Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1505/2019 30.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Nəbizadə Rahib Sahib oğlu, Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, İddiaçı, cavabdehin vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh AR ƏƏSMN yanında DSMF-nin Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəs inə (hüquqi varisi – DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsi) qarşı pensiyanın yenidən hesablanması tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-213/2019 saylı iş üzrə 23 yanvar 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 30 may 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinin İddiaçı ünvanlanmış 17 avqust 2018-ci il tarixli məktubunda göstərilmişdir ki, ona Daxili İşlər Nazirliyi tərəfindən 01 yanvar 2007-ci il tarixdən 31 xidmət ilinə görə əmək pensiyası təyin edilmiş dir. 24 may 2018-ci il tarixdə isə İdarəyə Daxili İşlər Nazirliyi Maliyyə Plan İdarəsi tərəfindən onun barəsində yeni məlumat vərəqəsi daxil olmuş və bunun əsasında pensiya yenidən hesablanmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Qanunun həmin maddəsinə əsasən isə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qanuna dəyişiklik 2017-ci il iyul ayının 1-dən qüvvəyə mindiyindən iddiaçının aldığı pensiya 01.06.2015-ci il tarixdən yenidən hesablanmış və pensiya fərqi pensiyanın üzərinə əlavə olmaqla ödənilmişdir. Bundan sonra isə iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən barəsində göndərilən 14.05.2018-ci il tarixli yeni, sonuncu məlumat vərəqinə uyğun tam xidmət illəri nəzərə alınmaqla pensiyanın yenidən hesablanaraq 01.01.2007-ci il tarixdən 01.06.2015-ci il tarixədək ödənilməmiş hissəsinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun pensiyasının yenidən hesablanması pensiyanın təyin edildiyi günə qüvvədə olan qanunvericiliyin tələbləri nəzərə alınmaqla aparılmalıdır. Bu mənada, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 01 iyul 2017-ci il tarix dən qüvvəyə minmiş 32.1-1-ci maddəsinin tələbləri hüquqi vəziyyətini pisləşdirdiyi üçün onun barəsində tətbiq edilməməlidir. Cavabdeh iddiaya qarşı təqdim etdiyi etirazında isə göstərmişdir ki, iddiaçının barəsində 14 may 2018-ci il tarixdə yeni məlumat vərəqəsi daxil olmuş və ilkin göndərilən məlumat vərəqinə nisbətən əmək stajı 31 ilə əvəzinə 35 il qeyd edilmişdir. Buna görə sonuncu göndərilən məlumat vərəqinə əsasən iddiaçının əmək pensiyası yenidən hesablanmış və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanuna edilmiş dəyişikliyə əsasən Qanunun 32-1.1-ci maddəsinə uyğun olaraq ona müraciətindən əvvəlki üç il dövrü ödənilmişdir. Göstərilənlər nəzərə alınmaqla iddianın rədd edilməsi xahiş edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02 noyabr 2018-ci il tarixli, 2-1 (81)-3942/2018 saylı qərarı (hakim - E.Q.Məmmədov) ilə iddia tələbi təmin edilərək, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən barəsində göndərilən 14.05.2018-ci il tarixli yeni məlumat vərəqinə uyğun tam xidmət illəri nəzərə alınmaqla pensiyanın yenidən hesablanaraq 01.01.2007-ci il tarixdən 01.06.2015-ci il tarixədək ödənilməmiş hissəsinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-213/2019 saylı, 23 yanvar 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim – A.B.Nuriyeva, hakimlər – V.M.Ağayev və C.A.Yusifov)cavabdehin аpellyаsiyа şikаyəti təmin edilməyərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02 noyabr 2018-ci il tarixli, 2-1(81)-3942/2018 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23 yanvar 2019-cu il tarixli qərarını ləğv edib iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya instansiyası məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, qərar maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən iddiaçının adına yenidən məlumat vərəqi 14.05.2018-ci il tarixdə tərtib edilərək İdarəyə göndərilmişdir. Həmin məlumat vərəqində qeyd edilən xidməti illər 35 il 05 ay göstərilmiş və cavabdeh tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa sonuncu edilmiş dəyişik liklərə əsasən Qanunun 32.1-1 maddəsini rəhbər tutaraq əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 il üçün ödənilməklə, ödəniş həyata keçirilmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında cavabdehin vəkili kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasına vəkilsiz gəldiyi üçün MPM-in 67-ci maddəsinə əsasən işə onun izahatı dinlənilmədən baxılmışdır. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilm əsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən 14 may 2018-ci il tarixdə daxil olmuş yeni məlumat vərəqi əsasında cavabdeh iddiaçıya daha əvvəl təyin etdiyi əmək pensiyasının məbləğini yenidən hesablamışdır. Cavabdeh həmçinin məlumat vərəqinin 14 may 2018-ci il tarixdə daxil olduğunu nəzərə alaraq yenidən hesablamanı həmin vaxt qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32-1.1-ci maddəsi nə istinadla əvvəlki üç il üçün aparmışdır. Apellyasiya məhkəməsi isə hesab etmişdir ki, iddiaçı 01.07.2017-ci il tarixdən əvvəl pensiyaçı olduğundan, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa qeyd edilən tarixdən sonra edilmiş dəyişikliklər onun barəsində tətbiq edilməməlidir. Kollegiya aşadığa göstərilənlərə əsasən apellyasiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Belə ki, 01 iyul 2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanuna görə: Maddə 31.1. Əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Maddə 32.1. Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası h üququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. Maddə 37.7 Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. 01 iyul 2017-ci ildən sonra “Əmək pensiyaları haqqında” Qanunda edilmiş dəyişikliklərdən sonra normalar aşağıdakı redaksiyalarda olmuşdur: Maddə 31.1. Əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Maddə 32.1. Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilmə klə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Maddə 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. İşin hallarından müəyyən olunduğu kimi iddiaçının barəsində yeni məlumat vərəqi 14.05.2018-ci il tarixdə verilsə də, iddiaçı pensiya hüququnu “Əmək pensiyaları haqqında” Qanuna dəyişikliklərin edildiyi 01 iyul 2017-ci il tarixədək əldə etmişdir. Yeni məlumat vərəqi iddiaçının əvvəllər qazanılmış pensiya hüququ ilə bağlı əmək stajının pensiya təyin edilərkən düzgün göstərilməməsi nəzərə alınmaqla verilmişdir. Ona görə də, iddiaçının p ensiyasının yenidən hesablanması və bununla əlaqədar olaraq pozulmuş hüquqlarının bərpası məsələsi də pensiya hüququ əldə etdiyi vaxt qüvvədə olan qanunvericiliyin normalarına uyğun həll edilməlidir. Bu mənada, apellyasiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Kollegiya kassasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzi mləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları apellyasiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kassasiya şikayəti tə min edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-213/2019 saylı iş üzrə 23 yanvar 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-1505/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1505/2019
30.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver