyyə sanksiyasının, ƏDV bəyannamələrində göstərilən vergi məbləğinin 66,64 manat azaldılmasına görə 33,32 manat məbləğində maliyyə sanksiyasının, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozularaq təsisçiyə nağd qaydada qaytarılmış 2 719 830,54 manat məbləğində pula görə 271 983,05 manat maliyyə sanksiyasının tətbiq edilməsinə dair təkliflər irəli sürülmüşdür. 3. 24 dekabr 2019-cu il tarixli, **********174253 nömrəli “Səyyar vergi yoxlaması aktı” üzrə hesablanmış vergilərin düzgünlüyünün daxil olmuş sənədlər əsasında yenidən araşdırılması barədə cavabdeh tərəfindən “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********197582 nömr əli qərarı qəbul edilmişdir.

4. Cavabdehin 29 mart 2020-ci il tarixli, **********174253 nömrəli “Səyyar vergi yoxlaması aktı”na (cavabdehin təqdim etdiyi sənədlərə əsasən 1 aprel 2020-ci il tarixli) əsasən iddiaçıda aparılan səyyar vergi yoxlaması 28 dekabr 2018-ci ildə başlanmış, 24 dekabr 2019-cu ildə başa çatmışdır. Yoxlamanın nəticələri üzrə yoxlanılan dövrdə mənfəət vergisi bəyannaməsində göstərilən vergi məbləğinin 154 788,66 manat azaldılmasına görə 77 394,33 manat məbləğində maliyyə sanksiyasının, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozularaq təsisçiyə nağd qaydada qaytarılmış 2 719 830,54 manat məbləğində pula görə 271 983,05 manat maliyyə sanksiyasının tətbiq edilməsinə dair təkliflər irəli sürülmüşdür.

5. Cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 18 may 2020-ci il tarixli, **********199902 nömrəli qərarında göstərilmişdir ki, "xxxx" şirkəti üzrə keçirilmiş səyyar vergi yoxlamasının nəticələri haqqında 1 aprel 2020-ci il tarixli, **********174253 nömrəli akta və 12 may 2020-ci il tarixli, **********109400 nömrəli sənədə əsasən iddiaçıya 2015-2017-ci illərin mənfəət vergisi üzrə 154 788,66 manat əlavə vergi hesablanmış, cəmi 324 792,5 manat maliyyə sanksiyası (2017-ci ilin azaldılan mənfəət vergisi üzrə 52 809,45 manat, Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən 271 983,05 manat) tətbiq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı xx.xx.2020-ci il tarixdə iddia ərizəsi ilə, daha sonra iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin rəis müavini X1 qəbul etdiyi xx.xx.2020-ci il tarixli, **********197582 nömrəli “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında” qərarının qanunsuz hesab edilməsi, həmin qərarın ləğv edilməsi, cavabdehin rəis müavini X1 “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qəbul etdiyi xx.xx.2020-ci il tarixli, **********199902 nömrəli qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq, "xxxx" şirkəti (VÖEN **********) vasitəsilə ölkəyə qida məhsulları idxal edirlər. Bakı şəhəri LGBİ-nin xx.xx.2018-ci il tarixli ******* ***173052 saylı qərarına əsasən 2015-ci ilin 1 noyabr tarixindən 2018-ci ilin 31 oktyabr tarixinə qədər olan dövr üzrə növbədənkənar Səyyar Vergi yoxlaması keçirilmiş, xx.xx.2019-cu il tarixində növbədənkənar Səyyar vergi yoxlamasının nəticələrinə dair **********174253 saylı akt tərtib edilmişdir. Hələ yoxlama dövründə tələb olunan hər bir sənəd yoxlamaya təqdim edilmiş, bunlarla yanaşı, tələb olunan bütün sənədlər onlayn qaydada cavabdeh inzibati orqana göndərilmişdir. Sözügedən, xx.xx.2019-cu il tarixində tərtib edilmiş **********174253 saylı aktın surəti müəssisəyə 2020-ci ilin fevral ayının əvvəllərində təqdim edilmiş, aktla tanış olaraq, göstərilənlərlə razı olmadıqlarına dair aktda qeydlər etmişlər. xx.xx.2020-ci il tarixində onlara xx.xx.2020ci il tarixli, əlavə vergi yoxlaması tədb irlərinin keçirilməsi haqqında **********197582 nömrəli qərar təqdim olunmuş və qərara alınmışdır ki, 1) xx.xx.2019-cu il tarixli **********174253 nömrəli səyyar vergi yoxlaması aktı üzrə hesablanmış vergilərin düzgünlüyü daxil olmuş sənədlər əsasında yenidən araşdırılsın. 2) Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi müddəti (otuz) iş günü müəyyən edilsin. xx.xx.2020-ci il tarixində Elektron poçt vasitəsilə Baş idarənin rəis müavini X1 “Səyyar vergi yoxlaması” Aktının təqdim edilməsi barədə məktubunu və ona əlavə edilmiş xx.xx.2020-ci il tarixli, **********174253 saylı yeni aktını almışlar. Bunlarla yanaşı, xx.xx.2020-ci il tarixində Bakı şəhəri LGBİ-nin onlara verilməyən qərarın əsasında təmin edilmiş, “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərim ələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə **********691700 saylı, tarixsiz, üzərində tarix yazılmayan tələbnaməni elektron poçt vasitəsilə almışlar. Bundan sonra da xx.xx.2020-ci il tarixində, vergi orqanının əməkdaşları tərəfindən Bakı şəhəri LGBİ-nin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********199902 saylı qərarını və **********691700 saylı, “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə tələbnamə” müəssisəyə təqdim edilmişdir. Bakı LGBİ-nin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********199902 saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, "xxxx" şirkəti üzrə keçirilmiş səyyar vergi yoxlamasının nəticələri haqqında xx.xx.2020-ci il tarixli **********174253 nömrəli aktına və xx.xx.2020-ci il tarixli **********109400 nömrəli sənədə baxaraq, vergi ödəyicisi tərəfindən 2015-ci, 2016-cı, 2017-ci illər üzrə mənfəət vergisinin azaldılması və “Nağdsız hesablaşmalar haqqında” Qanunun tələblərinin pozulmaqla faizsiz pul vəsaitlərinin (vergi ödəyicisi olmayan şəxslər tərəfindən pul vəsaitlərinin verilməsi halı istisna olmaqla) digər ayırmaları 2017-ci və 2018-ci il tarixdə nağd qaydada ödənilməsi müəyyən edilmişdir. Qeyd olunan qərarla "xxxx" şirkətinin (VÖEN **********) vergi məsuliyyətinə cəlb edilməsi (Vergi məsuliyyətinin nədən ibarət olduğuna aydınlıq gətirilməmişdir) qərara alınmışdır. Qərarın 3-cü bəndində, digər qeydlərdə göstərilmişdir ki, xx.xx.2020-ci il tarixli **********174253 saylı “Səyyar vergi yoxlaması aktı”nın əsassızlığı barədə vergi ödəyicisinin şikayət ərizələrində göstərilənlər yoxlama zamanı əldə edilmiş digər sənədlərlə birlikdə araşdırılmış və araşdırma zamanı vergi ödəyicisinin şikayət ərizələrində göstərilənlər öz təsdiqini tapmamışdır. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********199902 saylı qərar əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. Belə ki, əsasında hazırkı, əsassız və qanunsuz “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********199902 saylı qərar qəbul edilmiş **********174253 saylı səyyar vergi yoxlaması aktı, xx.xx.2020-ci il tarixli deyil, xx.xx.2019-cu il tarixli **********174253 saylı “Səyyar vergi yoxlaması” aktıdır. xx.xx.2020-ci il tarixli, **********174253 saylı “Səyyar vergi yoxlaması Aktı”nın əsasında tərtib edildiyi “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında **********197582 saylı qərarı” da Bakı İnzibati Məhkəməsində şirkət tərəfindən mübahisələndirilmişdir. Səyyar vergi yoxlaması 30 gün müddətində keçirilməli olduğu halda, Akt-dan görünür ki, yoxlama 304 gün dayandırılmış və 30 iş günü (yəni 51 gün) müddət artırılmış, bununla da yoxlama 355 gün müddətində aparılmışdır. Aktın 2.6-cı bəndində Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 58.7-1-ci maddəsinin tələblərinin pozulmasına görə, yəni faizsiz pul vəsaitlərinin (Vergi ödəyicisi olmayan şəxslər tərəfindən pul vəsaitlərinin veril məsi halları istisna olmaqla), digər ayırmaların həmin vəsaitləri verənlər tərəfindən nağd qaydada verilməsi və qəbul edilməsi halına görə nağd qaydada qaytarılmış (qanunun tələbləri pozulmaqla aparılmış əməliyyatın məbləği) 2.719.830,54 manat dəyərində pul vəsaitinə tətbiq olunacaq 10 faizi həcmində, yəni 271.983,05 manat maliyyə sanksiyası təklif edilmişdir. 16 dekabr 2016-cı il tarixli “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.4.6-cı maddəsində, faizsiz pul vəsaitlərinin (Vergi ödəyicisi olmayan şəxslər tərəfindən pul vəsaitlərinin verilməsi halları istisna olmaqla), digər ayırmaların ödənilməsindən və qaytarılmasından bəhs edilir. Hazırkı halda isə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün hüquqi şəxs olan "xxxx" şirkətinin işləməsi üçün onun hesabın a təsisçi tərəfindən qoyulmuş pul vəsaiti faizli pul olmaqla, nəyinsə ödənilməsinə, sonradan da qaytarılmasına xidmət etməmişdir. Təsisçi tərəfindən, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə təsis etmiş olduğu hüquqi şəxsin hesabına qoymuş olduğu vəsait, harasa, kiməsə ödəniş üçün nəzərdə tutulmamışdır. Aktda göstərilmişdir ki, “Yoxlama zamanı vergi ödəyicisinin gəliri müəyyən edilə bilmədiyindən mənfəət vergisi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli 55 nömrəli qərarı əsasında vergi ödəyicisinin xərci əsasında hesablanmışdır. Belə ki, vergi ödəyicisinin 2015-ci ildə 289969,31 manat, 2016-cı ildə 892651,85 manat, 2017-ci ildə 2863354,33 manat xərc bəyan etmiş və qeyd edilən xərclər yoxlama ilə öz təsdiqini tapmışdır. Vergi ödəyicisi 2015, 2016-cı illərdə zərərlə işlədiyi 2017-ci ildə 8441,02 manat mənfəət vergisi bəyan etmişdir. Bundan əlavə 2014-cü ilin mənfəət vergisi bəyannaməsində vergi ödəyicisi 13307,56 manat zərər bəyan etmişdir. Yoxlama ilə 2015-ci il mənfəət üzrə 51421,13 manat mənfəət hesablanmış və 2014-cü ilin zərəri nəzərə alınmaqla (51421,13-13307,56) 38113,57 manat mənfəətdən 20 faiz dərəcə ilə 7622,71 manat (289969,31/100) 20%) 2016-cı il mənfəət üzrə 178530,37 manat mənfəətdən+29204,90 manat müsbət məzənnədən gəlir 20 faiz dərəcə ilə 41547,05 manat (892651,85/100) 20%), 2017-ci il mənfəət üzrə 572670,87 manat mənfəətdən 20 faiz dərəcə ilə 114534,17 manat (2863354, 33/100) 20%) vergi hesablandı və vergi ödəyicisinin bəyan etdiyi vergilər nəzərə alınmaqla yoxlama ilə 2015-ci il üzrə 7622, 71(7622,71-0,00) manat vergilərin, 2016cı il 41547,05 (41547,05-0,00) manat vergi və VM-nin 58.1-ci maddəsinə əsasən yayındırılmış məbləğin 50% miqdarında yəni 20773,26 manat M/S, 2017-ci il üzrə 106093,15 manat (114534,17-8441,02) vergi və VM-nin 58.1-ci maddəsinə əsasən yayındırılmış məbləğin 50% miqdarında yəni 53046,58 manat m/s, ümumilikdə 154788,66 manat vergi və 77394,33 manat maliyyə sanksiyası tətbiq edilməsi təklif edilmişdir.

8. Bakı İnzibati Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2-1(112)1124/2021 saylı qərardadı ilə (hakim N.Abıyev) iddiaçının iddiası Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli, **********197582 №li “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında” Qərarının qanunsuz hesab edil məsi və həmin qərarın ləğv edilməsi hissəsində mümkün sayılmamışdır.

9. Bakı İnzibati Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2-1(112)1124/2021 saylı qərarı ilə (hakim N.Abıyev) iddia tələbi qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin "xxxx" şirkəti barəsində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********199902 saylı xx.xx.2020-ci il tarixli qərarının, şirkətə 154.788 (bir yüz əlli dörd min yeddi yüz səksən səkkiz) manat 66 (altmış altı) qəpik məbləğində əlavə mənfəət vergisinin hesablanması və həmin məbləğə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 52.809 (əlli iki min səkkiz yüz doqquz) manat 45 (qırx beş) qəpik məbləğində maliyyə sanksiyasının tətbiq olunması hissəsində ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmiş, aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq iddiaçı "xxxx" şirkətindən (VÖEN: **********) 100 (bir yüz) manat məbləğində pulun alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülməsi qərara alınmışdır.

10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, məhkəmə araşdırması nəticəsində cavabdeh vergi orqanı iddiaçıya səyyar vergi yoxlaması ilə əhatə olunan hesabat dövrləri üzrə mübahisələndirilən mənfəət vergisinin hesablanmasına əsas olan hər hansı mötəbər sübut təqdim edə bilməmiş və həmin hesablamaların əsaslı olmasını sübuta yetirə bilməmiş, əksinə iş materiallarına əlavə edilmiş mühasibatlıq sənədləri və Məhkəmə Ekspertiza Mərkəzinin hazırki iş üzrə ekspert rəyi əsasında iddiaçı tərəfindən yoxlama ilə əhatə olunan hesabat dövrləri ərzində dövlət büdcəsinə ödənilməli olan mənfəət vergisinin düzgün hesablandığı və hər hansı kənarlaşmaya (vergilərin az hesablanması hallarına) yol verilmədiyi müəyyən edilmişdir. Bundan başqa, məhkəmə qeyd etmişdir ki, yoxlama zamanı vergi ödəyicisi tərəfindən 2017-ci ilin may ayının 21-dən sonra xx.xx.2017-ci ilədək olan əməliyyatlarının həcmi 1.877.083,05 manat, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək 842.747,49 manat, ümumilikdə aparılan əməliyyatların həcmi 2.719.830,54 manat olduğu müəyyən olunmuş və nağd qaydada təsisçiyə qaytarılan məbləğin 10% miqdarında yəni 271.983,05 manat miqdar ında maliyyə sanksiyası tətbiq edilmiş və bu zaman qanunvericiliyin tələbləri pozulmamışdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, mübahisələndirilən qərarın həmin hissədə ləğv olunması hissəsində iddia əsassızdır və təmin oluna bilməz.

11. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın qismən – iddianın təmin edilməmiş hissəsində ləğv edilməsini və həmin hissədə də iddianın təmin edilməsini xahiş etmişdir.

12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın qismən – iddianın təmin edilmiş hissəsində ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində birinci icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 sentyabr 2022-ci il tarixli, 2-1(103)-518/2022 nömrəli qərarı (hakimlər: A.Hüseyn /sədr lik edən və məruzəçi/, A.Hüseynov və S.Bəktaşi) ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin 8 sentyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın qismən – iddianın təmin edilməmiş hissəsində ləğv edilməsini və həmin hissədə də iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın tam rədd olunmasını xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində icraat

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-212/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə (hakimlər: İ.Hüseynov /sədrlik edən və məruzəçi/, N.Rəsulbəyova və K.Bədəlov) iddiaçının kassasiya şikayəti qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 sentyabr 2022-ci il tarixli, 21(103)-518/2022 nömrəli qərarı qismən – iddianın təmin edilməmiş hissəsində ləğv edilmiş, həmin hissədə təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, iddiaçının kassasiya şikayəti qalan hissədə təmin edilməmiş, cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 sentyabr 2022-ci il tarixli, 2- 1(103)-518/2022 nömrəli qərarı iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılmışdır.

18. Ali Məhkəmənin hazırkı iş üzrə hüquqi göstərişi ondan ibarət olmuşdur ki, “İddiaçı apellyasiya şikayətində üç fərqli səyyar vergi yoxlaması aktının olmasına, vergi məsuliyyətinə cəlb edilmə barədə qərarın onlara təqdim edilməyən və məlumatlı olmadıqları 1 aprel 2020-ci il tarixli səyyar vergi yoxlaması aktına istinad etməsinə dair dəlillər gətirsə də, məhkəmə həmin dəlillərə münasibət bildirməmiş, işin hallarında qeyd olunan ziddiyyətlərin aradan qaldırılması üçün müfəssəl araşdırma aparmamışdır”. apellyasiya instansiyası məhkəməsində ikinci icraat

19. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-90/2024 nömrəli, 18 yanvar 2024-cü il tarixli nömrəli qərarı ilə (hakimlər: K.Əkbərov /sədrlik edən və məruzəçi/, M.Tağızadə və İ.Şirinov) iddiaçı "xxxx" şirkətinin apellyasiya şikayəti qismən təmin edilmiş, hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2-1(112)-1124/2021 saylı qərarı qismən – mübahisələndirilən hissədə ləğv edilmiş, həmin hissədə iddia tələbi təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 18 may 2020-ci il tarixli, **********199902 nömrəli Qərarı ləğv edilmişdir.

20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işin təkrar apellyasiya icraatı zamanı iddiaçı tərəfindən “Onlayn kargüzarlıq”dan müvafiq çıxarışlar təqdim edilmişdir. Təqdim edilmiş sənədlərə əsasən cavabdeh vergi orqanı tərəfindən iddiaçıya 1 aprel 2020- ci il tarixli səyyar vergi yoxlaması aktının iddiaçıya təqdim edilməsi müəyyən edilmir. Digər tərəfdən əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi aktın iddia çı tərəfindən alınmasını təsdiq edən müvafiq sübutların məhkəməyə təqdim ediləcəyini bildirsə də, təkrar apellyasiya baxışında həmin sənədlər təqdim edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə mübahisə predmeti olan cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 18 may 2020-ci il tarixli, **********199902 nömrəli qərarının qəbul edilmə əsası 1 aprel 2020-ci il tarixli, **********174253 nömrəli akt olmuşdur ki, göstərilən aktın iddiaçıya rəsmi qaydada təqdim edilməsi iş materialları ilə müəyyən edilmir.

21. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin tam rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏ LİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

22. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin təkrar apellyasiya baxışı zamanı cavabdeh tərəfindən məhkəmə kollegiyasına “Səyyar vergi yoxlaması aktına baxılma haqqında” 12 may 2020-ci il tarixli **********109400 saylı protokol təqdim edilmiş, lakin kollegiya tərəfindən müvafiq protokola sübut kimi heç bir hüquqi qiymət verilməmiş, əksinə, məhkəmə qərarında cavabdeh tərəfindən məhkəməyə heç bir sübut təqdim edilmədiyi qeyd edilmişdir. 23. 12 may 2020-ci il tarixli protokolda qeyd edilmişdir ki, cavabdehin xx.xx.2018-ci il tarixli **********173052 saylı qərarı əsasında müəssisədə növbədən kənar səyyar vergi yoxlaması aparılmış, nəticəsi xx.xx.2020-ci il tarixli aktla rəsmiləşdirilmişdir. Səyyar vergi yoxlaması aktına baxılma prosesində cavabdeh orqanın səlahiyyətli şəxsləri ilə yanaşı, iddiaçı "xxxx" Şirkətinin direktoru Abdıyev İslam Babaşxan oğlu və şirkətin kommersiya direktoru X2 da iştirak etmiş, lakin müvafiq protokolu imzalamaqdan imtina etmişlər.

24. Yuxarıda qeyd olunanlardan göründüyü kimi iddiaçı müəssisə xx.xx.2020-ci il tarixli akt barədə məlumatlı olmuş, bu fakt “Səyyar vergi yoxlaması aktına baxılma haqqında Protokol” əsasında rəsmiləşdirilmişdir.

25. Təəssüflər olsun ki, işə baxan məhkəmə kollegiyası mübahisənin ədalətli həlli üçün zəruri olan bu mühüm xüsusatı nəzərdən qaçırmış, bu sübut barədə heç bir araşdırma aparmamış, sanki belə bir sübutun mövcudluğundan xəbərsiz olmuşdur.

26. İnzibati Prosessual Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırma ğa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

27. Məhkəmə kollegiyası cavabdehin aşağıdakı dəlillərinə heç bir münasibət bildirməmişdir:

1. İddiaçı müəssisə tərəfindən pul vəsaitinin təsisçiyə nağd qaydada qaytarılmasına dair dəlilinə; 2 “Səyyar vergi yoxlaması aktına baxılma haqqında” 12 may 2020-ci il tarixli **********109400 saylı protokolun sübut kimi nəzərə alınmaması barədə dəlilə.

28. Göründüyü kimi məhkəmə kollegiyası tərəfindən tətbiq edilməli olan prosessual hüquq norması inzibati mübahisə üzrə tətbiq edilməmiş və nəticədə ədalətli məhkəmə araşdırması hüququ pozulmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ

29. Azərbaycan Respublikası Vergi Məcəlləsi: 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək;... 24.0. Vergi orqanları: 24.0.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə;... 24.0.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə;... 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. 38.2. Vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər. - Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 iş günündən çox olmayan müddətə uzadıla bilər: - nümunə kimi götürülən əşyaların tədqiqi, səy yar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda; səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda 38.3. Növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə; 39.1. Səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həm in şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. 39.2. Vergi yoxlaması aktında yoxlama zamanı aşkar olunmuş və sənədlərlə təsdiq edilmiş vergi qanunvericiliyinin pozulması halları və həmin pozuntulara görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin və digər qanunların konkret maddələri, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilməlidir. 39.3. Vergi yoxlaması aktının forması və onun tərtib edilməsinə dair tələblər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 39.4. Vergi yoxlaması aktının bir nüsxəsi vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla aktın tərtib edildiyi tarixdən sonra 5 gündən gec olmayaraq verilir və ya göndərilir. 39.5. Vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir hissəsi ilə razılaşmadıqda, vergi yoxlaması aktının verilməsi günündən 30 gün müddətində müvafiq vergi orqanına aktı imzalamamasının səbəblərini izah edə, yaxud akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Bu halda vergi ödəyicisi yoxlama aktını imzalamamasını və ya etirazını ona öz yazılı izahatını (etirazını) təsdiq edən sənədlərin surətini əlavə edərək vergi orqanına təqdim etməyə hüququ vardır. 49.1. Səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan bi rini çıxarır: 49.1.1. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi; 49.1.2. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması; 49.1.3. əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında; 49.1.4. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın qüvvədə saxlanılması; 49.1.5. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın tam və ya qismən ləğv edilməsi və ya qərara dəyişikliklər edilməsi; 49.1.6. yeni qərarın qəbul edilməsi.... 49.2. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və dig ər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur.... 49.5. Vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır.... 53.1. Bu Məcəllə ilə müəyyən edilmiş vergi ödəyiciləri, vergi agentləri və onların nümayəndələri, habelə vergi orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə bu Məcəllə, Azərbaycan Respubl ikasının İnzibati xətalar Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə və vergi agentlərinə bu Məcəllə ilə müəyyən edilmiş maliyyə sanksiyaları və faizlər tətbiq edilir.... 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzəri nə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi ödəyicisinin, vergitutma obyektinin uçotunda, vergilərin hesablanmasında və ödənilməsində yol verdiyi səhvləri müstəqil düzəltmək hüququ vardır. Bu maddədə nəzərdə tutulmuş müddəalar vergi agentlərinə də şamil edilir. 30. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanunu: 3.1. Nağdsız hesablaşma dedikdə, aşağıdakılar nəzərdə tutulur: 3.1.1. bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər avadanlıq) ilə həyata keçirilən hesablaşmalar; 3.1.2. ödən iş terminalları ilə həyata keçirilən hesablaşmalar; 3.1.3. birbaşa nağd qaydada satıcının bank hesabına köçürülməklə həyata keçirilən hesablaşmalar. 3.2. Hər iki tərəf vergi ödəyicisi olan şəxs arasında hesablaşmalar üzrə nağdsız ödəniş yalnız bu Qanunun 3.1.1-ci maddəsində müəyyən olunmuş formada həyata keçirilə bilər. 3.3. Bu Qanunun 3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği on beş min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir. 3.4. Bu Qanunun 3.3-cü maddəsinin müddəalarından asılı olmayaraq aşağıdakı hesablaşmalar yalnız nağdsız qaydada həyata keçirilir: 3.4.6. faizsiz pul vəsaitlərinin (vergi ödəyicisi olmayan şəxslər tərəfindən pul vəsaitlərinin verilməsi halları istisna olmaqla), digər ayırmaların ödənilməsi və qaytarılması;

31. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olund uğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat (-). Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. (-). 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şik ayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

32. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

33. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

34. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırkı inzibati mübahisə artıq bir dəfə Ali Məhkəmənin İnzib ati Kollegiyasının məhkəmə baxışında olmuş və bununla əlaqədar olaraq xx.xx.2023-cü il tarixli, 2-1(102)212/2023 nömrəli qərar qəbul edilmişdir.

35. Həmin qərarla iddiaçının kassasiya şikayəti qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 sentyabr 2022-ci il tarixli, 21(103)-518/2022 nömrəli qərarı qismən – iddianın təmin edilməmiş hissəsində ləğv edilmiş, iş həmin hissədə təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, iddiaçının kassasiya şikayəti qalan hissədə təmin edilməmiş, cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 sentyabr 2022-ci il tarixli, 2- 1(103)-518/2022 nömrəli qərarı iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılmışdır.

36. Ali Məhkəmənin sözügedən qərarının “kassasi ya instansiyası məhkəməsinin mövqeyi” hissəsində göstərilmişdir ki, “Cavabdeh tərəfindən iddiaçıya təqdim edilən və iddiaçının imzalamaqdan və bir nüsxəsini qəbul etməkdən imtina etdiyi 29 mart 2020-ci il tarixli, **********174253 nömrəli “Səyyar vergi yoxlaması aktı” elektron qaydada iddiaçıya göndərilmişdir. İddiaçının hazırkı iş üzrə mübahisələndirdiyi “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 18 may 2020-ci il tarixli, **********199902 nömrəli qərarın qəbul edilməsinin əsasında isə iddiaçı şirkət üzrə keçirilmiş səyyar vergi yoxlamasının nəticələri haqqında 29 mart 2020-ci il tarixli deyil, 1 aprel 2020-ci il tarixli, **********174253 nömrəli akt göstərilmişdir. Cavabdeh orqan tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilə n 1 aprel 2020-ci il tarixli, **********174253 nömrəli “Səyyar vergi yoxlaması aktı”nın iddiaçıya təqdim edilməsi və ya iddiaçının həmin aktı imzalamaqdan və bir nüsxəsini qəbul etməkdən imtina etməsi barədə sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. İddiaçının kassasiya şikayətinin başlıca dəlili ona təqdim edilməyən 1 aprel 2020- ci il tarixli, **********174253 nömrəli “Səyyar vergi yoxlaması aktı”na əsasən onun vergi məsuliyyətinə cəlb edilməsinin qanunsuz olması təşkil edir. İddiaçı apellyasiya şikayətində üç fərqli səyyar vergi yoxlaması aktının olmasına, vergi məsuliyyətinə cəlb edilmə barədə qərarın onlara təqdim edilməyən və məlumatlı olmadıqları 1 aprel 2020-ci il tarixli səyyar vergi yoxlaması aktına istinad etməsinə dair dəlillər gətirsə də, apellyasiya instansi ya məhkəməsi həmin dəlillərə münasibət bildirməmiş, işin hallarında qeyd olunan ziddiyyətlərin aradan qaldırılması üçün müfəssəl araşdırma aparmamışdır.”

37. Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, İPM-in 96.11-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi üçün məcburi xarakter daşıyan kassasiya instansiyası məhkəməsinin həmin hüquqi mövqeyi apellyasiya məhkəməsi tərəfindən nəzərə alınıb icra edilmişdir.

38. Əvvəla, qeyd edilməlidir ki, Ali Məhkəmənin sözügedən qərarından sonra cavabdehin kassasiya şikayəti, məlum səbəblərdən yalnız 271.983 manat məbləğində olan maliyyə sanksiyası ilə əlaqədar olan hissədə baxılır.

39. Belə ki, Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(102)-212/2023 nömrəli qərarı ilə, yuxarıda artıq göstərildiyi kimi, cavabdehə münasi bətdə onun kassasiya şikayəti təmin edilməmişdir, nəticə etibarı ilə də işə qəbul məhkəməsində təkrar baxıldığı zaman iddiaçının apellyasiya şikayəti baxış predmeti olmuş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-90/2024 saylı qərarı ilə iddiaçı "xxxx" şirkətinin apellyasiya şikayəti qismən təmin edilmiş, hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2-1(112)-1124/2021 saylı qərarı qismən – mübahisələndirilən hissədə ləğv edilmiş, həmin hissədə iddia tələbi təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 18 may 2020-ci il tarixli, **********199902 nömrəli Qərarı ləğv edilmişdir.

40. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırkı mübahisədə iddiaçının hüquqi marağı cavabdeh tərəfindən Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən başlanılmış növbədənkənar səyyar vergi yoxlaması nəticəsində qəbul edilmiş "Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 18 may 2020-ci il tarixli, **********199902 nömrəli qərarının ləğv edilməsinə yönəlmişdir.

41. Hazırkı işin müəyyən olunmuş hallarından görünür ki, cavabdeh orqanın 20 fevral 2020-ci il tarixli, **********97582 nömrəli qərarı əsasında iddiaçının müəyyən dövrü əhatə edən fəaliyyəti üzrə xx.xx.2019-cu il tarixli, **********174253 nömrəli səyyar vergi yoxlaması aktı üzrə hesablanmış vergilərin düzgünlüyü daxil olmuş sənədlər əsasında yenidən araşdırılması üzrə növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş və yoxlama nəticəsində iddiaçıya əlavə vergi hesablanmışdır.

42. Nəzərə almaq lazımdır ki, Vergi Məcəlləsi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən vergilərin büdcədən yayındırılmasının qarşısının alınması (eləcə də vergilərin hesablanması) məqsədilə vergi orqanına müxtəlif tədbirlər həyata keçirmək səlahiyyəti vermişdir. Həmin səlahiyyətlərlə əhatə olunan tədbirlər kameral vergi yoxlaması, səyyar vergi yoxlaması (növbəti və növbədənkənar) və operativ vergi yoxlamasından ibarətdir. Vergi qanunvericiliyi hər üç yoxlamanın keçirilmə şərtlərini, qaydalarını dəqiq tənzimləmişdir və vergi orqanı qanunvericiliyin yol verdiyi hədlərdə qeyd edilən yoxlamalardan hər hansı birini seçməkdə diskresion səlahiyyətə malikdir.

43. Məhkəmə kollegiyası səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə vergi orqanlarının qəbul etdiyi qərarlara münasibətdə ilk növbədə qeyd edir ki, Vergi Məcəlləsinin 38-ci maddəsi səyyar vergi yoxlamasının iki növünü müəyyən etmişdir: növbəti və növbədənkənar. Vergi orqanı hər iki yoxlamanın keçirilməsi ilə bağlı qərar qəbul etsə də, sözügedən qərarlar inzibati akt hesab edilmirlər. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquq i və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir.

44. Vergi Məcəlləsinin 38, 39 və 49-cu maddələrinin birgə təhlili onu deməyə əsas verir ki, səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar özü-özlüyündə vergi ödəyicisi üçün hüquqi nəticə yaratmır. Belə ki, aparılan yoxlamanın nəticələri Vergi Məcəlləsinin 39.1-ci maddəsinə müvafiq olaraq səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilir və həmin akt əsasında vergi orqanının rəhbəri (rəhbərin müavini) Vergi Məcəlləsinin 49.1-ci maddəsində nəzərdə tutulan qərarlardan birini qəbul edir. Göründüyü kimi, səyyar vergi yoxlamasının keçirilməsi barədə qərar, həmin yoxlamanın nəticələrinə dair yoxlama aktı hələ vergi ödəyicisinin vergi məsuliyyətini müəyyən etmir (başqa sözlə, hüquqi nəticə yara tmır), vergi məsuliyyətinin yaranması üçün vergi orqanının rəhbərinin (rəhbərin müavini) bu barədə qərar qəbul etməsi tələb olunur. Vergi Məcəlləsinin 49-cu maddəsində isə vergi orqanının rəhbərinə (rəhbərin müavini) həm məsuliyyətə cəlbetmə, həm də məsuliyyətə cəlbetməmə barədə, həm də həmin maddədə nəzərdə tutulan digər qərarlardan birini qəbul etmə imkanı verilir. Belə olan halda isə, yalnız vergi orqanının rəhbərinin (rəhbərin müavini) vergi ödəyicisini vergi məsuliyyətinə cəlbetmə barədə qərarı əsasında vergi ödəyicisi vergi məsuliyyətinə cəlb edilə bilər və bu baxımdan məhz həmin qərar vergi ödəyicisi üçün hüquqi nəticə yaratmış olur.

45. Qeyd edilənlərə əsasən, istər növbəti, istərsə də növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə qəbul edilmiş qərarlar vergi ödəyici si üçün hüquqi nəticə yaratmadıqlarından inzibati akt hesab edilmirlər və inzibati məhkəmə icraatında müstəqil surətdə mübahisələndirilə bilməzlər. Həmin qərarlar “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi anlamında cavabdehin xidməti vəzifəsinə görə öz təşəbbüsü ilə inzibati icraatın başlanılması əsası kimi qəbul edilməlidir.

46. Bununla yanaşı qeyd edilməlidir ki, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə qərarın müstəqil inzibati akt kimi mübahisələndirilə bilməməsi, məhkəmənin həmin qərarın və onun əsasında keçirilən yoxlamanın qanuniliyini qiymətləndirmək imkanını istisna etmir. Belə ki, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinin nəticələrinə dair tərtib edilmiş Akt əsasında qəbul edilmiş vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsi barədə qə rar inzibati məhkəmə icraatında mübahisələndirildiyi halda, inzibati məhkəmə icraatında həm də növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinin qanuniliyi və əsaslılığı yoxlanılır. Bu isə aşağıdakı səbəblərdən irəli gəlir.

47. Qeyd edildiyi kimi, səyyar vergi yoxlaması həm növbəti, həm də növbədənkənar ola bilər. Vergi Məcəlləsinin 38-ci maddəsi vergi orqanına il ərzində bir dəfə növbəti yoxlama keçirmək hüququ verir. Eyni zamanda, qanunda konkret sadalanmış müəyyən hallarda vergi orqanı həm də növbədənkənar səyyar vergi yoxlaması keçirə bilər. Vergi Məcəlləsinin 38.3-cü maddəsində növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün əsasların dəqiq siyahısı göstərilmişdir və onlardan biri də vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicis inin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsidir (Vergi Məcəlləsinin 38.3.5-ci maddəsi).

48. Növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və həm də məhdud şəkildə müəyyən edilməsi, bir tərəfdən sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barə də öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Bu onunla bağlıdır ki, səlahiyyətverici normanın məzmununa görə, cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər inzibati orqan növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərara gəlirsə, onda VM-nin 38.3-cü maddələrinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzi bati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsininin yoxlanılmasını da ehtiva edir.

49. Bu baxımdan, növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan məlumatın nələrdən ibarət olduğunu dəqiq göstərməyə, habelə yoxlamanın başlanılmasını zəruri edən həmin halları və məlumatları öz qərar ında əsaslandırmağa borcludur.

50. Məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin qarşısını almaqdan ibarətdir.

51. Nəzərə alınmalıdır ki, şəxsin əmlak hüquqları konstitusiyanın qoruma sferası ilə əhatə olunan üstün dəyərlər sırasına aiddir. Məhz bu baxımdan həmin dəyərə yalnız qanunla müəyyən olunmuş qaydada və mütənasib üsullarla müdaxiləyə yol verilir. Hər kəsin qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəməyə borclu olması konstitusion vəzifə olsa da, bu konstitusiya öhdəliyinin reallaşdırılması vasitələrinə, dövlət məcburiyyət tədbirlə rinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin... tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir (Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh olunmasına dair” 12 yanvar 2011-ci il tarixli Qərarı).

52. Hazırkı mübahisəyə münasibətdə cavabdeh növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsini Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə (mənbəyi bəlli olan əlaqəli məlumat) istinad etməklə kifayətlənmiş, növbədənkənar yoxlamanın keçirilməsinin zəruriliyini şərtləndirən hall arı (mənbəyi bəlli olan əlaqəli məlumatları) açıqlamamış, diskresion səlahiyyətlərindən niyə məhz bu formada istifadə etməsinin səbəblərini əsaslandırmamışdır. Bu mənada növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi və keçirilməsi üzrə yuxarıda istinad olunan normaların tələbləri və həmin normaların təfsiri ilə bağlı məhkəmə kollegiyasının hüquqi mövqeyi baxımından inzibati orqanın diskresion səlahiyyətlərindən düzgün istifadə etdiyi, diskresion səlahiyyət əsasında qəbul etdiyi qərarını əsaslandırdığı, yoxlamanın keçirilməsi üçün yuxarıda qeyd olunan əsasların mövcudluğu, həmin əsasların mötəbərliyi və qanunauyğunluğu iş üzrə materiallarla təsdiq olunmur. Odur ki, cavabdeh tərəfindən aparılmış yoxlama iddiaçının sahibkarlıq fəaliyyətinə və konstitusiyanın qoruma sferasına aid olan azad sahibkarlıq hüququna qanunsuz müdaxilə kimi qiymətləndirilməlidir.

53. Bundan əlavə hazırkı işdə iddiaçının xx.xx.2020-ci il tarixli mübahisələndirdiyi qərar vergi yoxlamasının xx.xx.2019-cu il tarixli aktına əsasən qəbul edilmişdir.

54. Bununla bağlı qeyd olunmalıdır ki, Vergi Məcəlləsinin 38.2-ci maddəsinin 2ci hissəsinə görə, növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 iş gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Vergi Məcəlləsinin 38.2-ci maddəsinin 2-ci hissəsində təsbit edilmiş həmin müddəaya görə səyyar vergi yoxlamasının keçirilməsi müddəti hər bir halda 90 gündən artıq ola bilməz, yəni 90 günlük yoxlama müddəti yoxlamanın başlandığı vaxtdan başa çatan vaxtadək olan müddəti ehtiva edir və ilkin 30 günlük yoxlama (icraat) müddəti də həmin 90 günlük müddətə daxildir. Bu qayda inzibati icraatın müddəti ilə bağlı “İnzibati icraat haqqında” Qanunun 52.5-ci maddəsində nəzərdə tutulmuş qaydadan da irəli gəlir. Həmin normaya görə, inzibati aktın qəbul edilməsi də daxil olmaqla hər bir halda inzibati icraatın ümumi müddəti 90 gündən çox ola bilməz.

55. Bundan başqa qeyd edilməlidir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

56. Hazırkı mübahisəyə münasibətdə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən əldə edilmiş çıxarışla müəyyən edilmişdir ki, əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə sözügedən xx.xx.2020-ci il tarixli qərar vahid məlumat reyestrində qeydiyyata alınmamışdır, yəni vergi orqanı yoxlama ilə bağlı məlumatları vahid məlumat reyestrində tam formada yerləşdirməmi şdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, vergi orqanının əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə qərarının “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə qeydə alınması ilə bağlı Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyinə görə, sahibkarlıq sahəsində aparılan yoxlamaların əsaslarının, aparılma qaydasının, müddətinin qanunvericiliklə dəqiq və hərtərəfli şəkildə müəyyən edilməsi, vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların reyestrdə qeydiyyata alınması da həmin məqsədlərə xidmət edir və inzibati orqanlar tərəfindən sahibkarlarıq fəaliyyətinə edilən müdaxilələrin qanuniliyinə nəzarət üsullarından biri kimi qiymətləndirilməlidir. Əlavə vergi yoxlaması tədbirlərinin keçirilmə si barədə qərarların reyestrdə qeydiyyatdan keçirilməsi ilə bağlı məsələnin həllinə də vergi qanunvericiliyinin yuxarıda qeyd olunan ümumi məqsədləri və inzibati orqanların müdaxilə xarakterli fəaliyyətinə nəzarət imkanları baxımından yanaşmaq lazımdır. 57. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin müddəalarına əsasən, o yoxlamalar reyestrdə qeydə alınmalıdır ki, inzibati orqanlar həmin yoxlamanı sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində həyata keçirirlər.

58. Vergi qanunvericiliyinin müddəalarına əsasən, vergi orqanlarının vergi ödəyiciləri tərəfindən hesablanmış vergilərin düzgünlüyünün yoxlanılması məqsədi ilə həyata keçirdiyi tədbirlərdən biri səyya r vergi yoxlamasının aparılmasıdır. Həmin yoxlama vergi ödəyicisinin, yəni sahibkarın fəaliyyətinin həyata keçirildiyi yerə gəlməklə aparılır. Səyyar vergi yoxlamasının nəticələri üzrə vergi yoxlaması aktı tərtib edilir və səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri tərəfindən Vergi Məcəlləsinin 49.1-ci maddəsinə əsasən əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilə bilər.

59. Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi isə o anlama gəlir ki, vergi orqanın səyyar vergi yoxlamasının nəticələri üzrə tərtib etdiyi akt öz əhəmiyyətini itirir və yenidən yoxlama keçirilməklə yeni akt qəbul edilir. Başqa sözlə, vergi orqanı yenidən vergi ödəyicisinin (sahibkarın) fəaliyyətini həyata keçirdiyi yerə gəlməklə onun sahibk arlıq fəaliyyəti ilə bağlı yoxlama aparır, vergi ödəyicisi tərəfindən vergilərin düzgün hesablanıb-hesablanmadığını yoxlayır. Yuxarıda qeyd olunan Əsasnamənin müddəalarının ümumi təhlilinə əsasən, əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsinin faktiki olaraq ilkin səyyar vergi yoxlamasının keçirilməsindən fərqlənmədiyini, həmin yoxlamanın da vergi ödəyicisinin (sahibkarın) fəaliyyətinin həyata keçirildiyi yerə gəlməklə aparıldığını, eyni zamanda əlavə vergi yoxlaması tədbirləri zamanı da vergi orqanına ilkin yoxlama zamanı verilən bütün hüquqların verildiyini nəzərə aldıqda, həmin yoxlamanın da ilkin yoxlama kimi qeydə alınması zəruridir.

60. Həmçinin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, cavabdehin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 27 dekabr 2018-ci il tarixli, **********173052 nömrəli qərarı qəbul edilmiş, iddiaçı üzrə 28 dekabr 2018-ci ildə növbədənkənar səyyar vergi yoxlaması başlamış və 24 dekabr 2019-cu ildə başa çatmışdır. Bununla bağlı cavabdeh tərəfindən 24 dekabr 2019-cu il tarixli, **********174253 nömrəli “Səyyar vergi yoxlaması aktı” tərtib edilmişdir. Daha sonra, cavabdeh 24 dekabr 2019-cu il tarixli, **********174253 nömrəli “Səyyar vergi yoxlaması aktı” üzrə hesablanmış vergilərin düzgünlüyünün daxil olmuş sənədlər əsasında yenidən araşdırılması barədə “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********197582 nömrəli qərarı qəbul etmişdir. Cavabdeh tərəfindən iddiaçıya təqdim edilən və iddiaçının imzalamaqdan və bir nüsxəsini qəbul etməkdən imtina etdiyi 29 mart 2020-ci il tar ixli, **********174253 nömrəli “Səyyar vergi yoxlaması aktı” elektron qaydada iddiaçıya göndərilmişdir. İddiaçının hazırkı iş üzrə mübahisələndirdiyi “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 18 may 2020-ci il tarixli, **********199902 nömrəli qərarın qəbul edilməsinin əsasında isə iddiaçı şirkət üzrə keçirilmiş səyyar vergi yoxlamasının nəticələri haqqında 29 mart 2020-ci il tarixli deyil, 1 aprel 2020-ci il tarixli, **********174253 nömrəli akt göstərilmişdir.

61. Cavabdeh orqan tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilən 1 aprel 2020-ci il tarixli, **********174253 nömrəli “Səyyar vergi yoxlaması aktı”nın iddiaçıya təqdim edilməsi və ya iddiaçının həmin aktı imzalamaqdan və bir nüsxəsini qəbul etməkdən imtina etməsi bar ədə sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir.

62. Apellyasiya məhkəməsi tərəfindən eyni zamanda 1 aprel 2020-ci il tarixli səyyar vergi yoxlaması aktının iddiaçıya təqdim edilməsi və iddiaçının həmin aktdan məlumatlı olub-olmaması Ali Məhkəmənin hazırkı iş üzrə hüquqi göstərişi olmuş və işin təkrar apellyasiya icraatı zamanı göstərilən məsələ üzrə araşdırma aparılmışdır.

63. Belə ki, işin təkrar apellyasiya icraatı zamanı iddiaçı tərəfindən “Onlayn kargüzarlıq”dan müvafiq çıxarışlar təqdim edilmişdir.

64. Təqdim edilmiş sənədlərə əsasən cavabdeh vergi orqanı tərəfindən iddiaçıya 1 aprel 2020-ci il tarixli səyyar vergi yoxlaması aktının iddiaçıya təqdim edilməsi müəyyən edilmir.

65. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin inzibati kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

66. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 yanvar 2024-cü il tarixli, 2-1(103)-90/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar