Məhkəmə qərarları › İş №2-1(102)-1505/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1505/2024

30.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1505/2024 30.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: plan-ölçü sənədinin üst-üstə düşən hissədə ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər Allahverdizadə Saidə Xanlar qızı, X11) “plan-ölçü sənədinin üst-üstə düşən hissədə ləğv edilməsi” təl əbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 yanvar 2024-cü il tarixli, 2-1(103)-288/2024 nömrəli qərarından üçüncü şəxs Allahverdizadə Saidə Xanlar qızı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhəri XDS İK-nin 20/396 saylı xx.xx.1987-ci il tarixli qərarına əsasən Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər Universitetinə bağçılıq təsərrüfatı yaradılması məqsədi ilə Əzizbəyov rayonu Dübəndi qəsəbəsində torpaq sahəsi ayrılmışdır.

2. Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun yoldaşçılıq-bağçılıq təsərrüfatı təşkilatının xx.xx.1994-cü il tarixli iclasının protokolundan çıxarışına əsasən X3 Dübəndi qəsəbəsi İ Şimal küçəsində yerləşən püşkatma nəticəsində müəyyən olun muş 1000 (min) kv.m ölçüdə 57,58 saylı bağ sahəsi verilmişdir. 3. 1994-cü ildən bağçılıq cəmiyyəti üzvlüyünə qəbul edilmiş X2 adı Azərbaycan Dövlət Xarici Dillər İnstitutunun «Dalğa» bağçılıq yoldaşlıq üzvlərinin xx.xx.1997-ci il tarixli siyahısında 13-cü sırada qeyd olunmuşdur.

4. Cavabdeh tərəfindən xx.xx.2016-ci il tarixdə X3 AN seriyalı 116732 saylı torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Plan və ölçünün tərtib edilməsinə əsas Bakı şəhəri XDS İK-nin 20/396 saylı xx.xx.1987-ci il tarixli qərarı olmuşdur. 5. xx.xx.2016-cı il tarixli RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri Pirallahı rayonu, Dübəndi bağ sahəsi, 1-ci Şimal küçəsi, “Azərbaycan Dillər Universitetinin” b/y-nın 57 saylı 0,085 6 ha bağ sahəsi X2 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 6. 10.12.2018-ci il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən X4 xx.xx.2018-ci il tarixdə ölmüşdür.

7. X2 ölümündən sonra Bakı şəhəri Pirallahı rayonu Dübəndi bağ sahəsi 1-ci Şimal küçəsi “Azərbaycan Dillər Universitetinin” b/y-nın 57 saylı bağ sahəsi X5 mülkiyyətinə keçmişdir.

8. X7 və İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın bağışlanılması müqaviləsinə əsasən Bakı şəhəri Pirallahı rayonu Dübəndi bağ sahəsi 1-ci Şimal küçəsi “Azərbaycan Dillər Universitetinin” b/y-nın 57 saylı bağ sahəsi İddiaçı bağışlanılmış və sonuncuya daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixi çıxarış verilmiş və planı və ölçüsü tərtib edilmi şdir (faktiki sahəsi 0,0856 ha).

9. Bununla yanaşı müəyyən olunur ki, Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun yoldaşlıq-bağçılıq təsərrüfatı təşkilatının xx.xx.1998-ci il tarixli 6 saylı iclasının protokolundan çıxarışa əsasən X8 Dübəndi qəsəbəsi Mərkəz küçəsində yerləşən püşkatma nəticəsində müəyyən edilmiş 57,58 saylı 990 kv.m bağ sahəsi verilmişdir.

10. Bakı ŞİH xx.xx.1987-ci il tarixli 20/396 nömrəli qərarına əsasən X6 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivi, “Dalğa” b/y nın 5758 saylı bağ sahəsinin AA seriyalı 067287 saylı xx.xx.2014-cü il tarixli planı və ölçüsü tərtib edilmişdir (faktiki sahəsi 0,099 ha). 11. xx.xx.2014-cü il tarixli RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıx arışa əsasən ünvan 1si X6 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestində qeydiyyata alınmışdır.

12. X11 ilə Allahverdizadə Saidə Xanlar qızı arasında bağlanılmış xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, X11 ona məxsus olan ünvan 1sini Allahverdizadə Saidə Xanlar qızına satmış və sonuncuya daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il tarixli çıxarış verilmiş və planı və ölçüsü tərtib edilmişdir (faktiki sahəsi 0,099 ha).

13. Nəticədə iddiaçının və üçüncü şəxsin torpağının plan ölçü sənədlərində göstərilən koordinatlar üst-üstə düşmüşdür.

14. İddiaçı cavabdehə müraciət edərək, Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsində yerləşən torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı yaranmış problemlərin həl linı köməklik göstərilməsini xahiş etmişdir.

15. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq **********92 saylı xx.xx.2021-ci il tarixli məktubla bildirilmişdir ki, qeyd edilən torpaq sahəsinə müayinə baxışı keçirilən zaman məlum olmuşdur ki, həmin torpaq sahəsi hüquqi qeydiyyata alınmış və faktiki vəziyyətə uyğundur. Həmin sahə digər vətəndaşın adına qeydiyyatdan keçmiş sahə ilə üst-üstə düşür. Qeyd olunanlarla yanaşı, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiyası məhkəməsində icraat

16. İddia çı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Allahverdizadə Saidə Xanlar qızına məxsus ********** saylı çıxarışa əsasən verilmiş xx.xx.2015-ci il tarixli torpaq sahəsinin planölçüsünün və X8 məxsus ilkin qeydiyyatı xx.xx.2014-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən verilmiş xx.xx.2014-cü il tarixli plan-ölçüyə əsasən müəyyən edilmiş koordinatlar və künc nöqtələrinin iddiaçıya məxsus ********** qeydiyyat nömrəli xx.xx.2019cu il tarixli çıxarışa əsasən verilmiş xx.xx.2019-cu il tarixli plan-ölçüdəki göstərilən koordinatlar və künc nöqtələri ilə üst-üstə düşən 0,0856 ha hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

17. İddia tələbi onunla əsaslandırılmışdır ki, babası X3 Xarici Dillər Universitetinin müvafiq qərarına əsasən ona Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi Bağ sahəsi, 1-ci Şimal küçəsi, “Azərbaycan Dillər Universitetinin” b/y-nın 57 saylı bağ sahəsi ünvanında ona 0.0856 sahəsi olan bağ sahəsi ayrılmışdır. Həmin bağ sahəsini babası Kazımov N.M xx.xx.2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən (Seriya RX; 0967475) xüsusi mülkiyyətinə keçirmiş və həmin çıxarışa əsasən torpaq sahəsinin künc nöqtələrini özündə əks etdirən torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Həmin çıxarış alınmamışdan öncə, yəni torpaq sahəsi babasına ayrılan vaxt atası X7 həmin torpaq sahəsinin sərhədini digər torpaq sahələrindən daş hasar çəkdirərək ayırmışdır. Lakin həm babasının, həm də atasının işlərinin çoxluğu ilə əlaqədar olaraq həmin torpaq sahə sinə az-az baş çəkirdilər. X4 xx.xx.2018-ci il tarixdə vəfat edəndən sonra, onun yeganə qanun üzrə vərəsəsi kimi atası X7 müvafiq notariat orqanına müraciət edərək vərəsəlik haqqında şəhadətnamə almış və babasının mülkiyyətində olan Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, 1-ci Şimal küçəsi, “Azərbaycan Dillər Universitetinin” b/y-nın 57 saylı bağ sahəsi ünvanında 0.0856 sahəsi olan bağ sahəsini mülkiyyətinə keçirmişdir. Bununla bağlı atası xx.xx.2019-cu il tarixdə çıxarışa əsasən (Seriya RX; 1489632) xüsusi mülkiyyətinə keçirmiş və həmin çıxarışa əsasən torpaq sahəsinin künc nöqtələrini özündə əks etdirən torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Bundan sonra, xx.xx.2019-cu il tarixdə atası X1 torpaq sahəsini Bakı şəhəri 11 saylı Notariat Kontorunda ona bağışlamışdır. Həmin bağışlama müqaviləsinə əsasən ona xx.xx.2019-cu il tarixdə çıxarışı və həmin çıxarışa əsasən torpaq sahəsinin künc nöqtələrini özündə əks etdirən torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Bir neçə vaxtdan sonra əri ilə birlikdə həmin bağ sahəsinə gedərək ora baş çəkmək istədikdə həmin torpaq sahəsində əvvəlcədən tanımadığı Şəhriyar adlı şəxslə rastlaşdı və ona həmin torpaq sahəsinin özünə məxsus olduğunu, bu barədə mülkiyyətini təsdiq edən bütün rəsmi sənədlərin mövcud olduğunu bildirdikdə, o da həmin torpaq sahəsinə dair onlarda da eyni sənədlərin mövcud olduğunu bildirmişdir. Sənədləri tutuşdurarkən, eyni koordinatlarla iki müxtəlif şəxsə mülkiyyət sənədinin verilməsi aydın olmuşdur. Bundan sonra xx.xx.2021-ci il tarixdə Əmlak Məsələləri Dövlət Xidmətinin rəhbərliyinə rəsmi müraciə t etmişdir ki, mülkiyyətində olan torpaq sahəsinin verilməsi üçün tədbirlər görülsün. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli, **********92 N-li cavab məktubunun mahiyyətindən aydın olur ki, “müraciətinizdə qeyd edilən torpaq sahəsinə müayinə baxışı keçirilən zaman məlum olmuşdur ki, həmin torpaq sahəsi hüquqi qeydiyyata alınmış və faktiki vəziyyətə uyğundur. Həmin sahə digər vətəndaşın adına qeydiyyatdan keçmiş sahə ilə üst-üstə düşür.” Bu məsələ ilə bağlı ona məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. İki ayrı şəxsə eyni koordinatların verilməsi nəcə mümkün ola bilər? Qarşı tərəfin mülkiyyət hüquqlarını təsdiq edən çıxarışla tanış olarkən ona məlum olmuşdur ki, Allahverdizadə Saidə Xanlar qızına xx.xx.2015-ci il tarixdə 0.099 ha torpaq sahəsinə dair hüquqla r rəsmiləşdirilmişdir. Necə ola bilər ki, eyni koordinatlara malik dörd künc nöqtəsinin daxilində ona verilmiş çıxarışda 0.0856 ha sahə göstərilsə də, Allahverdizadə Saidə Xanlar qızına məxsus torpaq sahəsinin ümumi sahəsi 0.099 ha olsun? Bundan başqa, eyni koordinatlar hər ikisinə verilsə də, onun çıxarışında mülkiyyətində olan torpaq sahəsinin Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, 1-ci Şimal küçəsi, “Azərbaycan Dillər Universitetinin” b/y-nın 57 saylı bağ sahəsi kimi göstərildiyi halda, Allahverdizadə Saidə Xanlar qızının mülkiyyətində olan 0.099 ha torpaq sahəsinin ünvanı ünvan 1si kimi göstərilmişdir. Bütün bunlar uyğunsuzluqların qanunsuz olduğuna bir daha işarə edir. Bütün bu qanunsuzluqlar cavabdeh tərəfindən edilmişdir və həmin qanunsuz əməllərin araşdırılması üçün xüs usi qərardad çıxarılmaqla müvafiq prokurorluğa məlumat verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.7-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlakı (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.2-ci maddəsinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Həmin Məcəllənin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeyd iyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanunun 12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin e lektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcə lləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8.0.4-cü maddəsində “bu qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri” hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqı nda ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldı rılması barədə 48 saat müddətində bildiriş verilməlidir.

18. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-3240/2022 nömrəli qərardadı ilə iş üzrə məhkəmə torpaqşünaslıq ekspertizası təyin edilmişdir.

19. X12 və X9 Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyində qeyd olunur: Naturada mübahisələndirilən torpaq sahəsinin koordinatları GPS aparatı vasitəsi ilə qeydə alınıb kameral şəraitdə Google Yer proqramının ortofoto görüntülərinə və surəti məktuba əlavə edilmiş ərazinin bağ torpaq sahələrinin sxeminə əsasən dəqiqləşdirildi. Dəqiqləşdirmə zamanı məlum oldu ki, surəti məktuba əlavə edilmiş, inzibati işə üçüncü şəxs qismində cəlb edilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən Səidə Allahverdiyevanın mülkiyyətində olan torpaq s ahəsi əvvəllər X8 məxsus olmuşdur. İlhamə Əhmədovanın adına olmuş xx.xx.1998-ci il tarixli 6 saylı iclas protokolundan Çıxarışda bağ torpaq sahəsinin ünvanı “Mərkəz” küçəsi 57-58 nömrəli yer kimi qeyd edilmişdir. Məktuba əlavə edilmiş ərazinin bağ torpaq sahələrinin sxemində isə “Mərkəz” küçəsindəki bağ torpaq sahələrinin sıra nömrəsi “40" nömrəli bağ sahəsi ilə bitir. “41" nömrəli bağ sahəsindən sonrakı, həmçinin 57-58 nömrəli bağ sahələri də həmin sxemə əsasən Dübəndi qəsəbəsi İ Şimal küçəsində yerləşir. Qeyd edilənlərdən belə məlum olur ki, mübahisələndirilən 0,10 ha torpaq sahəsi surəti məktuba əlavə edilmiş Dübəndi qəsəbəsində Azərbaycan Dillər Universitetinin “Dalğa” bağçılıq təsərrüfatına ayrılmış bağ sahələrinin yerləşdirilməsi planına-sxemə və xx.xx.1994-cü il tarixdə Azərbaycan D illər Universiteti tərəfindən mərhum X3 ayrılmış əraziyə uyğun gəlir. Araşdırmanın nəticəsi olaraq müəyyən edilmişdir ki, xx.xx.1994-cü il tarixdə X3 ayrılmış Dübəndi qəsəbəsi İ Şimal küçəsində yerləşən 1000 kv.m ölçüdə 57-58 №-li bağ torpaq sahəsinin koordinatları Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən iddiaçıya verilmiş Çıxarışda qeyd edilir, yerləşmə mövqeyinə, surəti məktuba əlavə edilmiş bağ sahələrinin sxemində olan yerinə, həmçinin naturaya uyğundur.

20. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/833 saylı xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin **********53 saylı xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinə əsasən göstərilən torpaq sahəsinin faktiki olaraq hasar daxili 950,0 kv.m təşkil etdiyi müəyyən olunmuşdur. Həmçinin faktiki göstərilən torpaq sahəsi barədə vahid elektron kadastr bazada **********54 (Allahverdizadə Saidə Xanlar qızına məxsus) və **********46 (İddiaçı məxsus) nömrəli reyestrlərin məlumatının mövcud olduğu (üst-üstə düşmə olduğu) müəyyən olunmuşdur.

21. Bakı İnzibati Məhkəməsinin 15 may 2023-cü il tarixli, 2-1(112)-483/2023 nömrəli qərarı ilə (hakim A.Almazova) iddia təmin edilmiş, Allahverdizadə Saidə Xanlar qızına məxsus ********** saylı çıxarışa əsasən verilmiş xx.xx.2015-ci il tarixli torpaq sahəsinin plan-ölçüsünün və X8 məxsus ilkin qeydiyyatı xx.xx.2014-cü il tarixli **********8 qeydiyyat nömrəli çıxarışa əsasən verilmiş xx.xx.2014-cü il tarixli plan-ölçü sənədinə əsasən müəyyən edilmiş koordinatlar və künc nöqtələrinin iddiaçıya məxsus ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli çıxarışa əsasən verilmiş xx.xx.2019-cu il tarixli plan-ölçü sənədində göstərilən koordinatlar və künc nöqtələri ilə üst-üstə düşən 0,0856 ha hissədə ləğv edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

22. Məhkəmə qeyd etmişdir ki, “cavabdeh tərəfindən təqdim edilmiş “Dalğa” bağçılıqyoldaşlığın üzvlərinin siyahısında 13-cü sırada X4 qeyd edilmiş, lakin həmin siyahıda X6 adı qeyd edilməmişdir. “Dalğa” bağçılıq təsərrüfatına ayırılmış bağ sahələrinin yerləşmə sxeminə əsasən Mərkəz küçəsində 1-40 nömrəli bağ sahələri, 1-ci Şimal küçəsində isə 41-80 nömrəli bağ sahələri yerləşir. Yerləşmə sxemindən də göründüyü kimi, X3 ay rılmış bağ sahəsinə onun üçüncü şəxslərə münasibətdə daha əvvəlki tarixə aid olan ilkin hüquqmüəyyənedici sənədlərinə uyğun olaraq verilmiş, üçüncü şəxslərin bağ sahəsinə dair çıxarışda və plan ölçü sənədlərində torpaq sahəsinin ünvanı Mərkəz küçəsi qeyd edilsə də, faktiki olaraq iddiaçının 1-şimal küçəsində yerləşən bağ sahəsinin koordinatları və künc nöqtələri ilə üst-üstə düşmə müəyyən edilir. Üçüncü şəxslərə ********** saylı çıxarışa əsasən verilmiş xx.xx.2015-ci il tarixli torpaq sahəsinin plan-ölçü xx.xx.2014-cü il tarixli **********8 qeydiyyat nömrəli çıxarışa əsasən verilmiş xx.xx.2014-cü il tarixli plan ölçü sənədləri tərtib edilərkən cavabdeh tərəfindən yanlış olaraq iddiaçıya məxsus 1-ci Şimal küçəsində yerləşən bağ sahəsinin koordinatları və künc nöqtələri ilə üst-üstə düşən ko ordinatlar göstərilmişdir.”

23. Üçüncü şəxs Allahverdizadə Saidə Xanlar qızı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

24. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 yanvar 2024-cü il tarixli, 2-1(103)-288/2024 nömrəli qərarı ilə (hakimlər: P.Hüseynov - sədrlik edən və məruzəçi, C.Yusifov və K.Əkbərov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 15 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

25. Apellyasiya instansiyası məhkəməsi «İnzibati icraat haqqında» Qanunun 2.0.6, 15.1, 15.2, 19.1, 20.1, 20.2, 24.1, 24.2, 24.4, 45.1, 47.1, 47.2, 63.1-ci, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 2.2, 23.1, 23.2-ci, Torp aq Məcəlləsini 65-ci və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi»nin 3.0.19, 3.0.23, 3.0.27, 3.0.50-ci maddələrinə istinad edərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

26. Üçüncü şəxs Allahverdizadə Saidə Xanlar qızı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

27. Üçüncü şəxsin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırda irəli sürülmüş iddia tələbi 3-cü şəxslərə verilmiş və cavabdeh orqan tərəfindən tərtib olunmuş plan-ölçü sənədlərinin qis mən ləğvindən ibarətdir. Nəzərə alınmalıdır ki, plan-ölçü sənədləri texniki sənəd olmaqla yanaşı özü-özlüyündə ayrıca və ya müstəqil bir sənəd hesab edilmir və həmin plan-ölçü sənədləri şəxslərin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını təsdiq edən reyestrdən çıxarışla mövcud olduğu halda həmin çıxarışdaki daşınmaz əmlakların koordinatlarını yerləşmə yerlərini və künc nöqtələrini özündə əks etdirir. Əgər iddiaçı iddia edirsə ki, mübahisəli bağ sahələri üst-üstə düşür və ilkinlik hüququ ona məxsusdur bu zaman o öz tələbini həmin çıxarışların ləğv edilməsi şəklində irəli sürməli idi. Çünki əgər iş üzrə qəbul edilmiş qərar qanuni qüvvəsini alarsa bu zaman onun icrası mümkünsüz olacaqdır. Çünki hazırda adıçəkilən bağ sahəsi xüsusi mülkiyyət hüququ üzrə Allahverdizadə Saidə Xanla r qızma məxsusdur və onun mülkiyyət hüququ prezumpsiyası mübahisələndirilməmişdir.

28. Kassator apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəlləsinin 139.1, 139.3, 140, 146.1, 146.2, 146.7, 152.1, 157.1, 178.1-ci və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 2.1, 2.2-ci maddələrinin tələblərinin pozulmasını bildirmişdir. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

30. Azərbaycan Respublikasının Konstitusiyası Maddə

13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.... Maddə

29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunl a qorunur....

31. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə

140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunu n həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyridəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə

141. Daşınmaz əmlakın dövlət reyestrində düzəlişin aparılması 141.1. Əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişl ə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. 141.2. Bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. 141.3. Daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. 32. “İnzibati icraat haqqında” Qanun Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 33. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Maddə

2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdı rılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə

23. Hüquqların dövlət qeydiyyatı haqqında qanunvericiliyinin pozulmasına görə məsuliyyət 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daş ınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər.

34. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi:

3. Xidmətin vəzifələri.... 3.0.19. daşınmaz əmlakın kadastr uçotuna alınmasını təmin etmək, daşınmaz əmlakın vahid dövlət kadastrını, dövlət torpaq kadastrını və onun tərkib hissəsi olan torpaq reyestrini tərtib etmək və aparmaq, daşınmaz əmlakın kadastr qiymətinin müəyyən edilməsi sahəsində tədbirlər görmək;... 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşı nmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;... 3.0.27. dövlət və yerli özünüidarəetmə orqanlarının, fiziki və hüquqi şəxslərin müraciətləri əsasında onlara müəyyən edilmiş qaydada daşınmaz əmlakın (torpaqların) elektron kadastr uçotu informasiya sistemindən yerquruluşu planına və kadastr məlumatlarına dair elektron və (və ya) kağız formatlarında çıxarışların verilməsini təmin etmək;... 3.0.50. Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcu d uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək;

35. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qəra rı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

36. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

37. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

38. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

39. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillər ini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

40. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

41. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımında n iddia tələbi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

42. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla yanaşı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

43. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı üçüncü şəxs Allahverdizadə Saidə Xanlar qızına məxsus torpaq sahəsinin plan-ölçüsündəki göstəril ən koordinatlar və künc nöqtələri ilə ona məxsus torpaq sahəsinin plan-ölçüsündəki üst-üstə düşən 0,0856 ha hissədə ləğv edilməsinə yönəlmişdir.

44. İşin araşdırılmış halları ilə müəyyən olunur ki, Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun yoldaşçılıq-bağçılıq təsərrüfatı təşkilatı tərəfindən 1994-cü ildə X3 Dübəndi qəsəbəsi İ Şimal küçəsində yerləşən 57,58 saylı 1000 (min) kv.m bağ sahəsi ayrılmışdır. 1994-cü ildən bağçılıq cəmiyyəti üzvlüyünə qəbul edilmiş X2 adı Azərbaycan Dövlət Xarici Dillər İnstitutunun «Dalğa» bağçılıq yoldaşlıq üzvlərinin xx.xx.1997-ci il tarixli siyahısında 13-cü sırada qeyd olunmuşdur. Cavabdeh tərəfindən xx.xx.2016-ci il tarixdə X3 AN seriyalı 116732 saylı torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Plan və ölçünün tərtib edilməsinə əsas Bakı şəhəri XDS İK-nin 20/396 saylı xx.xx.1987-ci il tarixli qərarı olmuşdur.

45. X3 verilmiş bağ sahəsi Dübəndi qəsəbəsi İ Şimal küçəsində yerləşən 57,58 saylı bağ sahəsinə uyğundur.

46. Bununla yanaşı müəyyən olunur ki, üçüncü şəxs X8 isə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun yoldaşçılıq-bağçılıq təsərrüfatı təşkilatının xx.xx.1998-ci il tarixli 6 saylı iclasının protokolu ilə Dübəndi qəsəbəsi Mərkəz küçəsində 57,58 saylı 990 kv.m bağ sahəsi verilmişdir. 47. “Dalğa” bağçılıq təsərrüfatına ayrılmış bağ sahələrinin yerləşmə sxeminə əsasən Mərkəz küçəsində 1-40 nömrəli bağ sahələri, 1-ci Şimal küçəsində isə 41-80 nömrəli bağ sahələri yerləşir.

48. Yuxarıda qeyd olunan yerləşmə sxemində Dübəndi qəsəbəsi Mərkəz küçəsində 57,58 saylı bağ sahələri yoxdur.

49. Bundan əlavə işdən görünür ki, üçüncü şəxslərin bağ sahəsinə dair torpaqayırma sənədində torpaq sahəsinin ünvanı Mərkəz küçəsi qeyd edilsə də, faktiki olaraq iddiaçının İ Şimal küçəsində yerləşən bağ sahəsinin koordinatları və künc nöqtələri ilə üst-üstə düşür.

50. Belə olan halda, hazırkı halda torpaq sahələri üst-üstə düşdüyündən və ilkin torpaqayırma sənədi X3 verildiyindən ona ayrılmış torpaq sahəsinin plan ölçü sənədi ilkin torpaqayırma sənədlərinə uyğun olduğundan apellyasiya məhkəməsi ədalət prinsipini rəhbər tutaraq iddia tələbinin təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayaraq düzgün qənaətə gəlmişdir.

51. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı hazırkı qərarın 30-35(a) bəndlərində qeyd olunan maddi və prosessual hüquq normalarının tələbləri baxımından əsaslı olmuşdu r. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli və qərar dəyişdirilmədən saxlanılmalıdır.

52. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, üçüncü şəxs İ.Ə.Əhmədovaya məxsus torpaq sahəsinin dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasından çıxış edərək reyestrin məzmununun qeyri-dəqiqliyinin sübuta yetirildiyi nəzərə alınaraq, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyasının qüvvədə olmadığı qənaətinə gəlinsə də, məhkəmə kollegiyası mülkiyyət hüququnun dövlət tərəfindən tanındığı və qorunduğunu rəhbər tutaraq qeyd edir ki, üçüncü şəxslər daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün cavabdeh inzibati orqana müraciət etmək hüququna malikdir. Belə bir müraciət ediləcəyi halda, cavabdeh inzibati orqan sxematik xəritəyə uyğunlaşdırmaqla reyestrdə qeydi düzəltməklə bərabər, başqa şəxslə üst-üstə düşməyən koordinatlar təyin etməli və eyni ölçüdə torpaq sahəsinə mülkiyyət hüququnu qeydə almalıdır. Müraciətin təmin edilməyəcəyi halda isə cavabdehin imtinasından müvafiq məhkəməyə sxematik xəritəyə uyğunlaşdırılmaqla reyestrdəki qeydə düzəlişin edilməsi ilə əlaqədar iddia qaldıra bilər.

53. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 yanvar 2024-cü il tarixli, 21(103)-288/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar