Məhkəmə qərarları › İş №2-1(102)-1506/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1506/2019

04.06.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1506/2019 04.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinə qarşı iş üzrə QƏRAR giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, Sarıyev Rauf Həsən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinə (bundan sonr a cavabdeh) qarşı “3 dekabr 1992-ci ildən 05.02.2001-ci ilə kimi olan iş illərinin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-9/2019 saylı, 18 yanvar 2019-cu il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 4 iyun 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı xx.xx.1954-cü ildə Dəvəçi şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış 23.05.2018-ci il tarixli ərizədə qeyd olunmuşdur ki, ona 10.02.2018-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir. 01.01.20 06-cı il tarixədək ümumi iş stajı 26 il 11 ay miqdarında hesablanmışdır. Əmək kitabçasında qeyd edilən 03.12.1992-ci il tarixdən 05.02.2001-ci il tarixə kimi olan stajı nəzərə alınmamışdır. İddiaçı əmək kitabçasına əsasən 03.12.1992-ci ildən 08.07.1995-ci ilə qədər 11 nömrəli Kənd tikinti trestinin H.Z.Tağıyev qəsəbəsindəki tikinti idarəsinin rəisi, 09.07.1995ci ildən 17.04.1998-ci ilə qədər “FİMK-33” müstəqil müəssisəsində direktor, 17.04.1998-ci ildə aparıcı mühəndis, 04.01.1999-cu ildən 11.08.1999-cu ilədək 5 saylı ixtisaslaşdırılmış dəmir yolu müəssisəsinin baş mühəndis, 16.08.1999-cu ildən 04.11.1999-cu ilədək Azərnəqliyyat yol tikinti Səhmdar Cəmiyyətinin 518 saylı tikinti-quraşdırma qatarının rəisi, 06.11.1999-cu ildən 05.02.2001-ci ilədək 5 saylı ixtisaslaşdırılmış dəmir yolu müə ssisəsində baş mexanik işləmişdir. Cavabdehin iddiaçıya ünvanladığı 23.05.2018-ci il tarixli məktubda qeyd edilmişdir ki, iddiaçıya pensiya hüququnun yarandığı 10.02.2018-ci il tarixdən 195.99 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. 01.01.2006-cı il tarixədək ümumi staj - 26 il 11 ay 09 gün. 01.01.2006-cı il tarixdən 01.01.2018-ci il tarixədək 12 il sosial sığorta stajı və fərdi hesabının sığorta hissəsində 9359.95 manat pensiya kapitalı vardır. İddiaçıya pensiya təyin edilərkən şöbəyə 1 saylı Asan Xidmət vasitəsilə təqdim edilmiş l/İT-l NQ ******* saylı əmək kitabçasında qeyd olunan 03.12.1992-ci il tarixdən 05.02.2001ci il tarixədək sosial sığorta stajının yoxlanılması zərurəti yaranmışdır. Lakin qeyd edilən dövrlərin yoxlanılması mümkün olmadığından həmin illərin sos ial sığorta stajına daxil edilməsi qanuna ziddir. İddiaçı cavabdehə qarşı 5 iyun 2018-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “03.12.1992-ci ildən 05.02.2001-ci ilə kimi işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona yaşa görə əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı təqaüdə çıxan zaman onun əmək stajına 12.03.1992-ci il tarixdən 05.02.2001-ci il tarixə qədər olan dövr nəzərə alınmamışdır. Halbuki, həmin dövr ona məxsus əmək kitabçasında qeyd olunmuşdur. İddia əsaslandırılarkən İnzibati Prosessual Məcəlləsinin 33.1, 33.2-ci maddələrinə istinad edilmişdir. Cavabdehin iddiaya dair etirazında qeyd olunmuşdur ki, qeyd olunan 03.12.1992-ci i l tarixdən 05.02.2001-ci il tarixədək sosial sığorta stajının yoxlanılması zərurəti yaranmışdır. Lakin qeyd edilən dövrlərin yoxlanılması mümkün olmadığından həmin illərin sosial sığorta stajına daxil edilməsi qanuna ziddir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X1, 2-1(82)-2964/18 saylı iş)14 sentyabr 2018-ci il tarixli qərarı ilə iddia təmin edilərək, 03.12.1992-ci ildən 05.02.2001-ci ilə kimi işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə iddiaçıya yaşa görə əmək pensiyasının yenidən hesablanması vəzifəsi cavabdehə həvalə edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməsini onunla əsaslandırmışdır ki,həm iddiaçının sığorta stajını əhatə edən dövrdə qüvvədə olan, həm də hazırkı qanunvericiliyə əsasən iş stajını müəyyən edən əsas sənəd əmək kitabçası hesab olunur. İş üzrə təqdim olunmuş əmək kitabçaları ilə iddiaçının 3 dekabr 1992-ci ildən 05 fevral 2001-ci ilə kimi işləməsi təsdiq edildiyindən məhkəmə hesab edir ki, iddiaçının qeyd olunan illər də nəzərə alınmaqla yaşa görə əmək pensiyası yenidən hesablanmalıdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin14 sentyabr 2018-ci il tarixli qərarı ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X2məruzəçi, X3 və X5, 2-1(103)-9/2019 saylı iş) 18 yanvar 2019-cu iltarixliqərarla cavabdehin apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. Cavabdeh 5 mart 2019-cu il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: İddiaçının sosial stajını müəyyən etmək mümkün olmamışdır. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər Şöbəsinin məktubunda bildirilir ki, “müəssisənin arxiv sənədlərinin saxlanılmaması səbəbindən vətəndaş İddiaçı sığorta stajının yoxlanılması mümkün olmamışdır”. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinin 1 iyun 2018-ci il tarixli məktubunda qeyd edilir ki, “518 saylı TQİ fəaliyyət göstərmədiyindən və sənədlər Dövlət arxivinin Abşeron rayon filialına təhvil verilmədiyindən yoxlamaq mümkün olmadı. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial M üdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondunun Şabran Rayon Şöbəsinin 22 may 2018-ci il tarixli məktubunda da qeyd edilir ki, “11 Saylı “Kəndtikinti” trestinin tərkibində olan H.Z.Tağıyev qəsəbəsində yerləşmiş Tikinti idarəsi hal-hazırda fəaliyyət göstərmədiyindən və sənədləri Dövlət Arxivinə təhvil verilmədiyindən iddiaçının sığorta stajı barədə yoxlama aktını tərtib etmək mümkün deyildir”. Azərkəndtikinti ATSC 11 saylı Kəndtikinti trestinin sorğuya verdiyi 18 may 2018-ci il tarixli cavab məktubunda qeyd edilir ki, “müəssisənin arxiv sənədləri təhvil-təslim dövrü zamanı yeni rəhbərliyə təhvil verilmədiyi üçün Tikinti idarəsinə aid sənədləri sizə təqdim etmək mümkün olmadı”. “Əmək pensiyaları haqqında” Qanunun tələblərinə əsasən iddiaçının sosial sığorta stajını müəyyən etmək mümkün olmadığına görə iddiası rədd edilməlidir. tərəflərin izahatı: İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyinə görə çıxışlarda iştirak etməmişdir. əsaslandırma hissəsi: Cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). Cavabdehin kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) aiddir. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İşdən görünür ki, iddiaçıya pensiya hüququnun yarandığı 1 yanvar 2018-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı əmək kitabçasında qeyd ed ilən 3 dekabr 1992-ci ildən 5 fevral 2001-ci ilədək ayrı-ayrı yerlərdə işlədiyi dövrlər nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanmasını xahiş etmiş, cavabdeh bundan imtina etmişdir. Cavabdeh imtinasında bildirmişdir ki, həmin dövrlərin iş stajının yoxlanılması mümkün olmadığından sığorta stajına daxil edilə bilməz. Mübahisə olunan dövrdə iddiaçının işləməsi onun əmək kitabçası ilə təsdiq edilir. İddiaçının işlədiyi 1992-2001-ci illərdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri...nəzərə alınır. Mübahisəli hüquq münasibəti yaranan zaman qüvvədə olmuş Azərbaycan SSR Əmək Qanunları Məcəlləsinin 29-cu maddəsinin 1-ci və 2-ci abzaslarına görə, əmək kitabçası fəhlə və ya qulluqçunun əmək fəaliyyəti haqqında əsas sənəddir. Əmək kitabçaları müəssisədə, idarədə, təşkilatda 5 gündən artıq işləyən bütün fəhlələr və qulluqçular üçün açılır. 01.07.1999-cu ildən qüvvəyə minmiş Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci bəndinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır, iş yerindən verilən arayışlardır. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İPM-in 14.3-cü maddəsində qeyd edilir ki, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İddiaçının iş stajını təsdiq edən əmək kitabçası mövcuddur, əmək kitabçası yuxarıda qeyd edilən normativ sənədlərə uyğun tərtib edilmişdir. Cavabdeh iddiaçıya məxsus əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmamasına dair mötəbər sübut təqdim edə bilməmişdir. Cavabdeh etirazının dəlili ilə bağlı məhkəmələrə hər hansı sübut təqdim etməmişdir. Mübahisə olunan dövr iddiaçının əmək kitabçasında qeyd edildiyindən, həmin qeydlərin cavabdehdə şübhə doğurması barədə cavabdeh hər hansı mötəbər sübut təqdim etmədiyindən, bəhs edilən dövrün iddiaçının sosial sığorta stajına aid etməklə məhkəmə düzgün nəticəyə gəlmişdir. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıld ıqdan sonra qiymətləndirilir. İşə baxılarkən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırılmış, sübutlara hüquqi qiymət verilmişdir. Bəhs olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon Şöbəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-9/2019 saylı, 18 yanvar 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar