Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1505/2020 06.08.2020 ALİ MƏHKƏMƏ İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Həbibova Könül Əbülfəz qızının katibliyi, İddiaçı, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “p ensiyanın təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-579/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı, xx.xx.1958-ci ildə anadan olmuşdur.
2. O, xx.xx.1974-cü ildən əmək fəaliyyətinə başlamış, müxtəlif peşələrdə xx.xx.2016-cı ilədək işləmişdir. xx.xx.1977-xx.xx.1983-tikinti idarəsində izolyasiyaçı, xx.xx.1983- xx.xx.1990-ca ilədək tikinti ustası, xx.xx.1990-xx.xx.2002-ci ilədək iş icraçısı işləmişdir.
3. İddiaçı xx.xx.2015-ci il tarixdən ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması ilə bağlı ərizə ilə cavabdehə müraciət etmiş, cavabdeh xx.xx.2019-cu il tarixli cavab məktubu ilə müvafiq sənədlərin əsilləri tam şəkildə təqdim edilmədiyindən iddiaçının müraci-ətini təmin etməkdən imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2015- ci il tarixdən, güzəştli şərtlərlə yaşa görə əmək peysiyası hüququnun yarandığı gündən ona təyin edilməsi və yaranacaq fərqin birdəfəlik ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir
5. İddia ərizəsini belə əsaslandırmışdır ki, xx.xx.1974-cü ildən əmək fəaliyyətinə başlamaqla müxtəlif peşələrdə xx.xx.2016-cı ilədək işləmişdir. Bu müddətin xx.xx.2006-cı ilədək olan dövrü ərzində ümumi iş stajı 25 ildən çoxdur ki, bu stajın da 12 il 6 ayından çoxunu güzəştli şərtlərlə əmək pensiyası hüququ verən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 №-li qərarı ilə təsdiq edilmiş 2 №-li əlavə (siyahısında) - Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində nəzərdə tutulmuş - izolyasiyaçı (2290000а - 12520 şifrə), usta (2290000b - 23419 şifrə), iş icraçısı (2290000b - 24441 şifrə) peşələrində işləmişdir.
6. Cavabdeh iddiaya qarşı etirazında qeyd etmişdir ki, iddiaçının iddiası mümkünsüzdür. Belə ki, cavabdeh tərəfindən müvafiq inzibati aktın qəbul edilməsindən imtina edilməmiş, iddiaçının nəzərinə ona güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün nəzərdə tutulmuş sənədl ər çatdırılmış və müvafiq pensiyanın həmin sənədlər əsasında təyin edilə bildiyi barədə məlumat verilmişdir. İddiaçıya izah edilmişdir ki, onun güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı olmadan cavabdeh iddiaçının işlədiyi şəraiti yoxlamaq və onun ağırlıq dərəcəsini müəyyənləşdirmək iqtidarında deyil. 7. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)4281/2019 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, İddiaçı xx.xx.2015-ci il tarixdən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı gündən hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edil miş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tədqiq olunmuş əmək kitabçasından müəyyən olunur ki, iddiaçının xx.xx.2006-cı ilə qədər 25 il ümumi iş stajı və 12 il 06 ay güzəştli iş stajı mövcuddur. İddiaçının işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007- ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na uyğundur. Eyni zamanda, məhkəmə hesab etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiyanın ödənilməmiş hissəsinin birdəfəlik şəkildə ödənilməsi müddəası mövcud olmadığından iddia “Yaranmış fərqin birdəfəlik olaraq ödənilməsi hissəsində” rədd olunmalıdır.
9. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-4281/2019 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin tam təmin olunması haqqında qərar qəbul edilməsini xahiş etmişdir.
10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-4281/2019 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd olunması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-579/2020 nömrəli qərarı ilə iddiaçının və cavabdehin apellyasiya şikayətləri təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İq tisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)4281/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçı xx.xx.2006-cı il tarixədək tələb olunan xüsusi və ümumi sığorta stajını toplamışdır. Belə ki, iddiaçının xx.xx.2006-cı ilə qədər 25 il ümumi iş stajı və 12 il 06 ay güzəştli iş stajı mövcuddur.
13. Məhkəmə qərarını iddiaçı xx.xx.2020-ci il tarixində rəsmi qaydada almışdır.
14. İş materiallarında məhkəmənin qərarının cavabdehə göndərilməsi barədə məktub olsa da, cavabdehin həmin qərarı nə vaxt əldə etməsini təsdiq edən sübut yoxdur.
15. Cavabdeh həmin qərardan xx.xx.2020-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1 (103)579/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ c) Kassasiya şikayətinin dəlilləri
16. Cavabdehin kassasiya şikayətinin dəlillərinə görə müvafiq inzibati aktın qəbul edilməsindən imtina edilmədiyinə görə iddia mümkünsüz hesab olunmalıdır. İddiaçı tərəfindən ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 2.4.1-ci maddəsində nəzərdə tutulan arayış təqdim edilmədiyinə görə hazırda onun işlədiyi şəraitin ağırlıq dərəcəsini müəyyənləşdirmək mümkün deyil. Lakin, qanunla nə zərdə tutulmuş qaydalara uyğun olaraq iddiaçının güzəştli şərtlə pensiya hüququ verən işlərdə çalışması öz təsdiqini taparsa, iddiaçıya pensiya təyin edilməsi məsələsinə yenidən baxıla bilər.
17. Kassator qeyd etmişdir ki, apellyasiya instansiya məhkəməsi İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsini, Ali Məhkəmə Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli Qərarın 2.3, 4.1, 6.1-ci bəndlərində qeyd olunan göstərişləri nəzərə almamış, iddianın mümkünlüyü məsələsinə ümumiyyətlə münasibət bildirməmişdir. d) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, cavabdeh pensiya təyin edilməsi üçün zəruri sənədlərin təqdim edilmədiyini bildirsə də, iddiaçı tərəfindən pensiya təyin edilməsi üçün cavabdeh orqana məhkəməyə müraciət etməzdən əvvəl bütün tələb olunan zəruri sənədlər təqdim edilmişdir.
19. Eyni zamanda, ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydaları 2017-ci ildə təsdiq edilmiş, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ 2015-ci ildə yaranmışdır. Odur ki, hazırda qüvvədə olan Qaydalar iddiaçının hüquqi vəziyyətini pisləşdirdiyindən ona münasibətdə tətbiq oluna bilməz. e) Məhkəmə icraatı iştirakçılarının izahatları
20. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilməmişdir.
21. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kassasiya şikayətində göstərilə nlərlə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını, həmçinin iddiaçının kassasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 23. “Əmək pensiyaları haqqında” AR Qanunu qüvvəyə minənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaş çatdıqda və azı 25 i l iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. 24.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun xx.xx.2013-cü il tarixdə qüvvədə olmuş 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış ş əxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlər lə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. 25. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
26. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əs asən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslan dırılmalıdır. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Apellyasiya instansiyası məhkəməsinin qərarının cavabdehə rəsmi qaydada təqdim olunması barədə iş materiallarında sübut olmadığından məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Kassasiya şikayətlərinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
31. İstər kassasiya şikayətində, istərsə də iddia ərizəsinə etirazda cavabdehin bildirdiyi mövqedən aydın olur ki, iddiaçının müraciətindən imtina etmədiyinə istinad edərək iddianın mümkünsüz sayılmasını xahiş edir.
32. Cavabdehin bu dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edi lməməsi faktiki olaraq imtinaya bərabərdir. Belə olan halda iddianın mümkünsüz sayılması üçün cavabdehin qeyd etdiyi əsaslar mövcud deyil.
33. Cavabdeh kassasiya şikayətinin dəlillərində iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən işlərdə çalışmasının təsdiq olunmadığını bildirsə də, məhkəmə kollegiyası cavabdehin bu dəlilini əsassız hesab edir.
34. Belə ki, qərarın 25-ci bəndində göstərilən normaların tələblərindən görünür ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: a) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; b) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması.
35. İşin apellyasiya instansiya məhkəməsində müəyyən edilən hallarından da görünür ki, iddia çının xx.xx.2006-cı ilə qədər hərbi xidmət dövrü də daxil olmaqla 25 il ümumi iş stajı və 12 il 06 ay güzəştli iş stajı mövcuddur.
36. Həmçinin, apellyasiya instansiyası məhkəməsində müəyyən olunmuşdur ki, iddiaçının işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007- ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində nəzərdə tutulmuş 2290000a-12520, ******* b-23419, 2290000b-24441 şifrələrdə öz əksini tapmışdır.
37. Beləliklə, iddiaçının güzəştli şərtlərlə pensiya hüququnun olması öz təsdiqini tapdığından apellyasiya instansiya mə hkəməsi haqlı olaraq cavabdehin imtinasını əsassız hesab etmişdir.
38. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
39. Yuxarıda göstərilənlərə və İPM-in 96 və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-579/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.