Məhkəmə qərarları › İş №2-1(102)-1505/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1505/2022

19.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1505/2022 19.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xü susi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)301/2022 nömrəli, 28 aprel 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Sabunçu rayon İdarəsi tərəfindən verilmiş 8 fevral 2021-ci il tarixli, 552 nömrəli arayışa əsasən, iddiaçı həqiqətən 21 iyun 1978-ci il tarixdən 27 may 1980-ci il tarixədək Sovet Ordu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur.

2. AR "xxxx" QSC tərəfindən verilmiş 18 fevral 2021-ci il tarixli, A/45 nömrəli arayışa əsasən, iddiaç ı 2 mart 2004-cü il tarixindən 10 iyun 2005-ci il tarixinədək Bakı Metropoliteninin Tunel qurğuları xidmətində tunel fəhləsi peşəsində çalışmışdır (tuneldə yalnız gecə, zərərli əmək şəraiti ilə). 7 oktyabr 2008-ci il tarixindən 18 iyul 2014-cü il tarixinədək Tunel qurğuları xidmətində tunel fəhləsi peşəsində işləmişdir (tuneldə yalnız gecə, zərərli əmək şəraiti ilə). 18 iyul 2014-cü il tarixindən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin tunel qurğuları xidmətinin 3 saylı distansiyanın İİ sahəsində 4-cü dərəcəli tunel fəhləsi peşəsində işləyir (tuneldə yalnız gecə zərərli əmək şəraiti ilə). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21.5. Metropolitenlər bəndinə uyğun olaraq, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququna malikdir və onun güzəştli şərtlərlə əmək stajı 13 il 07 ay 16 gün (on üç il yeddi ay on altı gün) təşkil edir. 3. ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən, iddiaçı 7 oktyabr 1977-ci il tarixdən 1 iyun 2018-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur.

4. İddiaçı pensiya təyin edilməsi barədə 24 fevral 2021-ci il tarixdə cavabdeh inzibati orqana müraciət etmişdir.

5. Cavabdehin 12 mart 2021-ci il tarixli, **********8 nömrəli imtina məktubuna əsasən, iddiaçının işlədiyi tunel fəhləsi peşəsi Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahıda göstərilən peşələrə uyğun deyil. Bu səbəbdən də iddi açının güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1959-cu il təvəllüdlüdür. xx.xx.1977ci il tarixdən əmək fəaliyyətinə başlamışdır. Əmək fəaliyyətinin 15 ilə yaxın müddətini Bakı Metropolitenində işləmişdir. Belə ki, xx.xx.2004-cü il tarixdən xx.xx.2005-ci il tarixədək Bakı Metropoliteni Tunel qurğuları xidmə tində tunel fəhləsi peşəsində çalışmışdır (tuneldə yalnız gecə, zərərli əmək şəraiti ilə). xx.xx.2008-ci il tarixdən xx.xx.2014-cü il tarixədək Tunel qurğuları xidmətində tunel fəhləsi peşəsində çalışmışdır (tuneldə yalnız gecə, zərərli əmək şəraiti ilə). xx.xx.2014-cü il tarixindən "xxxx" QSC-nin Tunel qurğuları xidmətinin 3 saylı distansiyanın İİ sahəsində 4-cü dərəcəli tunel fəhləsi peşəsində işləyir (tuneldə yalnız gecə, zərərli əmək şəraiti ilə). İddiaçı hüququndan istifadə edərək DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin müraciətinin təmin edilməsindən imtina edilmişdir.

8. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehə həva lə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir.

9. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçının işlədiyi tunel fəhləsi peşəsi müvafiq Qərarla təsdiq edilmiş Siyahıda göstərilən peşələrə uyğun deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur.

10. Bakı İnzibati Məhkəməsi tərəfindən "xxxx" QSC-yə 15 aprel 2021-ci il tarixdə verilmiş sorğuya əsasən, iddiaçının hansı vəzifədə işləməsi və işlədiyi vəzifənin güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə imkan verib-verməməsi, işlədiyi müddət ərzində əmək haqqına əlavələrin, iş şəraitinin ağırlığına görə əlavə məzuniyyətin verilməsi barədə ətraflı məlumatın verilməsi, həmçini n işlədiyi vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın nəqliyyat bölməsinin metropolitenlər bəndinə müvafiq olaraq yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr: metropoliten müəssisələrinin briqadirləri; drezinaların sürücüləri; drenajçılar; hidroqaldırıcılarin maşinistləri; zumif aqreqatlarının maşinistləri; daxiliyanma mühərriki olan səyyar kompressorlarının maşinistləri; geodeziya-markşeyder işləri ilə məşğul olan mühəndislər; dəmiryol və metropolitendə bina, qurğu və texniki vasitələrin təmirinin keyfiyyətinə nəzarətlə məşğul olan mühəndislər və müfəttişlər (böyük müfəttişlər); bütün adlarda ustalar (böyük ustalar, ustaların köməkçiləri); qabarit-tədqiqat stansiyalarında məşğul olan texniklər; elektrik mexaniklərı vəzifələrinə uyğun koda və dəqiq peşəyə istinad etməklə ətraflı məlumatın təqdim edilməsi xahiş edilmişdir.

11. Yuxarıda qeyd edilən sorğuya "xxxx" QSC tərəfindən 23 aprel 2021-ci il tarixdə cavab olaraq bildirilmişdir ki, İddiaçı xx.xx.2004-cü il tarixindən xx.xx.2005-ci il tarixinədək Bakı Metropoliteninin Tunel qurğuları xidmətində tunel fəhləsi peşəsində çalışmışdır (tuneldə yalnız gecə, 24% zərərli əmək şəraiti ilə). xx.xx.2008-ci il tarixindən xx.xx.2014-cü il tarixinədək Tunel qurğuları xidmətində tunel fəhləsi peşəsində işləmişdir (tuneldə yalnız gecə, 24% zərərli əmək şəraiti ilə). xx.xx.2014-cü il tarixindən "x xxx" QSC-nin Tunel qurğuları xidmətinin 3 saylı distansiyanın İİ sahəsində 4-cü dərəcəli tunel fəhləsi peşəsində işləyir (tuneldə yalnız gecə, 24% zərərli əmək şəraiti ilə). Gecə saatlarında işə görə İddiaçı əmək haqqına 40% (qırx) əlavə ödənc hesablanır, əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əsas əmək məzuniyyətinə əlavə 6 (altı) təqvim günü məzuniyyət verilir. İddiaçı zərərli iş şəraitində əmək stajı 13 il 09 ay 26 gün (on üç il doqquz ay iyirmi altı gün) təşkil edir və onun işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.Nəqliyyat bölməsinin 21.5. Metropolitenlər bəndi (yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğula rda daim məşğul olan fəhlələr) ilə tənzimlənir.

12. Məhkəmə tərəfindən cavabdeh orqana ünvanlanmış 14 iyun 2021-ci il tarixli sorğuya əsasən, iddiaçının 1 yanvar 2006-cı il tarixədək və 1 yanvar 2006-cı il tarixdən sonrakı dövrə qeydə alınmış pensiya kapitalı və onun hesablanması barədə arayışın təqdim olunması xahiş edilmişdir.

13. Cavabdeh sorğuya cavab olaraq bildirmişdir ki, iddiaçının 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 16919,54 manat, 2006-cı ildən sonrakı dövr üçün isə 24905,49 manat olmaqla, cəmi pensiya kapitalı 41825,03 manat təşkil edir. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla nəzərdə tutulmuş digər şərtlərin mövcud olacağı təqdirdə, onun Mərkəzi Filiala müraciətində qeyd etdiyi kimi, 60 yaşının tamam o lduğu xx.xx.2019-cu il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 37036,00 manat məbləğində hesablanmışdır. 14. "xxxx" QSC-yə ünvanlanmış sorğuya 2 iyul 2021-ci il tarixli məktubla cavab olaraq bildirilmişdir ki, İddiaçı xx.xx.2004-cü il tarixindən xx.xx.2005-ci il tarixinədək Bakı Metropoliteninin Tunel qurğuları xidmətində tunel fəhləsi (tuneldə yalnız gecə işi, zərərli əmək şəraiti ilə), xx.xx.2008-ci il tarixindən xx.xx.2014-cü il tarixinədək Tunel qurğuları xidmətində tunel fəhləsi peşəsində (tuneldə yalnız gecə işi, zərərli əmək şəraiti ilə) çalışmışdı r. xx.xx.2014-cü il tarixindən "xxxx" QSC-nin Tunel qurğuları xidmətinin 3 saylı distansiyasının İİ sahəsində 4-cü dərəcəli tunel fəhləsi peşəsində işləyir (tuneldə yalnız gecə işi, zərərli əmək şəraiti ilə). İddiaçı xüsusi zərərli əmək şəraitində çalışdığı vəzifələr üzrə əmək stajı 15 il 02 ay (on beş il iki ay) təşkil edir və Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.Nəqliyyat bölməsinin 21.5 Metropolitenlər (bütün adlarda ustalar (böyük ustalar, ustaların köməkçiləri)) bəndinə aiddir. Gecə saatlarında işə görə İddiaçı əmək haqqına 40% (qırx), xüsusi zərərli iş şəraitində işlədiyinə görə 24% (iyirmi dörd) əlavə ödənc hesablanır, əmə k şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əsas əmək məzuniyyətinə əlavə 6 (altı) təqvim günü məzuniyyət verilir.

15. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5675/2021 nömrəli, 16 iyul 2021-ci il tarixli qərarı ilə (hakim H.A.Ağalarov) iddia təmin edilmiş, iddiaçıya 60 yaşının tamam olduğu 18 dekabr 2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

16. Məhkəmə qeyd etmişdir ki, iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən işlərdə çalışması barədə "xxxx" QSC tərəfindən verilmiş 02 iyul 2021- ci il tarixli arayışda ətraflı olaraq iddiaçının xüsusi stajı qeyd edilmiş, həmçinin işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzə ştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulduğu göstərilmişdir. Odur ki, güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin olunması üçün güzəştli iş stajı ilə bağlı şərt də iddiaçıya münasibətdə ödənilmişdir.

17. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

18. Bakı Apellyasiya Məhkəməsi tərəfindən 25 noyabr 2021-ci il tarixdə "xxxx" QSCyə ünvanlanmış sorğuya əsasən, işin obyektiv həlli məqsədilə iddiaçının təyin olunduğu peşənin gördüyü işə və yerinə yetirdiyi funksiyalara görə bilavasitə icra etdiyi funksional vəzifən in (işin) nədən ibarət olması və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı, 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda hansı vəzifəyə uyğun gəlməsi barədə arayışın təqdim olunması xahiş edilmişdir. Həmin sorğuya 15 dekabr 2021-ci il tarixdə cavab verilərək, Y Quliyevin çalışdığı tunel fəhləsi və izoləedici peşələrin iş şəraiti və funksiyaları baxımından Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-cı il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.5 Metropolitenlər (yalnız gecə vaxtlarında tu nellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr) bəndində əks olunan drenajçılar peşəsinin iş şəraiti və funksiyaları ilə eynilik təşkil etdiyi bildirilmişdir.

19. Məhkəmə iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona 18 yanvar 2020-ci il tarixdən əmək pensiyasının təyin edilməsi, hesablanması və ödənilməyən pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Ərizə protokola əsasən məhkəmənin icraatına qəbul edilmişdir.

20. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-301/2022 nömrəli, 28 aprel 2022-ci il tarixli qərarı ilə (hakimlər A.Ə.Hüseyn /sədrlik edən və məruzəçi/, A.S.Hüseynov və S.İ.Bəktaşi) apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instans iya məhkəməsinin 16 iyul 2021-ci il tarixli qərarının ləğv edilməsi, iddiaçıya pensiya hüququnun yarandığı 18 yanvar 2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.

21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının 60 yaşı 18 dekabr 2019-cu il tarixdə tamam olsa da, güzəştli iş stajını 18 yanvar 2020-ci il tarixində toplamışdır. İş materiallarında mövcud olan sübutlarla iddiaçının 12 il 06 aydan artıq güzəştli və 25 ildən artıq ümumi əmək stajı topladığı təsdiq olunduğundan, onun qanunvericiliyin yuxarıda istinad olunmuş müddəalarına əsasən 18 yanvar 2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır.

22. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instan siyası məhkəməsinin 28 aprel 2022-ci il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

23. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddiaya qarşı etirazın və apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

24. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək apellyasiya instansiyası məhkəməsinin 28 aprel 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 25. “Əmək pensiyaları haqqında” Qanun Maddə 1.0.2. Sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya di gər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissə sində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir.

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının təsdiq edilməsi haqqında” xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı - 21.Nəqliyyat bölməsi. 21.5 Metropolitenlər - yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr: drenajçılar.

27. İnzibati Prosessual Məcəllə Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu g ündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

29. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏKMƏSİNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. X1 Məhkəməsinin h üquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

32. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilm işdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

33. Eyni zamanda qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması üçün qanunvericiiklə nəzərdə tutulmuş tələblərin, xüsusilə də güzəştli əmək stajının iddiaçıya münasibətdə yerinə yetirilməsi ilə bağlı məsələ apelyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

34. Apellyasiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hü quq normaları da düzgün tətbiq edilmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

35. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə əlaqədar əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

36. Hazırkı qərarın 25-ci bəndində istinad olunan normaya görə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün aşağıdakı dispozisiya şərtlərinin ödənilməsi tələb olunur: 60 yaşının tamam olması; ən azı 25 il ümumi sığorta stajına malik olması; həmin stajın ən azı 12 il 6 ayının güzəştli iş stajı olması; fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi. 3

7. Qeyd edilənlərlə bağlı işin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı tərəfindən həm yaş həddi (60 yaş) ilə, həm ümumi və xüsusi stajla (müvafiq olaraq 25 ildən çox ümumi (bu cavabdeh tərəfindən mübahisə edilmir) və 12 il 5 ay 18 gün güzəştli iş stajı), həm də fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı (37036,00 manata qarşı 41825,03 manat və bu hal da mübahisə edilmir) ilə bağlı yuxarıda istinad olunan normada nəzərdə tutulmuş tələblər ödənilmişdir.

38. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malik olması mübahisəyə dair işin apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş halları ilə təsdiq olunur. Bu baxımdan, xx.xx.2020-ci il tarixdən güzə ştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə iddiaçı haqlı sayılmalıdır.

39. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.

40. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

41. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-301/2022 nömrəli, 28 aprel 2022-c i il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar